Dünya faşizmi CİNSİNİ DƏYİŞİB? .....                     "Məmurların apardığı pula nəzarət etmək lazımdır ki..." .....                     "Elgiz bilirsizmi, hamımıza nəyi göstərdi?.." .....                     “Dövlət Məşğulluq Agentliyi” anbar sahəsinin icarəsinə 2.7 milyon xərcləyəcək .....                     Coşqun Cəbrayılovun vicdanı bir yana... ALLAHI DA YOXDUR? .....                     Media hara gedir? .....                     Binəqəqidə dövlətin qanunları İŞLƏMİR! .....                     Eldar Mahmudovun evsiz qoyduğu vətəndaşlar aclıq aksiyasına başlayır .....                     Sevinc Hüseynovanın Afət Fərmanqızı barəsində şikayəti icraata götürülmədi .....                     ASCO sədri ona yüksək vəzifə verdi .....                     Mətanət Əsədovadan İSMARIŞ: .....                     Bakıda barda baş verən qətlin TƏFƏRRÜATLARI .....                     8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb? .....                     Tacir Şahmalıoğlu: "Diabetlə birdəfəlik vidalaşdım" .....                     Bakıda evlər bahalaşacaq, amma hamısı yox .....                     Turizm şirkətinin rəhbəri xaricdə iş vədi ilə dələduzluqda ittiham edilir, .....                     Bakıda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdıran şəxs qərardan şikayətçidir .....                     “Əliyev Ermənistanın adını “Qərbi Azərbaycan” qoyub” .....                     Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir .....                     Putin ailəsi haqda sirri açdı: .....                     Fransanın yeni səfiri etimadnaməsini Ermənistan XİN-ə təqdim etdi .....                     ABŞ və İsraili peşman olmağa məcbur edəcəyik .....                     Anar Əsədli barəsində qərar verilib .....                     “Kanalizasiya yağış suyunu daşıya bilmir” .....                     Moskva ilə İrəvan arasında dərinləşən böhran .....                     Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir .....                     “Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır” .....                     AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir .....                     Ermənistan Avrasiya İqtisadi İttifaqına Rusiyadan şikayət edib .....                     Azərbaycanın məşhur bloqeri hava limanından buraxılmadı .....                     Ermənistanda 2 yeni “Rus evi” açılacaq .....                     Türkiyə Rusiya ilə yeni razılaşma imzalayır .....                     Rusiya Ermənistanda daha iki Rus Evi açır .....                     “Bu, ədalətli deyil!” .....                     İcra Hakimiyyəti bir milyonluq gül alır .....                     “Polad məhəbbət uğrunda mübarizə aparır, mən isə...” .....                     TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib .....                     Dövlət Vergi Xidmətində maaş artımı niyə gecikir? .....                     Telli aparıcıları yıxıb-sürüdü: .....                     Prokuror müğənni qardaşını öldürənə .....                 

"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir - FOTO
Tarix: 21-05-2026, 15:28 | Çap et

Bakının Yasamal rayonu ərazisində yaşayış binaları inşa edən "Lux Residence" şirkəti ilə bağlı redaksiyamıza şikayət məktubu daxil olub.
Qaynarinfo-nun məlumatına görə, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi 31 ünvanında yaşayan İsayev Famil Zahir oğlu yazır ki, "Lux Residence" şirkətinin apardığı inşaat işləri onun evini yararsız hala salıb. Famil İsayevin sözlərinə görə, şirkət bunu məqsədli şəkildə edib.
"Evdən çıxmağımızı istəyirlər. Amma az kompensasiya verirlər. Təsəvvür edin, yaşadığımız evin ümumi sahəsi 51,7 kvadratmetrdir, amma onlar hesab edirlər ki, 32,5 kvadratmetrdir. Təklif etdikləri məbləğ hətta 32,5 kvadratmetr üçün də yetərli deyil", deyə şikayətçi bildirir.
Famil İsayevin sözlərindən məlum olur ki, "Lux Residence" əvvəlcə onlara 91 000 manat kompensasiya təklif edib:
"Təbii ki, biz buna etiraz etdik. Bizi məhkəməyə verdilər. İddiada göstəriblər ki, guya yaşadığımız ev qeyri-qanuni tikilidir. Halbuki bu ev bizim baba mülkümüzdür. Evi 1916-cı ildə atamın babası inşa edib. Babam bu evdə anadan olub. Nənəm bu evə gəlin gəlib. Yəni 110 ildir bu ev bizdədir. Bu müddət ərzində evin qeyri-qanuni tikili olduğu üzə çıxmayıb?".
Şikayətçi yazır ki, Yasamal Rayon Məhkəməsi də iddianın absurdluğunu görüb və məsələni kompensasiya mübahisəsinə çevirib. Famil İsayevin sözlərinə görə, bundan sonra şirkət evin sahəsini ölçmək üçün "Central Consulting" şirkətinə müraciət edib:
"Biz həmin şirkəti evə buraxmadıq. Amma şirkət saxta ekspertiza rəyi hazırlayıb. Rəydə evin sahəsinin 32,5 kvadratmetr olduğu yazılıb. "Central Consulting" şirkətinin saxtakarlığını elə hazırladığı rəy vasitəsilə sübut etmək mümkündür. Təsəvvür edin, rəyə yazıblar ki, ev kərpicdən tikilib. Halbuki ev qaya daşlarından inşa edilib. Bundan başqa, evin qapısının dəmir materialdan olduğu yazılıb, amma qapı taxtadandır. Rəydə qeyd ediblər ki, ev 1 mərtəbəlidir, amma iki mərtəbəlidir. İkinci mərtəbədə əmim yaşayır. Bütün bunları bir kənara qoyaraq sual edirik: "Central Consulting" şirkəti evə baxmadan bu rəyi necə hazırlayıb? Bu açıq-aşkar saxtakarlıq deyilmi?"
Famil İsayevin sözlərinə görə, "Central Consulting" şirkətinin rəyini qəbul etmədiyinə görə məhkəmə tərəfindən evin ekspertizası həyata keçirilib:
"Məhkəmənin hazırladığı rəydə isə açıq-aşkar yazılıb ki, evin ümumi sahəsi (çöldən-çölə) 51,7 kvadratmetrdir. Amma maraqlıdır ki, işə baxan Ayşən Sultanova-Məmmədova heç məhkəmənin rəyini nəzərə almadı və bizə 109 000 manat kompensasiya verilməsi barədə qərar çıxardı. Bir məqamı da qeyd edim ki, məhkəmədə şirkətin nümayəndəsi vətəndaşlara kompensasiya olaraq hər kvadratmetrə görə 4000 manat ödədiklərini deyib. Təsəvvür edin, bu hesabla 109 000 manat heç 32,5 kvadratmetr üçün yetərli deyil. 4000 manatdan hesablayanda 32,5 kvadratmetr üçün 130 000 manat kompensasiya düşür. İndi özünüz baxın ki, nə qədər qanunsuzluq edirlər, haqqımıza girirlər".
Famil İsayev bildirir ki, qərardan apellyasiya şikayəti verəcək. Eyni zamanda məsələ ilə əlaqədar ölkə rəhbərliyinə və digər səlahiyyətli şəxslərə müraciət edəcək.
"Sona qədər qanuni şəkildə mübarizəmi aparacağam. Qardaşım hərbçidir, iki müharibədə iştirak edib. Bu ev təkcə mənə məxsus deyil ki, verilən məbləğlə razılaşım. Biz artıq pul istəmirik, sadəcə haqqımızı tələb edirik", deyə şikayətçi sonda vurğulayır.
"Lux Residence" şirkəti 100 manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Cəfərzadə Hüseyn İlşat oğludur. Hüseyn Cəfərzadə haqqında publik mənbələrdə heç bir məlumat yoxdur.
"Lux Residence" şirkəti haqqında isə mediada və sosial şəbəkə platformalarında əsasən tənqidi materiallara rast gəlinir. Məsələn, təxminən bir həftə əvvəl mediada Yasamal rayonu, İ. Qutqaşınlı küçəsi, ev 29-da yaşayan İbrahimova Firuzə Abusət qızının "Lux Residence" şirkətinin özbaşınalıqlarından şikayəti yer alıb.
Cari ilin aprel ayında isə mediada Pəricahan Abdullayeva adlı vətəndaşın "Lux Residence" şirkəti ilə bağlı videomüraciəti yayılıb. Vətəndaş bildirib ki, "Lux Residence" şirkəti onun evini başına uçurub.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünya faşizmi CİNSİNİ DƏYİŞİB? - REPLİKA
Bu gün, 04:26
"Məmurların apardığı pula nəzarət etmək lazımdır ki..." - ÇAĞIRIŞ
Bu gün, 04:20
"Elgiz bilirsizmi, hamımıza nəyi göstərdi?.." - ETİRAF
Bu gün, 04:08
“Dövlət Məşğulluq Agentliyi” anbar sahəsinin icarəsinə 2.7 milyon xərcləyəcək
Dünən, 18:06
Coşqun Cəbrayılovun vicdanı bir yana... ALLAHI DA YOXDUR? - BU NƏDİ BELƏ?
Dünən, 17:58
Media hara gedir? – Azər Ayxan yazır
Dünən, 17:51
Binəqəqidə dövlətin qanunları İŞLƏMİR! - ÖZBAŞINA QALIBLAR...
Dünən, 17:45
Eldar Mahmudovun evsiz qoyduğu vətəndaşlar aclıq aksiyasına başlayır - NARAZILIQ VAR...
Dünən, 17:38
Sevinc Hüseynovanın Afət Fərmanqızı barəsində şikayəti icraata götürülmədi - TƏFƏRRÜAT
Dünən, 17:36
ASCO sədri ona yüksək vəzifə verdi - FOTO
Dünən, 17:31
Mətanət Əsədovadan İSMARIŞ: - “Az idi cadu edənim, sən də…”
Dünən, 17:26
Bakıda barda baş verən qətlin TƏFƏRRÜATLARI - Şahid DANIŞIR
Dünən, 17:20
8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?
Dünən, 17:14
Tacir Şahmalıoğlu: "Diabetlə birdəfəlik vidalaşdım" - Hansı əməliyyatı etdirib?
Dünən, 17:10
Bakıda evlər bahalaşacaq, amma hamısı yox - Ekspertdən proqnoz
Dünən, 17:06
Turizm şirkətinin rəhbəri xaricdə iş vədi ilə dələduzluqda ittiham edilir, məhkəməsi başlayır
Dünən, 17:03
Bakıda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdıran şəxs qərardan şikayətçidir - BUNA GÖRƏ...
Dünən, 17:00
“Əliyev Ermənistanın adını “Qərbi Azərbaycan” qoyub” - Harut Sassunyan
Dünən, 16:56
Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir
Dünən, 16:52
Putin ailəsi haqda sirri açdı: - “Atam və anam…”
Dünən, 16:48
Fransanın yeni səfiri etimadnaməsini Ermənistan XİN-ə təqdim etdi
Dünən, 16:46
ABŞ və İsraili peşman olmağa məcbur edəcəyik - Pezeşkian
Dünən, 16:26
Anar Əsədli barəsində qərar verilib - MƏHKƏMƏ
Dünən, 16:24
“Kanalizasiya yağış suyunu daşıya bilmir” - Bakıda selin əsas səbəbi açıqlandı
Dünən, 16:22
Moskva ilə İrəvan arasında dərinləşən böhran - “Sən kişisən, yoxsa qadın?”
Dünən, 16:20
Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir - DETALLAR...
Dünən, 16:18
“Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır” - Levon Köçəryan - erməni mətbuatı
Dünən, 16:16
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir - DİQQƏT!
Dünən, 16:12
Ermənistan Avrasiya İqtisadi İttifaqına Rusiyadan şikayət edib - Ermənistan KİV
Dünən, 16:10
Azərbaycanın məşhur bloqeri hava limanından buraxılmadı - VİDEO
Dünən, 16:08
Ermənistanda 2 yeni “Rus evi” açılacaq - KİV
Dünən, 15:59
Türkiyə Rusiya ilə yeni razılaşma imzalayır -“Blumberq”
Dünən, 15:29
Rusiya Ermənistanda daha iki Rus Evi açır
Dünən, 15:16
“Bu, ədalətli deyil!” - Ekspert parklanma ödənişlərinə etiraz edir
Dünən, 15:13
İcra Hakimiyyəti bir milyonluq gül alır - DETALLAR
Dünən, 15:11
“Polad məhəbbət uğrunda mübarizə aparır, mən isə...” – Şeyx Əbdüldən SƏS-KÜYLÜ açıqlamalar
Dünən, 15:03
TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib
Dünən, 14:55
Dövlət Vergi Xidmətində maaş artımı niyə gecikir? - GÖZLƏRİ YOLDADIR
Dünən, 13:12
Telli aparıcıları yıxıb-sürüdü: - “Quyruğunu basanın başından basacağam”
Dünən, 13:07
Prokuror müğənni qardaşını öldürənə 19 il CƏZA İSTƏDİ
Dünən, 13:04
Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb? - TƏFƏRRÜAT
Dünən, 12:58
"Boğulurdum, hələ belə ağrı görməmişdim" - İnfarkt keçirən İlham Mirzəyev
Dünən, 12:57
Bakıda qızını bıçaqlayan qadına hökm oxundu
Dünən, 12:52
208 səhifəlik “Xütbələr” kitabının bir ədədinin çapı 23 manata başa gələcək - AY, MAŞALLAH...
Dünən, 12:48
Erməni deputatdan Kərki ilə bağlı AÇIQLAMA: - “Paşinyan bu kəndi...”
Dünən, 12:47
Paşinyanın “açıqlaması” Qazaxıstanı qarışdırdı - “Mən Tokayev deyiləm ki...”
Dünən, 12:41
Armen Qriqoryan Baş Qərargah rəisi təyin olunur - “İravunk”
Dünən, 12:39
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilib - ƏMR
Dünən, 12:35
Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq - belə deyirlər...
Dünən, 12:32
“Xalq Kapital İnvestisiya Şirkəti”ndən “Azərpoçt”a yeni təyinat - DOSYE
Dünən, 12:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru