AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                 

Buraxılış imtahanları yenə kütləvi etirazlar doğurdu… - ONA GÖRƏ DƏ...
Tarix: 16-03-2026, 07:16 | Çap et

Bu il martin 9-da keçirilmiş buraxıılış imtahanları kütləvi etiraz doğurdu. Sosial mediada “Suallar çox çətin idi”, “Vaxt az idi” mesajları baş alıb gedir. DİM isə etirazları qəbul etmir. Bildirilir ki, testlərdə sadə, orta, çətin sualların nisbəti gözlənilib və imtahan müddəti əvvəlki illərdən fərqlənmir. Rəsmilərin fikrincə, doğru hökmü imtahan nəticələrinin statistik təhlilindən və əvvəlki illərlə müqayisəsindən sonra vermək olar.

Kütləvi etiraz həmişə haqlı etirazdırmı? Doğrudanmı builki suallar çox çətin idi? Bu suallarla Azərbaycan dili dərsliklərinin həmmüəllifi, filologiya üzrə fəlsəfə doktoru Rafiq İsmayılova müraciət etdik.

– Rafiq müəllim, etirazlar daha çox Azərbaycan dili fənni ilə bağlıdır. Yəqin ki, sualları nəzərdən keçirmisiniz. Onların çətinlik dərəcəsi ilə bağlı fikrinizi bilmək maraqlı olardı.

– Doğrudan da, çətin sualların sayı çox idi. Amma… Sualların çətinliyi məzmunla bağlı olsaydı, bu qədər səs-küy qalxmazdı. Problem – testlərin forma qəlizliyində, yəni lazımsız çətinliyindədir. Baxırsan ki, adi bir biliyi yoxlamaq üçün sual elə tərtib olunub ki, şagird uzun müddət onun üzərində baş sındırmalı olur. Bəlkə də, həmin suallar DİM-in test bazasında asan və ya orta çətinlikli sual kimi şifrələnib. Amma nəzərə almaq lazımdır ki, forma qəlizliyi qiymətləndirməni düzgün aparmağa mane olur. Şagird tələb olunan biliyə malik olsa da, sualın ifadə forması bu biliyi nümayiş etdirməyə imkan vermir.

– Forma qəlizliyi dedikdə nəyi nəzərdə tutursunuz? Bir nümunə deyə bilərsinizmi?

– Qapalı test sualları adətən iki və ya üç komponentdən ibarət olur: sualın şərti, nümunə, cavab variantları. Amma DİM testlərində tətbiq olunan “klaster”, “Venn diaqramı” kimi modellər çox zaman dörd komponentli olur: şərt, sxem və ya diaqram, sadalanan xüsusiyyətlər və cavab variantları. Bəzən sualların şərti anlaşıqlı ifadə olunmur, onları bir neçə dəfə oxumaq lazım gəlir. Bundan başqa, suallarda çox zaman yanlış olanı tapmaq tələb olunur ki, bu da testologiyada çətinlik dərəcəsini artıran məqamlardan biri sayılır. Hətta “Doğru – yanlış - ehtimal” deyilən sual modeli var ki, burada yanlış cavab “yanlış” sütununda verildiyi üçün şagird onu düzgün cavab kimi götürməlidir. Halbuki bu cür testlərdə yoxlanılan biliyi sadə formada da soruşmaq olardı.

– Məlumdur ki, Azərbaycan dili imtahanında şagirdlərin oxu bacarığı və dil qaydaları üzrə bilikləri qiymətləndirilir. Bu komponentlərin hər birinə ayrılıqda münasibətinizi bilmək istəyərdik.

– Fikrimcə, dil qaydalarının hazırkı qiymətləndirmə konsepsiyası “mənəvi qocalıq” dövrünü yaşayır. Məzmun, mahiyyət baxımından müasir testlər 25 il əvvəlki testlərdən fərqlənmir: yenə fonetik, morfoloji, sintaktik təhlillər, yenə sxolastik qrammatika. Fərq yalnız formada, sual modellərindədir. Halbuki dil tədrisinin müasir konsepsiyasına görə dil qaydaları yazı savadına xidmət edən məzmun xəttidir. Onun əsas məqsədi ədəbi dilin normalarına uyğun yazı bacarığını formalaşdırmaqdır. Amma son illərdə qarşılaşdığım DİM testlərində akademik biliklər prioritet kimi götürülür. Sözügedən imtahanda on sualdan onu da bilik yönümlüdür; heç bir sual dil qaydalarının nitqdə tətbiqini yoxlamır. Belə sualları qəbul imtahanlarına salmaq doğru olardı (o da – forma qəlizliyini aradan qaldırmaq şərti ilə). Buraxılış imtahanlarında isə üç əsas bacarığı yoxlamaq məqsədəuyğundur: sözlərin düzgün yazılışı, durğu işarələrindən yerli-yerində istifadə, qrammatik qaydaların tətbiqi.

– Bəs oxu bacarığının qiymətləndirilməsi ilə bağlı nə deyə bilərsiniz? Müəllimlər mətnlərin böyüklüyündən şikayətlənirlər.

- Mətnlərin həcmi ilə bağlı müəllimlərin etirazı ilə razı deyiəm. Çətinliyi törədən həcm deyil, test tərtibçisi tərəfindən mətnə çoxlu sayda müdaxilələrin olunmasıdır: qrafik kodlar – kvadratlar, üçbucaqlar, bəzi cümlə və abzasların çərçivədə verilməsi, nömrələnməsi, fərqli şriftlə verilməsi və s. Bu müdaxilələr şagirdin fikrini yayındırır, mətni rahat oxuyub qavramağa mane olur. Bəzən hətta cümlələr baş-ayaq verilir ki, sonradan həmin cümlələrə sual qoyulsun. Yaxşı olardı ki, mətnin dil-üslub baxımından təkmillədirilməsi yazı bacarığını yoxlayan ayrıca bir sual modeli kimi tətbiq olunsun, çünki bu bacarığın oxu ilə heç bir əlaqəsi yoxdur. Kurikulumda bu məzmun standartı “yazı” məzmun xəttində yer alıb.

Mətnə qoyulmuş sualları nəzərdən keçirəndə belə bir təəssürat yaranır ki, test yazanlar qarşısında qoyulan əsas tələb müəyyən formalara yönəlik sual tiplərindən istifadə olunmasıdır; yenə də klaster, Venn diaqramı və s. Əslində isə, oxuyub-anlamada məqsəd şagirdin müxtəlif səviyyəli idraki bacarıqlarını – faktoloji qavrama, əlaqələndirmə, təhlil və refleksiyanı yoxlamaqdır.

– Müəllimlər tez-tez orta məktəb dərslikləri ilə DİM qiymətləndirməsi arasındakı uyğunsuzluqlardan, hətta ziddiyyətdən danışırlar. Bir dərslik müəllifi kimi, bu haqda nə deyə bilərsiniz?

– Bildiyim qədər, DİM ekspertləri tədris proqramı və dərslik materialları çərçivəsində işləyirlər. Hər bir test sualının tədris materiallarına uyğunluğu yoxlanılır. Son dövrdə hər hansı uyğunsuzluğa rast gəlməmişəm. Söhbət qiymətləndirmədə nəyə üstünlük verilməsindən gedə bilər. Azərbaycan dili fənninin bütün məktəb məzunları üçün və humanitar sahələrdə təhsilini davam etdirmək istəyənlər üçün nəzərdə tutulmuş mövzuları var. Buraxılış və qəbul imtahanları üçün test tərtib edərkən buna diqqət yetirmək lazımdır. Hər hansı texniki peşə sahəsinə yönələn məzunun dilçilik üzrə akademik biliklərini yoxlamağı lüzumsuz hesab edirəm.

Təəssüf ki, nə qədər şəxsiyyətyönümlü, həyatyönümlü təhsildən danışsaq da, əslində, təhsilimiz imtahanyönümlüdür. Bəzən müəllim və valideynlərimiz təhsillə qiymətləndirmənin funksiyalarını qarışdırırlar. Onlara elə gəlir ki, dərsliklər şagirdləri imtahana hazırlaşdırmağa xidmət etməlidir. Ona görə də dərslikdə DİM-in tətbiq etdiyi test modellərini görməyəndə uyğunsuzluqdan şikayətlənirlər. Bəzən hətta dərsliyi bir kənara qoyub DİM vəsaitləri ilə şagirdləri imtahana hazırlaşdırırlar. Halbuki dərsliklərdə elə tədris materialları olur ki, kütləvi imtahanlarda onları qiymətləndirmək hələ ki qeyri-mümkündür, lakin şagirdlərin şəxsiyyətyönümlü inkişafı üçün vacibdir.

– Demək olar ki, hər il imtahanlar zamanı “sosial təlatümlər”lə üzləşirik. İctimaiyyət ETN-lə DİM arasında qarşıdurmadan danışır. Bəziləri hətta bu iki qurumun birləşdirilməsini təklif edir.

– Dünya təcrübəsi göstərir ki, təhsil verən və nəticələri qiymətləndirən qurumlar ayrı olmalıdır. Lakin bu qurumlar arasında daha sıx əməkdaşlıq təhsilin inkişafı üçün faydalı olar. Azərbaycan dilinin tədrisi və qiymətləndirilməsində bəzi fundamental araşdırmalara ehtiyac var. Məsələn, Azərbaycan dilində mətnlərin mürəkkəblik dərəcəsini ölçən meyarlar müəyyənləşdirilməlidir. Bundan başqa, şagirdlərimizin söz ehtiyatı və oxuyub-anlama sürəti haqqında məlumatsızlıq həm tədris prosesində, həm də imtahanlarda problemlər yaradır. Bir sözlə, görüləcək işlər çoxdur və onların icrası üçün əlaqədar qurumlar bir mənafedən çıxış etməlidir: təhsilin inkişafı.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Bu gün, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Bu gün, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Bu gün, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Bu gün, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Bu gün, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Bu gün, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Bu gün, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Bu gün, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Bu gün, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Bu gün, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Bu gün, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Bu gün, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Bu gün, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Bu gün, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Bu gün, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Bu gün, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Bu gün, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Bu gün, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Bu gün, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Bu gün, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Bu gün, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Bu gün, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Bu gün, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Bu gün, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Bu gün, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Bu gün, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Bu gün, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Bu gün, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Bu gün, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Bu gün, 10:04
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Bu gün, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Bu gün, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Bu gün, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Bu gün, 09:35
Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru