Tramp hələ mənimlə prezidentliyə namizədliyimi müzakirə etməyib .....                     Hacıyev Dilicanda tarix yazdı .....                     Ankaradakın subasmada da Eldar Əzizov günahkardır? .....                     Rusiya hər kvadrat kilometrə görə 200 nəfər itirir .....                     Paşinyan xaricdə təhsil alan ermənilərə jest... .....                     Space X-in minlərlə əməkdaşı IPO-dan sonra milyonçu oldu .....                     İndi də müştəriyə belə problem yaradırlar .....                     "İstanbulda olduğunu bilirdim, amma ölümün görüşünə getdiyini bilmirdim" .....                     Neft bumu artıq geridə qalıb: İslahat yuxarılardan başlamalıdır, aşağılardan yox... .....                     "Bakının xarici "məsləhətçilərə" ehtiyacı yoxdur, təzyiqlər nəticə verməyəcək" .....                     İki ölkə bağlı Kremli qəzəbləndirən xəbər .....                     “Qayalı”nın sahibinin ailəsinə qarşı 600 minlik şantaj: Həbs olunan var .....                     Siyasilər hansı komandaya azarkeşlik edirlər? .....                     “Bu işi ilk edənlərdən biri bizik, hələ ki, açıqlamaq istəmirəm, amma..” .....                     Rusiya iqtisadi qadağalarla Ermənistanda sabitliyi pozmağa çalışır .....                     Paşinyanın deputat yerləri təhlükədə: yeni hesablamalar... .....                     Rusiya XİN-dən Putin-Tramp görüşü ilə bağlı .....                     ABŞ-ın bəzi ştatlarında separatçı meyllər güclənir .....                     Naxçıvana uçan təyyarə ildırımlı hava səbəbindən Bakıya geri qayıdıb .....                     2025-2026-cı tədris ili necə yadda qaldı? .....                     Paşinyanı erməni müxalifət ilə danışıqlara Bakı məcbur edəcək .....                     Seyid Əli Xamenei iyulun 9-da dəfn ediləcək .....                     “Bu seçkilər legitim sayıla bilməz” .....                     Mətanət İsgəndərlidən keçmiş gəlini ilə bağlı qalmaqallı açıqlama: .....                     Stomatologiyada "kreditlə gülümsəmə" .....                     Ağstafa İcra Hakimiyyətinin maraqlı tenderi: 95 ton yerinə, 134 ton sement alınacaq .....                     80 qəpiklik dondurmalarla bağlı gizli təhlükə .....                     Tsarukyan Paşinyandan üzr, təkzib və kompensasiya tələb edir .....                     “Barama” niyə uşağı bağçada saxlamaq istəmir? .....                     Polşada azərbaycanlı sürücüyə xəsarət yetirdilər .....                     Qırmızı meydanda Rusiya Günü konserti niyə ləğv olundu? .....                     Ukrayna Rusiyanın Krıma aparan son quru yolunu "ölüm yoluna" çevirib .....                     Hindistanın Rusiyadan neft almasını ABŞ istəyib .....                     Karapetyan qaçmaq istədi, saxlanıldı: .....                     Sərvəti ölkə büdcələri ilə müqayisə olunan .....                     Pekin Vaşinqtonun Çin şirkətlərinə qarşı addımlarını pisləyib .....                     Böyük Britaniyada iqtisadi artım azalıb .....                     BƏƏ raket hücumlarını dayandırmaq üçün İrana .....                     Əməkdar artistdən şok açıqlama: .....                     İmişli təhsilində SAXTA DİPLOM QALMAQALI... .....                 

Hacıyev Dilicanda tarix yazdı - AKTUAL
Tarix: Bu gün, 21:57 | Çap et

Bu gün prezident köməkçisi Hikmət Hacıyev Dilicana getdi. Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdü. Xəbər beş cümlə ilə keçdi və əslində lentdə olmaqla çox böyük mesaj verdi.
Amma Dilican da Dilicandır. Orada hər daş bir şeyi, mesajı bilir və verir.
"Mimino" filmini xatırlayırsınızmı? Frunzik Mkrtçyan qürurla deyir: "Bizim Dilicanda elə su var ki, kranı açırsan, dünyada ikinci yeri tutur. Birinci yer San-Fransiskodadır."
Sovet kinosunun bu replikası on illərlə Ermənistanın vizit kartı oldu. Dilicanın suyu, Dilicanın meşəsi, Dilicanın dağı, hamısı "erməni mənzərəsi" kimi dünyaya satıldı.
Bir sual: o suyun mənbəyi haradadır?
Ağstafa çayı. Gəncə, Qazax, Tovuz ellərinin əsrlər boyu yaylaq-qışlaq bildikləri, heyvan otardıqları, balıq tutduqları dağ silsilələrindədir. Sovet kinosunda "erməni suyu" kimi dünyaya satılan nemət isə əslində Azərbaycan torpağının suyudur. Bu, coğrafiyanın faktıdır, ritorikadan asılı deyil.
"Mimino"nun replikası bu gün daha fərqli səslənir.
Çar Rusiyası dövründə Azərbaycan dramaturgiyasının banisi Nəcəf bəy Vəzirov Peterburq Kənd Təsərrüfatı Akademiyasını bitirmişdi, sonra çar hökuməti onu Dilican dərəsinə meşəbəyi təyin etdi. İmperiya nöqteyi-nəzərindən bu adi bir vəzifəydi. Amma Vəzirov o meşədə əyləşib yatmadı. O, kəndliləri dinlədi, həyatı müşahidə etdi, bəy-rəiyyət münasibətlərini əyani şəkildə gördü. Azərbaycan realist dramaturgiyasının klassik obrazları həmin meşələrdə formalaşdı. Yəni Azərbaycan mədəniyyətinin bir hissəsi Dilicanda yazıldı.
Eyni meşələrdə, eyni illərdə başqa bir adam da tarixi yadırdı - Qaçaq Kərəm. Jandarmlar Qazaxda, Gəncədə onu sıxışdırdıqda o, Dilican dərəsinə keçirdi. Keçilməz meşə, çar polisinin ayağının çatmadığı mağaralar, ən etibarlı sığınacaq burası idi.
Amma bir sirr var idi axı, meşənin "sahibi" meşəbəyi Nəcəf bəy Vəzirov imperiya məmurlarına nifrəti ilə tanınırdı. Kərəm gəldikdə onun gizlənməsinə göz yumdu. Bəzən gizli şərait yaratdı. Bir yazıçı ilə bir qaçaq, çar Rusiyasına qarşı öz aralarında "Dilican ittifaqı" qurmuşdular.
O vaxt azərbaycanlı Dilicana sığınırdı.
Bu gün Azərbaycan Prezidentinin köməkçisi Dilicanda idi, yəni dədə - baba yurdunda.
Bir də soruşaq: "Mimino" filmindəki məhkəmə səhnəsini xatırlayırsınızmı? Dilicanlı erməni ilə gürcü Moskvada məhkəmə zalında üz-üzə gəlir: hakim ortada oturub, tərəflər bir-birinə iddia irəli sürür, sonda barışmaq məcburiyyəti yaranır. Amma barışıq da hakimin nəzarəti altında baş verir.
On illərlə Azərbaycan-Ermənistan problemi belə həll edildi: Moskvada, Vaşinqtonda, Brüsseldə, vasitəçinin masası arxasında, xarici hakimin göz qırpmasını gözləyərək.
Hikmət Hacıyevin Dilican səfərindən görüntülər - VİDEO
Bu gün isə Azərbaycan nümayəndəsi həmin hakimləri kənara qoyub, birbaşa Dilicanın özündə oturdu. "Mimino"nun ssenarisi başqa cür yazıldı: məhkəmə zalı yox, sülh masası quruldu, Hakim kənarlar yox, tərəflər idi.
Dilicanın ətrafında başqa bir coğrafiya da var. Azərbaycanın Qazax rayonunun Ermənistan tərəfindən hələ qaytarılmamış anklav kəndləri: Barxudarlı, Sofulu, Yuxarı Əskipara, Dilicana bir neçə on kilometrlik məsafədədir.
Azərbaycan həmin kəndlərin qaytarılmasını rəsmən tələb etdiyi, sərhəd delimitasiyası danışıqları apardığı günlərdə Hacıyev mübahisəli nöqtələrin lap yaxınlığına maneəsiz gəldi. Ermənistan cəmiyyətinə, revanşist dairələrə göndərilən mesajın məntiqi sadədir: sərhəd artıq sərhəd də deyil, keçid xəttidir.
Dilican həm çar Rusiyasının, həm sovet elitasının Cənubi Qafqazdakı ən seçkin istirahət zonası idi. Moskvanın hərbi generalları, elmi simaları, partiya nomenklaturası bu şəhəri "öz" yeri sayırdı.
Bu gün Moskvadan müstəqilləşməyə çalışan Ermənistan rəhbərliyi ilə müstəqil siyasət yürüdən Azərbaycan Rusiyanın tarixi "ev"inin içərisindəki otaqda Kreml olmadan oturub danışır.
Regional sülhün formatlanması Rusiyasız aparılır. Bir növ Rusiyanın tarixi dayaq nöqtəsindən.
Görüşün sonunda bir qərar açıqlandı: növbəti görüş Azərbaycanda olacaq.
Yəni bu dəfə Armen Qriqoryan Azərbaycan torpağına gələcək. Hansı şəhər, hələ bilinmir. Amma əgər Dilican bu qədər layiqli çıxış etdisə, Şuşa necə olar görüş yeri kimi?
Dilicanda hər daş bir şey bilir. Nəcəf bəyin meşəsi, Kərəmin mağarası, "Mimino"nun suyu. Hə, bir də Hacıyevin üstünlüyü...
Əziz Əlibəyli,
Beynəlxalq münasibətlər üzrə ekspert
"DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp hələ mənimlə prezidentliyə namizədliyimi müzakirə etməyib - Vens
Bu gün, 22:00
Hacıyev Dilicanda tarix yazdı - AKTUAL
Bu gün, 21:57
Ankaradakın subasmada da Eldar Əzizov günahkardır? - REPLİKA
Bu gün, 16:58
Rusiya hər kvadrat kilometrə görə 200 nəfər itirir - Jmaylo
Bu gün, 08:31
Paşinyan xaricdə təhsil alan ermənilərə jest... - İŞ TƏKLİFİ...
Bu gün, 08:17
Space X-in minlərlə əməkdaşı IPO-dan sonra milyonçu oldu - “The New York Times”
Bu gün, 08:12
İndi də müştəriyə belə problem yaradırlar - GİLEY
Bu gün, 08:03
"İstanbulda olduğunu bilirdim, amma ölümün görüşünə getdiyini bilmirdim" - Sabir Rüstəmxanlı
Bu gün, 07:23
Neft bumu artıq geridə qalıb: İslahat yuxarılardan başlamalıdır, aşağılardan yox... - ÇIXIŞ YOLU...
Bu gün, 07:16
"Bakının xarici "məsləhətçilərə" ehtiyacı yoxdur, təzyiqlər nəticə verməyəcək" - Fərhad Məmmədov
Bu gün, 07:06
İki ölkə bağlı Kremli qəzəbləndirən xəbər - Avropada “başlama” anonsu verildi
Bu gün, 07:03
“Qayalı”nın sahibinin ailəsinə qarşı 600 minlik şantaj: Həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 07:01
Siyasilər hansı komandaya azarkeşlik edirlər? - SORĞU
Bu gün, 06:37
“Bu işi ilk edənlərdən biri bizik, hələ ki, açıqlamaq istəmirəm, amma..”
Bu gün, 06:34
Rusiya iqtisadi qadağalarla Ermənistanda sabitliyi pozmağa çalışır - FAKT BUDUR!
Bu gün, 06:32
Paşinyanın deputat yerləri təhlükədə: yeni hesablamalar... - DETALLAR
Bu gün, 06:27
Rusiya XİN-dən Putin-Tramp görüşü ilə bağlı AÇIQLAMA
Bu gün, 06:25
ABŞ-ın bəzi ştatlarında separatçı meyllər güclənir - NYT
Bu gün, 06:21
Naxçıvana uçan təyyarə ildırımlı hava səbəbindən Bakıya geri qayıdıb - AÇIQLAMA
Dünən, 21:20
2025-2026-cı tədris ili necə yadda qaldı?
Dünən, 16:50
Paşinyanı erməni müxalifət ilə danışıqlara Bakı məcbur edəcək - “meduiza”
Dünən, 15:38
Seyid Əli Xamenei iyulun 9-da dəfn ediləcək
Dünən, 15:35
“Bu seçkilər legitim sayıla bilməz” - Köçəryan
Dünən, 14:51
Mətanət İsgəndərlidən keçmiş gəlini ilə bağlı qalmaqallı açıqlama: - “Mən dəvət etmirəm, özü gəlir”
Dünən, 14:11
Stomatologiyada "kreditlə gülümsəmə" - Diş müalicələri niyə bahalaşır?
Dünən, 14:09
Ağstafa İcra Hakimiyyətinin maraqlı tenderi: 95 ton yerinə, 134 ton sement alınacaq - ARAŞDIRMA
Dünən, 14:05
80 qəpiklik dondurmalarla bağlı gizli təhlükə - DİQQƏT
Dünən, 13:39
Tsarukyan Paşinyandan üzr, təkzib və kompensasiya tələb edir
Dünən, 13:24
“Barama” niyə uşağı bağçada saxlamaq istəmir? - İki filialdan şikayət var
Dünən, 13:13
Polşada azərbaycanlı sürücüyə xəsarət yetirdilər - FOTOlar
Dünən, 13:06
Qırmızı meydanda Rusiya Günü konserti niyə ləğv olundu? – Moskvada qorxu
Dünən, 13:02
Ukrayna Rusiyanın Krıma aparan son quru yolunu "ölüm yoluna" çevirib - "The Telegraph"
Dünən, 12:54
Hindistanın Rusiyadan neft almasını ABŞ istəyib – XİN rəhbəri
Dünən, 12:53
Karapetyan qaçmaq istədi, saxlanıldı: - Ohanyanla bağlı isə həbs qərarı verildi
Dünən, 12:51
Sərvəti ölkə büdcələri ilə müqayisə olunan AZƏRBAYCANLI
Dünən, 11:51
Pekin Vaşinqtonun Çin şirkətlərinə qarşı addımlarını pisləyib
Dünən, 11:49
Böyük Britaniyada iqtisadi artım azalıb
Dünən, 11:47
BƏƏ raket hücumlarını dayandırmaq üçün İrana 20 milyard dollar verəcək?
Dünən, 11:44
Əməkdar artistdən şok açıqlama: - "Ən yaxın rəfiqələrim sirlərimi saytlara ötürmüşdü"
Dünən, 11:36
İmişli təhsilində SAXTA DİPLOM QALMAQALI... - İTTİHAM VAR...
Dünən, 11:16
Rusiya Ermənistan seçkilərinin nəticələrini tanımasa, nə baş verəcək?.. - Hərbi müdaxilə?..
Dünən, 11:07
“Paşinyanın ciddiliyini yoxlamaq istəyiriksə, 2 məsələyə fikir vermək lazımdır... ” - ŞƏRH
Dünən, 11:03
Türkiyə Ermənistanla sərhədi açdı - KİV
Dünən, 10:53
İcra başçısı "Ana-bala" parkını SATDI: sakinlər narazıdır... - FOTOLAR
Dünən, 10:49
Putin Paşinyana “yox” dedi: Təbrik olmayacaq - GƏRGİNLİK DAVAM EDİR...
Dünən, 10:41
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub - DİQQƏT!
Dünən, 10:31
“Bizdə dünya ulduzu yoxdur, toy ulduzları var” – Tolikdən sərt açıqlama
Dünən, 10:27
Qaz məngənəsindəki İrəvan: Qurtuluşu Azərbaycandadır - GƏLİŞMƏ
Dünən, 10:20
Dörd mindən çox əcnəbi Peterburqdan ÇIXARILDI: - azərbaycanlılar da var
Dünən, 10:16
Budaqova qarşı CƏBHƏ AÇANLAR kimlərdir?.. - İLGİNC İDDİALAR...
Dünən, 10:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru