Azərbaycanda pressinq mərkəzi “MilliKart” MMC-nin nizamnamə kapitalındakı pay bölgüsü dəyişdirilib.
Banker.az-ın “MilliKart”dan əldə etdiyi məlumata görə, hazırda şirkətin 4 səhmdarı mövcuddur — “Azərsun Holdinq” MMC, “Azərbaycan Sənaye Bankı” ASC, “TuranBank” ASC və “Bank of Baku” ASC.
Belə ki, digər səhmdarlar, “Azərbaycan Sənaye Bankı” ASC və onun daxil olduğu “Azərsun Holdinq” MMC-nin təklifi əsasında “MilliKart” MMC-nin nizamnamə kapitalındakı paylarını “Azərbaycan Sənaye Bankı” ASC-yə satıblar.
Bundan öncə isə ASC “Xalq” Bankının 0.67% payının digər səhmdara ötürdüyü barədə yazmışdıq.
Xatırladaq ki, “MilliKart” prosessinq mərkəzi 2006-cı ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən yaradılıb və sonradan banklara satılıb. Müxtəlif dövrlərdə şirkətin səhmdarları sırasında “Bank Respublika”, “Unibank”, “Azər-Türk Bank”, “Rabitəbank”, “Turan Bank”, “Bank of Baku”, “Xalq Bank”, “AccessBank” və digər banklar, eləcə də bəzi ləğv prosesində olan kredit təşkilatları yer alırdı.










