“İran parlamentinin spikeri Qalibaf bildirib ki, düşmənlər bölgə ölkələrindən birinin dəstəyi ilə İrana məxsus adanın işğalına hazırlaşırlar”.
Globalinfo.az xəbər verir ki, bunu erməni iranşünas Vardan Voskanyan deyib.
“Fars körfəzində İrana məxsus 18 ada var. Onlardan Xarq adası əsas neft ixrac nöqtəsidir. Böyük və Kiçik Tomb adaları ilə Abu Musa adasının mülkiyyəti BƏƏ tərəfindən mübahisələndirilir. Qeşm, Larak və Hörmüz adaları isə Hörmüz boğazı üzərində İran nəzarəti baxımından strateji əhəmiyyət kəsb edir.
Eyni zamanda, məlumatlara görə, ABŞ bölgəyə xüsusi dəniz desant bölmələrini göndərir. Qalibafın yazısında adı çəkilməyən regional ölkə ya Səudiyyə Ərəbistanı, ya da BƏƏ-dir”, – Voskanyan bildirib.
Qeyd edək ki, V.Voskanyan daim regional məsələlərdə rəsmi Bakını ittiham etməyə çalışır. Onun bu dəfə prosesə Azərbaycanı hansısa formada qatmaması diqqət çəkib.









