AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                 

Ali məktəblərdə təhsil haqları artacaq - NƏ BAŞ VERİR?
Tarix: 19-03-2026, 11:05 | Çap et

Son illər ali təhsil müəssisələrində təhsil haqqı qiymətlərində müəyyən artımlar müşahidə olunur. Hər il bəzi ixtisaslar üzrə qiymətlərdə baş verən bu dəyişikliklər həm abituriyentlər, həm də valideynlər arasında müzakirə mövzusuna çevrilir. Təhsil haqlarının formalaşmasına təsir edən amillər, universitetlərin xərcləri və tədrisin keyfiyyətinin təmin olunması kimi məsələlər bu mövzuda diqqət çəkən məqamlardandır. Mövcud vəziyyət fonunda ali təhsil müəssisələrində təhsil haqlarında müşahidə olunan artımların hansı səbəblərlə bağlı olduğu və bu il qiymətlərdə dəyişiklik gözlənilib-gözlənilmədiyi də müzakirə predmetinə çevrilir.

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri Samir Vəliyev ali təhsil müəssisələrində təhsil haqlarının artmasını bir sıra səbəblərlə izah edib.
"İlk növbədə qeyd etmək lazımdır ki, yaşayış səviyyəsi və gündəlik tələbat artdıqca universitet əməkdaşlarının, xüsusilə müəllimlərin əməkhaqqı tələbləri də yüksəlir. Bu isə ali təhsil müəssisələrinin xərclərinə birbaşa təsir göstərir. Digər tərəfdən, ölkədə orta gəlirin və yaşayış minimumunun artması da müəllim və digər əməkdaşların daha yüksək əməkhaqqı gözləntilərini formalaşdırır. Universitetlər isə keyfiyyətli kadrları cəlb etmək və onları saxlamaq üçün daha rəqabətli əməkhaqqı təklif etməyə məcbur qalırlar”.
O eyni zamanda nəzərə çatdırıb ki, təhsil haqlarının artmasına təsir edən mühüm amillərdən biri də valideyn və tələbələrin universitetlərdən daha keyfiyyətli təhsil gözləntiləridir:
"Bu gözləntilərin qarşılanması üçün ali təhsil müəssisələrində müasir infrastrukturun yaradılması, yeni tədris binalarının, laboratoriyaların və digər texniki imkanların qurulması tələb olunur ki, bu da böyük maliyyə yatırımları deməkdir. Bundan əlavə, son illərdə informasiya texnologiyaları, kompüter mühəndisliyi və digər texnoloji ixtisaslara tələbənin axınının artması maliyyə tutumlu yeni laboratoriyaların yaradılması zərurətini ortaya çıxarıb. Belə ixtisaslar üzrə müasir avadanlıqların təmin olunması da əlavə xərclər yaradır. Eyni zamanda bazar qaydalarına uyğun olaraq populyar ixtisaslara tələbat çox olduqda həmin ixtisaslar üzrə təhsil haqları da yüksələ bilir. Bu isə tələb və təklif balansı ilə bağlı formalaşan iqtisadi amildir”.
Milli Məclisin deputatı əlavə edib ki, digər mühüm məqam isə xarici universitetlərlə əməkdaşlıq və ikili diplom proqramlarının həyata keçirilməsidir:
"Bu cür proqramların tətbiqi üçün universitetlərin həm infrastruktur, həm də tədris məzmunu baxımından beynəlxalq standartlara uyğunlaşdırılması tələb olunur ki, bu da əlavə maliyyə xərcləri ilə müşayiət edilir.
Bundan başqa, rəqəmsallaşma bu gün ali təhsil müəssisələri qarşısında duran əsas prioritetlərdən biridir. Tədris prosesinin rəqəmsal platformalara keçirilməsi, yeni texnologiyaların tətbiqi və elektron təhsil mühitinin qurulması ciddi maliyyə sərmayəsi tələb edir”, - deyə S.Vəliyev fikrini yekunlaşdırıb.
Təhsil eksperti Ramin Nurəliyev isə bildirib ki, ali təhsil müəssisələrində təhsil haqlarının müəyyənləşdirilməsi və tənzimlənməsi bir neçə qurumun iştirakı ilə həyata keçirilir.
"Bu prosesdə Nazirlər Kabineti, Elm və Təhsil Nazirliyi, eləcə də universitet rəhbərliyi müəyyən rol oynayır. Adətən universitet rəhbərliyi hər hansı ixtisasın açılması və ya mövcud ixtisas üzrə təhsil haqqının müəyyənləşdirilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət edir. Nazirlik təqdim olunan təklifi uyğun hesab etdikdə məsələ Nazirlər Kabinetinə təqdim olunur və təsdiqdən sonra həmin təhsil haqqı universitet tərəfindən tətbiq edilir.
Özəl ali təhsil müəssisələrində isə bu proses bir qədər fərqli şəkildə həyata keçirilir. Əgər universitet hər hansı quruma bağlıdırsa, təhsil haqları həmin qurumun idarə heyəti tərəfindən müəyyənləşdirilir. Universitet müstəqil fəaliyyət göstərirsə, qiymətlər rəhbərlik tərəfindən müəyyən olunur və bu barədə Elm və Təhsil Nazirliyinə və müvafiq qurumlara məlumat verilir.
Ümumilikdə ali məktəblərdə təhsil haqlarının tənzimlənməsi bir sıra amillərdən asılıdır. Bu məsələdə universitetin prestiji, təhsilin keyfiyyəti, maddi-texniki bazası və rəqabət qabiliyyəti əsas rol oynayır. Məsələn, yüksək standartlara uyğun infrastruktura və güclü tədris mühitinə malik ali məktəblərdə təhsil haqqı da daha yüksək olur. Bu baxımdan ADA Universiteti ilə regionlarda fəaliyyət göstərən bəzi universitetlərin təhsil haqlarını eyni səviyyədə müqayisə etmək mümkün deyil”.
Ekspert həmçinin vurğulayıb ki, eyni vəziyyət dövlət universitetləri arasında da müşahidə olunur:
"Məsələn, Bakı Ali Neft Məktəbi ilə Sumqayıt Dövlət Universitetinin təhsil haqları arasında fərqin olması təbiidir. Bakı Ali Neft Məktəbində təhsilin səviyyəsi, maddi baza və rəqabət mühiti daha yüksək olduğuna görə burada təhsil haqları da digər ali məktəblərlə müqayisədə fərqlənir.
Magistratura səviyyəsində də bənzər hallara rast gəlinir. Məsələn, MBA proqramları bir çox universitetlərdə mövcud olsa da, bəzi ali məktəblərdə bu proqramlara tələbat daha yüksək olduğuna görə təhsil haqqı da artır. Tələbatın artması və proqramın bazasının güclü olması həmin ixtisasın dəyərinin yüksəlməsinə səbəb olur.
Bundan başqa, universitetin beynəlxalq reytinqlərdə mövqeyi, tələbə axınının çoxluğu, tədris prosesinin keyfiyyəti və müəllim heyətinin səviyyəsi də təhsil haqlarına təsir edən amillər sırasındadır. Məsələn, hər hansı universitet beynəlxalq reytinq cədvəllərində yüksək yerlərdə qərarlaşır, maddi-texniki bazası güclənir və tələbə marağı artırsa, bu da illik təhsil haqlarının yüksəlməsinə gətirib çıxara bilər”.
R.Nurəliyev onu da diqqətə çatdırıb ki, təhsil haqlarına təsir edən digər mühüm faktor isə ixtisas fərqidir:
"Eyni universitet daxilində belə müxtəlif ixtisaslar üzrə ödəniş məbləği fərqli olur. Məsələn, Bakı Dövlət Universitetində bəzi ixtisaslarda illik təhsil haqqı təxminən 2000-2500 manat olduğu halda, daha çox tələb olunan ixtisaslarda bu məbləğ 4000-4500 manata qədər yüksələ bilər. Bu isə həmin ixtisaslara olan tələbat və rəqabət səviyyəsi ilə bağlıdır.
Hazırda Azərbaycanda təhsil haqları nisbətən yüksək olan ali məktəblər sırasında ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti, həmçinin özəl ali məktəblərdən Xəzər Universiteti göstərilir. Bu universitetlər ölkənin ali təhsil sistemində formalaşmış nüfuza malik olduqları üçün onların təhsil haqları digər ali təhsil müəssisələri ilə müqayisədə daha yüksək tənzimlənir”, - deyə o qeyd edib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Bu gün, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Bu gün, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Bu gün, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Bu gün, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Bu gün, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Bu gün, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Bu gün, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Bu gün, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Bu gün, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Bu gün, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Bu gün, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Bu gün, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Bu gün, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Bu gün, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Bu gün, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Bu gün, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Bu gün, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Bu gün, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Bu gün, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Bu gün, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Bu gün, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Bu gün, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Bu gün, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Bu gün, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Bu gün, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Bu gün, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Bu gün, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Bu gün, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Bu gün, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Bu gün, 10:04
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Bu gün, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Bu gün, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Bu gün, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Bu gün, 09:35
Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru