Türkiyə mətbuatında yazılanlar cənab İlham Əliyev üçün heç bir təhlükə yaratmır.
Əsl təhlükə yaradan amillər ölkə daxilindədir: rüşvətxorluq baş alıb gedir, qanunlar lazımi səviyyədə işləmir, qiymətlər günü-gündən artır və sosial problemlər məmurları narahat etmir.
Ən əsası isə cənab İlham Əliyevə sadiq olan insanlara qarşı total hücumlar var.
Ölkədə müxtəlif xarici şəbəkələrin (fetoçular, sorosçular və s.) nümayəndələri "at oynadır", mətbuat onların təsir dairəsinə keçib, yalanlar həqiqət kimi tirajlanır.
Prezidenti həqiqətən sevənlər (yarınmaq istəyənlər deyil) məhz bu problemləri yazmalı və bu hallara etiraz etməlidirlər.
Yoxsa Türkiyə mətbuatının bizim ictimai rəyə təsir imkanları çox aşağıdır; əsl neqativ təsir daxili amillərdən qaynaqlanır.
Müəllif: Rza Drakon - Mənbə: "DİA-AZ"









