VƏTƏN VƏ DAŞ... .....                     Nazirliyin bu idarəsində ŞOK YEYİNTİ .....                     Suraxanını "zəbt edən" Əliyev qardaşları .....                     Dilçi: "“Qadın” və “arvad” sinonim-dublet deyil" .....                     4 gün sonra: Ermənistanda müharibə olacaq... .....                     Daha bir şübhəli şirkət... .....                     AYNA-nın “rəsmxət dərsi” .....                     Kreml Ermənistanı pulsuz qoydu: İğtişaşa hazırlıq .....                     Böyük qaçışdan böyük qayıdışa: kəndləri necə dirçəltməli? .....                     Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... .....                     “Adımdan yalandan istifadə ediblər, mən Şəfiqəni yox, Əli İsanı dəstəkləmişəm..” .....                     Köhnə “müttəfiqlərin” yeni hədələri .....                     "N-Turan" MMC-də böyük vergi şoku .....                     Kreml sıxışdırılır: Türkiyə Ermənistan bazarını bu taktika ilə ələ keçirir .....                     Paşinyan kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar tapdığını açıqlayıb .....                     ABŞ Qeşm adasına, İran isə Bəhreynə zərbələr endirib .....                     Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib .....                     Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi .....                     Ermənistan seçkilərində biz qalib gələcəyik .....                     Uşaqpulu müzakirələrini necə kəsək? .....                     Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: .....                     Bakı Metropolitenində yeni .....                     Tacir tənqidlərə cavab verdi: .....                     Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi .....                     "Koçaryanı tarixin zibilliyinə atacaqlar..." .....                     ADRA-nın yeni sədr müavini kimdir? .....                     Rusiyanın kölgəsi altında ERMƏNİ RƏZALƏTİ... .....                     Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını dəyişə bilər .....                     “Karapetyanın psixoloji problemi var, 300 min azərbaycanlı…” .....                     Kinematoqrafçılar İttifaqının qurultay nəticələri .....                     "30 illik müəlliməm" deyənlərin imtahana daha çox ehtiyacı var .....                     "Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib .....                     Bakıda şəhid xanımı buna görə öldürülübmüş .....                     “NEO BOKT” 2025-ci ili zərərlə başa vurub .....                     “Bank Avrasiya”nın səhmdarı yenidən təşkil olunur .....                     Dövlətin milyonlarını görün, kimə HƏVALƏ EDİRLƏR... .....                     Günay Ağamalıya atasından qalan bu biznes şok etdi .....                     Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi .....                     Dünyanın ən bahalı casus proqramları hansılardır: Bakıda varmı? .....                     Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb .....                 

Köhnə “müttəfiqlərin” yeni hədələri – Putin və Lukaşenko Paşinyandan nə istəyirlər?
Tarix: Bu gün, 05:39 | Çap et

Putindən sonra Belarus rəhbəri Aleksandr Lukaşenko da Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmanın “Ukrayna ssenarisi”ni təkrarlanması riskinə gətirib çıxara biləcəyi barədə xəbərdarlıq edib. Bu barədə BelTA agentliyi məlumat yayıb.

Ermənilər çox ehtiyatlı olmalıdırlar ki, Allah eləməsin, Ukraynada baş verənlər təkrarlanmasın... Ukraynada hər şey məhz belə başlamışdı... İstəməzdim ki, yenicə bir müharibədən çıxan ermənilər bununla əlaqədar ağır vəziyyətə düşsünlər. Tələsmək lazım deyil. Sadəcə düşünmək, müdrik olmaq lazımdır”, – Lukaşenko Astanada keçirilən Avrasiya İqtisadi İttifaqının (Aİİ) yekunları ilə bağlı çıxış edərkən bildirib.

O, yenə də Putinin sözlərini təkrarlayaraq əlavə edib ki, Ermənistan xalqı bu məsələ ilə bağlı “öz mövqeyini bildirməlidir” və respublika rəhbərliyini iyunun 7-nə təyin olunmuş parlament seçkiləri fonunda “seçki oyunu oynamaqda” tənqid edib.

Hamımız başa düşürük ki, burada siyasi oyun gedir – sabah Ermənistanda seçkilərdir. Təbii ki, bu məsələ ətrafında müxtəlif manipulyasiyalar aparılır... Amma Ermənistan rəhbərliyi səhv edir”, – Lukaşenko bildirib və İrəvanın addımlarını Aİİ üçün “alçaldıcı” adlandırıb.

Belarus lideri, həmçinin, İrəvanın son vaxtlar Avropa İttifaqı nümayəndələri ilə təmaslarını xatırladaraq, baş verənlərin xarici qüvvələrin maraqlarına xidmət etdiyinə eyham vurub. “Kimsə bundan fayda götürür. Gəldilər, orada müəyyən adamları topladılar (avropalılardan kimin gəldiyini bilirsiniz), onlara bir yığın vəd verdilər”, – o bildirib.

Lukaşenkonun sözlərinə görə, Avropa nümayəndələrinin çıxışlarında əsasən Minsk və Moskvanın ünvanına tənqidlər səslənib.

Yalnız belə müzakirələr aparılırdı: ‘Belarus və Rusiya elədir, belədir”, – Lukaşenko hesab edir.

Mayın 29-da Vladimir Putin də İrəvanı “Ukrayna ssenarisi” ilə hədələyib. O bildirib ki, “Ukraynadakı böhran Avropa İttifaqına qoşulmaq cəhdləri ilə başlayıb”. Bundan əvvəl, mayın 10-da Putin oxşar bəyanatla çıxış edərək Ermənistan hakimiyyətinə Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirməyi tövsiyə etmiş və ölkənin Aİİ-dən çıxacağı təqdirdə, tərəflərin “yumşaq, mədəni və qarşılıqlı faydalı boşanma yolu ilə ayrılmasını” məsləhət görmüşdü.

Bu arada, Euronews-nun məlumatına görə, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası 7 iyun seçkilərində inandırıcı üstünlük qazana bilər. “Breavis” şirkətinin sorğusuna əsasən, artıq kimə səs verəcəyinə qərar vermiş seçicilərin təxminən 65 faizi hakim partiyanı dəstəkləməyə hazırdır. Bu da Paşinyana Qərblə yaxınlaşma kursunu davam etdirməyə imkan verə bilər.

Bu fonda Rusiya Ermənistan məhsullarına qarşı ticarət məhdudiyyətləri tətbiq edib. Bundan başqa, səfir Sergey Kopırkin “məsləhətləşmələr üçün” geri çağırılıb. Moskva bu addımı Ermənistan rəhbərliyinin Avropa İttifaqı ilə yaxınlaşmaq istiqamətində atdığı və Aİİ çərçivəsində əməkdaşlığa zərər vuran addımlarla izah edib.

Reuters isə Qərb kəşfiyyat orqanlarına istinadən xəbər verir ki, Kreml Ermənistana təsir əməliyyatları aparmaq üçün xüsusi bölmə yaradıb və qarşıdan gələn parlament seçkilərinə müdaxilə etməyə hazırlaşır. Məlumata görə, məqsəd Rusiyada yaşayan ermənilərdən 100 min nəfəri seçkilər üçün vətənə göndərməkdir. Qeyd edək ki, Rusiyadakı erməni diasporunun ümumi sayı 2 milyondan çoxdur.

Bəs bütün bunlar Lukaşenkoya nə üçün lazımdır? O, Putinin başladığı bu təhdid ritorikasına niyə qoşulub? Onlar belə çıxışlarla Paşinyandan nə əldə etməyə çalışırlar? Hesab nə üzərində qurulub?

Pressklub.az-ın suallarına cavab verin tanınmış belaruslu analitik, jurnalist və demokratik fəal Aleksandr Otroşenkovun (Varşava) sözlərinə görə, belaruslular artıq çoxdan Aleksandr Lukaşenkonun bu cür çıxış üslubuna öyrəşiblər.

O, Putin və ya Rusiya rəhbərliyinin digər nümayəndələri ilə görüşdən çıxan kimi, adətən Rusiya təbliğatçılarının mikrofonları qarşısında dayanır və Kremlin metodik göstərişlərində yazılan bütün tezisləri mexaniki şəkildə təkrarlayır. Üstəlik, çox vaxt Putindən də daha radikal bəyanatlar verir, bununla da ona sədaqətini və Kremlin carçısı rolunda faydalılığını nümayiş etdirir.

Lukaşenko 2022-ci ilin əvvəlində məhz bu üslubda çıxış edərək Ukraynanın bir neçə gün ərzində məğlub olacağını proqnozlaşdırırdı, Baltik ölkələrinin dövlətçiliyini itirəcəyi ilə hədələyirdi, Polşaya və digər dövlətlərə qarşı təhdidlər səsləndirirdi.

Maraqlıdır ki, Ermənistanla bağlı səsləndirdiyi təhdidlər onun Aİİ sammitindəki çıxışında dedikləri ilə tam ziddiyyət təşkil edir. Axı o, həmin çıxışında bildirirdi ki, bu təşkilat daha səmərəli və yeni potensial iştirakçılar üçün daha cəlbedici olmalıdır. Lakin Ermənistana hədə-qorxu gəlməklə, əksinə, göstərir ki, təşkilata üzvlük könüllü xarakter daşımır və burada iştirakın riskləri üstünlüklərdən daha çox ola, həm iqtisadi, həm də təhlükəsizlik sahəsində problemlərə gətirib çıxara bilər. Başqa sözlə, giriş bir rubldursa, çıxış iki rubldur”, – analitik bildirib.

Onun fikrincə, Lukaşenko müstəqil siyasi oyunçu deyil və səsləndirdiyi təhdidlər də əslində Kremlin təhdidləridir.

Amma bu, həmin təhdidlərin real olmadığı anlamına gəlmir. Aydındır ki, Ermənistan üçün problemlər onun Aİİ-dən çıxmasına görə yaradılmayacaq (üstəlik, Nikol Paşinyanın sözlərinə görə, Ermənistanın belə bir planı yoxdur). Daha çox ona görə yaradılacaq ki, Ermənistan xalqı öz taleyini müstəqil müəyyənləşdirmək, ölkə rəhbərliyini özü seçmək və Rusiyada, Belarus, eləcə də Aİİ-yə daxil olan bir çox digər ölkələrdə formalaşmış siyasi sistemi və siyasi mədəniyyəti qəbul etmək istəmədiyini dəfələrlə göstərib.

Ermənistan xalqına qarşıdan gələn 7 iyun seçkilərində və sonrakı bütün seçkilərdə müdriklik, həmçinin seçdiyi yolda möhkəmlik arzulamaq qalır. Çünki aydındır ki, keçmiş “müttəfiqlər” bu yolda hələ dəfələrlə maneələr yaradacaqlar”, – Aleksandr Otroşenkov proqnozlaşdırır.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
VƏTƏN VƏ DAŞ... - evimiz yükə çevrilirsə...
Bu gün, 06:21
Nazirliyin bu idarəsində ŞOK YEYİNTİ - RƏSMİ QARƏT
Bu gün, 06:15
Suraxanını "zəbt edən" Əliyev qardaşları KİMDİR?
Bu gün, 06:06
Dilçi: "“Qadın” və “arvad” sinonim-dublet deyil" - "Gərək deputat ixtisası olmayan bir sahəyə hazırlıqsız “girişməyəydi”"
Bu gün, 06:01
4 gün sonra: Ermənistanda müharibə olacaq... - Görünəni odur ki...
Bu gün, 05:58
Daha bir şübhəli şirkət... - FOTO
Bu gün, 05:56
AYNA-nın “rəsmxət dərsi” - məqsəd sürücüləri cərimələtdirməkdir, yoxsa…
Bu gün, 05:52
Kreml Ermənistanı pulsuz qoydu: İğtişaşa hazırlıq - NƏ BAŞ VERİR?
Bu gün, 05:48
Böyük qaçışdan böyük qayıdışa: kəndləri necə dirçəltməli? - Torpaqdan qaçışın pərdəarxası...
Bu gün, 05:45
Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... - BU DA FAKT...
Bu gün, 05:43
“Adımdan yalandan istifadə ediblər, mən Şəfiqəni yox, Əli İsanı dəstəkləmişəm..” - QALMAQAL
Bu gün, 05:41
Köhnə “müttəfiqlərin” yeni hədələri – Putin və Lukaşenko Paşinyandan nə istəyirlər?
Bu gün, 05:39
"N-Turan" MMC-də böyük vergi şoku - Şirkət əldən-ələ keçib, 300 mindən çox borc yaranıb
Bu gün, 05:36
Kreml sıxışdırılır: Türkiyə Ermənistan bazarını bu taktika ilə ələ keçirir - GƏLİŞMƏ
Bu gün, 05:28
Paşinyan kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar tapdığını açıqlayıb - TƏFƏRRÜAT
Bu gün, 05:26
ABŞ Qeşm adasına, İran isə Bəhreynə zərbələr endirib - CENTCOM
Bu gün, 05:24
Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib - İlkin ehtimala görə...
Dünən, 22:34
Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi ━━ Reuters detalları açıqladı
Dünən, 22:32
Ermənistan seçkilərində biz qalib gələcəyik - Rusiyalı oliqarx
Dünən, 17:23
Uşaqpulu müzakirələrini necə kəsək? - İsveç, Norveç, Finlandiya...
Dünən, 17:08
Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: - "makler" DANIŞDI
Dünən, 17:06
Bakı Metropolitenində yeni VƏZİFƏ TƏYİNATI
Dünən, 17:03
Tacir tənqidlərə cavab verdi: - "Həyətimdə qalstukla gəzməliydim?"
Dünən, 17:02
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi - TƏFƏRRÜAT
Dünən, 17:01
"Koçaryanı tarixin zibilliyinə atacaqlar..." - Keçmiş deputatdan maraqlı ŞƏRH
Dünən, 16:59
ADRA-nın yeni sədr müavini kimdir? - DOSYE
Dünən, 16:56
Rusiyanın kölgəsi altında ERMƏNİ RƏZALƏTİ... DAVAM EDİR...
Dünən, 16:52
Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını dəyişə bilər - “Stratfor”
Dünən, 16:50
“Karapetyanın psixoloji problemi var, 300 min azərbaycanlı…” - Xaratyan
Dünən, 16:48
Kinematoqrafçılar İttifaqının qurultay nəticələri LƏĞV EDİLİR?
Dünən, 16:35
"30 illik müəlliməm" deyənlərin imtahana daha çox ehtiyacı var – Ekspertdən tənqid
Dünən, 16:32
"Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib
Dünən, 16:28
Bakıda şəhid xanımı buna görə öldürülübmüş – DETALLAR
Dünən, 16:26
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub
Dünən, 16:22
“Bank Avrasiya”nın səhmdarı yenidən təşkil olunur
Dünən, 16:19
Dövlətin milyonlarını görün, kimə HƏVALƏ EDİRLƏR... - Qanun hərləyən kimdir ki...
Dünən, 16:15
Günay Ağamalıya atasından qalan bu biznes şok etdi - VİDEO
Dünən, 16:01
Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi - SƏBƏB
Dünən, 16:00
Dünyanın ən bahalı casus proqramları hansılardır: Bakıda varmı? - ARAŞDIRMA
Dünən, 15:57
Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb - “Verelq.am”
Dünən, 15:53
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Dünən, 15:21
Şikayətlər artır, həll isə yoxdur: - İcra hakimiyyətlərində nə baş verir?
Dünən, 15:17
Bakıda toyda DƏHŞƏT: - əmisi qızı ilə oynayıb qardaşını bıçaqladı
Dünən, 15:13
45 minlik maşına görə Bank Respublika məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 15:07
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi
Dünən, 14:33
Paşinyan Rusiyanın Ermənistan məhsullarına məhdudiyyətlərini tənqid edib
Dünən, 14:31
“Saxtakarlıqla professor olub” demişdi, cəzalandı - TƏFƏRRÜAT
Dünən, 14:30
Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu
Dünən, 13:15
Polkovnikə cinayət işi açıldı: Zərərçəkmiş isə həbsdədir - TƏFƏRRÜAT
Dünən, 13:10
İşdən çıxan Könülün yerinə bu aparıcı GƏTİRİLDİ
Dünən, 13:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru