AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                 

Paşinyanı “Gümrü ssenarisi” ilə devirməyə çalışırlar, amma... - İrəvanda son döyüş
Tarix: 19-03-2026, 06:23 | Çap et

Ermənistan öz tarixinin bəlkə də ən taleyüklü seçkilərindən birinə hazırlaşır. Erməni politoloqlarının təbirincə desək, 7 iyun parlament seçkiləri sadəcə hakimiyyət uğrunda mübarizə deyil, ölkənin geosiyasi vektorunun Qərb, yoxsa Rusiya istiqamətində olacağını qəti şəkildə müəyyən edəcək bir “döyüşdür”.

Sorğular göstərir ki, “Vətəndaş Müqaviləsi” partiyasının lideri, baş nazir Nikol Paşinyanın "Real Ermənistan" konsepsiyası ilə müxalifətin "revansizm" planları arasında qalan xalqın əhəmiyyətli hissəsi hələ də qərarsızdır.

Sorğulara görə, Nikol Paşinyanın seçici dəstəyi təxminən 24–26 faiz səviyyəsində qiymətləndirilir. İkinci yerdə “Güclü Ermənistan” siyasi bloku qərarlaşıb. Bu blokun lideri Samvel Karapetyanın reytinqinin təxminən 12–13 faiz civarında olduğu göstərilir. Üçüncü mövqedə “Hayastan (Ermənistan)” bloku yer alır. Bu siyasi qüvvənin lideri, Ermənistanın sabiq prezidenti Robert Koçaryan seçicilərin 6–8 faiz səsinə ümid edə bilər. Sonrakı sırada “Çiçəklənən Ermənistan” partiyası gəlir. Partiyanın lideri Qaqik Sarukyan üçün seçici reytinqi təxminən 3–4 faiz səviyyəsində göstərilir.

Eyni zamanda sorğuda iştirak edənlərin böyük bir hissəsi hələ də konkret seçim etməyib. Qərarsız seçicilər və ya heç bir siyasi qüvvəyə səs vermək istəməyənlər ümumi seçicilərin təxminən 40 faizini təşkil edir.

Ermənistan gündəmində olan iddialardan birinə görə, Rusiya seçkilərdə müxalifətin mövqelərini gücləndirmək üçün xüsusi plan hazırlayıb. Bu plan çərçivəsində Rusiyanın cənub bölgələrindən, xüsusilə Krasnodar diyarından təxminən 80 min seçicinin mütəşəkkil şəkildə Ermənistana gətirilməsi nəzərdə tutulur. İddialara əsasən, həmin şəxslərin seçkilərdə iştirak etməsi və müəyyən siyasi qüvvələri dəstəkləməsi üçün hər birinə 100 min rubl ödənilməsi planlaşdırılır.

Ermənistan müxalifətinə gəldikdə, əsas siyasi qüvvələr bu dəfə, əvvəlki seçkilərdən fərqli olaraq, vahid blokla çıxış etməkdən imtina edib. Onlar Paşinyan hakimiyyətini zəiflətmək üçün fərqli siyasi cəbhələrdən eyni vaxtda təzyiq göstərməyi planlaşdırırlar.

Bu strategiyada üç əsas fiqur ön plana çıxır – sabiq prezident Robert Koçaryan, rusiyalı erməni milyarder Samvel Karapetyan və keçmiş prezident Serj Sarkisyanın siyasi çevrəsi.

Sabiq prezident Robert Koçaryan rəhbərlik etdiyi “Hayastan” bloku adından 16 mart 2026-cı ildə rəsmi şəkildə baş nazirliyə namizəd elan olunub. Koçaryan xüsusilə radikal müxalif elektoratı və hərbiləşmiş qruplara yaxın seçiciləri öz ətrafında toplamağa çalışır. O, Paşinyan hakimiyyətini sərt tənqid edir və baş naziri “milli maraqlara xəyanət etməkdə” ittiham edir.

Digər tərəfdən, müxalif düşərgədə ən böyük reytinqə malik olan rusiyalı milyarder Samvel Karapetyan seçkilərin ən gözlənilməz fiqurlarından biri hesab olunur. “Güclü Ermənistan” adlı siyasi layihə ilə seçkilərə qatılan Karapetyan hazırda ev dustaqlığında olsa da, onun partiyası rəy sorğularında sürətlə yüksəlir. Qeyd etdiyimiz sorğu nəticələrindən də görünür ki, bu siyasi qüvvə təxminən 13 faiz dəstək qazanaraq, Koçaryanın blokunu geridə qoyub və ikinci yerə yüksəlib.

Ekspertlərin fikrincə, Karapetyanın əsas üstünlükləri onun böyük maliyyə imkanları və Moskva ilə yaxın əlaqələridir. Məhz bu faktorlar ona Paşinyanın əsas dayaqlarından sayılan şəhərli orta təbəqə seçicilərinə təsir etmək imkanı verir.

Seçki öncəsi gərginlik seçiciləri ələ almaq üçün təşkil edilən humanitar yardım aksiyasında da özünü göstərib. Ermənistan hökuməti Karapetyanın və “Avrasiya” fondunun Qarabağ erməniləri üçün göndərdiyi 140 ton humanitar yardımın ölkəyə daxil olmasına icazə verməyib və yük sərhəddə saxlanılıb.

Rəsmi İrəvan bu addımı “seçkiqabağı rüşvət cəhdi” kimi qiymətləndirib. Hakimiyyət hesab edir ki, bu cür yardımlar seçki prosesinə təsir göstərmək məqsədi daşıyır.

Moskva isə bu qərara sərt reaksiya verib. Rusiya tərəfi baş verənləri “humanitar terror” kimi qiymətləndirərək, Ermənistan hakimiyyətini tənqid edib.

Erməni analitiklərin fikrincə, Paşinyan hakimiyyəti üçün ən böyük təhlükə “Gümrü ssenarisi” adlandırılan taktikanın təkrarlanması ola bilər. Bu model ötən il Gümrü şəhərində keçirilən bələdiyyə seçkilərində uğurla tətbiq olunub.

Həmin ssenariyə görə, müxalif qüvvələr seçkilərə vahid blokla deyil, ayrı-ayrı siyasi qüvvələr kimi qatılırlar. Bununla da Paşinyanın rəhbərlik etdiyi partiyanın parlamentdə 50 faizdən çox səs toplamasının qarşısını almağa çalışırlar.

Seçkilərdən sonra isə vəziyyət dəyişir. Heç bir siyasi qüvvə təkbaşına hökumət qura bilmirsə, parlamentdə təmsil olunan müxalif partiyalar bir araya gələrək, koalisiya yaradırlar.

Belə bir halda, Paşinyan fərdi olaraq ən çox səs toplamış lider kimi seçkidən çıxsa belə, parlamentdə çoxluğu itirə və nəticədə hakimiyyətdən kənarda qala bilər.

Hazırda Paşinyan və onun Qərb müttəfiqləri məhz bu ssenarinin gerçəkləşməməsinə qarşı birgə çalışırlar.

Baş nazir Rusiya dəstəkli qüvvələrin təzyiqlərinə qarşı iki əsas kartdan istifadə edir:

Martın 16-da mətninin hazır olduğu elan edilən yeni Konstitusiya layihəsi ilə Paşinyan ölkəni "Dördüncü Respublika"ya keçirmək istəyir. Məqsəd köhnə iddialardan (Qarabağ və s.) tamamilə imtina edib, Azərbaycanla sülh müqaviləsini hüquqi bazaya oturtmaqdır.

Sorğulara görə, Paşinyanın şəxsi reytinqi 24–26% arasındadır. Lakin seçicilərin 40%-i hələ də qərarsızdır. Paşinyan bu kütləni "Müxalifət gəlsə, müharibə olacaq" tezisi ilə qorxudaraq, öz tərəfinə çəkməyə çalışır.

Avropa İttifaqından (Aİ) verilən bəyanatlar da Brüsselin İrəvandakı proseslərdən ciddi narahat olduğunu göstərir. Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallasın qərarı ilə seçki dövründə Ermənistana göndəriləcək "hibrid sürətli reaksiya qrupu" məhz Moskvanın seçki prosesinə mümkün kiber və dezinformasiya hücumlarının qarşısını almaq məqsədi daşıyır.

Kallasın sözlərinə görə, bu addım Ermənistan hökumətinin müraciəti əsasında atılır. O bildirib ki, Aİ regionda demokratik institutların dayanıqlığını gücləndirməyi vacib hesab edir: “Qonşuluqda demokratik dayanıqlılığın dəstəklənməsi bizim üçün vacib olaraq qalır. Biz Ermənistanı xarici müdaxilə ilə üz-üzə tək qoymayacağıq. Təzyiq altında olan demokratiyalar Avropaya güvənə bilər”.

Daha əvvəl Qərb mediası yazmışdı ki, belə bir plan Brüsseldə müzakirə olunur. Məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Aİ rəhbərliyinə məktub göndərərək, sürətli reaksiya qrupunun İrəvana ezam olunmasını xahiş edib.

Qeyd edək ki, müxalifət Aİ-nin bu qərarını ölkənin daxili siyasi proseslərinə müdaxilə kimi qiymətləndirir. Hakimiyyət isə bunun seçki təhlükəsizliyini təmin etmək və xarici təhdidlərə qarşı mübarizə aparmaq üçün dəstək olduğunu bildirir.

Ermənistan Ədliyyə Nazirliyi isə açıqlayıb ki, Aİ-nin sürətli reaksiya qrupu Ermənistana gələcəyi halda əsasən Ermənistan Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıq edəcək.

Bütün bu proseslər göstərir ki, Ermənistan qarşıdan gələn parlament seçkilərinə təkcə daxili siyasi mübarizə şəraitində deyil, həm də ciddi geosiyasi rəqabətin fonunda gedir. Bir tərəfdə Qərblə yaxınlaşmanı və regional sülh gündəliyini önə çəkən Paşinyan hakimiyyəti, digər tərəfdə isə Rusiyaya daha yaxın siyasi qüvvələrin təmsil olunduğu müxalif düşərgə dayanır.

Mövcud rəy sorğuları Paşinyanın hələ də fərdi lider kimi birinci olduğunu göstərsə də, qərarsız seçicilərin yüksək faizi seçkinin nəticəsini tamamilə dəyişə biləcək əsas faktora çevrilir. Məhz bu 40 faizlik elektoratın hansı istiqamətdə qərar verəcəyi seçkinin taleyini müəyyən edə bilər.

Digər tərəfdən, müxalifətin müxtəlif siyasi mərkəzlərdən eyni vaxtda hücum strategiyası və “Gümrü ssenarisi” kimi tanınan koalisiya modeli Paşinyanın hakimiyyətdə qalmasını çətinləşdirə bilər.

Seçkilərin nəticəsindən asılı olaraq Ermənistan ya Paşinyanın təklif etdiyi Qərbyönlü transformasiya və sülh gündəliyi xətti ilə davam edəcək, ya da ölkədə yeni siyasi koalisiya formalaşaraq İrəvanın geosiyasi balansını yenidən dəyişə bilər.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Bu gün, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Bu gün, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Bu gün, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Bu gün, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Bu gün, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Bu gün, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Bu gün, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Bu gün, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Bu gün, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Bu gün, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Bu gün, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Bu gün, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Bu gün, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Bu gün, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Bu gün, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Bu gün, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Bu gün, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Bu gün, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Bu gün, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Bu gün, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Bu gün, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Bu gün, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Bu gün, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Bu gün, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Bu gün, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Bu gün, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Bu gün, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Bu gün, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Bu gün, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Bu gün, 10:04
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Bu gün, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Bu gün, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Bu gün, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Bu gün, 09:35
Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru