AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                 

“Elm və Təhsil Nazirliyi heç vaxt heç bir təşəbbüsə açıq olmayıb...” - FAKT BUDUR
Tarix: 17-03-2026, 10:00 | Çap et

Gələcək inkişaf daha çox ölkədəki təhsilin durumundan asılıdır. Çünki xalqın və dövlətin gələcəyi bu sahədə həll edilir. Diskussiyaların da önəmli hissəsi məhz bu sektorda olmalıdır. Təəssüf ki, biz hələ də keyfiyyətli elm və təhsil siyasəti, onun səmərəli maliyyələşmə mexanizmini qura bilməmişik, bu sahəsdə söz deyə, təklif verə bilən insanları problemlərin həllinə səfərbər edə bilməmişik. Təhsilə dair diskussiyalar məhz bu istiqamətdə olmalıdır. Təəssüf ki, bu mövzularda nə diskussiyalar var, nə də fərqli fikirləri, tənqidi mülahizələri dinləmək, reallığı təhlil etmək, nəticə çıxarmaq, inkişafa nail olmaq istəyi var.
Təşəbbüslərə geniş meydan verilməlidir, təhsilə dair ideyalar bankı yaradılmalıdır, bu məqsədlə xüsusi beyin mərkəzləri formalaşdırılmalıdır. Bu ideyalar təhlil edilməli, nəticələr praktik tətbiq edilməlidir. Amma belə istək və təşəbbüslər nəinki adi vətəndaşlarda, bir çox hallarda bu sahəyə məsul məmurlarda da yoxdur. Çünki onların əksəriyyəti açıq müzkirələrə hazır deyillər, öz işlərinə görə ictimaiyyətə hesabat verə bilmirlər. Bu yaxında bir tədbirdə orta təhsilin problemlərinin həllinə dair qısa çıxış etdim və məmurlara 3 konkret təklif (ideya) verdik. Xeyli vaxt keçməsinə baxmayaraq heç bir reaksiya yoxdur. Olmayacaq da. Ona görə ki, son 25 ildə müxtəlif kanallarla (məqalə, müsahibə və canlı təmas) 100-lərlə belə təkliflər vermiş, təşəbbüslər irəli sürmüşük. Heç biri də nəzərə alınmayıb. Belə çıxır ki, məmurlar təhsilin inkişafında, problemlərin həllində maraqlı deyillər, ya da verilən təklifləri qiymətləndirməyə potensialları çatmır - əsas məqsəd isə 5 qat artmış təhsil büdcəsini naməlum istiqamətlərdə israf etməkdir, heç bir faydalı təşəbbüsə isə pul yoxdur. Eyni zamnda iş görüntüsü yaratmaq üçün tez-tez əhəmiyyətsiz tədbirlər - forumlar, qurultaylar, dəyirmi masalar keçirdirlər, bunların isə nəticə etibarı ilə mövcud problemlərin həllinə təsiri olmur...
Bu halda inkişaf necə ola bilər?..
Bütün bu proseslər qurulmalı, təşkil edilməli və nəticəli olmalıdır. Müasir dünyada inkişafın əsas resursu təbii sərvətlər deyil, insan kapitalıdır. Bu kapitalın ən mühüm komponentlərindən biri isə insanların təşəbbüskarlığı və innovasiya potensialıdır. Dövlət bu potensialdan istifadə etmək istəyirsə, vətəndaşların ideyalarını irəli sürməsi və həyata keçirməsi üçün açıq və əlverişli mühit yaratmalıdır. Çünki ölkənin inkişafı yalnız dövlət proqramlarının nəticəsi deyil, həm də vətəndaşların yaradıcı təşəbbüslərinin nəticəsidir...
Bunun üçün nələr edilməlidir?..
Vətəndaş təşəbbüsləri inkişafın istifadə olunmayan resursudur. Ölkənin inkişafında yalnız dövlət proqramları və böyük investisiya layihələri deyil, həm də vətəndaşların, mütəxəssis və ekspertlərin təşəbbüsləri də mühüm rol oynayır. Tarix göstərir ki, bir çox yeniliklər məhz fərdlərin ideya və təşəbbüsləri nəticəsində ortaya çıxmışdır. Yeni texnologiyalar, sosial innovasiyalar, unikal layihələr, idarəetmə modelləri və innovativ biznes nümunələri bir çox hallarda dövlət strukturlarından deyil, cəmiyyətdən gəlir. Bu səbəbdən müasir inkişaf strategiyalarında əsas məsələlərdən biri də ölkənin insan kapitalından daha səmərəli istifadə etməkdir. İnsan kapitalı yalnız bilik və bacarıqlardan ibarət deyil, həm də təşəbbüskarlıq, yaradıcı düşüncə və innovasiya potensialıdır. Bu potensialın reallaşması üçün təkcə fərdi təşəbbüslər kifayət deyil, müəyyən mühit də olmalıdır. Başqa sözlə, dövlət vətəndaşların təşəbbüslərini dəstəkləyən və onların həyata keçirilməsi üçün imkan yaradan mükəmməl bir sistem formalaşdırmalıdır...
Tənqidi təfəkkür olmayan yerdə innovasiya yarana bilməz...
Təşəbbüslərin yaranması üçün şərait yaradılmalıdır. Vətəndaş təşəbbüslərinin inkişafı üçün vacib şərt azad və təhlükəsiz fikir mühitidir. İnsanlar yeni ideyalar irəli sürərkən tənqid və müzakirə imkanına malik olmalıdırlar. Sağlam müzakirə mühiti olmadan innovasiya yaratmaq, inkişaf etdirmək mümkün deyil.
Yeni ideyalar adətən mövcud qaydaları və yanaşmaları sorğulamaqla yaranır. Buna görə də dövlət tənqid və müzakirə mədəniyyətini təşviq etməli, fərqli fikirləri təhlükə kimi deyil, inkişaf üçün resurs kimi qəbul etməlidir.
Vətəndaş təşəbbüslərinin yaranması və reallaşması üçün dövlət konkret mexanizmlər yaratmalıdır. Bunlardan biri də istiqamətlər üzrə açıq innovasiya platformalarının yaranmasıdır. Belə platformalar vasitəsilə vətəndaşlar, alimlər və mütəxəssislər dövlət qurumlarına öz ideyalarını təqdim edə, müzakirələr apara bilərlər. Belə bir platforma ilk növbədə ETN sistemində yaradılmalıdır. Çünki,ölkənin əsas intellektual potensialı bu sistemdədir. Minlərlə alim, müəllim, doktorant və magistr, bakalavr bu sahədə cəmləşib. Təəssüf ki, ETN heç vaxt, heç bir təşəbbüsə açıq olmayıb, heç vaxt heç bir innovativ təşəbbüslərə dair müzakirələr aparmayıb. 20 ildə xeyli belə yeni, lazımlı, innovativ təşəbbüslərin məhv edilməsinin şahidi olmuşuq. Bəzən də verilən ideyaları xəlvəti olaraq öz daxili mətbəxlərində ustalıqla “işə keçiriblər” (hərçənd ki, özləri alimləri plagiatda günahlandırırlar)…
Son 6 ildə ümumən biabırçı durum yaranıbdır. ETN heç bir təşəbbüsə, təklifə, müzakirələrə getmir, səbəbini də demirlər. Düşünürəm ki, əsas səbəb menecerlərin peşəkarlıq baxımından potensiallarının zəif olmasıdır. Onlar adi teledebatlara gəlməyə cəsarət etmirlər, nəinki, elmi müzakirələrə və sonda da bu təkliflərə maliyyə ayrılmasına.
Qrant və startap mexanizmləri…
Dünyanın bir çox ölkəsində dövlət və özəl strukturlar müxtəlif sahələr üzrə ideya müsabiqələri və innovasiya proqramları təşkil edir. Bu proqramlar vasitəsilə ən yaxşı təşəbbüslər seçilir və onların həyata keçirilməsi üçün maliyyə və təşkilati dəstək verilir. Bir çox ölkələr vətəndaşların təşəbbüslərini həyata keçirmək üçün işlək mexanizmlər yaratmışlar.
Təşəbbüslərin reallaşması üçün mühüm şərtlərdən biri də ideyalara maliyyə dəstəyidir. Dövlət innovativ ideyaların həyata keçirilməsi üçün qrant proqramları və startap fondları yarada bilər. Belə mexanizmlər gənclər, alimlər və texnologiya sahəsində çalışan mütəxəssislər üçün böyük imkanlar yaradır. Belə proqramlar vasitəsilə yalnız iqtisadi deyil, həm də sosial və elmi innovasiyalar dəstəklənə bilər.
Təbii ki, bütün bu proseslər şəffaf, obyektiv və nəticəvi olmalıdır. Əks halda ayrılan maliyyə resursları səmərəsiz israf ediləcəkdir. Ölkəmizdə qrant verən təşkilatlar az deyil. Amma bir çox hallarda qrant müsabiqələrində şəffaflıq və obyektivlik təmin edilmir, vətəndaşların unikal təklifləri reallaşmır.
Prezident İlham Əliyev AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışında demişdi: “ … dövlət strukturlarına da göstəriş vermək istəyirəm ki, Azərbaycan alimləri ilə daha sıx işləsinlər. Çünki bu gün bizim elmimizin praktik nəticələri olmalıdır. Təkcə elmi əsərlərdə yox, həyatda və iqtisadiyyatın sürətli inkişafını nəzərə alaraq, əlbəttə ki, burada əlaqələndirmə, uzlaşma yüksək səviyyədə olmalıdır. Əminəm ki, bu sözlərdən sonra bizim dövlət qurumlarımız Azərbaycan alimləri ilə daha fəal işləyəcəklər.”
Təbii ki, alimlərə, onların təşəbbüsləri dəstək ilk növbədə ETN-dən gəlməlidir. Təəssüf ki, ETN alimlərin təşəbbüsünə heç vaxt dəstək vermir. ETN-nin son 5 ildə verdiyi qrantların və təlimlərin böyük bir qismi tam faydasızdır, bunlar elm və təhsilin inkişafına heç nə vermirlər. Belə maliyyə imkanlarını alimlərə, PHŞ olan universitetlərə yox, nazirliklə şəxsi əlaqələri olan QHT və MMC-lərə paylayırlar. Bu yaxınlarda KİV-də konkret faktlar əsasında bu məsələyə dair məqalə də dərc edilmişdi. Belə faktlar KİV-də mütəmadi dərc edilsə də, ETN-nin qanunsuzluqları hələ də də davam edir, büdcə vəsaitləri səmərəsiz israf edilir. Necə deyərlər, dəyirman öz “müqəddəs işindədir”. Hərçənd ETN hər dəfə alimlərə deyir ki, biz proseslərə yox, nəticələrə maliyyə ayırırıq. Eyni zamanda son 20 il ərzində TN və ETN-dən mütəxəssislərin, ekspertlərin distant təhsil və digər aktual təhsil layihələrinə, son illər isə qrant müsabiqələrinə verdikləri layihələrə heç bir dəstək verilmir...
Yadımdadır, 2019-cu ildə Borçalıda sürətlə bağlanan azərbaycandilli məktəblərə dəstək üçün distant təhsil sisteminin yaradılması layihə təşəbbüsü TN-ə təqdim edilmişdi. Hətta belə bir zəruri təşəbbüsə TN dəstək vermədi. TN-də bu məsələ müzakirə ediləndə, “təhsilin inkişafı və layihələr” şöbəsinin müdiri özünə əziyyət verib heç müzakirəyə də qatılmadı, öz əvəzinə aqronom müavinini müzakirəyə yolladı...
Bu hadisədən 7-8 əvvəl başqa bir “komediya” olmuşdu. TN-nin təkidi ilə universitet olaraq “Pedaqoji Universitetin bəzi fakultələrində distant təhsilin tətbiqi” adlı layihə hazırladıq və TN-ə yolladıq. Layihədən 8 ay xəbər olmadı, sonradan öyrəndik ki, bizim hazırladığımız layihəni TN başqa bir universitetə verib. Səbəbini soruşduqda: “biz sizinlə layihələrdə əməkdaşlığa hazırıq, amma bizdən layihələrin icrasına pul istəməyin” kimi çox “müdrik” cavab verildi. Belə cavab heç bir ölkənin TN verilə bilməzdi, bizimkindən başqa. Ona görə də təhsilimiz tərsinə qurulub...
Təhsil tariximizdə belə “tərsinə” idarəetmə sistemi illərlə davam edib. Eyni zamanda da illərlə faydasız layihələr maliyyələşib, indi də davam edir. Buna əmin olmaq üçün aidiyyatı (nəzarətedici) qurumların ETN-nin qrant və digər layihələrin kompleks monitorinqini aparması kifayətdir. Digər qrantverən qurumlarda da durum təxminən belədir. Belə şəraitdə, təbii ki, vətəndaşların, alimlərin təşəbbüsılərinin maliyyələşməsi, dövlətin innovativ inkişafı mümkün deyil. Ona görə də təhsil, innovativ inkişaf, rəqəmsallaşma üzrə qlobal reytinqlərdə daim aşağı yerlərdə oluruq...
Dövlət və ekspert əməkdaşlığı...
Dövlət idarəçiliyində mühüm qərarların hazırlanması zamanı ekspertlərin və mütəxəssislərin iştirakının təmin edilməsi vacibdir. Bir çox inkişaf etmiş ölkələrdə dövlət qurumları qərar qəbul etməzdən əvvəl akademik dairələr, müstəqil ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri ilə geniş məsləhətləşmələr aparırlar. Bu yanaşma qərarların keyfiyyətini artırır və ictimai etimadı gücləndirir.
Məmur və ekspert əməkdaşlığı xüsusən də təhsil sistemində bərbad haldadır. Nazir deyir ki, mən ölkədə təhsil eksperti tanımıram, bir müddət əvvəl də deyirdi ki, mən ölkədə alim tanımıram. Bu çox pisdir ki, tanımırsınız. Görünür, “zər qədrini zərgər bilər” məsəlini atalar əbəs yerə deməyiblər. Çünki alimə, ekspertə qiymət vermək üçün də peşəkarlıq lazımdır...
Bürokratik maneələrin azaldılması...
Bəzən vətəndaş təşəbbüslərinin qarşısında ən böyük maneə bürokratik prosedurlar olur. Uzun və mürəkkəb inzibati proseslər innovativ ideyaların həyata keçirilməsini çətinləşdirir. Bu səbəbdən dövlət vətəndaş təşəbbüslərinin həyata keçirilməsi üçün prosedurları sadələşdirməli, şəffaf və çevik idarəetmə mexanizmləri yaratmalıdır. Rəqəmsal idarəetmə sistemləri bu sahədə mühüm rol oynaya bilər.
Dövlət üçün strateji fayda
Vətəndaş təşəbbüslərinin dəstəklənməsi yalnız cəmiyyət üçün deyil, dövlətin özü üçün də böyük fayda verir. Bu yanaşma insan kapitalından daha səmərəli istifadəyə, innovasiya və texnoloji inkişafı sürətləndirməyə, dövlət idarəçiliyinin keyfiyyətini artırmağa, cəmiyyətlə dövlət arasında etimadı gücləndirməyə imkan verir.
Əslində vətəndaş təşəbbüslərinin dəstəklənməsi dövlət üçün əlavə yük deyil, strateji investisiyadır. Nəzərə alsaq ki, bəzi hallarda aidiyyatı dövlət qurumlarının hazırladıqları konsepsiyalar, yol xəritələri, proqram və digər sənədlər peşəkarlıq baxımından zəif, icra baxımından yarımçıq olur, amma kənar ekspertlərin təklif və təşəbbüsləri ucuz, tez və yüksək peşəkarlığı ilə fərqlənə bilər. Bunun üçün məmurların məsələlərə yanaşması şəxsi yox, dövlət marağına xidmət etməlidir.
Hər bir ölkənin inkişafında vətəndaşların, mütəxəssislərinin, sahə üzrə ekspertlərin irəli sürdüyü təşəbbüslərin, innovativ ideyaların mühüm rolu var. Belə təşəbbüslər dövlətin sosial-iqtisadi inkişafında mühüm rol oynaya bilər. Bu insan kapitalının ölkənin inkişafında daha səmərəli istifadəsinə imkan verir. Bunun üçün vətəndaşların öz təşəbbüslərini irəli sürməsi və reallaşması üçün imkanın olması zəruridir. Əgər dövlət vətəndaşlarının öz təşəbbüslərini həyata keçirməsinə şərait yaradarsa, bundan dövlət və vətəndaşlar faydalana bilərlər. Bu istiqamətdə konkret təkliflərimiz var. Məqalənin davamında ölkədə təşəbüslərin səmərəli dəstəklənməsi və dövlətin innovativ inkişafı üçün konkret təkliflər verəcəyik.
(Davamı var)
Dosent İlham Əhmədov
Moderator.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Bu gün, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Bu gün, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Bu gün, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Bu gün, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Bu gün, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Bu gün, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Bu gün, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Bu gün, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Bu gün, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Bu gün, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Bu gün, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Bu gün, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Bu gün, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Bu gün, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Bu gün, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Bu gün, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Bu gün, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Bu gün, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Bu gün, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Bu gün, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Bu gün, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Bu gün, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Bu gün, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Bu gün, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Bu gün, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Bu gün, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Bu gün, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Bu gün, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Bu gün, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Bu gün, 10:04
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Bu gün, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Bu gün, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Bu gün, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Bu gün, 09:35
Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru