Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                     Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? .....                     Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? .....                     Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır .....                     Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi .....                 

Ermənistanda seçkilər və müharibə riski: hər şey nəticədən asılıdır - GƏLİŞMƏ
Tarix: 26-03-2026, 04:57 | Çap et

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, əgər “Vətəndaş Müqaviləsi” partiyası seçkilərdə konstitusion çoxluq əldə etməsə, ölkəni müharibə gözləyə bilər.

Mənə deyirlər ki, niyə 2018-ci ildə düşdüyümüz vəziyyət barədə xəbərdarlıq etmədin? İndi isə açıq şəkildə xəbərdarlıq edirəm ki, əgər “Vətəndaş Müqaviləsi” seçkilərdə konstitusion çoxluq qazanmasa, sentyabrda dağıdıcı müharibə olacaq. Mən bunu sakit şəkildə deyirəm, çünki əminəm ki, xalq konstitusion çoxluq verəcək”, – o bildirib.

Onu dərhal parlamentin vitse-spikeri və Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan dəstəkləyib: “Müharibə ona görə olmayacaq ki, bu, “Vətəndaş Müqaviləsi”ndən asılıdır. Müharibə ona görə olacaq ki, ölkə “Vətəndaş Müqaviləsi”nin təklif etdiyi yolla deyil, oliqarxların aparmaq istədiyi yolla gedəcək”.

Daha sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Milli Məclisdə keçirdiyi brifinqdə Paşinyanın açıqlamalarını şərh edib. O bildirib ki, əgər seçkilərdə müxalifət qalib gəlsə, 2026-cı ilin sentyabrında Azərbaycanla yeni müharibə başlaya bilər.

Məncə, baş nazirin dediyi tarix şərtidir, yəni seçkilərdən qısa müddət sonra baş verə biləcək vəziyyəti nəzərdə tutur. Belə bir perspektivin real ola biləcəyi isə şübhəsizdir. Bəzi müxalif dairələrin ideologiyası ondan ibarətdir ki, demək olar bütün qonşularla ərazi problemlərimiz var, ərazi iddialarımız və ambisiyalarımız mövcuddur. Aydındır ki, belə düşüncəli insanlar hakimiyyətə gəlsə, dərhal qonşularla problemlər yaranacaq. Müasir dövrdə problemlərin hansı metodlarla həll edildiyini nəzərə alsaq, Ermənistanın dərhal müharibə ilə üzləşməsi ehtimalı yüksəkdir.

Biz deyirik ki, ölkəmizə sülh lazımdır. Əks halda, Ermənistanın uğuru və inkişafı deyil, ümumiyyətlə müstəqil dövlət kimi mövcudluğu sual altına düşəcək. Sülh bizim vətəndaşlara təklifimizdir. Paralel olaraq başqa bir yanaşma da var: “Yox, bizə bu Ermənistan lazım deyil, bizə hansısa Ermənistan lazımdır”. Bu fikirlərimizdə şantaj elementi görürəmmi? Xeyr. Niyə belə deyirik? Düz edirik. Bu, Ermənistan vətəndaşlarına bizim təklifimizdir”, – nazir bildirib.

Maraqlıdır, Paşinyanın bu xəbərdarlığı nə dərəcədə reallığa uyğundur? Yəni keçmiş hakim qüvvələr yenidən hakimiyyətə qayıdarsa, müharibə qaçılmaz olacaq? Niyə? Ona görə ki, Koçaryan, Sarqsyan və digər Rusiyaya meylli müxalifət İkinci Qarabağ müharibəsinin nəticələri ilə razılaşmır və yekun sülh sazişinə aparan prosesdən imtina edə bilər?

Yoxsa bu, Paşinyanın seçkiöncəsi siyasi manevridir – “əgər mən olmasam, mütləq müharibə olacaq” mesajı? Hazırda onun rəqibləri çıxışını məhz belə izah edirlər.

Mövzu ilə bağlı Pressklub.az-a danışan müstəqil ekspert Xəqani Cəfərlinin sözlərinə görə, Ermənistan dövlət siyasətinin hakimiyyətdə olan qüvvədən asılı olduğu ölkələrdən biridir.

Yəni bu, sabit və uzunmüddətli dövlət siyasəti olmayan bir ölkədir. Belə ölkələrdə dövlət siyasəti hakim qüvvənin öz maraqlarına uyğun şəkildə formalaşır. Buna görə də Ermənistanda çox şey parlament seçkilərinin nəticələrindən asılıdır.

Məlumdur ki, Rusiyanın Cənubi Qafqazdakı təsiri son 200 ildə ən aşağı səviyyəyə düşüb. Moskva bununla barışmaq istəmir və revanş istəyir. Heç kimə sirr deyil ki, Rusiya Ermənistanı yenidən öz təsir dairəsinə qaytarmaqla itirdiyi mövqeləri bərpa etmək niyyətindədir. Ermənistanda hakimiyyət dəyişikliyi isə müharibə ehtimalını artıra bilər. Bildiyimiz kimi, baş nazir Nikol Paşinyanın rəqibləri Azərbaycanla bağlanmış sülh müqaviləsinin mətnini qəbul etmir və qondarma “Dağlıq Qarabağ Respublikası” ilə bağlı iddialar irəli sürürlər”, – analitik bildirib.

Onun fikrincə, hətta müharibə baş verməsə belə, yenidən qurulmuş əməkdaşlıq dayana və yerini qarşıdurmaya verə bilər.

Bu isə Azərbaycanın maraqlarına uyğun deyil. Azərbaycanın maraqları əməkdaşlığın davam etdirilməsini tələb edir. Xüsusilə TRIPP layihəsi – “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” – İrəvanın siyasətində Azərbaycanın maraqlarına uyğun deyil, çünki bu layihə Azərbaycanın siyasi və iqtisadi gücünün artmasına gətirib çıxaracaq.

Aydındır ki, Azərbaycan hökuməti ilə Nikol Paşinyan hökuməti arasında normal əməkdaşlıq münasibətləri formalaşıb. Ən doğru variant bu münasibətlərin davam etdirilməsidir. Bunu isə Ermənistan seçiciləri müəyyən edəcək”, – Cəfərli bildirib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Bu gün, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Bu gün, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Bu gün, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Bu gün, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Bu gün, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Bu gün, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Bu gün, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Bu gün, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Bu gün, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Bu gün, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Bu gün, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Bu gün, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Bu gün, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Bu gün, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Bu gün, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Bu gün, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Bu gün, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Bu gün, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Bu gün, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Bu gün, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Bu gün, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Bu gün, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Bu gün, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Bu gün, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Bu gün, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Bu gün, 10:04
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Bu gün, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Bu gün, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Bu gün, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Bu gün, 09:35
Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42
Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? - İLGİNC FAKTLAR
Bu gün, 05:35
Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir - GİLEY
Bu gün, 05:12
İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb - KİV
Bu gün, 05:05
Formatın süqutu: Rusiya nəyə ümid edir? - AKTUAL
Bu gün, 05:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru