Teymur Mehdiyev ATASININ KOMANDASINDA yer almışdımı? .....                     Paşinyan meydanda tək qala bilər .....                     Gəncə Maşınqayırma Zavodu borc içində “batır” .....                     Bakı-Moskva xəttində qəfil canlanma .....                     Azərbaycanın faktik müstəqilliyi: sınaqlar və nəticələr .....                     MİDA evləri bazara necə çıxır .....                     Avropa Rusiya ilə müharibəyə hazırdırmı? .....                     Azərbaycanda məmurları gözləyən aqibət .....                     MİDA özünü doğrultmur: DİRƏŞƏSİ DEYİLİK Kİ... .....                     Dollarla bağlı mübahisəli durum yarandı .....                     Ramiz Mehdiyevin AMEA-dakı UZANTISI .....                     Stefano Sannino korrupsiya işi fonunda vəzifədən uzaqlaşdırılıb .....                     Pozulmuş əmək hüquqlarının bərpasında... .....                     Neft emalı zavodunda YENİ İXTİSAR DALĞASI .....                     DGK işçilərin hüquqlarını pozur .....                     Daha bir başçının qapısı döyülə bilər... .....                     Fuad Nağıyev üçün 'ƏCƏL ZƏNGİ'... .....                     Rusiyadan gələn saxta qida: Mal əti konservlərində... .....                     Baş həkim İŞDƏN ÇIXARILDI .....                     Əli Kərimlinin həbsi.... .....                     Artıq əvvəlki münasibətlərin bərpa olunmayacağı aydındır .....                     "Həyat insana bir dəfə verilir" .....                     Bakıda dustaqlara pul yığdığını deyən şəxsə 8 il həbs cəzası verilib .....                     “1 dekabr həm tarixi qərar, həm də Minsk qrupunun sonu oldu” .....                     Trampın xüsusi nümayəndəsi və Kuşner ABŞ-də Rüstəm Umerovla görüşəcəklər .....                     “Azərbaycan və Rusiyanın İsraildəki səfirlərinin görüşünə .....                     Tanınmış diplomata yeni vəzifə verildi .....                     Moskvadan Zelenskiyə məxfi xəbər .....                     Bakıda 34 yaşlı kişini öldürüb, meyitini doğrayaraq Ağsuda dağa atan şəxslərin məhkəməsi başlayıb .....                     Həbsdən yeni çıxan Rəqsanə qızı ilə belə GÖRÜNTÜLƏNDİ .....                     İcra başçısı psixoloqu işdən çıxardı .....                     Bakıda sığınacaqda kondisioner DAVASI .....                     “Hürriyyət”in kollekti Prezidentə müraciət etdi .....                     Pakistan Ermənistanda səfirlik açır .....                     “Məhşər günü”nün 48 “qəhrəmanı”: Ramiz Mehdiyevin gizli “silahdaşları” kimlərdir? .....                     İnsanlar sevinirlər ki, nəhayət, müşavirlərin içində bir nəfərin nədənsə başı çıxacaq... .....                     Aygün Əliyevadan Ramiz Mehdiyevə bağlı rektorun xanımına “xüsusi qayğı” .....                     Yerli ət bazarında SON VƏZİYYƏT .....                     "Mən də, Aslan İsmayılov da İsa Qəmbərə demişdik ki, Milli Şura Rusiyanın layihəsidir" .....                     Altay Göyüşovun barəsində başlanılmış cinayət işi üzrə istintaq başa çatıb .....                 

Bakı-Moskva xəttində qəfil canlanma - kritik son ay
Tarix: Bu gün, 08:27 | Çap et

Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində (MGIMO) “Dəyişən Beynəlxalq Münasibətlər Arxitekturasında Rusiya-Azərbaycan Əməkdaşlığı” mövzusunda dəyirmi masa keçirilib. Tədbir MGIMO Azərbaycan Klubunun təşəbbüsü və universitetin rektorluğunun dəstəyi ilə təşkil edilib.

Dəyirmi masada MGIMO rektoru professor Anatoli Torkunov, səfir Rəhman Mustafayev, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri, universitetin müəllim və professor heyəti, Rusiya ekspert icmasının nümayəndələri və MGIMO-da təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Səfir Rəhman Mustafayev dəyirmi masa iştirakçılarını Azərbaycanın hazırkı daxili və xarici siyasətinin prioritet istiqamətləri barədə məlumatlandırıb. Xüsusilə o, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası proqramı və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması prosesi barədə danışıb. Diplomat həmçinin Ermənistan və Azərbaycan arasında normallaşma prosesi, o cümlədən görülən etimadın artırılması tədbirləri barədə ətraflı məlumat verib. Xəzər beşliyi, “3+3", "Mərkəzi Asiya + Azərbaycan" və Türk Dövlətləri Təşkilatı çərçivəsində qonşu dövlətlərlə regional əməkdaşlığın dərinləşdirilməsinin Azərbaycanın xarici siyasətində prioritet olduğu vurğulayıb.

Azərbaycan-Rusiya müttəfiqlik münasibətlərinin dinamikasından danışan səfir qeyd edib ki, onlar zamanın sınağından və ötən ilin dekabr ayında AZAL sərnişin təyyarəsinin vurulması ilə bağlı böhrandan keçib. Diplomat əlavə edib ki, bu il oktyabrın 9-da Azərbaycan və Rusiya liderlərinin Düşənbə görüşü ikitərəfli münasibətlərin normallaşdırılmasında ilk mühüm addım olub.

Dəyirmi masada Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələrinin, MGIMO-nun müəllim heyətinin və rusiyalı siyasi ekspertlərin çıxışları olub, eləcə də Azərbaycan-Rusiya gündəliyi ilə bağlı məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Tədbir sual-cavab sessiyası ilə başa çatıb. Bundan əvvəl isə Rusiyanın və Azərbaycanın İsraildəki səfirləri bir araya gələrək münasibətləri müzakirə etmişdi. Həmçinin Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycan-Rusiya münasibətlərindən danışıb. O, Brüsseldə “EU Today”a müsahibəsində ötən ilin dekabrında Azərbaycana məxsus təyyarənin Rusiya səmasında vurulmasından sonra müəyyən emosionallığın və yanlış anlaşılmaların olduğunu, lakin rəsmi Bakının narahatlıqlarının Düşənbədə liderlər səviyyəsində müzakirə edildiyini bildirib.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan Moskva qarşısında dörd əsas məsələni istəyib: rəsmi üzr, tam istintaq, məsul şəxslərin məsuliyyətə cəlb olunması və kompensasiya. “Bu məsələlər həll olunduqdan sonra anlaşılmazlıqlar səhifəsini çevirir və iki ölkə arasında normal qonşuluq münasibətlərinə davam edirik”, - o əlavə edib.

Bakı-Moskva münasibətlərində tam yumşalma olduğunu demək mümkünmü? Bu təmaslardan sonra vurulan təyyarə ilə bağlı Kreml liderinin verdiyi vədlər yerinə yetiriləcəkmi? 

Professor Qabil Hüseynli hesab edir ki, Azərbaycan heç zaman Rusiya ilə gərginlikdə maraqlı olmayıb. Onun fikrincə, qarşı tərəfin addımları əlaqələrin korlanmasına gətirib çıxarıb: “Təyyarə vurulana qədər münasibətlər rəvan idi və axarı ilə gedirdi. Sonra Rusiya təzyiqləri artırdı: Yekaterinburq hadisələri, deputat Badamovun deportasiyası, həbslər, təhdidlər... Yəni Rusiya təyyarə ilə dayanmadı. Bu da indiyə qədər soyuqluğa səbəb olub. Əgər Rusiya bu ayın sonunadək verilən sözü yerinə yetirsə, yeni ildən münasibətlərdə təzə səhifə açılacaq. Hərçənd təyyarə ilə bağlı istintaqın gələn ilin əvvəlində yekunlaşacağı haqda bəzi səslər eşidilməkdədir. Deyəsən, Rusiya işi uzatmaq istəyir. Belə davam edərsə, münasibətlər tam sağalmayacaq”.

Hüseynli bütün hallarda Rusiya təhlükəsinin həmişə aktual olduğunu düşünür: “Təkcə Azərbaycan deyil, postsovet respublikaları daim təhdidlə üzbəüz qalmaqdadır. Ukrayna kimi özünə qohum ölkəyə və xalqa hərbi təcavüz edən bir dövlətdən hamıya təhlükə var. Sadəcə, biz Rusiya ilə normal qonşuluq əlaqələrini davam etdiririk. Cənab Hikmət Hacıyev də son müsahibəsində dedi ki, təyyarə ilə bağlı məsələlər həllini tapanda artıq bu səhifə çevriləcək və adi qonşuluq əlaqələri olacaq. Demək istəyirəm ki, Azərbaycan Rusiya ilə Moskva deklorasiyası imzalasa da, heç bir strateji müttəfiqlik münasibətləri yoxdur. Biz Ukraynanın ərazi bütövlüyünü tanıyırıq, işğalla barışmamağı tövsiyə edirik, humanitar yardım göstəririk, o cümlədən də Rusiya əleyhinə sanksiyalara qoşulmuruq, ona sanksiyalardan yayınmaqda kömək də etmirik, ticarət dövriyyəsində də artım müşahidə olunmur. Bu da münasibətlərin xarakterini özündə əks etdirir. Azərbaycan şimal qonşusuna inanmır, amma əbədi qonşuluq taleyimizdir və bundan qaçış yoxdur deyə normal əməkdaşlıq etməliyik”.

Q.Hüseynlinin sözlərinə görə, son təmaslar münasibətlərin yaxşılığa doğru getdiyini göstərir: “Bu ayın sonuna yaxın MDB ölkələrinin liderləri Peterburqa çağırılıb və ənənəvi qeyri-rəsmi sammit keçiriləcək. Azərbaycanın iştirakı Rusiyanın təyyarə ilə bağlı atacağı addımlardan asılı ola bilər. Çünki ötən il dövlət başçısı həmin tədbirə gedirdi və o gün təyyarə vuruldu. İndi Rusiya təzminat ödəməli və həbslər həyata keçirməlidir ki, görüş üçün fürsət olsun”.

“Yeni Müsavat” 











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Teymur Mehdiyev ATASININ KOMANDASINDA yer almışdımı? - AKTUAL
Bu gün, 08:33
Paşinyan meydanda tək qala bilər - GƏLİŞMƏ
Bu gün, 08:30
Gəncə Maşınqayırma Zavodu borc içində “batır”
Bu gün, 08:29
Bakı-Moskva xəttində qəfil canlanma - kritik son ay
Bu gün, 08:27
Azərbaycanın faktik müstəqilliyi: sınaqlar və nəticələr - İNCƏLƏMƏ
Bu gün, 08:00
MİDA evləri bazara necə çıxır - "Hər adamdan 5 min manat..."
Bu gün, 07:57
Avropa Rusiya ilə müharibəyə hazırdırmı? - Müqayisə
Bu gün, 07:52
Azərbaycanda məmurları gözləyən aqibət – 20 ildən sonra gizlinlər açıla bilər
Bu gün, 07:51
MİDA özünü doğrultmur: DİRƏŞƏSİ DEYİLİK Kİ... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:32
Dollarla bağlı mübahisəli durum yarandı - NƏ ETMƏLİ?
Bu gün, 06:23
Ramiz Mehdiyevin AMEA-dakı UZANTISI - Əgər cəza olmayacaqsa...
Bu gün, 05:17
Stefano Sannino korrupsiya işi fonunda vəzifədən uzaqlaşdırılıb - Politico
Bu gün, 05:03
Pozulmuş əmək hüquqlarının bərpasında... - EKSPERT RƏYİ
Bu gün, 05:01
Neft emalı zavodunda YENİ İXTİSAR DALĞASI - qadın işçilər ÇƏTİN DURUMDA
Bu gün, 04:52
DGK işçilərin hüquqlarını pozur - AXI NİYƏ?..
Bu gün, 04:33
Daha bir başçının qapısı döyülə bilər... - İTTİHAM VAR...
Bu gün, 04:21
Fuad Nağıyev üçün 'ƏCƏL ZƏNGİ'... - Vaxtı yetişib...
Bu gün, 04:14
Rusiyadan gələn saxta qida: Mal əti konservlərində... - DİQQƏT, təhlükə var..!
Bu gün, 04:07
Baş həkim İŞDƏN ÇIXARILDI - onun yerinə isə...
Bu gün, 04:05
Əli Kərimlinin həbsi.... - niyə SƏS YOXDUR?
Bu gün, 04:01
Artıq əvvəlki münasibətlərin bərpa olunmayacağı aydındır - ONA GÖRƏ DƏ...
Bu gün, 03:59
"Həyat insana bir dəfə verilir" - Xalq artisti
Bu gün, 03:57
Bakıda dustaqlara pul yığdığını deyən şəxsə 8 il həbs cəzası verilib - TƏFƏRRÜAT
Bu gün, 03:54
“1 dekabr həm tarixi qərar, həm də Minsk qrupunun sonu oldu” - AKTUAL
Bu gün, 03:51
Trampın xüsusi nümayəndəsi və Kuşner ABŞ-də Rüstəm Umerovla görüşəcəklər - "Associated Press"
Bu gün, 03:46
“Azərbaycan və Rusiyanın İsraildəki səfirlərinin görüşünə hansısa xüsusi bir önəm vermək düzgün olmazdı...”
Dünən, 18:20
Tanınmış diplomata yeni vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 17:45
Moskvadan Zelenskiyə məxfi xəbər - İki görüşdə “hə” deyildi, təklif rezonans doğurdu
Dünən, 17:42
Bakıda 34 yaşlı kişini öldürüb, meyitini doğrayaraq Ağsuda dağa atan şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Dünən, 17:39
Həbsdən yeni çıxan Rəqsanə qızı ilə belə GÖRÜNTÜLƏNDİ - VİDEO
Dünən, 17:27
İcra başçısı psixoloqu işdən çıxardı - ƏMR
Dünən, 17:24
Bakıda sığınacaqda kondisioner DAVASI - bu sözə görə burnunu sındırdı
Dünən, 17:13
“Hürriyyət”in kollekti Prezidentə müraciət etdi - MƏTN
Dünən, 17:08
Pakistan Ermənistanda səfirlik açır - KİV
Dünən, 17:05
“Məhşər günü”nün 48 “qəhrəmanı”: Ramiz Mehdiyevin gizli “silahdaşları” kimlərdir? - AKTUAL
Dünən, 17:01
İnsanlar sevinirlər ki, nəhayət, müşavirlərin içində bir nəfərin nədənsə başı çıxacaq... - YENİ TƏYİNATA REAKSİYA
Dünən, 16:57
Aygün Əliyevadan Ramiz Mehdiyevə bağlı rektorun xanımına “xüsusi qayğı” - “Sağlamlığın qorunması” adlı rəfiqəbazlıq…
Dünən, 16:52
Yerli ət bazarında SON VƏZİYYƏT - ''Bu qıtlıq aradan qalxmayana qədər...''
Dünən, 16:46
"Mən də, Aslan İsmayılov da İsa Qəmbərə demişdik ki, Milli Şura Rusiyanın layihəsidir" - Cəlaloğlu
Dünən, 16:44
Altay Göyüşovun barəsində başlanılmış cinayət işi üzrə istintaq başa çatıb
Dünən, 16:37
Ermənistanda hakimiyyət uğrunda SAVAŞ...
Dünən, 16:29
“Azsığorta”nın pul vəsaitləri son bir ildə 51% azalıb
Dünən, 16:27
Bu il 32 min turist avtobuslardan, 12 min turist isə metrodan narazı qalıb
Dünən, 16:25
Ağdamda 3,3 milyon manatlıq işlər görüləcək - TENDER NƏTİCƏSİ
Dünən, 16:23
Vəkil Əli Kərimlidən xəbər gətirdi - Bununla bağlı şikayəti yoxdur
Dünən, 16:19
Xankəndidə məmur bu hərəkətinə görə cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 16:12
İbrahimbəyovu qeyzləndirib oyuna gətirdilər
Dünən, 16:09
“Ramiz Mehdiyevin cinayət işi məsələsində xalqla dövlətin mövqeyi üst-üstə düşür” - deputat
Dünən, 16:07
“Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir - VİDEO
Dünən, 16:04
Məktəbləri bu şirkət təmir edəcək - 4,3 milyonluq tender
Dünən, 15:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru