Bəzən Emin Əmrullayev FETÖ-çüdür, Elnur Əliyev FETÖ-çüdür deyirdilər. Dəfələrlə fərqli faktlarla sübut olunurdu.
Ramiz Mehdiyevin həbsindən sonra istər-istəməz bu söhbətlər də gündəmə gəldi. Türkiyədə Fetö tədbirləri ilə yanaşı Azərbaycanda da belə bir hal gözlənilirmi, bu da sual altındadır.
Ramiz Mehdiyev uzun illər Azərbaycan elmi və idarəetmə sistemində öz təsir dairəsini qorumuş şəxsiyyət kimi tanınır. Onun hakimiyyətdəki dönəmində formalaşan idarəçilik mədəniyyəti, kadrlara seçmə mexanizmi və loyallığa əsaslanan şəbəkə prinsipi hələ də bir çox dövlət qurumlarında izlərini saxlamaqdadır. Xüsusilə təhsil sistemində – elmi-tədqiqat institutlarında, nazirlikdə və müxtəlif tədris mərkəzlərində – həmin “köhnə düşüncə tərzinin” qalığı kimi qalan şəxslər bu gün də mühüm mövqelərdə görünür.
Bu sistemin mahiyyəti – şəxsi sadiqliyə, fikirə yox, itaətə əsaslanmaq – indi də təhsildə islahatlara mane olan əsas baryerlərdən biri kimi görünür.
Məhz buna görə bir çox ictimai fəallar və ekspertlər qeyd edirlər ki, “Mehdiyev məktəbi” hələ də təhsil idarəçiliyində qərarların necə qəbul olunmasına təsir edir.
Nazirlikdə aparılan islahatlar bəzən formal səciyyə daşıyır, çünki qərarların arxasında eyni ideoloji sistem – Fetö (qapalı şəbəkə düşüncəsi) dayanır.
Əgər təhsil sahəsində şəffaflıq, meritokratiya (bilik və bacarığa əsaslanan seçmə), hesabatlılıq prinsipləri tam bərqərar olmazsa, bu sistemin qalığı ölkənin gələcək intellektual potensialını zədələyəcək.
Cəmiyyət, media və parlament təhsildəki kadr siyasətini, təyinat mexanizmlərini və AR Elm və Təhsil Nazirliyinin strukturundakı qapalı dairələri - ARTİ daha dərindən araşdırmalıdır.
İslahat yalnız ad dəyişikliyi ilə deyil, şəffaflıq və məsuliyyət üzərində qurulmalıdır.
Tehsil.media