"Niyə İsrail hər müharibə edəndə birilərinin yadına Türkiyə Azərbaycan münasibətlərinə nifaq toxumu səpmək düşür?" "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində tanınmış jurnalist Ruslan Bəşirli qeyd edib.
O daha sonra bildirir: "Bir neçə gündür hər iki tərəfdən buna çalışan və sistemli şəkildə fəaliyyət göstərən trol qrupları anlamalıdırlar ki, Türkiyə-Azərbaycan əlaqələri onların xəbis istəklərindən min dəfə böyükdür.
Hələ dünənə kimi Rusiyanı övə-övə bitirməyən, Ramiz Mehdiyevin siyahısından dəfələrlə deputat seçilən bəziləri bu münasibətlər barədə söz söyləyəcək ən axrıncı adamlardır..."









