Rusiya heç kimə heç nə sübut etmək niyyətində deyil.
Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Baltikyanı ölkələrin Rusiyaya qarşı demarşını şərh edərkən deyib.
“Hərbi və kəşfiyyat agentliklərimiz dronların haradan və necə uçduğunu görür. Bu, hər kəsə məlumdur və biz heç kimə heç nə sübut etmək niyyətində deyilik. Biz sərhədimizə və daha ucqar bölgələrimizə təhdid mənbələrini yaxından izləyirik”, - o bildirib.
Qeyd edək ki, Latviya, Litva və Estoniya Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin bu ölkələrin Ukraynaya Rusiyaya zərbələr endirmək üçün öz hava məkanından istifadə imkan verdiyinə dair bəyanatlarını əsassız adlandırıb və Rusiya diplomatik nümayəndəliyinə birgə etiraz notası təqdim edib.







