"Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." .....                     Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır .....                     “44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” .....                     “Level Leasing” şirkətinin səhmdarları toplanır .....                     Böyük böhran qapıda: .....                     “Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub .....                     AZAL Naxçıvan reyslərini yenidən bərpa edib .....                     Rusiyanın Ukraynadakı müharibəsi mülki nüvə elektrik stansiyalarına hücumları qanuniləşdirib .....                     "Dəli Kür" -ə qarşı Kreml .....                     “Qarabağ”a Elvinə görə təklif gəldi .....                     Müğənnilərin WUF13-də iştirak etməməsi qınandı, Elnarə Abdullayeva cavab verdi: .....                     Quba sakini icra hakimiyyətinin HƏDƏFİNDƏ .....                     Kişi toydan qayıdan arvadını marketdə döydü: .....                     DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətkarının .....                     Paşinyan Ermənistan üçün Rusiya qazının qiymətinin artırılmasını istisna edib .....                     “Kəpəz Hospital”ın əməkdaşı 50 min manatlıq tibbi ləvazimat oğurladı .....                     Ermənistanın Avrasiya İttifaqından çıxıb-çıxmayacağı onun öz işidir .....                     İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” .....                     WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq... .....                     Azərbaycanlılarla bağlı qərar Gürcüstanı çətinə saldı: .....                     Biri deyir KİŞİ MAAŞI yetərlidir, o biri də deyir ARVAD otursun evində... .....                     Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR .....                     “Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib .....                     SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? .....                     Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir .....                     Qarabağda işçilər pullarını ALA BİLMİR .....                     Suraxanıda dövlətin qanunları İŞLƏMİR .....                     Nigar Rüfəti himayə edən kimdir? .....                     "Kupça"sız evlərlə bağlı TƏKLİF .....                     “Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” .....                     ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib .....                     Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? .....                     İTV rəhbərliyi uğrunda yarış .....                     Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı .....                     Niyam onları belə yad etdi .....                     Quru sərhədlərlə bağlı mühüm XƏBƏR .....                     Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır .....                     Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib .....                     “Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” .....                 

Kişi toydan qayıdan arvadını marketdə döydü: - “O, yanında dayanan tanımadığı şəxslə danışırdı”
Tarix: Bu gün, 09:53 | Çap et

Nəsimi Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Azad Fərəcovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin Qərarının 5.1-ci bəndi tətbiq edilməklə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.

Qeyd: Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihama əsasən, o, həyat yoldaşı, zərərçəkmiş Lalə Fərəcova (adı, soyadı şərtidir) ilə qısqanclıq zəminində yaranmış mübahisə zamanı sonuncuya qəsdən bədən xəsarəti yetirməkdə təqsirləndirilib.

İttihama görə, hadisə ötən il paytaxtın Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən “Spar” marketin giriş hissəsində baş verib.

Belə ki, Azad Fərəcov həyat yoldaşı Lalə Fərəcova ilə aralarında yaranmış qısqanclıq zəminli mübahisə zamanı qəsdən yumruq zərbəsi endirərək onun sol qulaq nahiyəsinə xəsarət yetirib. Nəticədə zərərçəkmiş şəxsə sol qulaq seyvanının əzilmiş-cırılmış yarası formasında, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarəti yetirilib.

İstintaq materiallarına əsasən, həmin əməl Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə tövsif olunub.

Məhkəmə iclasında dindirilən Azad Fərəcov ittiham üzrə özünü təqsirli bildiyini qeyd edib. O ifadəsində göstərib ki, Lalə hazırda onun həyat yoldaşı olsa da, tərəflər arasında nikahın pozulması ilə bağlı mübahisə mövcuddur və bu barədə Binəqədi Rayon Məhkəməsində iddiaya baxılır.

Onun sözlərinə görə, hadisə günü saat 23 radələrində alış-veriş etmək məqsədilə “Spar” marketə gedib. Marketin girişində həyat yoldaşı Lalə və onun rəfiqəsini görüb. Təqsirləndirilən şəxs söyləyib ki, həmin vaxt arvadının rəfiqəsi ödəmə terminalında əməliyyat aparırmış, zərərçəkmiş isə onun yanında dayanıb tanımadığı bir şəxslə danışırmış. Bu mənzərəni gördükdən sonra əsəbiləşərək həyat yoldaşına yaxınlaşıb və yanında olan şəxsin kim olduğunu soruşub. Lalə isə həmin şəxsi tanımadığını bildirib. Bundan sonra o, həyat yoldaşından marketi tərk etməsini və azyaşlı övladlarının yanına qayıtmasını istəyib.

Azad əlavə edib ki, qısa müddət sonra marketdən geri qayıtdıqda həyat yoldaşının hələ də orada olduğunu görüb və əsəbiləşərək bir dəfə yumruq zərbəsi endirib. Daha sonra hadisə yerini tərk etdiyini bildirib.

O, həmçinin vurğulayıb ki, sonradan Lalənin idarə etdiyi avtomobilin yanına yaxınlaşıb və tərəflər arasında nikah münasibətləri tam başa çatana qədər xoşagəlməz davranışlardan çəkinməsini xahiş edib.

Təqsirləndirilən şəxs deyib ki, həyat yoldaşını izləmədiyini və hadisənin təsadüfi qarşılaşma nəticəsində baş verdiyini söyləyib.

Məhkəmə istintaqı zamanı o, əməlindən peşman olduğunu qeyd edərək, azyaşlı övladlarının bu hadisədən mənfi təsirlənə biləcəyini nəzərə aldığını deyib. Azad həyat yoldaşına qarşı heç vaxt ölüm və ya zor tətbiqi ilə bağlı hədə-qorxu gəlmədiyini də əlavə edib.

Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Lalə Fərəcova isə bildirib ki, təqsirləndirilən şəxs ilə birgə nikahdan üç azyaşlı övladları var və hazırda tərəflər arasında boşanma prosesi davam edir.

Onun sözlərinə görə, hadisə günü rəfiqəsi ilə birlikdə toy mərasimindən qayıdarkən “Spar” marketdə dayanaraq ödəmə terminalından istifadə ediblər. Bu zaman gözlənilmədən əri onların olduğu yerə yaxınlaşıb.

Zərərçəkmiş şəxs ifadəsində qeyd edib ki, Azad əvvəlcə ona “elə bilirsən ki, mənim əlimdən çıxacaqsan” deyib, daha sonra ünvanına nalayiq ifadələr işlədib. Lalə bildirib ki, bundan sonra təqsirləndirilən şəxs onun boğazından tutaraq boğmağa çalışıb və kömək üçün ətrafdakılara müraciət etsə də, heç kim müdaxilə etməyib.

Zərərçəkmiş şəxsin sözlərinə görə, bir müddət sonra Azad yenidən marketin giriş hissəsinə qayıdaraq qəfil şəkildə yumruq zərbəsi ilə onun sol qulaq nahiyəsinə vurub. Zərbədən sonra vəziyyətinin pisləşdiyini, lakin ətrafdakı insanların yanında özünü ələ almağa çalışdığını bildirib.

O əlavə edib ki, sonradan marketdə olan şəxslər təqsirləndirilən şəxsi ondan uzaqlaşdırıblar. Ardınca avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşıb və Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə müraciət edib. Həmçinin qulağından qan gəldiyi üçün tibbi yardım almaq məqsədilə xəstəxanaya üz tutduğunu bildirib.

Lalə söyləyib ki, hadisədən sonra ağrılar şiddətləndiyinə görə yaşadığı ünvana həkim çağırmalı olub. Onun sözlərinə görə, tərəflər arasında baş vermiş münaqişə ümumilikdə 15–20 dəqiqə davam edib.

Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə elan olunmuş amnistiya aktının təqsirləndirilən şəxsə tətbiq edilməsinə etiraz etmədiyini bildirib.

Azad da məhkəmədən əməlindən peşman olduğunu bildirərək, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə qəbul edilmiş amnistiya qərarının tətbiq olunmasını xahiş edib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bank ötürmə etməkdən heç bir əsas olmadan imtina edir..." - GİLEY
Bu gün, 10:50
Qiymətlərin nəyə əsasən müəyyənləşdirildiyi araşdırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 10:37
“44 günlük müharibədən sonra oruc tutdum, bir həftə nə çörək yedim, nə su içdim” - Paşinyan
Bu gün, 10:35
“Level Leasing” şirkətinin səhmdarları toplanır
Bu gün, 10:33
Böyük böhran qapıda: - Əgər avqusta qədər açılmasa...
Bu gün, 10:31
“Xətai Təchizat” ASC 2025-ci ili zərərlə başa vurub
Bu gün, 10:25
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib - DİQQƏT!
Bu gün, 10:21
Rusiyanın Ukraynadakı müharibəsi mülki nüvə elektrik stansiyalarına hücumları qanuniləşdirib - Tabu pozulub
Bu gün, 10:19
"Dəli Kür" -ə qarşı Kreml - TƏFƏRRÜAT
Bu gün, 10:17
“Qarabağ”a Elvinə görə təklif gəldi – Milyonlar müzakirə olunur
Bu gün, 10:12
Müğənnilərin WUF13-də iştirak etməməsi qınandı, Elnarə Abdullayeva cavab verdi: - “Telefondan başım çıxmır, qeydiyyat bilirəm mən?”
Bu gün, 10:04
Quba sakini icra hakimiyyətinin HƏDƏFİNDƏ - NARAZILIQ VAR...
Bu gün, 10:02
Kişi toydan qayıdan arvadını marketdə döydü: - “O, yanında dayanan tanımadığı şəxslə danışırdı”
Bu gün, 09:53
DTX-nin ekstradisiya etdiyi telekommunikasiya cinayətkarının CƏZASI BƏLLİ OLDU
Bu gün, 09:51
Paşinyan Ermənistan üçün Rusiya qazının qiymətinin artırılmasını istisna edib - KİV
Bu gün, 09:49
“Kəpəz Hospital”ın əməkdaşı 50 min manatlıq tibbi ləvazimat oğurladı - TƏFƏRRÜAT
Bu gün, 09:46
Ermənistanın Avrasiya İttifaqından çıxıb-çıxmayacağı onun öz işidir - Paşinyan
Bu gün, 09:39
İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:53
WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq... - ŞƏRH
Bu gün, 08:51
Azərbaycanlılarla bağlı qərar Gürcüstanı çətinə saldı: - Bakıdan sərhəd xahişinin əsl SƏBƏBİ
Bu gün, 08:50
Biri deyir KİŞİ MAAŞI yetərlidir, o biri də deyir ARVAD otursun evində... - Əcəb epoxaya düşmüşük...
Bu gün, 08:36
Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR - GİLEY
Bu gün, 08:28
“Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib - FOTOLAR
Bu gün, 08:19
SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? - NƏ BAŞ VERİR?
Bu gün, 08:14
Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ - GƏLİŞMƏ
Bu gün, 07:59
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir – FOTOLAR
Bu gün, 07:54
Qarabağda işçilər pullarını ALA BİLMİR - NARAZILIQ VAR...
Bu gün, 07:36
Suraxanıda dövlətin qanunları İŞLƏMİR - BU DA FAKT...
Bu gün, 07:26
Nigar Rüfəti himayə edən kimdir? - İLGİNC
Bu gün, 07:22
"Kupça"sız evlərlə bağlı TƏKLİF - Onlara bir il müddət verilsin
Bu gün, 07:16
“Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” - Xalq artisti HİRSLƏNDİ
Bu gün, 07:13
ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib
Bu gün, 07:09
Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? - AKTUAL
Bu gün, 06:40
İTV rəhbərliyi uğrunda yarış - Media nümayəndələri vəziyyəti dəyərləndirdi
Bu gün, 06:37
Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı - DETALLAR
Bu gün, 06:33
Niyam onları belə yad etdi - FOTO
Bu gün, 06:29
Quru sərhədlərlə bağlı mühüm XƏBƏR – Gözlənilən tarix bilindi
Bu gün, 06:26
Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır - “Bloomberg”
Bu gün, 06:20
Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib - ABŞ səfiri
Bu gün, 06:18
“Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” - Ovannsiyan
Dünən, 17:35
Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb
Dünən, 17:31
ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır
Dünən, 17:23
“İndi niyə şikayət edirsiniz?” - “Avroviziya” təmsilçisi ittihamlara cavab verdi
Dünən, 17:11
Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı - DETALLAR
Dünən, 17:03
Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar
Dünən, 17:01
Tiflisdə Trampın adına göydələn tikiləcək - Qafqazın ən böyüyü olacaq
Dünən, 16:51
Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı QƏRAR
Dünən, 16:42
"Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı - "UVB-76 loqi"
Dünən, 16:38
Qarabağ barədə bundan başqa iddiamız yoxdur - Köçəryan
Dünən, 16:28
Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: - Layihələndirməyə ₼1 milyon ayrıldı
Dünən, 16:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru