"Televiziyalar onları yığışdırmalıdır” .....                     “Dərbəndin sahibi kimdir?” .....                     "Nazir o vaxt yeni gələndə demişdi ki..." .....                     Binəqədinin Hacıbalası olmasa da... .....                     "Neçə gündür ki, bu sevincin nəşəsini yaşayıram..." .....                     "Yaxşı ki, Vasif Talıbovu götürdülər" .....                     "Parlamentdə deputatlar da var ki, hamısı mənə dəstək verir" .....                     Dövlət katibi ABŞ prezidentliyinə namizədin adını açıqladı .....                     Ərdoğan Bakıya görə Putinlə danışacaq? .....                     İsrail ordusu Qəzzaya humanitar yardım göndərdiyini açıqlayıb .....                     Doğrudanmı, yasda ehsan vermək yasaqlanmalıdır? .....                     Yoldaş Mikayılovun QUDA SEVGİSİ .....                     Bakıdakı RUS AGENTURASI .....                     Bir sədr, 9 müşavir, 20 şöbə: “AzerGold”da diqqətçəkən vəzifə bölgüsü .....                     Meliorasiya İdarəsi ilə Sudan İstifadə Birliyi “sudan çıxmır” .....                     Mobil telefon təhsilə əngəlmi, fürsətmi? .....                     "1 uşaq gəlir, 4 yazın. 3 uşaq gəlir, 5 yazın..." .....                     Kreml rusiyalıları YouTube-dan uzaqlaşdıra biləcəkmi?.. .....                     Putin Rusiya-Azərbaycan gərginliyi haqda niyə susur?.. .....                     Ermənistanda faşizm əleyhinə abidəni sökürlər .....                     Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI .....                     Bakının daşınmaz əmlak bazarı: Qiymətlər niyə “cib yandırır”? .....                     Makronla Ərdoğan Qəzzadakı vəziyyəti müzakirə ediblər .....                     Yeni doktrina formalaşır... .....                     "Hamı öndə olmaq, daha yaxşısını etmək istəyir" .....                     Ermənistanın ticarət dövriyyəsi kəskin şəkildə azaldı .....                     İsgəndər Xəlilovdan xəbər var: Rusiya kanallarının hədəfə aldığı iş adamı ailəsi ilə bu ölkədədir .....                     Dmitri Peskov bu reallıqları çox yaxşı anlayır .....                     Tur şirkətlərinin FIRILDAĞI .....                     Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb .....                     Bakı Kremlə bu jesti də etdi .....                     "Çalışırıq ki, İlyas İsmayılovun siyasi xəttini davam etdirək" .....                     Şahin İsmayılov Bakının mərkəzində kafe şəbəkəsini genişləndirir .....                     Azərbaycanlıların "tac"landırdığı "qanuni oğru" .....                     Kremlin İrəvandakı emissarları iş başında: .....                     Bakı və İrəvan bir “cəbhədə” birləşir: 4 ölkə razılaşdı .....                     Ağ Evə qədər uzanan Zəngəzur dəhlizi .....                     Diana Qasparyan barəsində cinayət işi açıldı .....                     "Mixail Qusmanı tək qoymayacağıq" .....                     Ermənipərəst konqresmenlərin Trampa məktubu .....                 

Ərdoğan Bakıya görə Putinlə danışacaq? – Xankəndidə mesaj verdi, sonra isə…
Tarix: Bu gün, 07:12 | Çap et

Türkiyənin müharibənin ilk günündən Rusiya və Ukrayna arasındakı vasitəçilik cəhdləri yüksək qiymətləndirilir. Prezident Rəcəb Tayyib Ərdoğan bu münaqişədə həm Rusiya, həm də Ukrayna liderləri ilə təmasda qalaraq sülh üçün real təşəbbüslər irəli sürüb. Ankara bir neçə dəfə Vladimir Putin və Volodimir Zelenski arasında birbaşa görüşə zəmin yaratmağa çalışıb.

Bu fonda Azərbaycan və Rusiya arasında son zamanlarda yaşanan gərginliyə Ankaranın səssiz yanaşması diqqət çəkir. Analitiklərin fikrincə, Putinlə münasibətləri yaxşı olan Ərdoğan Bakı və Moskvanı barışdırmaq üçün eyni addımları ata bilər. Türkiyə liderinin sonuncu Xankəndi səfəri zamanı Azərbaycan-Rusiya münasibətlərini yaxından izlədiyini və bu barədə Prezident İlham Əliyevlə məsləhətləşdiyini bildirməsi, məsələnin nə qədər ciddi qəbul edildiyini göstərir

Ukraynada münaqişənin diplomatik yollarla həllinə bu qədər səy göstərən Türkiyə, Azərbaycanla Rusiya arasında zaman-zaman hiss edilən gərginlik fonunda nə edir? Xankəndidə səsləndirilən fikirlər əməldə də özünü büruzə verirmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Aydın Quliyev deyib ki, Rusiya–Ukrayna münasibətləri ilə Azərbaycan–Rusiya münasibətlərini bir müstəvidə dəyərləndirmək doğru olmaz:

“Bu, tamamilə fərqli kontekstlərə və siyasi dinamikaya malik iki münasibət sistemidir. Ukrayna ilə Rusiya arasında dərin və açıq qarşıdurma mövcuddur. Diplomatik, siyasi və hərbi müstəvilərdə qarşılıqlı münasibətlər artıq münaqişə və müharibə səviyyəsinə yüksəlib. Bu səbəbdən, bu iki ölkə arasında münaqişənin həlli üçün nüfuzlu və balanslı vasitəçilərin iştirakı zəruridir.

Halbuki, indiyə qədərki təcrübə göstərib ki, Türkiyə və digər ölkələrin vasitəçilik səyləri, bəzən müəyyən humanitar nəticələr versə də, ümumi müharibə strategiyasına və prosesin gedişatına kardinal təsir göstərə bilməyib. Nisbətən uğurlu sayılan addımlar sırasında taxıl sazişi, hərbi əsirlərin mübadiləsi və müvəqqəti humanitar dəhlizlərin yaradılması qeyd edilə bilər. Lakin bu cəhdlər problemin əsasını deyil, sadəcə texniki və humanitar hissəsini əhatə edib”.


Siyasi şərhçi bildirib ki, Azərbaycan–Rusiya münasibətlərində vəziyyət fərqlidir:

“İki ölkə arasında bəzi ciddi fikir ayrılıqları və həssas məsələlər mövcud olsa da, bu münasibətlər açıq qarşıdurma və müharibə səviyyəsinə çatmayıb. Diplomatik kanallar aktivdir və siyasi gərginlikdən söhbət getmir.

Əksinə, Rusiyanın özü tərəfindən atılan addımlar və yürütdüyü siyasət çox vaxt bu münasibətlərin tonunu müəyyən edir. Azərbaycanın mövqeyi isə kifayət qədər aydındır və beynəlxalq hüquqa əsaslanır. Bakı ölkənin ərazi bütövlüyünə, suverenliyinə hörmət tələb edir və bəzi konkret məsələlərin, xüsusilə də təyyarə qəzasının aydınlaşdırılmasını istəyir.

Azərbaycanın tələbləri beynəlxalq hüquq normalarına və iki ölkə arasında imzalanmış strateji əməkdaşlıq sənədlərinin ruhuna tamamilə uyğundur. Bu isə onu deməyə əsas verir ki, əgər Rusiya Azərbaycanın bu şərtlərini qəbul edib əməl etsə, münasibətlərin normallaşması üçün hər hansı vasitəçiyə ehtiyac qalmır”.

A.Quliyevin sözlərinə görə, əgər hər hansı səbəbdən tərəflər arasında birbaşa dialoqda çətinlik yaranarsa, Türkiyə kimi dost və tərəfdaş ölkənin vasitəçiliyi istisna edilə bilməz:

“Türkiyə Prezidenti həm Azərbaycan, həm də Rusiya ilə münasibətlərə malik olan və bu rolu oynamaq üçün kifayət qədər siyasi nüfuza sahib bir liderdir.

Lakin hazırkı vəziyyətə baxdıqda, Azərbaycan və Rusiya arasında münasibətlərin tənzimlənməsi üçün xarici vasitəçiliyə ehtiyac görünmür. Sadəcə, Rusiya Azərbaycanın beynəlxalq və milli hüquqa əsaslanan şərtlərinə əməl etməlidir. Bu halda münasibətlər normallaşa bilər və üçüncü tərəfin müdaxiləsinə ehtiyac qalmaz”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Televiziyalar onları yığışdırmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:03
“Dərbəndin sahibi kimdir?” – keçmiş XİN rəhbəri rus millətçilərə cavab verdi
Bu gün, 12:00
"Nazir o vaxt yeni gələndə demişdi ki..."
Bu gün, 09:17
Binəqədinin Hacıbalası olmasa da... - HACIBABASI VAR...
Bu gün, 09:15
"Neçə gündür ki, bu sevincin nəşəsini yaşayıram..."
Bu gün, 07:44
"Yaxşı ki, Vasif Talıbovu götürdülər" - "...yoxsa Naxçıvan özü əldən gedirdi"
Bu gün, 07:40
"Parlamentdə deputatlar da var ki, hamısı mənə dəstək verir" - Xalq artisti
Bu gün, 07:17
Dövlət katibi ABŞ prezidentliyinə namizədin adını açıqladı - FOTO
Bu gün, 07:14
Ərdoğan Bakıya görə Putinlə danışacaq? – Xankəndidə mesaj verdi, sonra isə…
Bu gün, 07:12
İsrail ordusu Qəzzaya humanitar yardım göndərdiyini açıqlayıb - KİV
Bu gün, 07:01
Doğrudanmı, yasda ehsan vermək yasaqlanmalıdır? - AKTUAL
Bu gün, 06:59
Yoldaş Mikayılovun QUDA SEVGİSİ - Qanun hərləyən kimdir ki...
Bu gün, 06:56
Bakıdakı RUS AGENTURASI - İLGİNC İDDİALAR
Bu gün, 06:37
Bir sədr, 9 müşavir, 20 şöbə: “AzerGold”da diqqətçəkən vəzifə bölgüsü - BU NƏDİ BELƏ?
Bu gün, 06:27
Meliorasiya İdarəsi ilə Sudan İstifadə Birliyi “sudan çıxmır” - Zərdabda su işində xaos
Bu gün, 06:19
Mobil telefon təhsilə əngəlmi, fürsətmi? - Baxır, kim nə üçün istifadə edir...
Bu gün, 06:11
"1 uşaq gəlir, 4 yazın. 3 uşaq gəlir, 5 yazın..." - "Bunu bütün bağçalar belə edir..."
Bu gün, 06:08
Kreml rusiyalıları YouTube-dan uzaqlaşdıra biləcəkmi?.. - GƏLİŞMƏ
Bu gün, 06:01
Putin Rusiya-Azərbaycan gərginliyi haqda niyə susur?.. - “O heç nə deməyəcək...”
Bu gün, 05:59
Ermənistanda faşizm əleyhinə abidəni sökürlər
Bu gün, 05:55
Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI - FOTO
Bu gün, 05:50
Bakının daşınmaz əmlak bazarı: Qiymətlər niyə “cib yandırır”? - AKTUAL
Bu gün, 05:46
Makronla Ərdoğan Qəzzadakı vəziyyəti müzakirə ediblər - "X"
Bu gün, 05:44
Yeni doktrina formalaşır... - layihə təkcə region deyil, dünya üçün də əhəmiyyətlidir
Bu gün, 05:42
"Hamı öndə olmaq, daha yaxşısını etmək istəyir"
Dünən, 22:01
Ermənistanın ticarət dövriyyəsi kəskin şəkildə azaldı
Dünən, 21:59
İsgəndər Xəlilovdan xəbər var: Rusiya kanallarının hədəfə aldığı iş adamı ailəsi ilə bu ölkədədir - TƏFƏRRÜAT
Dünən, 21:57
Dmitri Peskov bu reallıqları çox yaxşı anlayır - AMMA...
Dünən, 18:00
Tur şirkətlərinin FIRILDAĞI - Onları necə seçək, nələrə fikir verək?
Dünən, 17:02
Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb
Dünən, 16:57
Bakı Kremlə bu jesti də etdi – Sərhədimizə ordu yığan Rusiyanın 3 hədəfi, sonra isə...
Dünən, 16:55
"Çalışırıq ki, İlyas İsmayılovun siyasi xəttini davam etdirək" - Partiya sədri
Dünən, 16:53
Şahin İsmayılov Bakının mərkəzində kafe şəbəkəsini genişləndirir - Deputatın “dadlı biznesi”
Dünən, 16:49
Azərbaycanlıların "tac"landırdığı "qanuni oğru" HAKİM QARŞISINDA
Dünən, 16:43
Kremlin İrəvandakı emissarları iş başında: - “Naxçıvan dəhlizi” yaradılsın”
Dünən, 16:36
Bakı və İrəvan bir “cəbhədə” birləşir: 4 ölkə razılaşdı – İranı qorxuya salan plan
Dünən, 16:30
Ağ Evə qədər uzanan Zəngəzur dəhlizi - GƏLİŞMƏ...
Dünən, 16:28
Diana Qasparyan barəsində cinayət işi açıldı - KİV
Dünən, 16:26
"Mixail Qusmanı tək qoymayacağıq" - Ekspert
Dünən, 16:23
Ermənipərəst konqresmenlərin Trampa məktubu - NƏ ETMƏLİ?
Dünən, 16:15
350 manat nizamnamə kapitalı var, 12 milyonluq layihəsi...
Dünən, 15:16
Məşhur jurnalist işdən ÇIXARILDI - Yeni TƏYİNAT
Dünən, 15:11
Bir neçə gün əvvəl həbsdən çıxan Fuad Cam vəfat etdi - SƏN DEMƏ...
Dünən, 13:02
Rusiya Ermənistana ordu yığır: - Paşinyanı devirmək və Azərbaycana qarşı yeni hərbi ssenarini hazırlanır?
Dünən, 13:01
Zərərçəkən jurnalist xanım prokuror tərəfindən təhdid edilir - TƏFƏRRÜAT
Dünən, 12:53
Russayağı DİSKRİMİNASİYA – Kremlin Azərbaycan azarının SƏBƏBİ NƏDİR?
Dünən, 12:50
Elçibəyin Zəngəzur planı üzə çıxdı: 1993-ci ildə Ankaradakı görüşdə… – Gizlinlər açılır
Dünən, 12:47
Azərbaycanlı iş adamları Rusiyanı təcili tərk edir – Səbəb
Dünən, 12:40
Azərbaycanda autizmli uşaqların sayı niyə artır? - BELƏ HARA GEDİRİK?
Dünən, 12:22
İran səfirindən erməni kimi açıqlama və hədə: - “Sünik – qırmızı xətdir, Ermənistanın mövqeyini dəstəkləyirik”
Dünən, 12:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru