Saleh Məmmədovun CİNAYƏT YUVASINDA korrupsiya araşdırması BAŞLADI .....                     Rusiyadan Ermənistana qaz şantajı: reallıqlar və miflər .....                     Avropa Şurasından növbəti anti-Azərbaycan HESABATI .....                     ABŞ və Ermənistan arasında anlaşma memorandumu imzalanacaq .....                     Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu .....                     Heyvana da İNSANİ MÜNASİBƏT göstərə bilmirik... .....                     NAXÇIVANIN BU GÜNÜ: Blokada davam edir... .....                     Paşinyanın rəqibi seçkidən GERİ ÇƏKİLDİ .....                     Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq şöbə rəisi qərardan narazıdır .....                     Ölkə başçısı kənd təsərrüfatında yeni inkişaf istiqamətlərini müəyyən etdi .....                     Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır .....                     Amerikalılar Zəngəzurda: “Könüllü” adı ilə sərhəd missiyası? .....                     Arvadını qucaqlayan müəllimi baltalayan şəxsin istəyi reallaşmadı .....                     "Xarici investorlar da düşünür ki, niyə quru sərhədlər bağlıdır?" .....                     Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib .....                     Zelenski elan etdi: .....                     Kreditlər haqda xoşagəlməz xəbər: Qaydalar dəyişir? .....                     Borcunu bağlasan da, BORCLUSAN... .....                     Gədəbəy rəsmən ÖZBAŞINA QALIB .....                     Qobustanda başçı belə NARAZILIQ YARADIR .....                     Topaz 76 min manatı vermək İSTƏMƏDİ .....                     “Tamaşaçılarda, yuxarı dairələrdə böyük hörməti olan qalıb kənarda, nə var-nə var...” .....                     Pensiya ilə bağlı vacib xəbər: 30 min manatı tez almaq üçün… .....                     Qonşular niyə daha sürətlə inkişaf edir? .....                     Ermənistan qazanmaq istəyirsə... .....                     ADNSU-dan "Məzun günü" üçün fantastik xərc: Bir günə 183 min manat .....                     Banklar kredit faizini artıracaq: Əhali borclarını ödəyə bilmir .....                     Mənfəətdə kəskin azalma, depozitlərdə 30 milyonluq itki .....                     "Düşüncəsi dayaz olanlar xəyanət edər" .....                     ABŞ və İran dondurulmuş aktivlərlə bağlı razılığa gəlib .....                     Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib .....                     Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub .....                     Jurnalist yeni brendini yaratdı .....                     Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi .....                     Rubionun İrəvan səfəri: .....                     CHP-dəki proseslər demokratiyanın göstəricisidir .....                     Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib .....                     Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi .....                     Azərbaycan bayrağını ingilis generalımı yaradıb? .....                     “Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi .....                 

Revanşistlərin “Qərbi Ermənistan və artsax” sancıları - Paşinyana iki “ev tapşırığı”
Tarix: 19-09-2025, 10:07 | Çap et

Xəbər verildiyi kimi, Nikol Paşinyanın iştirak etdiyi son teatr tamaşası ətrafında yaranan qalmaqal erməni mətbuatında geniş müzakirə doğuran mövzulardan birinə çevrilib. Belə ki, Paşinyanın iştirakı ilə Bjurakan qəsəbəsində nümayiş olunan “Hasar” tamaşasında “Qərbi Ermənistan”a eyham vuran səhnələrin olması baş nazirin kəskin etirazına səbəb olub.

Paşinyan tamaşadan sonra açıq şəkildə narazılığını ifadə edərək bildirib ki, bu kimi məqamlar Ermənistan cəmiyyətini yanlış istiqamətə yönəldə bilər. Onun sözlərinə görə, ölkə real təhlükələrlə üz-üzə qaldığı bir vaxtda diqqətimizi “keçmiş torpaqların” (?! - red.) nostalji xatırlanmasına deyil, hazırkı Ermənistan dövlətinin möhkəmləndirilməsinə yönəltmək vacibdir. “Biz hasarları elə qurmalıyıq ki, öz dövlətimizi qorusun, kiminsə xəyali sərhədlərini deyil”, - baş nazir bildirib.

Bu isə Ermənistan daxilində fikir ayrılıqları doğurub. Revanşist mövqeli bəzi qəzetlər və siyasi dairələr bunu “senzura” və “tarixin silinməsi” kimi təqdim edir. Məsələn, “Past” adlı radikal nəşr Paşinyanın bu mövqeyini Türkiyə və Azərbaycanın “təzyiqlərinin nəticəsi” kimi qələmə verməyə çalışıb. Qeyd edək ki, bu günlərdə möhürlərdən Ağrıdağın təsvirinin çıxarılması həmin çevrələrdə eyni dərəcədə sərt tənqidlərə tuş gəlmişdi.

Bu arada məlum olub ki, Ermənistanda “artsax nümayəndəliyi”nin binası ilə bağlı məhkəmə iclası 2026-cı ilin may ayına təyin edilib. Erməni mediasının yazdığına görə, iyulun 15-də Baş Prokurorluq İnzibati Məhkəmədə Kadastr Komitəsinə qarşı “artsax nümayəndəliyi”nin binasına mülkiyyət hüquqlarının dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbi ilə iddia qaldırıb. Xatırladılıb ki, bina 1997-ci ildə baş nazir Robert Köçəryanın qərarı ilə “Qarabağ hökuməti”nə bağışlanıb (Axar.az).

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyan və Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan edən Ermənistan hakimiyyətinin İrəvanda “artsax nümayəndəliyi”ni hələ də saxlaması, üstəlik, binanın geri alınması ilə bağlı məhkəmə prosesinin 2026-cı ilin may ayına təyin edilməsi ciddi suallar yaradır. Niyə gələn ilin mayı, seçkilərdən sonramı?

Başqa yandan, Paşinyan öz toplumunu fəsadsız-filansız “Qərbi Ermənistan”, Ağrıdağ (“Ararat”) kimi mərəzlərdən, “artsax”ın mənasız simvollarından xilas edə biləcəkmi?

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın baş naziri və hakim komanda keçmişdən qalan, ideologiyaya mənfi təsir göstərən qurum, quruluş və simvollardan qurtulmağa çalışır: ""Artsax nümayəndəliyi"nin binası ilə bağlı məhkəmə iclasının gələn ilin may ayına təyin olunması da təsadüfi deyil və nəzərə almaq lazımdır ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək. Paşinyan tez bir zamanda “Artsax nümayəndəliyi”nin fəaliyyətinə son qoyub binanı müsadirə edib rahatlıqla seçkilərə getməyə hazırlaşır. Nəzərə almaq lazımdır ki, həmin bina və bu kimi “nümayəndəliklər” yalnız separatizm ideyasının genişləndirilməsi və keçmiş qondarma qurumun fəaliyyətinin daha da dərinləşdirilməsi mahiyyətini daşıyırdı. Bu gün isə yeni geopolitik reallıqlara Ermənistan və bütün geosiyası mərkəzlər hazır olmalıdırlar, yeni reallıqlar əsasında fəaliyyət qurmalıdırlar. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa və Azərbaycanla sülh müqaviləsi imzalayırsa, deməli, Ermənistan ərazisində Azərbaycanın ərazi bütövlüyünə qarşı olan heç bir quruluş, qurum, “nümayəndəlik” də olmamalıdır.

Ermənistanın baş naziri 8 avqust Vaşinqton razılaşmasına uyğun davranış nümayiş etdirir. Bu, həm onun öz ölkəsi üçün, həm də Azərbaycan üçün müsbətdir. Ermənistan sərhədində giriş-çıxış möhüründə Ağrıdağın təsvirinin yığışdırılması, Ermənistanda bilik günündə tədris müəssisələrində Azərbaycana müsbət jestin edilməsi və bu kimi məsələlər onu deməyə əsas verir ki, Nikol Paşinyan real sülh istiqamətində artıq praktiki addımlar atmağa cəhd edir".

Ekspertin sözlərinə görə, Paşinyanın bu siyasəti daxildə revanşist qüvvələri narahat edən vəziyyətdir: “Çalışırlar ki, kilsənin gücü ilə Ermənistanda hakim komandanın siyasi imicinə zərbə vursunlar və sülh prosesinə mane olsunlar. Lakin hesab edirəm ki, bu cür cəhdlərin artıq ciddi bir təsiri olmayacaq. Paşinyan qarşısına qoyduğu prosesi sona qədər aparmaqda qərarlı görünür. Ona görə də düşünürəm ki, Paşinyan Ermənistanı "Qərbi Ermənistan", “Ağrıdağ” (“Ararat”) kimi mənasız ideologiyalardan, “artsax”ın mənasız simvollarından xilas edə biləcək. Çünki bunlardan Ermənistan nə qədər tez xilas olsa, bu, erməni xalqının özü üçün bir o qədər xeyirlidir.

Ermənistan xalqı bilməlidir ki, ölkələrində “artsax nümayəndəliyi binası”nın qalması onların övladlarının gələcəyi üçün təhlükə mənbəyinin qalmasıdır. Həmin “nümayəndəlik binası” erməni gəncləri ölümə aparan bədnam ünvandır. Ermənilər gərək hətta məhkəməni-filanı gözləmədən həmin ünvanı özləri ayağa qalxıb süpürüb kənara atsınlar. Erməni valideynlər öz övladlarının yaxşı gələcəyi naminə bunu etməlidirlər".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saleh Məmmədovun CİNAYƏT YUVASINDA korrupsiya araşdırması BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 09:45
Rusiyadan Ermənistana qaz şantajı: reallıqlar və miflər - Görünəni odur ki...
Bu gün, 09:34
Avropa Şurasından növbəti anti-Azərbaycan HESABATI – Bakıdan CAVAB
Bu gün, 09:26
ABŞ və Ermənistan arasında anlaşma memorandumu imzalanacaq - BƏYANAT
Bu gün, 09:24
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu - MƏQALƏ
Bu gün, 09:14
Heyvana da İNSANİ MÜNASİBƏT göstərə bilmirik... - BU DA FAKT!
Bu gün, 09:09
NAXÇIVANIN BU GÜNÜ: Blokada davam edir... - NARAZILIQ VAR...
Bu gün, 08:57
Paşinyanın rəqibi seçkidən GERİ ÇƏKİLDİ - KİV
Bu gün, 08:45
Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq şöbə rəisi qərardan narazıdır
Bu gün, 08:44
Ölkə başçısı kənd təsərrüfatında yeni inkişaf istiqamətlərini müəyyən etdi - MƏQALƏ
Bu gün, 08:39
Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:37
Amerikalılar Zəngəzurda: “Könüllü” adı ilə sərhəd missiyası? - NƏ BAŞ VERİR?
Bu gün, 08:34
Arvadını qucaqlayan müəllimi baltalayan şəxsin istəyi reallaşmadı - TƏFƏRRÜAT
Bu gün, 08:32
"Xarici investorlar da düşünür ki, niyə quru sərhədlər bağlıdır?" - partiya sədri
Bu gün, 08:30
Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 08:26
Zelenski elan etdi: - Müharibə bu tarixdə başa çatacaq!
Bu gün, 07:04
Kreditlər haqda xoşagəlməz xəbər: Qaydalar dəyişir? - AKTUAL
Bu gün, 07:03
Borcunu bağlasan da, BORCLUSAN... - AXI NİYƏ?..
Bu gün, 07:01
Gədəbəy rəsmən ÖZBAŞINA QALIB - FOTOFAKT
Bu gün, 06:40
Qobustanda başçı belə NARAZILIQ YARADIR - GİLEY
Bu gün, 06:34
Topaz 76 min manatı vermək İSTƏMƏDİ - Ali Məhkəmə vətəndaşı DƏSTƏKLƏDİ
Bu gün, 06:24
“Tamaşaçılarda, yuxarı dairələrdə böyük hörməti olan qalıb kənarda, nə var-nə var...” - Aydın Kazımzadə seçkidən danışdı
Bu gün, 06:22
Pensiya ilə bağlı vacib xəbər: 30 min manatı tez almaq üçün… - AKTUAL
Bu gün, 06:02
Qonşular niyə daha sürətlə inkişaf edir? - ARAŞDIRMA
Bu gün, 06:00
Ermənistan qazanmaq istəyirsə... - “Ancaq Azərbaycan siyasətinə pənah gətirməlidir”
Bu gün, 05:56
ADNSU-dan "Məzun günü" üçün fantastik xərc: Bir günə 183 min manat - TƏFƏRRÜAT
Bu gün, 05:55
Banklar kredit faizini artıracaq: Əhali borclarını ödəyə bilmir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 05:52
Mənfəətdə kəskin azalma, depozitlərdə 30 milyonluq itki - "Yelo Bank"ın rüblük hesabatı
Bu gün, 05:51
"Düşüncəsi dayaz olanlar xəyanət edər"
Bu gün, 05:46
ABŞ və İran dondurulmuş aktivlərlə bağlı razılığa gəlib - KİV
Bu gün, 05:43
Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib
Dünən, 17:41
Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 17:15
Jurnalist yeni brendini yaratdı - FOTO
Dünən, 17:11
Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi - FOTO
Dünən, 17:08
Rubionun İrəvan səfəri: - Paşinyana dəstək, yoxsa “Tramp marşrutu”?
Dünən, 17:05
CHP-dəki proseslər demokratiyanın göstəricisidir - Tural Abbaslı
Dünən, 16:53
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
Dünən, 16:49
Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi - DETALLAR
Dünən, 16:46
Azərbaycan bayrağını ingilis generalımı yaradıb? - FOTO
Dünən, 16:40
“Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi
Dünən, 16:35
Müğənni Xaliq VƏFAT ETDİ - VİDEO
Dünən, 16:32
“Putinin kölgəsi” sərt mesaj verdi - Kreml Paşinyanla bağlı düyməni basır...
Dünən, 16:25
“Oğlumun gözünün işığı sönüb” - Bağçada nə baş verir?
Dünən, 16:23
Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... – İLGİNC faktlar
Dünən, 16:16
Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər - ŞƏRH
Dünən, 16:13
Moskva istəyir deyə... - İNCƏLƏMƏ
Dünən, 16:11
“Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” - Fərhad Pərvizi ilə QALMAQALLI MÜSAHİBƏ
Dünən, 15:51
Ermənistanın Rusiya qazına alternativləri – Kreml yenə hədələdi
Dünən, 15:25
Kılıçdaroğlu on nəfəri CHP-dən qovur - SİYAHI
Dünən, 15:23
Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi - ƏMR
Dünən, 15:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru