Elgiz Əkbər uzun fasilədən sonra... .....                     Şirkət əməkdaşını döyən qardaşlarla bağlı .....                     "Azpul" BOKT-un xalis mənfəəti 6 dəfəyə yaxın azalıb .....                     "Kartı istəmirəm... niyə pul çıxılmalıdır ki?" .....                     Qərb mediası Paşinyanı “yeganə seçimə” çevirir? .....                     Ermənistan vətəndaşlarının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır .....                     “Artıq çəkimi atıb 15 il sonra Leylini oynadım” .....                     “Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərlə bağlı .....                     Saleh Məmmədovun CİNAYƏT YUVASINDA korrupsiya araşdırması BAŞLADI .....                     Rusiyadan Ermənistana qaz şantajı: reallıqlar və miflər .....                     Avropa Şurasından növbəti anti-Azərbaycan HESABATI .....                     ABŞ və Ermənistan arasında anlaşma memorandumu imzalanacaq .....                     Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu .....                     Heyvana da İNSANİ MÜNASİBƏT göstərə bilmirik... .....                     NAXÇIVANIN BU GÜNÜ: Blokada davam edir... .....                     Paşinyanın rəqibi seçkidən GERİ ÇƏKİLDİ .....                     Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq şöbə rəisi qərardan narazıdır .....                     Ölkə başçısı kənd təsərrüfatında yeni inkişaf istiqamətlərini müəyyən etdi .....                     Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır .....                     Amerikalılar Zəngəzurda: “Könüllü” adı ilə sərhəd missiyası? .....                     Arvadını qucaqlayan müəllimi baltalayan şəxsin istəyi reallaşmadı .....                     "Xarici investorlar da düşünür ki, niyə quru sərhədlər bağlıdır?" .....                     Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib .....                     Zelenski elan etdi: .....                     Kreditlər haqda xoşagəlməz xəbər: Qaydalar dəyişir? .....                     Borcunu bağlasan da, BORCLUSAN... .....                     Gədəbəy rəsmən ÖZBAŞINA QALIB .....                     Qobustanda başçı belə NARAZILIQ YARADIR .....                     Topaz 76 min manatı vermək İSTƏMƏDİ .....                     “Tamaşaçılarda, yuxarı dairələrdə böyük hörməti olan qalıb kənarda, nə var-nə var...” .....                     Pensiya ilə bağlı vacib xəbər: 30 min manatı tez almaq üçün… .....                     Qonşular niyə daha sürətlə inkişaf edir? .....                     Ermənistan qazanmaq istəyirsə... .....                     ADNSU-dan "Məzun günü" üçün fantastik xərc: Bir günə 183 min manat .....                     Banklar kredit faizini artıracaq: Əhali borclarını ödəyə bilmir .....                     Mənfəətdə kəskin azalma, depozitlərdə 30 milyonluq itki .....                     "Düşüncəsi dayaz olanlar xəyanət edər" .....                     ABŞ və İran dondurulmuş aktivlərlə bağlı razılığa gəlib .....                     Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib .....                     Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub .....                 

Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu - MƏQALƏ
Tarix: Bu gün, 09:14 | Çap et

28 May – Müstəqillik Günü Azərbaycan xalqının dövlətçilik tarixində ən şərəfli və taleyüklü səhifələrdən biridir. 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti təkcə ölkəmizin deyil, bütövlükdə Şərqin və müsəlman aləminin ilk demokratik, hüquqi və dünyəvi parlament respublikası kimi tarixə düşdü. Bununla Azərbaycan xalqı əsrlər boyu yaşatdığı müstəqillik arzularını gerçəyə çevirdi, milli dövlətçilik ənənələrinin əsasını daha da möhkəmləndirdi və öz müqəddəratını müəyyən etməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi xalqımızın azadlıq və istiqlal ideallarının rəmzinə çevrildi. Bu tarixi sənədlə Azərbaycanın müstəqilliyi beynəlxalq ictimaiyyətə bəyan olundu və xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin davam etdirildiyi təsdiqləndi. Cümhuriyyət qısa müddət ərzində mühüm dövlət quruculuğu proseslərini həyata keçirdi, parlament və hökumət formalaşdırıldı, dövlət atributları təsis edildi, milli ordu yaradıldı, hüquqi və demokratik prinsiplərə əsaslanan idarəçilik sistemi quruldu.

Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti demokratik dəyərlərin və parlament ənənələrinin formalaşmasına mühüm töhfə verdi. Ölkədə vətəndaş bərabərliyi təmin edildi, milli, dini və irqi ayrı-seçkiliyə son qoyuldu. Dövlət bayrağı təsis olundu, Azərbaycan vətəndaşlığı institutu yaradıldı, milli ordu formalaşdırıldı və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edildi. Həmin dövrdə qəbul olunan qanunlar Azərbaycanın siyasi, iqtisadi və mədəni inkişafının əsasını təşkil etdi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil və maarifçilik sahəsində də mühüm addımlar atıldı. 1918-ci ilin avqustunda təhsil müəssisələrində ana dilində tədrisə başlanıldı, 1919-cu ildə isə Bakı Dövlət Universitetinin yaradılması haqqında qanun qəbul edildi. Bu addımlar milli kadrların hazırlanması və ölkənin intellektual potensialının formalaşdırılması baxımından böyük əhəmiyyət daşıyırdı. Eyni zamanda, məhkəmə-hüquq sistemi formalaşdırıldı, Ədliyyə Nazirliyi təsis edildi və hüquqi dövlət prinsiplərinin tətbiqi istiqamətində mühüm qərarlar qəbul olundu.

Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinin əsas məqsədi yeni yaradılmış dövləti beynəlxalq aləmdə tanıtmaq idi. Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin fəaliyyəti nəticəsində Cümhuriyyət dünya birliyi tərəfindən tanındı və ölkəmizin beynəlxalq hüququn subyekti kimi mövqeyi möhkəmləndi. Bu tarixi nailiyyət sonradan Azərbaycanın siyasi xəritədən silinməsinin qarşısını alan əsas amillərdən biri oldu.

Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki rolunu yüksək qiymətləndirərək bildirirdi ki, “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın milli azadlıq və müstəqillik duyğuları ilə yaşaması ilə bağlıdır”. Ümummilli Lider dəfələrlə vurğulayırdı ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir. Məhz Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində XX əsrin sonlarında yenidən müstəqillik qazanan Azərbaycan dövlətçiliyini qoruyub saxladı, ölkədə ictimai-siyasi sabitlik təmin olundu və müasir dövlət quruculuğu prosesi uğurla həyata keçirildi.

1991-ci il oktyabrın 18-də qəbul olunan “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edildi. Bu hüquqi və siyasi varislik müasir Azərbaycanın dövlətçilik fəlsəfəsinin əsasını təşkil edir.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində üçrəngli bayrağımızın rəsmi dövlət bayrağı kimi qəbul olunması müstəqilliyə aparan yolun başlanğıcı oldu. Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi və Cümhuriyyət irsinin təbliği istiqamətində atılan addımlar milli yaddaşın qorunmasında mühüm rol oynadı.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Dövləti Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını uğurla yaşadır və inkişaf etdirir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, müsəlman aləmində ilk demokratik respublikanın müəllifi məhz Azərbaycan olub. Dövlət başçısının rəhbərliyi ilə ölkəmiz siyasi, iqtisadi və hərbi sahələrdə böyük uğurlar əldə edib, ərazi bütövlüyü və suverenlik tam bərpa olunub, üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarda qürurla dalğalanır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması, Cümhuriyyətin 100 illik yubileyinin geniş şəkildə qeyd edilməsi və tarixi irsin qorunmasına yönələn qərarlar dövlətçilik ənənələrinə verilən yüksək dəyərin göstəricisi oldu. 2021-ci ildə qəbul olunan “Müstəqillik günü haqqında” Qanunla 28 May tarixi rəsmi olaraq Müstəqillik Günü elan edildi və bununla da Azərbaycanın dövlət müstəqilliyinin məhz 1918-ci ildə bərqərar olduğu bir daha təsdiqləndi.

Bu gün müstəqil Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarda dalğalanması xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir. Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz və sarsılmazdır.

Vüsal Süleymanov
Veysəl Musibov adına Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin dırektoru

"DİA-AZ"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elgiz Əkbər uzun fasilədən sonra... - VİDEO
Bu gün, 10:36
Şirkət əməkdaşını döyən qardaşlarla bağlı məhkəmə qərarı açıqlandı
Bu gün, 10:25
"Azpul" BOKT-un xalis mənfəəti 6 dəfəyə yaxın azalıb
Bu gün, 10:22
"Kartı istəmirəm... niyə pul çıxılmalıdır ki?" - ETİRAZ VAR...
Bu gün, 10:19
Qərb mediası Paşinyanı “yeganə seçimə” çevirir? - İNCƏLƏMƏ
Bu gün, 10:09
Ermənistan vətəndaşlarının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır - BU GÜN...
Bu gün, 10:03
“Artıq çəkimi atıb 15 il sonra Leylini oynadım” - Zeynəb Xanlarova tamaşadan öncə xanəndəyə nə deyib?
Bu gün, 09:58
“Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:56
Saleh Məmmədovun CİNAYƏT YUVASINDA korrupsiya araşdırması BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 09:45
Rusiyadan Ermənistana qaz şantajı: reallıqlar və miflər - Görünəni odur ki...
Bu gün, 09:34
Avropa Şurasından növbəti anti-Azərbaycan HESABATI – Bakıdan CAVAB
Bu gün, 09:26
ABŞ və Ermənistan arasında anlaşma memorandumu imzalanacaq - BƏYANAT
Bu gün, 09:24
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu - MƏQALƏ
Bu gün, 09:14
Heyvana da İNSANİ MÜNASİBƏT göstərə bilmirik... - BU DA FAKT!
Bu gün, 09:09
NAXÇIVANIN BU GÜNÜ: Blokada davam edir... - NARAZILIQ VAR...
Bu gün, 08:57
Paşinyanın rəqibi seçkidən GERİ ÇƏKİLDİ - KİV
Bu gün, 08:45
Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq şöbə rəisi qərardan narazıdır
Bu gün, 08:44
Ölkə başçısı kənd təsərrüfatında yeni inkişaf istiqamətlərini müəyyən etdi - MƏQALƏ
Bu gün, 08:39
Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:37
Amerikalılar Zəngəzurda: “Könüllü” adı ilə sərhəd missiyası? - NƏ BAŞ VERİR?
Bu gün, 08:34
Arvadını qucaqlayan müəllimi baltalayan şəxsin istəyi reallaşmadı - TƏFƏRRÜAT
Bu gün, 08:32
"Xarici investorlar da düşünür ki, niyə quru sərhədlər bağlıdır?" - partiya sədri
Bu gün, 08:30
Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 08:26
Zelenski elan etdi: - Müharibə bu tarixdə başa çatacaq!
Bu gün, 07:04
Kreditlər haqda xoşagəlməz xəbər: Qaydalar dəyişir? - AKTUAL
Bu gün, 07:03
Borcunu bağlasan da, BORCLUSAN... - AXI NİYƏ?..
Bu gün, 07:01
Gədəbəy rəsmən ÖZBAŞINA QALIB - FOTOFAKT
Bu gün, 06:40
Qobustanda başçı belə NARAZILIQ YARADIR - GİLEY
Bu gün, 06:34
Topaz 76 min manatı vermək İSTƏMƏDİ - Ali Məhkəmə vətəndaşı DƏSTƏKLƏDİ
Bu gün, 06:24
“Tamaşaçılarda, yuxarı dairələrdə böyük hörməti olan qalıb kənarda, nə var-nə var...” - Aydın Kazımzadə seçkidən danışdı
Bu gün, 06:22
Pensiya ilə bağlı vacib xəbər: 30 min manatı tez almaq üçün… - AKTUAL
Bu gün, 06:02
Qonşular niyə daha sürətlə inkişaf edir? - ARAŞDIRMA
Bu gün, 06:00
Ermənistan qazanmaq istəyirsə... - “Ancaq Azərbaycan siyasətinə pənah gətirməlidir”
Bu gün, 05:56
ADNSU-dan "Məzun günü" üçün fantastik xərc: Bir günə 183 min manat - TƏFƏRRÜAT
Bu gün, 05:55
Banklar kredit faizini artıracaq: Əhali borclarını ödəyə bilmir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 05:52
Mənfəətdə kəskin azalma, depozitlərdə 30 milyonluq itki - "Yelo Bank"ın rüblük hesabatı
Bu gün, 05:51
"Düşüncəsi dayaz olanlar xəyanət edər"
Bu gün, 05:46
ABŞ və İran dondurulmuş aktivlərlə bağlı razılığa gəlib - KİV
Bu gün, 05:43
Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib
Dünən, 17:41
Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 17:15
Jurnalist yeni brendini yaratdı - FOTO
Dünən, 17:11
Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi - FOTO
Dünən, 17:08
Rubionun İrəvan səfəri: - Paşinyana dəstək, yoxsa “Tramp marşrutu”?
Dünən, 17:05
CHP-dəki proseslər demokratiyanın göstəricisidir - Tural Abbaslı
Dünən, 16:53
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
Dünən, 16:49
Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi - DETALLAR
Dünən, 16:46
Azərbaycan bayrağını ingilis generalımı yaradıb? - FOTO
Dünən, 16:40
“Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi
Dünən, 16:35
Müğənni Xaliq VƏFAT ETDİ - VİDEO
Dünən, 16:32
“Putinin kölgəsi” sərt mesaj verdi - Kreml Paşinyanla bağlı düyməni basır...
Dünən, 16:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru