Dünən:
İran Naxçıvana dron hücumu etdi.
Azərbaycan İrana şərəfsiz, nakişi, terrorçu dedi.
Sərhədləri, yolları bağladı.
Orduya: “Hazır ol!” dedi.
İrandan çox Türkiyədə əl-ayağa düşdülər.
Hərzə-mərzə danışdılar.
Əməkli-əməksiz generallar, yarımçıq siyasilər, dindar qəzetəçilər, AKP’lı, AKPsiz media: İsrail və ABŞa yarınmaqda günahlandırdılar Azərbaycanı.
ABŞ bazaları Türkiyədə, Türkiyəni ABŞ raketləri qoruyur İran füzelərindən, bu sarsaqlar Azərbaycanı ABŞ və İsrailə xoş gəlmək istəməkdə qınayırlar.
Dünənədək, Rusiya böyükdür, qorxuludur, Rusiya əjdahadır, Rusiyasız dünya olmaz, deyənlər bugün Azərbaycana: Rusiyadan qorxursunuz, dedilər.
Bugün:
Azərbaycan İranla hər şeyi yoluna qoyub.
Pezeşkian zəng edib.
Deyiblər, bir qələtdi SIPAH edib, daha etməz.
Yollar açılıb.
Azərbaycan İrana humanitar yardımlar edir.
Türkiyə isə İran raketlərindən özünü qorumaqla məşğuldur.
Ax Türkiyəm! Nə günlərdir bu?! Dün başqalarına ağıl verirdiniz bəs?
İran (SIPAH) elə şərəfsizdir ki, ona şərəfsiz demək azdır.
Müəllif: Rəşid Hacılı - Mənbə: "DİA-AZ"









