"Adətən bu cür statuslar yazmaqdan çəkinirəm, amma bu məqamda yeri var, yazmalıyam, səslənməliyəm hüquq-mühafizə orqanlarına!" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Həbibə Abdulla qeyd edib.
O daha sonra bildirir: "Sosial şəbəkələrdə baş verənlərə reaksiyalar ciddi araşdırılmalıdır. Dövlət başçısının açıq-aşkar Naxçıvana hücumda İranı ittiham etməsi o deməkdir ki, bu işin başqa tərəfi yoxdur: hücum məhz İrandan edilib, İrandakılardır günahkar! Amma bəziləri (hətta bir çoxları) ciddi-cəhdlə diqqəti yayındırmağa çalışırlar. İranı təmizə çıxarmaq üçün Prezidentin çıxışını belə gözardı edirlər. Belə çıxır ki, onların mülahizələri dövlət başçısının əlində olan məlumatlardan daha "ciddidir". Belələrinin qulağı mütləq çəkilməlidir! Bu məqamda kimsə təəssübkeşlik edəcəksə, mütləq dövlətimizə təəssübkeşlik etməlidir! Başqa yolu da var: rədd olub gedəcəksiz təəssübkeşi olduğunuz ölkəyə! Dövlətimizin maraqları heç bir halda arxa plana keçməməlidir! Biz bu dövlət var deyə varıq! Bu dövlətin varlığı, torpaqlarımızın bütövlüyü uğrunda minlərlə oğlumuzu-qızımızı qurban vermişik!"









