"Naxçıvan hələ də blokada şəraitindədir. Bu gün Naxçıvan camaatının yaşadıqlarının başqa bir adı yoxdur. Azərbaycanın digər yerlərində keçərli olan qanun və qaydalar da, Naxçıvana şamil olunmursa, o zaman buna ancaq biabırçılıq demək olar". "DİA-AZ" xəbər verir ki, bu sözlər Naxçıvan sakini Nazim Zeynalovun adından edilən müraciətdə yer alıb.
Müraciətdə daha sonra deyilir: "Neçə müddətdir ki, sağ gözümdə torluq var, günü gündən də görmə faizim aşağı düşür.
Təcili əməliyyat olunmalıyam. Naxçıvanda əməliyyat edəcək həkim yoxdur.
Bakıda da Naxçıvanın sığortasiı keçmirmiş... Bax, biz bu gündəyik...
40 ilə yaxındlr ki blokadada olan Naxçıvanın halı budur. Blokada yenə dədavam edir. Afktiki olaraq vəziyyət belədir. Nə yol var, yol varsa, nə bilet var, bilet varsa, almağa pul yoxdur...
Blokada davam edir..."









