Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Yoldaşımın adına kreditlə alınmış telefon üzrə aylıq ödəniş ayın əvvəlində Mpay vasitəsilə tam şəkildə həyata keçirilib. Buna baxmayaraq, artıq 20 gündən çoxdur ki, ödəniş sistemdə qeydiyyata alınmadığı üçün əsassız gecikmə göstərilir və adımıza gecikmə faizi hesablanır.
Məsələ ilə bağlı filiala yaxınlaşdıqda bizə bildirildi ki, ödəniş əslində ayın 11-dən etibarən onların sisteminə köçüb, lakin baş ofis tərəfindən sistemə düzgün daxil edilməyib və bu, baş ofisin səhvidir. Həmçinin bizə bildirildi ki, məsələ qısa müddətdə həll olunacaq. Lakin artıq bir həftədən çoxdur ki, problem hələ də aradan qaldırılmayıb.
Qaynar xəttə dəfələrlə müraciət etməyimizə baxmayaraq, məsələ ya araşdırılacağı deyilərək uzadılır, ya da məsuliyyət Mpay üzərinə yönləndirilir. Halbuki Mpay tərəfindən də ödənişin vaxtında və uğurla həyata keçirildiyi təsdiqlənib. Filial əməkdaşı da təsdiqləmişdi.
Ən narahatedici məqamlardan biri isə odur ki, kredit şöbəsinin əməkdaşı ödənişin edildiyi barədə məlumatlandırılmasına baxmayaraq, yaxın qohumlara və əlaqə nömrələrinə zəng edərək guya ödənişin gecikdirildiyini bildirib. Halbuki məsələ araşdırılmadan və sistemdəki səhv aradan qaldırılmadan bu cür davranış həm qeyri-peşəkar, həm də müştəri hüquqlarına qarşı hörmətsiz yanaşmadır.
Biz illərdir “İrşad”ın daimi və etibarlı müştərilərindən biri olmuşuq. Lakin bu hadisə zamanı nümayiş etdirilən münasibət, məsuliyyətsizlik və problemin həlli istiqamətində real addım atılmaması onlara olan etibarımızı ciddi şəkildə sarsıdıb.
Problemin həlli üçün hansı qurumlara şikayət olunması ilə bağlı məlumat verməyinizi xahiş edirəm..."








