Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                     Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? .....                     Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? .....                     Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır .....                     Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi .....                 

Fəlakəti durdurmaq üçün Bakı və Ankara seçimi - AKTUAL
Tarix: 26-03-2026, 05:04 | Çap et

ABŞ-İsrail koalisiyasının İrana qarşı hərbi əməliyyatlara başladığı 28 fevral tarixindən etibarən Azərbaycan ilə İran arasında diplomatik təmaslar intensiv xarakter alıb. Bu çərçivədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi arasında bir neçə dəfə telefon danışığı baş tutub.

Rəsmi məlumatlara görə, tərəflər arasında telefon əlaqələri 1 mart, 17 mart və 23 mart tarixlərində gerçəkləşib.

Danışıqlar zamanı əsas müzakirə mövzularından biri regionda artan hərbi gərginlik olub. Bununla yanaşı, Azərbaycan tərəfi xüsusilə Naxçıvan istiqamətində baş verən pilotsuz uçuş aparatlarının (PUA) hücumları məsələsini qaldırıb. Rəsmi Bakı bu hadisələrlə bağlı narahatlığını ifadə edərək, təhlükəsizlik risklərinin aradan qaldırılmasının vacibliyini vurğulayıb və hadisənin başvermə səbəbi barədə izahat tələb edib.

Nazirlərin sonuncu təmasında da regional vəziyyət müzakirə olunub. Bayramov və Əraqçi bölgədə hərbi eskalasiyaya son qoyulması istiqamətində mümkün səylər ətrafında fikir mübadiləsi aparıblar. Bununla yanaşı, Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunmasının əhəmiyyəti vurğulanıb. C.Bayramov bununla yanaşı, İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları üzrə araşdırmanın tamamlanması istiqamətində gözləntilərimizi bir daha diqqətə çatdırıb. Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Maraqlıdır, Azərbaycan İranla bağlı proseslərdə hər hansı formada yer almır, bir sıra qonşu ölkələrdən fərqli olaraq münaqişənin genişlənməsindən narahatlığını ifadə edib, Tehrana humanitar yardımlar göndərib. Rəsmi bəyanatlarda və açıqlamalarda İran hökumətindən bu dəstəyə görə minnətdarlıq sərgilənməyib. Belə təsəvvür yaranır ki, intensiv telefon danışıqlarında hər iki tərəfi narahat edən ciddi məsələlər müzakirə olunur, amma mövzular ictimailəşdirilmir.

Politoloq Nəsimi Məmmədli Pressklub.az-a şərhində bildirib ki, İran ətrafında hərbi-siyasi proseslərin gərgin çağında Azərbaycan xarici işlər naziri ilə İranın xarici işlər naziri arasında telefon söhbətləri bir neçə istiqamətdən diqqət çəkir: “İranda hazırda mərkəzi icra hakimiyyətinin təsir gücünün və nəzarət imkanlarının zəiflədiyini nəzərə alsaq, belə təmasların situativ xarakter daşıdığını deyə bilərik. İlk növbədə Tehranın ABŞ hərbi bazalarına, İsrailə və Körfəz dövlətlərinə raket zərbələri endirdiyi bir şəraitdə Bakı ilə diplomatik kanalları açıq saxlaması müsbət haldır. Telefon danışığının kimin təşəbbüsü ilə baş tutduğu barədə rəsmi məlumat yoxdur. Amma müzakirə olunan məsələlərin xarakterinə nəzər salsaq, bu təşəbbüsün İran tərəfindən gəldiyini ehtimal etmək olar”.

Politoloq xatırladır ki, ABŞ və İsrailin başladığı müharibənin 24 günü arxada qalıb. Onun sözlərinə görə, İran ərazisinə hava zərbələrinin yekunlaşması istiqamətində ABŞ tərəfinin müəyyən etdiyi 4 həftəlik ilk mərhələ yekunlaşmaq üzrədir: “Bundan sonra hansı hərbi addımların atılacağı ilə bağlı müxtəlif variantlar üzərində müzakirələr davam edir. İran da bu müddət ərzində ABŞ-İsrail və müttəfiqlərinə xeyli gözlənilməz zərbələr endirə bildi. Hazırda ABŞ, müttəfiqləri və İran üçün hərbi eskalasiyanın artması əlavə risklər doğura bilər. Odur ki, hərbi eskalasiyanın dayandırılması istiqamətində təşəbbüslər istisna deyil. Təsadüfi deyil ki, nazirlər bölgədə hərbi eskalasiyaya son qoyulması istiqamətində mümkün səylər ətrafında fikir mübadiləsi aparıblar. Azərbaycanın həm ABŞ, həm İsrail, həm də İranla diplomatik əlaqələri var. Bu isə tərəflərin bir-birinə mesajlarını çatdırması baxımından uyğun müstəvilərdən biri kimi qəbul oluna bilər”.

N.Məmmədli hesab edir ki, ABŞ və İsrailin İrana qarşı müharibəsi Bakı və Ankaranın regionda mövqelərini daha da gücləndirib. Ekspert vurğulayıb ki, Tehranın hazırkı şəraitdə ABŞ ilə danışıqları bərpa etməsi üçün Bakı və Ankaradan başqa uyğun müstəvisi qalmayıb: “Eyni zamanda Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunmasının əhəmiyyəti ilə bağlı müzakirə edilən məsələ də olduqca diqqət çəkir. Azərbaycanın neft və qaz yataqlarının əhəmiyyətli hissəsi Xəzər dənizindədir. Xəzərdən çıxarılan neft və qazın marşrutu əsasən Avropanın tələbatını, qismən də olsa, qarşılamağa istiqamətlənir. İsrail tərəfindən Xəzərdə İran donanmasının vurulması İranın bu istiqamətdə cavab addımları atması narahatlığını saxlayırdı. Nazirlərin Xəzərdə təhlükəsizliyin əhəmiyyətinə vurğu salması bu baxımından müsbət qiymətləndirilə bilər”.

Politoloqun fikrincə, nazir Bayramovun İran ərazisindən Naxçıvana dron hücumları üzrə araşdırmanın tamamlanması istiqamətində gözləntiləri diqqətə çatdırması da Tehranın sonrakı davranışlarına təsir etməyə hesablanıb. “İran prezidenti və onun komandası Naxçıvana hücumda İranın əlinin olmadığını bəyan etsə də, fakt ortadadır. İranda prezidentdən daha üstün hərbi-siyasi iradənin olduğu bir şəraitdə xarici işlər naziri ilə etimadlı müzakirələrə ümid etmək sadəlövhlük olar”, - Nəsimi Məmmədli qeyd edib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Bu gün, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Bu gün, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Bu gün, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Bu gün, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Bu gün, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Bu gün, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Bu gün, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Bu gün, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Bu gün, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Bu gün, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Bu gün, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Bu gün, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Bu gün, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Bu gün, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Bu gün, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Bu gün, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Bu gün, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Bu gün, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Bu gün, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Bu gün, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Bu gün, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Bu gün, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Bu gün, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Bu gün, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Bu gün, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Bu gün, 10:04
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Bu gün, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Bu gün, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Bu gün, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Bu gün, 09:35
Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42
Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? - İLGİNC FAKTLAR
Bu gün, 05:35
Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir - GİLEY
Bu gün, 05:12
İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb - KİV
Bu gün, 05:05
Formatın süqutu: Rusiya nəyə ümid edir? - AKTUAL
Bu gün, 05:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru