"Günay Ağamalı "uşaqpulu valideyinlərdə tənbəllik yarada bilər" fikrini söyləyəndən bəri fikirləşirəm ki, bu uşaqpulunu nə qədər verəcəklər ki, valideyinlər də, uşaqlar da dolana biləcək, valideyinlərin işləməsinə ehtiyac qalmayacaq?" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında keçmiş diplomat Xeyrəddin Qoca qeyd edib.
O daha sonra bildirir: "Kamal Abdulla da buna bənzər akademik səhv edib! Deyib ki, qadınlar işləməsələr yaxşıdır. Əvvəla, indi 16-cı əsr deyil! Bir də hörmətli Kamal müəllim, kişilərin qadınları dolandlrmağa maaşları çatacaq? Deyirsiniz xüsusi istedadları olan qadınlar işləsinlər. Dövlət vəzifələrində işləyən qadınların hansının xüsusi istedadı var? Bəlkə, siz "xüsusi istedadı olan qadın" deyəndə Günay Ağamalını nəzərdə tutursunuz?!"








