“Azərbaycan və Ermənistan Zəngəzur dəhlizini müzakirə edirlər. Bəs məsələn, “Naxçıvan dəhlizi”nin formalaşdırılmasını niyə müzakirə etmirlər?”
Tribunainfo.az xəbər verir ki, bu iddia ilə “Ana Ermənistan” Hərəkatının sədri Andranik Tevanyan çıxış edib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi Türkiyə-Azərbaycan üçün Turan dəhlizidir”. “Əgər Azərbaycan yükləri gəlib-getməlidirsə, o zaman Ermənistan yüklərinin Naxçıvandan daşınması məsələsini niyə müzakirə etmirlər?”
P.S. Tevanyan Kremldən qidalanan siyasətçilərdən biridir. Onun Donbasa səfər etməsi və orada separatçılara dəstək verməsi də bunun əyani sübutlarından hesab olunur. Bu ağılsız siyasətçinin “Naxçıvan dəhlizi” “ideya”sını ortaya atması da səbəbsiz görünmür.
Məsələ belədir ki, Zəngəzur dəhlizi Rusiyanın iştirakı olmadan açılmaq üzrədir. Bunu Əbu Dabi görüşü də təsdiqləyir. Kreml isə bunu həzm edə bilmir. Lakin açıq şəkildə də qarşı çıxa bilmir ki, əsas hədəfə çevrilməsin. Ona görə də, Tevanyan kimi adamların dili ilə məsələləri gündəmə gətirməyə çalışır.