Ermənistanın Avrasiya İttifaqından çıxıb-çıxmayacağı onun öz işidir .....                     İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” .....                     WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq... .....                     Azərbaycanlılarla bağlı qərar Gürcüstanı çətinə saldı: .....                     Biri deyir KİŞİ MAAŞI yetərlidir, o biri də deyir ARVAD otursun evində... .....                     Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR .....                     “Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib .....                     SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? .....                     Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir .....                     Qarabağda işçilər pullarını ALA BİLMİR .....                     Suraxanıda dövlətin qanunları İŞLƏMİR .....                     Nigar Rüfəti himayə edən kimdir? .....                     "Kupça"sız evlərlə bağlı TƏKLİF .....                     “Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” .....                     ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib .....                     Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? .....                     İTV rəhbərliyi uğrunda yarış .....                     Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı .....                     Niyam onları belə yad etdi .....                     Quru sərhədlərlə bağlı mühüm XƏBƏR .....                     Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır .....                     Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib .....                     “Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” .....                     Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb .....                     ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır .....                     “İndi niyə şikayət edirsiniz?” .....                     Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı .....                     Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar .....                     Tiflisdə Trampın adına göydələn tikiləcək .....                     Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı .....                     "Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı .....                     Qarabağ barədə bundan başqa iddiamız yoxdur .....                     Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: .....                     Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ .....                     “Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata .....                     Kamal Abdulla qadınlarla bağlı cavabı haqda .....                     Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası .....                     SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu .....                     24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır .....                 

İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” - BELƏ DAVAM EDƏRSƏ...
Tarix: Bu gün, 08:53 | Çap et

Tikinti xərclərində müşahidə olunan artımın yaxın aylarda da davam edəcək

Azərbaycan Qiymətləndiricilər Palatası 2026-cı ilin aprel ayı üzrə tikinti indekslərini açıqlayıb. Hesabata əsasən, bu ilin aprel ayında tikinti xərcləri 2025-ci ilin dekabrı ilə müqayisədə 6,8 faiz artıb. Tikinti bazarında əsas bahalaşma metal məhsulları, beton, sement və daxili təmir materialları üzrə qeydə alınıb. Ən ciddi qiymət artımı metal və beton məhsullarında müşahidə olunub. Ən stabil seqment isə maşın-mexanizm xərcləri hesab edilir.

Hesabatda bildirilir ki, xüsusilə armatur, beton, laminat və parket, plastik pəncərələr, sendviç panellər və digər metal əsaslı məhsullar üzrə qiymət artımı davam edir. Bahalaşmanın əsas səbəbləri kimi idxal xərclərinin yüksəlməsi, logistika xərclərinin artması və tikinti sektorunda tələbin yüksək qalması göstərilir. Tikinti materialları arasında ən yüksək artım metal məhsullarında qeydə alınıb. Belə ki, bu sahə üzrə indeks baza dövrü ilə müqayisədə 111,5 bəndə yüksəlib. Beton və sement məhsulları üzrə göstərici 108,4, daxili təmir materiallarında 107,2, qapı-pəncərə sistemlərində 106, taxta materiallarında 105,8, dam örtüklərində isə 104,9 səviyyəsində formalaşıb.
Maşın-mexanizm seqmentində isə qiymət artımı digər istiqamətlərlə müqayisədə daha məhdud olub. Ekskavator xidmətləri üzrə indeks 104,2, beton pompası üzrə 103,8, kran xidmətləri üzrə isə 103,5 təşkil edib.
Palatanın qənaətinə görə, tikinti xərclərində müşahidə olunan artımın yaxın aylarda da bazar qiymətlərinə təsiri davam edəcək.
Qeyd edək ki, Azərbaycana tikinti materiallarının bir hissəsi Ukrayna və İrandan idxal olunur.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, tikinti materiallarının qiymətində artım son 5 ildə ardıcıl şəkildə davam edən bir prosesdir. Bu prosesin başlanğıcı Rusiya ilə Ukrayna arasında müharibə ilə əlaqəli olsa da, bahalaşmaya təsir edən səbəblər təkcə bununla məhdudlaşmır. “Geosiyasi münaqişələr logistika xərclərinin artmasına səbəb olur, daşınmada çətinliklər yaranır, müəyyən material çatışmazlığı müşahidə edilir. Bununla yanaşı, Azərbaycanda tikinti materiallarının idxalından asılılığın yüksək olması və yerli istehsalın bazardakı tələbatı tam ödəməməsi də qiymət artımının əsas səbəblərindən biridir. Eyni zamanda logistika və daşınma xərclərində də artım baş verir. Müharibələr və regional qarşıdurmalar daşınma prosesini çətinləşdirir və nəticədə xərclər yüksəlir. Digər tərəfdən, 30 ilə yaxın işğal altında olmuş ərazilərimizin azad edilməsindən sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı infrastruktur və tikinti işlərinin aparılması tikinti materiallarına olan tələbatı ciddi şəkildə artırıb. Bu da ölkə daxilində qiymət artımına təsir göstərən əsas amillərdəndir. Bundan başqa, Bakı şəhərinin 2040-cı il Baş Planına uyğun olaraq qəzalı və istismar müddəti bitmiş binalar sökülür, onların yerində abadlaşdırma və yeni tikinti işləri həyata keçirilir. Bu proses də tikinti materiallarına tələbatı artırır və qiymətlərin yüksəlməsinə səbəb olur” deyə, o bildirib.
V. Oruc bildirir ki, işçi qüvvəsinin əməkhaqlarının, əməliyyat və gündəlik xərclərin artması da tikinti materiallarının qiymətinə təsir edən mühüm amillərdəndir: “Bununla yanaşı, makroiqtisadi proseslər - inflyasiya, manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər də həm materialların, həm də xidmət xərclərinin artmasına gətirib çıxarır. Nəticədə bu proses tikinti sektorunda ümumi bahalaşmanı sürətləndirir.
Ümumilikdə götürdükdə, materialların böyük hissəsinin idxal olunması, logistika problemləri, yerli istehsalın tələbatı tam ödəyə bilməməsi, həyata keçirilən iri infrastruktur layihələri və Bakı ilə yanaşı regionlarda aparılan geniş tikinti işləri bazarda tələbatı artırır. Tələb artdıqca isə qiymət artımı qaçılmaz olur. Qlobal bazarda da metal və tikinti xammalı üzrə bahalaşma prosesi gedir. Bu, yalnız Azərbaycana aid məsələ deyil. Dünyada metal və xammal qiymətlərinin artması həmin məhsulların ölkəmizə gətirilməsi və istehsalı zamanı əlavə xərclər yaradır. Layihələrin sayı artdıqca, abadlaşdırma və şəhərsalma istiqamətində yeni layihələr həyata keçirildikcə tikinti materiallarına tələbat da yüksələcək. Tələb yüksəldiyi üçün qiymət artımı da davam edəcək.
Ötən ilin müvafiq dövrü və ya ötən ilin dekabr ayı ilə müqayisədə açıqlanan rəqəmlər aidiyyəti qurumların statistik göstəriciləridir və onların ayrıca təhlil olunmasına ehtiyac var. Məsələn, əvvəlki hesabatlarda mənzil bazarı üzrə müəyyən faiz göstəriciləri təqdim olunsa da, tikinti materiallarında təxminən 6 faiz civarında qiymət artımı ilə bağlı rəqəmlər arasında tam uyğunluq görünmür. Bununla bağlı daha dəqiq izahı aidiyyəti qurum verə bilər.
Bizim hesablamalara görə, xüsusilə xaricdən gətirilən tikinti materiallarında logistika xərcləri və dünya bazarında metal, eləcə də digər tikinti xammallarının bahalaşması səbəbindən qiymət artımı təbiidir. Yerli istehsal isə əsasən enerji daşıyıcılarının qiyməti və inzibati qərarların təsiri ilə bahalaşır”.

Ekspert qeyd edir ki, yerli istehsal olunan bəzi tikinti materiallarında qiymətlər sabit qalıb, hətta müəyyən məhsullarda ucuzlaşma da müşahidə olunur: “Ümumilikdə isə bazarda əsas qiymət artımı daha çox xaricdən idxal olunan tikinti materiallarında hiss edilir.Yerli tikinti materiallarında da müəyyən bahalaşma olsa da, bu artım idxal məhsulları ilə müqayisədə daha aşağı səviyyədədir. Şəhərsalma layihələrinin genişlənməsi, tikinti sektorunun canlanması və bu sahəyə təşviq proqramlarının tətbiqi gələcəkdə də tikinti materiallarında qiymət artımını davam etdirə bilər. Burada əsas rol oynayan amillər makroiqtisadi proseslərdir. İnflyasiya, manatın alıcılıq qabiliyyəti, işçi qüvvəsinin xidmət haqlarındakı artım buna nümunədir. Məsələn, iki il əvvəl suvaq işi 4-5 manata görülürdüsə, indi həmin xidmətin qiyməti 8-10 manat civarındadır. Bu isə bəzi xidmətlər üzrə təxminən iki dəfə artım deməkdir. Ona görə də tikinti materialları və işçi qüvvəsinin xidmət haqları üzrə vahid qiymət artımı faizi müəyyənləşdirmək çətindir. Amma ümumi artımın olduğu və bunun davam edən proses olduğu aydındır. Əgər ölkədə iqtisadi fəallıq və tikinti sektorunda canlanma davam edərsə, tikinti materiallarında qiymət artımı da qaçılmaz olacaq”.

Musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın Avrasiya İttifaqından çıxıb-çıxmayacağı onun öz işidir - Paşinyan
Bu gün, 09:39
İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:53
WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq... - ŞƏRH
Bu gün, 08:51
Azərbaycanlılarla bağlı qərar Gürcüstanı çətinə saldı: - Bakıdan sərhəd xahişinin əsl SƏBƏBİ
Bu gün, 08:50
Biri deyir KİŞİ MAAŞI yetərlidir, o biri də deyir ARVAD otursun evində... - Əcəb epoxaya düşmüşük...
Bu gün, 08:36
Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR - GİLEY
Bu gün, 08:28
“Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib - FOTOLAR
Bu gün, 08:19
SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? - NƏ BAŞ VERİR?
Bu gün, 08:14
Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ - GƏLİŞMƏ
Bu gün, 07:59
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir – FOTOLAR
Bu gün, 07:54
Qarabağda işçilər pullarını ALA BİLMİR - NARAZILIQ VAR...
Bu gün, 07:36
Suraxanıda dövlətin qanunları İŞLƏMİR - BU DA FAKT...
Bu gün, 07:26
Nigar Rüfəti himayə edən kimdir? - İLGİNC
Bu gün, 07:22
"Kupça"sız evlərlə bağlı TƏKLİF - Onlara bir il müddət verilsin
Bu gün, 07:16
“Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” - Xalq artisti HİRSLƏNDİ
Bu gün, 07:13
ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib
Bu gün, 07:09
Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? - AKTUAL
Bu gün, 06:40
İTV rəhbərliyi uğrunda yarış - Media nümayəndələri vəziyyəti dəyərləndirdi
Bu gün, 06:37
Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı - DETALLAR
Bu gün, 06:33
Niyam onları belə yad etdi - FOTO
Bu gün, 06:29
Quru sərhədlərlə bağlı mühüm XƏBƏR – Gözlənilən tarix bilindi
Bu gün, 06:26
Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır - “Bloomberg”
Bu gün, 06:20
Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib - ABŞ səfiri
Bu gün, 06:18
“Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” - Ovannsiyan
Dünən, 17:35
Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb
Dünən, 17:31
ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır
Dünən, 17:23
“İndi niyə şikayət edirsiniz?” - “Avroviziya” təmsilçisi ittihamlara cavab verdi
Dünən, 17:11
Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı - DETALLAR
Dünən, 17:03
Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar
Dünən, 17:01
Tiflisdə Trampın adına göydələn tikiləcək - Qafqazın ən böyüyü olacaq
Dünən, 16:51
Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı QƏRAR
Dünən, 16:42
"Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı - "UVB-76 loqi"
Dünən, 16:38
Qarabağ barədə bundan başqa iddiamız yoxdur - Köçəryan
Dünən, 16:28
Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: - Layihələndirməyə ₼1 milyon ayrıldı
Dünən, 16:23
Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ AÇIQLANDI
Dünən, 16:14
“Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata - TƏFƏRRÜAT
Dünən, 16:08
Kamal Abdulla qadınlarla bağlı cavabı haqda - Açıqlama yaydı
Dünən, 16:07
Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası - FOTOLAR
Dünən, 16:04
SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu - DETALLAR
Dünən, 15:43
24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır
Dünən, 15:36
Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? - TƏFƏRRÜAT
Dünən, 15:34
"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir - FOTO
Dünən, 15:28
Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi - BUNDAN SONRA...
Dünən, 15:17
"Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu - FOTO
Dünən, 15:15
Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı - TƏFƏRRÜAT
Dünən, 15:12
Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər - AÇIQLAMA
Dünən, 14:55
Paşinyan Rusiyaya səfərdən imtina etdi - KİV
Dünən, 14:49
Rusiya agentlərini İrəvana göndərib: - Seçkiqabağı qalmaqal
Dünən, 14:47
Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq - Professordan XƏBƏRDARLIQ
Dünən, 14:43
Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR
Dünən, 14:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru