AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                 

Azərbaycana gözlənilməz PKK təhlükəsi xəbərdarlığı - NƏ BAŞ VERİR?
Tarix: 11-03-2026, 09:24 | Çap et

PKK terror təşkilatının bölmələri Şimali İraqdan İrana kütləvi şəkildə keçir və orada əvvəllər Qəndil dağı ərazisində yerləşən bazaya bənzər böyük bir baza yaradırlar.

Bu barədə “Türkiye” qəzeti bazar günü yazıb və PKK terror təşkilatının İran qolu olan PJAK-ın hərəkətlərinin qonşu Türkiyə və Azərbaycanın təhlükəsizliyinə də təhdid yaratdığını qeyd edib.

Qəzetin məlumatına görə, artıq İraqın Süleymaniyə bölgəsindən İrana 2000-dən çox silahlı şəxs keçib.

“İranın Urmiya şəhərindəki mənbələrinə görə, PKK/PJAK yaraqlıları Maku-Kotur-Salmas-Urmiya xəttini 1990-cı illərdə olduğu kimi "terror dəhlizinə" çeviriblər", - deyə “Türkiye” nəşri bildirir.

Qəzet qeyd edir ki, PKK əvvəllər terrorçulardan Türkiyəyə qarşı “strateji sövdələşmə çipi” kimi istifadə etməyə çalışan İran kəşfiyyat xidmətlərinin dəstəyindən istifadə edirdi. Nəşr adı çəkilməyən yüksəkvəzifəli İran təhlükəsizlik rəsmisinə istinadla bildirir: “İndi eyni silahlar Tehranın özünə qarşı istifadə olunur. PKK uzun müddətdir ki, Dambat (Maku), Silvana (Urmiya), Kotur (Xoy), Kenereş (Hana-Piranşəhr) və Şehidan (Urmiya) bölgələrində fəaliyyət göstərir və bu, İranın dövlət siyasəti çərçivəsində "dözümlü" idi. Bundan əlavə, SEPAH və İran kəşfiyyat xidmətləri İrandakı PKK/PJAK düşərgələrinə dolayı və ya birbaşa logistika dəstəyi, Urmiyadakı xəstəxanalar isə yaralı terrorçulara tibbi yardım göstərirdi".

PKK terror təşkilatının İran ərazisində fəallaşması ilə bağlı məlumatlar regionda təhlükəsizlik risklərinin artdığını göstərir. Xüsusilə təşkilatın İran qolu olan Party for a Free Life in Kurdistan (PJAK) vasitəsilə yeni bazaların yaradılması ehtimalı Türkiyə ilə yanaşı Azərbaycanın da təhlükəsizlik mühitinə təsir edə bilər. Bu cür proseslər regionda terror qruplarının yenidən təşkilatlanması riskini artırır və sərhəd təhlükəsizliyi məsələlərini daha da aktuallaşdırır. Ona görə də vəziyyətin diqqətlə izlənilməsi və regional təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi vacib görünür. Bu proses Azərbaycan və bölgə üçün, xüsusən də Cənubi Azərbaycan üçün müəyyən risklər gətirə bilərmi özü ilə? Çünki kürdlər bəzi Cənubi Azərbaycan ərazilərini özlərinin sayırlar.

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, PKK-nın öz qüvvələrini İran tərəfə yönləndirməsi gözlənilən idi. Çünki bu təşkilat mövcud olduğu vaxtdan daim kənar qüvvələrin əlində maşa rolunu oynayıb: “Nəzərə alsaq ki, PKK-dan Rusiya, ABŞ, İsrail və Avropa ölkələri ilə bərabər həm də İran da istifadə edib. İranda PKK-nın bir qolu sayılan PEJAK da zaman-zaman İran silahlı qüvvələri ilə döyüşüb. Amma PEJAK-ın gücü PKK-nın digər qollarının gücündən daha zəif olub. İranda vəziyyət gərginləşəndən sonra biz İran ərazisində fəaliyyət göstərən kürd terror təşkilatlarının ittifaqının yaradılmasının şahidi olduq. Xüsusilə də İraqın Süleymaniyyə ətrafında olan PKK qruplaşmasının və Qəndil qruplaşmasının bir hissəsinin İrana yönləndirildiyinin şahidi olduq. Əlbəttə ki, bu təşkilatın İran ərazisində növbəti bir baza yaratması region üçün təhlükələr vəd edir. Nəzərə alsaq ki, bu təşkilatın Türkiyə içərisində ciddi şəkildə imkanları tükədilib, Suriyada da artıq onlar müəyyən qədər nəzarət altına alınıb, İraqda həm kürd bölgəsəl yönətiminin, həm də Türkiyənin PKK üzərində basqıları var, deməli, İranda onlar üçün münbit şərait olacaqsa və onlar oraya yerləşəcəklərsə, bu vəziyyət həm Türkiyə istiqamətinə, həm İranın özünə təhdid yaradacaq, o cümlədən Güney Azərbaycanla bağlı narahatlıqlar meydana gətirəcək. Çünki kürd qruplaşmalarının bölgəyə iddiaları hələ keçən əsrin əvvəllərindən mövcuddur. Böyük güclər də onlara bu siyasətlərində dəstək olublar. Güney Azərbaycanla Türkiyə arasında kürdlərdən ibarət bufer zona yaratmaq planları olub. Bu gün də həmin planların həyata keçirilməsinə çalışırlar. Onlar açıq şəkildə Urmiya vilayətinə, Urmiya şəhərinə iddialar irəli sürməkdədirlər. Bu, müəyyən narahatlıqlar doğurur. Amma eyni zamanda nəzərə almaq lazımdır ki, bu təhdidlərə qarşı İran dövlət olaraq səssiz qalacaqsa, İranın gələcəkdə özü üçün ciddi problemlər yaradacaq”.

Politoloq hesab edir ki, məsələyə indidən ciddi yanaşıb kürd qruplamalarına qarşı İran mərkəzi hakimiyyəti konkret sərt addımlar atmalıdır: “Bunu etməyəcəklərsə, o zaman Azərbaycan və Türkiyə bölgədəki soydaşlarımıza qarşı aparılması nəzərdə tutulan hansısa məkrli planların, deportasiya ssenarilərinin meydana gəlməsinə laqeyd qalmayacaq. Türkiyə dövləti üçün təhdidlərin də meydana gəldiyini əsas göstərib bölgədə hərbi əməliyyat həyata keçirilə bilər. Bir sözlə, kürd qruplaşmalarının bölgəyə yerləşməsi sərhədlərimizdə növbəti gərginlik ocağını meydana gətirə bilər. Azərbaycan və Türkiyə bu cür kritik məsələ ilə bağlı İran dövləti ilə müzakirə apararaq bölgədə hansısa bir qəbulolunmaz vəziyyətin yaranmasının qarşısının alınmasına çağırış edə və öz dəstəklərini İrana təklif edə bilər”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Dünən, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Dünən, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Dünən, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Dünən, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Dünən, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Dünən, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Dünən, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Dünən, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Dünən, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Dünən, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Dünən, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Dünən, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Dünən, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Dünən, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Dünən, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Dünən, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Dünən, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Dünən, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Dünən, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Dünən, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Dünən, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Dünən, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Dünən, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Dünən, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Dünən, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Dünən, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Dünən, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Dünən, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Dünən, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Dünən, 10:04
Azərbaycan nefti bahalaşıb
Dünən, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Dünən, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Dünən, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Dünən, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Dünən, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Dünən, 09:35
Ağzını açdı və... - REPLİKA
Dünən, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Dünən, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Dünən, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Dünən, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Dünən, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Dünən, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Dünən, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Dünən, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Dünən, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Dünən, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Dünən, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Dünən, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Dünən, 05:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru