Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                     Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? .....                     Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? .....                     Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır .....                     Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi .....                 

Erməni xalqı təkcə Ermənistan üçün seçim etmir... - HƏM DƏ...
Tarix: 26-03-2026, 06:07 | Çap et

Paşinyanın ehtiyac duyduğumuz qələbəsi və Kəmaləddinin katibəsinin sevinci
Uzun illər bundan öncə - Pribaltikada hərbi xidmətdə olduğum zaman o vaxtkı Kommunist Almaniyasının (ADR-ГДР) istehsalı olan “Фронт без пощады” adlı 13 seriyalı bir filmə baxmışdım. Filmdə alman kommunistlərinə məxsus şüar diqqətimi çəkmişdi: “Кто голосует за Гинденбурга, тот голосует за Гитлера, кто голосует за Гитлера, тот голосует за войну!” Bu fikir (orijinalda belədir: “Wer Hindenburg wählt, wählt Hitler; wer Hitler wählt, wählt den Krieg") Alman Kommunist Partiyasının (KPD) lideri Ernst Telmana (Ernst Thälmann) məxsusdur. Telmanın bu sözləri 1932-ci ildə Almaniyada keçirilən prezident seçkiləri kampaniyası zamanı KPD tərəfindən seçki şüarı kimi geniş istifadə olunmuşdur.
Şüarın mahiyyəti ondan ibarətdir ki, “Hindenburqa səs verən Hitlerə səs verir, Hitlerə səs verən isə müharibəyə səs verir!” Ernst Telman və kommunistlər iddia edirdilər ki, mühafizəkar Hindenburqun yenidən seçilməsi faşizmin hakimiyyətə gəlməsinə yol açacaq və bu da yeni bir müharibəyə səbəb olacaq. Tarixdən bəllidir olduğu kimi, Hindenburq seçkilərdə qalib gəlsə də, bir il sonra (1933-cü ilin yanvarında) Adolf Hitleri reyxkansler təyin etdi ki, bu da Telmanın proqnozunun doğrulması kimi qiymətləndirilir.
Ernst Telmanın bu tarixi öngörüsünün gerçəklik olmasının əsil səbəbkarı alman kommunistlərinin özləridir desək, heç də yanlış olmaz. Belə ki, Moskvaya meyl edən kommunistlər Almaniya solunda parçalanmaya səbəb olmuşdular. Bu da 1925-ci il seçkilərində solların məğlubiyyətinə gətirib çıxardı. Həmin seçkilərdə 3 nəfər namizədliyini irəli sürmüşdü: fon Hindenburq, Vilhelm Marks və Ernst Telman. Seçki qanununa görə, birinci mərhələdə namizədlərdən biri mütləq səs çoxluğu qazanmazdısa, təkrar seçkilər keçirilirdi. Artıq bu mərhələdə nisbi səs çoğluğu qazanmaq üçün yetərli sayılırdı. Seçkilərin ikinci mərhələsində səslər belə paylaşıldı:
- Hindenburq - 48,3%;
- Vilhelm Marks - 45,3%;
- Ernst Telman - 6,4%
Vilhelm Marks “Mərkəzçi Xalq” blokunun namizədiydi. Ona kommunistlər xaric bütün sol (əsasən sosial-demokratlar), mərkəzçilər, liberallar, demokratlar və digərləri səs vermişdi. Əgər kommunistlər sosial-demokratların ittifaq təklifini qəbul etsəydi, sözsüz ki, fon Hindenburq yox, mərkəz solun nümayəndəsi qalib gələcəkdi. Ancaq alman kommunistlər bu ittifaqı qəbul etməyib, solun 6,4 faiz səsini öz tərəfinə çəkdi. Beləliklə, ultramühafizəkar Hindenburq qalib gəldi ki, bu da Hitlerin hakimiyyətə yolunu açdı. Nəticəsi isə bəllidir: II Dünya Savaşı və 50 milyon insanın ölümü!
1932-ci il seçkilərində sosial-demokratlar imkanlarının zəif olduğunu görüb, öz namizədlərini irəli sürmədilər. Onlar kommunistlərə də səs vermək istəmirdilər, çünki onların (kommunistlərin), əslində, nasional-sosialistlərlə bir medalyonun iki üzü olduğunu anlamışdılar. Bu iki qrup arasında yeganə fərq ideoloji baxışlara dayanırdı - biri “ari irq”in, digəri də kommunistlərin diktaturasını qurmağı əsas məqsəd olaraq seçmişdilər. Bu səbəbdən sosial-demokratlar Hitlerin iqtidara gedən yolunu bağlamaq üçün fon Hindenburqa səs verəcəklərini bildirirdilər. Kommunistlərinin məşhur “Hindenburqa səs verən Hitlerə səs verir, Hitlerə səs verən isə müharibəyə səs verir!” şüarı məhz o zaman ortaya çıxdı.
Bu şüarı niyə xatırladım? Çünki qısa müddət sonra qonşu Ermənistanda seçkilər keçiriləcək. Mənə görə, Azərbaycanın gələcək taleyi İranın ikili koalisiya (İsrail-ABŞ) ilə savaşından daha çox Ermənistandakı seçkilərdən asılıdır. Siyasi gedişat göstərir ki, əsas mübarizə hazırkı iqtidarla revanşist qüvvələrin namizədi Robert Köçəryan arasında gedəcək. Köçəryanın qalib gəlməsi o deməkdir ki, ermənilər sülhə yox, müharibəyə səs verəcəklər. Şəxsən mənim ən çox çəkindiyim də arzuedilməyən bu variantın gerçəkləşməsidir. O zaman sülhə əlvida!
Bəs biz bu savaşa hazırıqmı? Məncə, yox...
Əgər yeni bir savaş ortaya çıxarsa, bu, Azərbaycanı çox böyük təhlükə ilə üz-üzə qoyar. Niyə? Bir çox səbəblərə görə. O səbəbləri sadalayaq:
- birincisi, Cənubi Qafqazdan demək olar ki, çıxarılmış Rusiya yenidən regiona qayıda bilər. Bu ehtimal yüksəkdir. Çünki Köçəryan birbaşa Rusiyanın adamıdır. Ukraynada bataqlığa gömülən Rusiyanın Paşinyan dönəmində regionumuza jandarm rolunda qayıtması mümkün görünmür. Ancaq hakimiyyət dəyişikliyi bu variantın gerçəkləşməsinə münbit şərait yaradır;
- Köçəryan nə qədər Rusiyanın adamı olsa da, Azərbaycana qarşı ikili standart əsasında siyasət yürüdən Qərb ona loyal yanaşmaq məcburiyyətində qalacaq, həm Rusiyanın bölgədə tam hakim olmaması, həm də İran faktoruna görə balans yaratmaq üçün Köçəryana dəstək olacaq;
- Köçəryanın qalib gəlməsi Türkiyənin bölgədə artan nüfuzuna mənfi təsir edəcək və qardaş ölkə bizə yetəri qədər hərbi-siyasi yardım etmək imkanından məhrum olacaq;
- İran faktoru haqqında əlavə izahata ehtiyac yoxdur. Mollakratiyanın revanşizm həvəsi artacaq;
- İsrail faktorundan da yetəri qədər yararlana bilməyəcəyik. Birincisi, beynəlxalq dəstəyin 25-30 il öncəki kimi Ermənistanın tərəfində olması İsrailin bizə açıq dəstək verməsini əngəlləyəcək. İkincisi və ən əsası da, hazırkı müharibəyə görə, İsrail əleyhinə ölkəmizdə kifayət qədər geniş cəbhə formalaşıb və çox təəssüf ki, hakimiyyət bu haqda ciddi ölçü götürmür;
- bu qədər əleyhimizə olan faktorlarla yanaşı, daxili və son zamanlar xarici siyasət kursunda yol verilən ciddi yanlışlar Azərbaycanda siyasi vəziyyətin heç də yaxşı olmadığına dəlalət edir.
Məncə, üstündə durulması gərəkən ən önəmli faktor sonuncusudur - yəni iqtidarın özünün buraxdığı yanlışlar. Heç şübhəsiz ki, Valday-2019 sammitindən sonra xarici siyasət kursumuz qüsursuz şəkildə, artan xətt üzrə yürüdülür, “harda, nəyi və necə etmək lazımdır” prinsipi özünü tam olaraq doğruldurdu. Amma son vaxtlar bu kursdan sanki kənara sapmalar var. Bəzən görürsən ki, birini ekrana çıxardıb, İranın bizə qarşı siyasətini pisləyirlər; bir gün sonra isə guya onların birinci Qarabağ Savaşında Azərbaycana yardımları tərənnüm olunur. Türkiyə ilə münasibətlər də ürəkaçan deyil: gah Erdoğanın ailəsinə yaxın media quruluşları yerlə-yeksan edilir, gah da bu cür açıqlamalar saytlardan yığışdırılır. İrana qulluq edən trollar da sosial şəbəkələrdə meydan sulayır, aidiyyatı orqanlar isə buna göz yumurlar. Hətta iş o yerə çatıb ki, özünü idarə edə bilməyən, mənəviyyatca bitmiş aşıqələsgərlər gedib Avropanın göbəyində - ATƏT-in tribunasında Azərbaycanın dövlət maraqlarının müdafiəsinə qalxır. Biabırçı vəziyyət ortaya çıxanda da hamı yaxasını kənara çəkir ki, Aşıq Ələsgəri oraya biz göndərməmişik. Doğrudanmı bu ölkə, qocaman dövlət mənəviyyatsız birinin ümidinə qalıb?
Daxili siyasət isə hər zamankı kimi bərbad vəziyyətdə, hətta daha da ağırlaşıb. Bu ölkənin və dövlətin bütün ağırlığı, yükü bir tək polisin çiyinlərindədir. Əgər polis olmasa, vəziyyət daha da gərginləşər. Əgər polis təşkilatının başında Heydər Əliyev ideyalarına sadiq, Prezidentin ən sədaqətli kadrı Vilayət Eyvazov olmasa, vəziyyət ikiqat ağırlaşar. Amma polisi də, necə deyərlər, yıpradır, gözdən salırlar: jurnalist həbs olunur - günahkar polisdir; haqqı pozulan qazi özünü yandırır - günahkar polisdir... Polisi bu qədər yükləmək doğru deyil. Yeni bir savaş ortaya çıxarsa, birinci növbədə arxa cəbhədə nizam və intizam, əmin-amanlıq yaratmağa ehtiyac var. Bunu edəcək tək qüvvə Azərbaycan polisidir. Mövcud əhval-ruhiyyə belə bir imkanı əlimizdən alır.
Qeyd etdiyim kimi, Ermənistanda revanşistlərin hakimiyyətə gəlməsi bizə yaxşı heç nə vəd etmir. Çox təəssüf ki, 2020-ci ildəki milli birliyimizdən çox uzağıq. Bunun birbaşa səbəbkarı da iqtidar özüdür.
Sual edirəm: indiyə qədər neçə qazi özünü yandırıb? Onların hamısı yersiz və qanunsuz tələblər irəli sürüb? Bu ölkədə neçə nazir var? Hərəsinin neçə “katibəsi” var? Məgər onlara demək olmaz ki, ay Kəmaləddin, onsuz da 65 yaşın var, artıq gənclik qüdrətini itirmisən, çoxsaylı katibələrinin yarısını ixtisara sal, onların sayı qədər qazinin bütün ehtiyaclarını qarşıla? Əlbəttə, demək olar. Amma nə edirlər? 80 manatın ümidinə qoyduqları əlil qazi “bayramı necə keçirəcəyəm” deyə qara-qara düşündüyü saatlarda Kəmaləddinin maaşını qaldırıb edirlər 15 min manat! Vallah, Kəmaləddinin o pula ehtiyacı yoxdur. O, heç o pulu görmür də. Həmin 15 mini ya sürücüsü alıb cibinə qoyur, ya da ən köhnə və yaşlı katibəsi - cavan katibə 15 minə razı olmaz! Kəmaləddinlərin, icra başçısı olan kiçik dərəbəylərin maaşlarının artırılmasına yalnız onların katibələri sevinə bilər. Bu ölkədə, konkret olaraq, Bakı şəhərində hansı icra başçısının maaşa ehtiyacı var. İstisnasız olaraq hər biri onlarca obyekt sahibidir. Şəxsən mən istənilən icra başçısının, elə götürək Abidin Fərzəliyevi, ən az 30 obyektini kordinatlarına qədər göstərə bilərəm. Elə isə Abidin və digərlərinin maaşlarını o səviyyədə artırmaq nəyə, hansı siyasətə xidmət edir? Deyirlər ki, maaşları Avropa səviyyəsinə qaldırırıq. Amma Avropa ölkələrinin heç birində baş nazirlə sıravi müəllimin maaşları arasında o dərəcədə fərq yoxdur. Bizdə bir nazirin maaşı minimum təqaüdün 50 qatıdır, Avropada isə bu fərq maksimim 2,5-3 arasıdır. Avropada heç bir məmurun biznesi yoxdur, bizdə isə sıradan bir icra başçısının pulyığanının ən az 15-20 obyekti var. Bir icra başçısı durub desin ki, mənim obyektim yoxdur, səhərisi gün onun obyektlərini ünvanlarına qədər göstərim!
Nazir və icra başçılarının maaşlarındakı artımın məhz bayram günü elan edilməsi böyük bir təxribat idi. Dövlətə qarşı təxribat! Təsəvvür edin: 100 minlərcə ailə bayram keçirə bilmədi, çünki o imkanı yoxdur. O ailələrin başçıları uşaqlarının üzünə baxa bilmədiyinə görə gün batmadan yorğanını başına çəkib, taleyinə küfr etdiyi saatlarda dövlətimiz elan etdi ki, kəmaləddinlərin maaşları 15 min olub. Halbuki Kəmaləddin yeni tikilən binaya təhlükəsizlik lizenziyasına qol çəkərkən bu miqdarın ən az yüz qatını qazanır...
Bütün bunları elə bilirsiniz Ermənistanda bilmirlər? Bilirlər! Bizdən də yaxşı bilirlər. Köçəryanı hakimiyyətə gətirmək istəyən qüvvələr çox gözəl bilir ki, bizdə neçə qazi özünü yandırıb, hər nazirin, hər icra başçısının neçə katibəsi var, hər biri ayda nə qədər qazanır, Azərbaycanda nə qədər insan yoxsulluq həddinin çox-çox aşağısında yaşayır!
Ermənistanda çox gözəl bilirlər ki, 2020-ci ildə bizi qələbəyə çatdıran əsas faktor intiqam hissiydi, aşağılanan onurumuz, qürurumuz üçün savaşırdıq!
Amma savaşan əsgərimiz bu gün abidinlər, kəmaləddinlər, eldarəzizovlar, mikayılcabbarovlar tərəfindən aşağılanır, haqqları, hüquqları tapdalanır. Bu əsgər 2020-ci ildəki əhval-ruhiyyə ilə gedib savaşa bilərmi? Bax, məni qorxudan da elə budur. Bir tək əlacımız qalıb ki, yücə Tanrıya yalvaraq:
TANRIM, PAŞİNYANIN QALİB GƏLMƏSİ ÜÇÜN ONA YARDIM ET. QOY BİR DAHA SAVAŞ OLMASIN, ÖVLADLARIMIZ ÖLMƏSİN!!!
Müəllif: Fərəməz Novruzoğlu - Mənbə: "DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Bu gün, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Bu gün, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Bu gün, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Bu gün, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Bu gün, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Bu gün, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Bu gün, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Bu gün, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Bu gün, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Bu gün, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Bu gün, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Bu gün, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Bu gün, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Bu gün, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Bu gün, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Bu gün, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Bu gün, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Bu gün, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Bu gün, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Bu gün, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Bu gün, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Bu gün, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Bu gün, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Bu gün, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Bu gün, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Bu gün, 10:04
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Bu gün, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Bu gün, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Bu gün, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Bu gün, 09:35
Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42
Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? - İLGİNC FAKTLAR
Bu gün, 05:35
Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir - GİLEY
Bu gün, 05:12
İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb - KİV
Bu gün, 05:05
Formatın süqutu: Rusiya nəyə ümid edir? - AKTUAL
Bu gün, 05:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru