Rusiya Aİ-nin sanksiyalarını ələ saldı: .....                     Süni intellekt bəzi materialları Dilçilik İnstitutundan yaxşı təqdim edir .....                     Nazir Olimpiya Kompleksinin direktorunu işdən çıxardı .....                     “Türkmənistan prezidenti məni doğum gününə dəvət etdi, .....                     Putin Rusiyaya daxil olan miqrantların tibbi müayinəsini tələb edən qanun imzalayıb .....                     “Xalqı dövlətə qarşı qaldırır” .....                     “Həyat yoldaşımı oyadaraq hadisə barədə danışdım, anam və uşaqları evdən çıxartdım” .....                     Faizsiz kredit, yoxsa yeni borclanma? .....                     "İndi deyəcəklər ki, bu qədər şikayətçisənsə, niyə dəyişmirsən?" .....                     Ermənilərin Başkənd iddiası .....                     "Abonentlər də işləyir... bunu anlamaq çətindirmi?" .....                     Azərbaycanda psixi xəstəliklər sürətlə artır .....                     Türkiyə partiyası Paşinyanı təbrik etdi .....                     “Facebook”, “İnstagram” və “WhatsApp” 3 ay sonra Azərbaycanda bağlana bilər? .....                     Vüqar Behbudov direktoru işdən çıxardı .....                     Çarukyan İstintaq Komitəsində dindirildi .....                     Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir .....                     Bakıda FACİƏ: .....                     Əli Kərimlinin həbs müddəti uzadıldı .....                     İcra başçılarının PULU kəsilir: Nazirdən ANONS .....                     Fındıq şirkəti “Aznuts” MMC kapitalını yarıbayarı azaltdı .....                     "Rabitəbank"da YENİ TƏYİNAT! .....                     Gürcüstan Avropa yolunda dinamikanı tam itirir .....                     “Turbo.az”ın sahibi İngiltərə futbol klubundakı payını azaldıb .....                     Bakıda qətl və xuliqanlıqda təqsirləndirilənlərə .....                     Rusiyadan Ermənistandakı seçki ilə bağlı müəmma: .....                     Tramp xəbərdarlıq edib: .....                     Vəzifəli şəxslər küçə itlərinin yempulunu da mənimsəyiblər .....                     "Bəzən insan elə bilir ki, hər şey bitib" .....                     Eynulla Fətullayev Bakıdakı restoranını da satıb .....                     Lavrov Ermənistanın KTMT və Aİİ üzvlüyündən danışıb .....                     Cərimə var, cəza var, amma nəticə niyə yoxdur? .....                     Xərçəngin peyvəndi gəlir: .....                     Bakıya və Zəngəzur dəhlizinə həmlə .....                     Yarım milyon manat vergi borcu olan klinika başqa ad altında fəaliyyətə başlayıb? .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Pakistan Əfqanıstana hücum etdi .....                     Ermənistan bir neçə həftəyə yeni Konstitusiyasını təqdim edəcək .....                     Rövşən Mehdiyevin rəhbərliyi altında KORRUPSİYA FAKTLARI... .....                     Paşinyandan əvvəl onlar Qarabağı Azərbaycan ərazisi kimi tanıyıblar .....                 

Azərbaycanlı biznesmen və xanımına dələduzluq İTTİHAMI - TƏFƏRRÜAT
Tarix: 21-05-2026, 11:03 | Çap et

Rusiya prokurorluğu azərbaycanlı iş adamı Şahlar Novruzov və xanımını dələduzluqda ittiham edir.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, Krasnodarda iş adamı Şahlar Novruzov barəsində məhkəmə prosesi başlayıb. Prokurorluq onu “Tuapse Dəniz Kommersiya Limanı” MMC-nin payları ilə bağlı xüsusilə külli miqdarda dələduzluğa cəhd etməkdə ittiham edir. Məhkəmə prosesi qapalı keçirilib.

İstintaqın versiyasına görə, Novruzov 2014-cü ildə müəssisəni “Vonixel Limited” adlı ofşor şirkətə satıb. İddiaya görə, lakin 10 il sonra liman üzərində nəzarəti yenidən ələ keçirmək qərarına gələrək saxta boşanma prosesi təşkil edib. Bu prosesdə onun həyat yoldaşı rolunu oynayan qohumu sövdələşmənin ləğv edilməsini tələb edib.

Krasnodar Vilayət Məhkəməsi Şahlar Novruzovla yanaşı və Leyla Hacıyevanı da məsuliyyətə cəlb edib.

Şahlar Novruzov “Kafe Starıy Baku” MMC və “Dar Frut” MMC-nin direktoru vəzifələrində çalışıb. Bundan başqa, iş adamı “Tuapse Dəniz Kommersiya Limanı” (TMKL), “TMKL Müəssisəsi” və “Temryuk Dəniz Aşırma Terminalı” şirkətlərinə sahib olub. Tuapsedə yerləşən liman müəssisələri vasitəsilə Rusiyanın cənubuna idxal olunan meyvə və tərəvəzlərin əhəmiyyətli hissəsi daşınır.

Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, Novruzov və Hacıyevaya qarşı cinayət işi TMKL şirkətinin sahibinin dəyişdirilməsi ilə bağlıdır.

2014-cü ilin oktyabrında Şahlar Novruzov Oleq Basindən “Tuapse Dəniz Kommersiya Limanı” MMC-nin 100 faiz payını alıb. İttihama görə, həmin ilin dekabrında isə bu payları Britaniya Vircin adalarında qeydiyyatdan keçmiş “Vonixel Limited” şirkətinə verib. Əvəzində Novruzov “Vonixel Limited”in səhmlərini əldə edib. Beləliklə, Tuapsedəki dəniz aşırma terminalına nəzarət xarici sahiblərin əlinə keçib.

2022-ci ildə Britaniyanın asılı ərazisi olan Britaniya Vircin adaları Rusiya üçün “dost olmayan ölkələr” siyahısına daxil edilib. İttiham tərəfinin fikrincə, məhz bu dövrdə Şahlar Novruzovun biznesi yenidən öz nəzarətinə qaytarmaq və Rusiya nəzarət orqanlarının diqqətindən yayındırmaq ideyası yaranıb.

İstintaq materiallarında bildirilir ki, planı həyata keçirmək üçün Novruzov qohumu Leyla Hacıyevanı özünü onun həyat yoldaşı kimi təqdim etməyə razı salıb. İttihama görə, onların hesablaması qanundakı bir normaya əsaslanırdı: həyat yoldaşlarından biri razılığı olmadan bağlanmış müqaviləni etibarsız saydıra bilər.

2024-cü ilin fevralında Leyla Hacıyeva Krasnodarın Prikuban rayon məhkəməsinə boşanma ərizəsi, həmçinin TMKL şirkətinin 100 faiz payının “Vonixel Limited” ofşoruna verilməsi ilə bağlı müqavilənin etibarsız sayılması tələbi ilə müraciət edib.

Hacıyeva məhkəməyə 2014-cü ildə Azərbaycanda bağlandığı göstərilən nikah haqqında şəhadətnamənin surətini təqdim edib. Lakin həmin vaxt Tuapsedəki liman obyektləri ətrafındakı hadisələr artıq Rusiya hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib. Onlar Şahlar Novruzov və Leyla Hacıyeva arasında əslində nikahın bağlanmadığı barədə məlumat əldə ediblər.

2025-ci ilin martında dələduzluğa cəhd faktı üzrə cinayət işi açılıb. Şahlar Novruzov həbs olunub və hazırda da həbsdə saxlanılır.

Məlumata görə, biznesmen və qadın özlərini təqsirli hesab etmirlər. Onlar nikahın saxta olmasının sübuta yetirilmədiyini bildirirlər. TMKL paylarını mənimsəməyə cəhd ittihamına gəlincə isə, Şahlar Novruzovun müdafiə tərəfi Tuapse limanındakı bütün aktiv əməliyyatlarının qanuni olduğunu deyir.

2025-ci ilin noyabrında Krasnodar diyarının Arbitraj Məhkəməsi Baş Prokurorluğun iddiasını təmin edərək Şahlar Novruzova məxsus əmlakın, o cümlədən “Tuapse Dəniz Kommersiya Limanı”, “TMKL Müəssisəsi”, “Dar Frut” və “Temryuk Dəniz Aşırma Terminalı” şirkətlərinin Rusiya dövlətinin gəlirinə keçirilməsi barədə qərar çıxarıb.

Məhkəmə belə qənaətə gəlib ki, mübahisəli aktivlər “Müdafiə və təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyan təsərrüfat cəmiyyətlərinə xarici investisiyaların qoyulması qaydası haqqında” qanunun pozulması ilə əldə olunub. Belə ki, həmin sövdələşmələr Rusiya hökuməti ilə razılaşdırılmayıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Aİ-nin sanksiyalarını ələ saldı: - Bu havada nəfəs almağı da qadağan edin
Bu gün, 18:11
Süni intellekt bəzi materialları Dilçilik İnstitutundan yaxşı təqdim edir - NAZİR
Bu gün, 17:56
Nazir Olimpiya Kompleksinin direktorunu işdən çıxardı - ƏMR
Bu gün, 17:48
“Türkmənistan prezidenti məni doğum gününə dəvət etdi, dünya ulduzları ilə səhnə aldım”
Bu gün, 17:39
Putin Rusiyaya daxil olan miqrantların tibbi müayinəsini tələb edən qanun imzalayıb
Bu gün, 17:33
“Xalqı dövlətə qarşı qaldırır” - Sahib Məmmədovdan Prezidentə ŞİKAYƏT
Bu gün, 17:25
“Həyat yoldaşımı oyadaraq hadisə barədə danışdım, anam və uşaqları evdən çıxartdım” - TƏFƏRRÜAT
Bu gün, 17:20
Faizsiz kredit, yoxsa yeni borclanma? - Məcnun Məmmədovun planı nədir?
Bu gün, 17:15
"İndi deyəcəklər ki, bu qədər şikayətçisənsə, niyə dəyişmirsən?" - GİLEY
Bu gün, 17:11
Ermənilərin Başkənd iddiası - Anklav kəndlər nə vaxt qaytarılacaq...
Bu gün, 17:06
"Abonentlər də işləyir... bunu anlamaq çətindirmi?" - GİLEY
Bu gün, 17:02
Azərbaycanda psixi xəstəliklər sürətlə artır - Psixoloqdan AÇIQLAMA
Bu gün, 16:55
Türkiyə partiyası Paşinyanı təbrik etdi
Bu gün, 16:53
“Facebook”, “İnstagram” və “WhatsApp” 3 ay sonra Azərbaycanda bağlana bilər? - NƏ BAŞ VERİR?
Bu gün, 16:49
Vüqar Behbudov direktoru işdən çıxardı - Yeni təyinat
Bu gün, 16:45
Çarukyan İstintaq Komitəsində dindirildi - KİV
Bu gün, 16:44
Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - SİYAHI
Bu gün, 16:41
Bakıda FACİƏ: - 19 yaşlı oğlan 9-cu mərtəbədən yıxılıb ÖLDÜ
Bu gün, 16:37
Əli Kərimlinin həbs müddəti uzadıldı - 5 ay
Bu gün, 16:35
İcra başçılarının PULU kəsilir: Nazirdən ANONS - GƏLİŞMƏ
Bu gün, 16:31
Fındıq şirkəti “Aznuts” MMC kapitalını yarıbayarı azaltdı
Bu gün, 15:40
"Rabitəbank"da YENİ TƏYİNAT! - BUNDAN SONRA...
Bu gün, 15:37
Gürcüstan Avropa yolunda dinamikanı tam itirir - ŞƏRH
Bu gün, 15:34
“Turbo.az”ın sahibi İngiltərə futbol klubundakı payını azaldıb - “Forbes”
Bu gün, 15:32
Bakıda qətl və xuliqanlıqda təqsirləndirilənlərə HÖKM oxundu
Bu gün, 15:26
Rusiyadan Ermənistandakı seçki ilə bağlı müəmma: - Paşinyan təşvişə düşdü
Bu gün, 15:23
Tramp xəbərdarlıq edib: - İran ABŞ-la danışıqları uzatdığına görə "bədəl ödəyəcək"
Bu gün, 15:20
Vəzifəli şəxslər küçə itlərinin yempulunu da mənimsəyiblər - TƏFƏRRÜAT
Bu gün, 15:19
"Bəzən insan elə bilir ki, hər şey bitib"
Bu gün, 15:17
Eynulla Fətullayev Bakıdakı restoranını da satıb - Təsdiqlədi
Bu gün, 15:16
Lavrov Ermənistanın KTMT və Aİİ üzvlüyündən danışıb - Təcili həll olunmalıdır
Bu gün, 15:12
Cərimə var, cəza var, amma nəticə niyə yoxdur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:55
Xərçəngin peyvəndi gəlir: - RAZILIQ VERİLDİ
Bu gün, 12:48
Bakıya və Zəngəzur dəhlizinə həmlə - ABŞ nəşri “CNN”-ni ifşa etdi
Bu gün, 12:43
Yarım milyon manat vergi borcu olan klinika başqa ad altında fəaliyyətə başlayıb? - TƏFƏRRÜAT
Bu gün, 12:35
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:33
Pakistan Əfqanıstana hücum etdi – Ölənlər var
Bu gün, 12:31
Ermənistan bir neçə həftəyə yeni Konstitusiyasını təqdim edəcək
Bu gün, 12:26
Rövşən Mehdiyevin rəhbərliyi altında KORRUPSİYA FAKTLARI... - Şərafət Əsədullayev qanunları tapdayır, möhürünü də Xəqani Nurəliyev VURUR!
Bu gün, 12:19
Paşinyandan əvvəl onlar Qarabağı Azərbaycan ərazisi kimi tanıyıblar - Alxas Qazaryan
Bu gün, 12:03
Qadın onu evə gec gəldiyinə görə döyən sevgilisini məhkəmədə bağışladı
Bu gün, 12:00
Siqaret qiymətlərinin artması nə ilə bağlıdır? - AÇIQLAMA
Bu gün, 11:59
Azərbaycanın milyonluq şirkətlərindən olan “Star Park”ın Müşahidə Şurasının SƏDRİ VƏ ÜZVLƏRİ DƏYİŞİR
Bu gün, 11:57
Uşaqlarını öldürən anadan sensasion açıqlamalar - “Birini dolanışığa, digərini qız olduğuna görə...”
Bu gün, 11:55
Moskvanın HƏDƏLƏRİ bitmir – “MDB ölkələri bizə...”
Bu gün, 11:47
“Məqsədimiz heyvandarlıq təsərrüfatının fəaliyyətini araşdırmaqdır” - Tahir Məmmədov
Bu gün, 11:32
"Körpələr doğulan kimi bilərəkdən ana südündən uzaqlaşdırılır" – ŞOK İDDİA
Bu gün, 11:29
Tofiq İsmayılovun oğlu yenidən məhkəmə qarşısında - BUNA GÖRƏ...
Bu gün, 11:27
18 ildir axtarışda olan azərbaycanlı “qanuni oğru” saxlanıldı
Bu gün, 11:27
"Dünyagöz"ün baş həkiminə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 11:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru