AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                 

İranın ağır günü: türklər yenə ön sırada - Yananda onlar, yaman da onlar...
Tarix: 14-03-2026, 06:38 | Çap et

İran öz tarixinin növbəti ağır günlərini yaşayır. Və hər dəfə olduğu kimi, türklər yenə ön sıradadır. Elə inqilabın ilk günlərində də belə olub, ondan əvvəl də. Rusiya ilə 200 il əvvəl baş verən müharibəni də vəliəhd Abbas Mirzənin başçılığı altında türklər aparıb. Bunu bəzən səhv olaraq, İran-Rusiya müharibəsi kimi təqdim edirlər. Əslində bu, Azərbaycan-Rusiya savaşıdır.

O vaxtlar da çar Rusiyasının Yaxın Şərqi və Şərqi Asiyanı işğalının qarşısında yenə Azərbaycan türkləri, xanlıqları durub.

Son 8 ayda ABŞ və İsrail İrana qarşı ikinci hərbi əməliyyat keçirir. Ötən ilin yazında keçirilmiş birinci hərbi əməliyyatlara qədər İranın siyasi isteblişemntinin əksəriyyəti türklər olub: ölkənin o vaxtkı ali rəhbəri, ayətullah Seyid Əli Xamenei, Prezident Məsud Pezeşkian, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqeri, müdafiə naziri, briqada generalı Əziz Nəsirzadə, ordunun baş komandanı general-mayor Əbdülrəhim Musəvi, ordu koordinatoru kontr-admiral Həbibullah Sayyari, quru qoşunları komandanı, briqada generalı Həmid Vahidi, hərbi hava qüvvələri komandanı, briqada generalı Əlirza Sabahi Fəcr, İnqilab Keşikçiləri Qvardiyasının komandanı, briqada generalı Hüseyn Salami... hamısı Azərbaycan türkləridir. İranın nüvə obyektlərini, nüvə fiziklərini, uranın zənginləşdirilməsinin həyata keçirən obyektləri, İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) bazalarını, ali rəhbəri, Silahlı qüvvələrin komandanlarını, hərbi sənaye kompleksini hədəf alan həmin əməliyyatda Xamenei və Pezeşkiandan başqa bütün türk rəhbər komandanlar öldürülmüşdü.

Bəzi mənbələrin məlumatına əsasən, 12 günlük birinci əməliyyat nəticəsində 60-dan çox SEPAH komandanı zərərsizləşdirilmişdi. Onların əksəriyyətinin milliyyətcə türk olduğuna dair məlumatlar var.

2026-cı il fevralın 28-də başlamış sonuncu hərbi əməliyyatın ilk günündə ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xamenei, xanımı, 14 aylıq nəvəsi və başqa ailə üzvləri də öldürüldü. Həmin hücum nəticəsində rəhbərin ikinci oğlu, hazırkı Ali rəhbər Müctəba Hüseyni Xamenei də yaralanıb. Məlumatlara görə, o, hazırda sui-qəsddən qorunmaq üçün müəyyən edilmiş sığınacaqdadır.

Bu dəfə də hərbi əməliyyatlar zamanı çoxlu sayda türk komandirləri öldürülüb.

Bundan başqa Güney Azərbaycanın ayrı-ayrı əyalətlərində də dinc sakinlər arasında itkilərin olduğuna dair məlumatlar yayılır. Bildirilib ki, fevralın 28-dən martın 11-dək Şərqi Azərbaycanda 95 mülki şəxs ölüb, 558 nəfər yaralanıb.

Xameneidən sonra ali rəhbər postuna fars etnik qrupunun nümayəndəsi ayətullah Əlirza Ərafi müvəqqəti olaraq təyin edilmişdi. Ancaq o, bu vəzifəni icra etmədi. Heç açıqlama belə vermədi. Xatırladaq ki, Xamenei də Xomeyni ölən gün bu posta müvəqqəti təyin olunmuşdu. Ancaq o, bu vəzifəni 37 ilə yaxın daşıdı və səlahiyyətlərinin icra edərkən öldürüldü.

Xomeyninin öldüyü dövr də İran üçün ağır dövr idi. İraqla müharibə yenicə atəşkəslə başa çatmış, iqtisadiyyatı çökmüşdü. Ölkənin müxtəlif sahələrində çoxsaylı problemlər var idi.

Təhlilçilər belə iddia edir ki, Xameneinin ali rəhbər olması o vaxtkı baş nazir Əli Əkbər Haşimi-Rəfsəncaninin planı olub. O, Xameneinin bu vəzifədə müvəqqəti qalmasını təşkil edib, sonradan onun yerinə keçməyi planlaşdırırmış. Başqa sözlə, ölkədəki çətinlikləri Xamenenin əli ilə həll edib, əmin-amanlıq dövründə özünü ali rəhbər etmək istəyib. O, sonrakı dövrlərdə buna dəfələrlə cəhd etsə də, alınmadı.

O vaxt bəzi təhlilçilər hesab edirdilər ki, Xaməneinin ali rəhbər olmasını panfarsçıların oyunudur, türkləri sakitləşdirmək, onların tələblərinin qarşısını almaq məqsədi ilə atılmış addımdır.

İndi də Müctəba Hüseyni Xameneinin bu vəzifəyə seçilməsi ehtimalı, İslam Respublikası tənqidçilərinin dəfələrlə xəbərdarlıqlarına baxmayaraq, artıq təxminən iyirmi ildir ki, mövcuddur. Məlumatlara görə, hakim dairədə onun atasının yerinə gələcəyinə inananlar çox olub.

Rəhbərlik üzrə Ekspertlər Şurası üzvlərindən biri bu yaxınlarda müsahibəsində bildirmişdi ki, Əli Xamenei övladlarından birinin gələcək hakimiyyətə rəhbərlik vəzifəsinə namizəd kimi nəzərdən keçirilməsinə qarşı çıxıb.

Müctəba Xameneinin təbliğatında dönüş nöqtələrindən biri Mahmud Əhmədinejadın qələbəsi ilə nəticələnən 2004-cü ilin prezident seçkisi ilə bağlıdır. O vaxt parlament sədri Mehdi Kərrubi onun siyasi kampaniyaya müdaxiləsini açıq şəkildə adı ilə qeyd etməyə cəsarət edən azsaylı siyasilərdən biri idi. Kərrubi Müctəba Xameneini seçkilərə müdaxilə etməkdə və bəzi namizədləri dəstəkləməkdə ittiham etmişdi.

ABŞ Maliyyə Nazirliyi isə hələ o vaxtlar bildirirdi ki, ayətullah Xamenei öz vəzifələrinin bir hissəsini Müctəba Xameneiyə həvalə edib və onun SEPAH-ın “Qüds” qoşunları və “Bəsic” təşkilatı ilə sıx əlaqələri var.

İranda keçirilmiş sonuncu etiraz aksiyalarında ona qarşı da “Müctəba öl, rəhbərliyi görmə!” şüarı da səslənirdi.

İddia olunur ki, yeni ali rəhbər ideoloji cəhətdən atasından daha radikaldır. Bununla belə, şəxsi və siyasi qabiliyyətləri Əli Xamənei ilə müqayisədə daha azdır. Məsələn, məlumatlı mənbə bildirib: "O, yaxşı natiq deyil. Əksər diktator övladları kimi, o da məhdud ünsiyyət bacarıqlarına malikdir”.

İndiyədək onun səsi eşidilməyib. Seçiləndən sonra heç yerdə görünməyib. Martın 12-də onun adından xalqa müraciət yayıldı. Kiçik Xamenei 7 bölmədən ibarət müraciətində atasının yolunu davam etdirəcəyini, ölənlərin qisasını alacaqların, habelə Hörmüz boğazının bağlı qalacağını, ölkəsinin 15 qonşusu ilə münasibətləri normal saxlayacaqlarını bildirsə də, ABŞ-nin bazası olan ölkələri vuracaqlarını bildirib.

Oğul Xameneinin yaxın çevrəsi SEPAH-ın keçmiş kəşfiyyat rəisi Hüseyn Taeb, SEPAH-ın keçmiş komandanı, hazırkı parlamentin sədri Məhəmməd Bağır Qalibaf, Ali Rəhbərin ofisinə yaxın təhlükəsizlik xidməti əməkdaşı Hüseyn Fədai sayılır.

Bu şəxslər uzun illərdir etiraz aksiyalarını yatırmaqda və İslam Respublikasının təhlükəsizlik aparatını idarə etməkdə əsas rol oynamış şəxslərdir.

SEPAH-ın 8 il həbsdə saxladığı əslən iranlı ABŞ vətəndaşı Siyamək Namazi Hüseyn Taib haqqında bunları deyib: “O, İslam Respublikasının ən ifrat ekstremist və pis fiqurlarındandır”. Namazi bildirib ki, İrana səfər etmiş xarici ölkə vətəndaşlarının girov götürülməsi ilə bağlı bir çox hadisələr Müctəba Xamenei və Hüseyn Taebin dəstəyi ilə həyata keçirilib.

Yeri gəlmişkən, məlumatlara əsasən, hazırkı ali rəhbərin adını mərhum atası ən sevimli qəhrəmanlarından biri olmuş Müctəba Nəvab Səfəvinin adından götürübmüş.

“Fədayin-e İslam” (“İslam fədailəri”) təşkilatının rəhbəri Nəvab Səfəvi 1950-ci illərdə bir neçə İran siyasətçisi və ziyalısının qətlini təşkil etmiş, sonda edam edilmişdi.

Bu kimi faktları sadalamaqda məqsədimiz İranı qoruyanların önündə yenə türklərin, azərbaycanlıların durduğunu, getdiyini, aparıcı olduğunu göstərməkdir.

Ayətullah Seyid Əli Xamenei İran üçün ali rəhbər vəzifəsinə uyğun bir şəxs yetişdirib. Ancaq Rəfsəncaninin oğlu Mehdi Haşimi dələduzluğa görə 7 il həbs edilmişdi.

O, 2010-cu ilin aprelində həbs olunub. Britaniyanın xeyirinə casusluq etməkdə ittiham olunub. Onun adı Norveçin “Statoil” neft şirkəti ilə qanunsuz müqavilələrin imzalanması və 30 milyon dollarlıq korrupsiya qalmaqalında da hallanırdı. Bu işi “Statoil” Korrupsiya işi” də adlandırırlar. O vaxt “Statoil” neft müqavilələrini təmin etmək üçün İrandakı mühüm siyasi fiqurlara, habelə o vaxt İran Neft Şirkətində beynəlxalq əlaqələr idarəsinə rəhbərlik edən Mehdi Haşimi-Rəfsəncaniyə 15,2 milyon dollar ödəyib. Korrupsiya qalmaqalı 2003-cü il sentyabrın 3-də Norveçin “Dagens Næringsliv” qəzeti tərəfindən ifşa edilmişdi. Bu iş Qərb mediasında səs-küy salsa da, “Statoil” Norveç məhkəmələri tərəfindən təqsirli bilinsə də, İran tərəfi Mehdi Haşimini cəzalandırmamışdı.

Mehdi Haşimi daha çox 2009-cu ildə atasının da iştirak etdiyi prezident seçkisində aksiyaların təşkilinə görə ittiham olunub. O, cərimənin bir hissəsinin ödəyib və şərti azadlığa buraxılıb. Maraqlıdır ki, həmin ilin etiraz aksiyaları zamanı düşərgənin bir tayında Xameneinin oğlu Müctəba, o biri tərəfində isə Mehdi Rəfsəncani olub. Hətta bəzi iddialara görə, o, prezident seçkisinin nəticələrini atasının xeyrinə saxtalaşdırdığı üçün də cəzalanıb.

Bu sadaladıqlarımız həm də bir göstəricidir. Mahiyyətindən, qulluq etdiyi ideologiyadan asılı olmayaraq, bütün zamanlarda türklər İranın varlığı uğurunda mübarizədə lider olublar.

İndi də belədir. Son 8 aylıq savaşda İslam Respublikası yolunda Güney Azərbaycanın say-seçmə oğulları həlak olub.

Son 126 ildə türklər bu ölkədə modernləşmə, demokratikləşmə, milli hüquqların təmin edilməsi, yeni respublikanın qurulması, islam inqilabı, İraqla müharibə uğrunda milyonlarla türk canından, malından keçib, qurban verib. Ancaq nəticəsi heç vaxt onların istədiyi kimi olmayıb.

Yenə də türklər qurban verir, onun nümayəndəsi yenə ali rəhbər, prezidentdir.

Əli laricanilər, qulamhüseyn möhsünü-ejeilər, qulaməli adil həddadlar (o, Müctəba Hüseyni Xameneinin qaynatasıdır) isə pərdəarxasından vəziyyətə nəzarət edir, Prezidentin dediklərinə təkzib verirlər.

Yenə İran qarışıb. Yenə dünyanın böyük gücü orada hərbi əməliyyat keçirir. Yenə türklər irəlidədir. Bu oyundan yenə də türklərə heç nə çatmayacaq? Onun milli mədəni varlığı yenə tanınmayacaq? Türk balaları yenə yabanı dildə təhsil alacaq? Hər halda, vəziyyət hələ ki türklərin xeyrinə inkişaf etmir.

Müəllif: Sədrəddin Soltan - Mənbə: Pressklub.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Bu gün, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Bu gün, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Bu gün, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Bu gün, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Bu gün, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Bu gün, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Bu gün, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Bu gün, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Bu gün, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Bu gün, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Bu gün, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Bu gün, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Bu gün, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Bu gün, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Bu gün, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Bu gün, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Bu gün, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Bu gün, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Bu gün, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Bu gün, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Bu gün, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Bu gün, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Bu gün, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Bu gün, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Bu gün, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Bu gün, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Bu gün, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Bu gün, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Bu gün, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Bu gün, 10:04
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Bu gün, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Bu gün, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Bu gün, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Bu gün, 09:35
Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru