Azərbaycanda insanların İran xalqına rəğbət bəslədikləri anlaşılandır. Xeyli tarixi bağlarımız var, dinimiz, mədəniyyətimiz, dilimiz, məişətimiz bir birinə çox yaxındır. Bundan başqa azərbaycanlıların kompakt yaşadığı ərazilərə düşən bombalar bizi çox narahat edir. Soydaşlarımız əziyyət çəkir, həyatlarını itirirlər, bunların baş verməsini heç istəməzdik. Lakin, İranın indiki prezidenti demişkən "əyri oturaq düz danışaq". Mən düşünürəm ki, vəziyyətin gəlib bu yerə çatmasının əsas səbəbi İran molla rejiminin onilliklər yürütdüyü siyasətdir. Daha doğrusu bu siyasətin doğurdu məntiqi nəticədir. Adi misal gətirəcəm, bir insanın üzünə ildən ilə "sənə ölüm olsun" demiş olsaydınız bunun necə bitəcəyini proqnoz etmək beləmi çətindir?! Uzun sözün qısası, çox istərdim ki, bizim insanlar rəğbət bəsləyəcəkləri ünvanı səhv salmasın. Bizim İran xalqına, xüsusən orada yaşayan soydaşlarımıza təəssüb etməyimiz təbiidir, amma molla rejiminə heç bir təəssüb ola bilməz, onlara heç bir rəğbət bəsləmək mümkün deyil.
Müəllif: Xəyal Tağıyev - Mənbə: "DİA-AZ"









