"Hamı öndə olmaq, daha yaxşısını etmək istəyir" .....                     Ermənistanın ticarət dövriyyəsi kəskin şəkildə azaldı .....                     İsgəndər Xəlilovdan xəbər var: Rusiya kanallarının hədəfə aldığı iş adamı ailəsi ilə bu ölkədədir .....                     Dmitri Peskov bu reallıqları çox yaxşı anlayır .....                     Tur şirkətlərinin FIRILDAĞI .....                     Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb .....                     Bakı Kremlə bu jesti də etdi .....                     "Çalışırıq ki, İlyas İsmayılovun siyasi xəttini davam etdirək" .....                     Şahin İsmayılov Bakının mərkəzində kafe şəbəkəsini genişləndirir .....                     Azərbaycanlıların "tac"landırdığı "qanuni oğru" .....                     Kremlin İrəvandakı emissarları iş başında: .....                     Bakı və İrəvan bir “cəbhədə” birləşir: 4 ölkə razılaşdı .....                     Ağ Evə qədər uzanan Zəngəzur dəhlizi .....                     Diana Qasparyan barəsində cinayət işi açıldı .....                     "Mixail Qusmanı tək qoymayacağıq" .....                     Ermənipərəst konqresmenlərin Trampa məktubu .....                     350 manat nizamnamə kapitalı var, .....                     Məşhur jurnalist işdən ÇIXARILDI .....                     Bir neçə gün əvvəl həbsdən çıxan Fuad Cam vəfat etdi .....                     Rusiya Ermənistana ordu yığır: .....                     Zərərçəkən jurnalist xanım prokuror tərəfindən təhdid edilir .....                     Russayağı DİSKRİMİNASİYA .....                     Elçibəyin Zəngəzur planı üzə çıxdı: 1993-ci ildə Ankaradakı görüşdə… .....                     Azərbaycanlı iş adamları Rusiyanı təcili tərk edir .....                     Azərbaycanda autizmli uşaqların sayı niyə artır? .....                     İran səfirindən erməni kimi açıqlama və hədə: .....                     "Rusiya Azərbaycanı öz arxasınca süründürmək istəyir, ancaq bu, qeyri-mümkündür" .....                     Allahverdi Yolçuyev işlə təmin olunmadığını dedi .....                     Rusiyada çalışan azərbaycanlı alim fotosintez tədqiqatlarında dünya lideri kimi tanındı… .....                     Naxçıvanda ŞÜBHƏLİ “Elta Development” QSC SEVGİSİ... .....                     “Ədalət”i səngərdə çıxarmışam .....                     Mənzil bazarında yeni fırıldaqçılar .....                     Rəsmi: İşğaldan azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb .....                     Cənubi Azərbaycanda SEPAH-ın bazasına hücum oldu: .....                     Gümrü bazasında daha bir İNTİHAR: .....                     İflic duruma salınan Azərbaycan səhiyyəsi... .....                     Qiyas cehizə görə intihar edib? .....                     Paşinyan Rusiyanın baş nazirini aldada bildi .....                     Bakı səkilərinin "işğal"ı davam edir, piyada yeriməyə yol axtarır... .....                     Peskovun Zəngəzur açıqlaması .....                 

Ermənipərəst konqresmenlərin Trampa məktubu - NƏ ETMƏLİ?
Tarix: Dünən, 16:15 | Çap et

Cənubi Qafqazda uzunmüddətli münaqişəyə son qoymaq üçün diplomatik səylər irəlilədiyi bir vaxtda, ABŞ Konqresində köhnə oyun yenidən səhnəyə çıxarılıb. Belə ki, 87 konqresmen Prezident Donald Trampın administrasiyasına məktubla müraciət edərək ermənilərin guya "Dağlıq Qarabağa qayıdışına" dəstək verməyə çağırıb. Məktubu imzalayanlar arasında Demokrat və Respublikaçı partiyaların ermənipərəst mövqeyi ilə tanınan üzvləri – Frank Pallone, Qas Bilirakis, Bred Şerman və Devid Valadao yer alıb. Onlar illərdir ABŞ Konqresində Ermənistanla "dostluq qrupu"nun həmsədrləri kimi fəaliyyət göstərirlər. Ancaq "insan hüquqlarının müdafiəsi" adı altında təqdim edilən bu təşəbbüs, əslində, Cənubi Qafqazda sülhə qarşı siyasi sabotajdan başqa bir şey deyil.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

"Bu, amerikalı siyasətçilərin erməni lobbisinin maraqları naminə regiondakı proseslərə müdaxiləsinin ilk nümunəsi deyil. 1992-ci ildə qəbul edilmiş "Azadlığa Dəstək Aktı"nın 907-ci əlavəsi - o dövrün sanksiya qərarı - ABŞ-ın birbaşa Azərbaycanın əleyhinə mövqe tutduğunu göstərdi. Bu qərar Ermənistanın təcavüzkar siyasətini stimullaşdırdı, işğal və qırğınların, bir milyondan çox azərbaycanlının öz doğma yurd-yuvasından didərgin düşməsinin əsasına çevrildi. İndi oxşar ritorika yenidən gündəmə gətirilir. "Ermənilərin Qarabağa qayıdışı" şüarı humanitar təşəbbüs deyil, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş çağırışdır. Beynəlxalq hüquq çərçivəsində Azərbaycanın tam şəkildə bərpa etdiyi ərazi bütövlüyü şübhə altına alınır. Ermənilərin Azərbaycanda yaşamaq hüququ inkar edilmir, lakin yalnız Azərbaycan vətəndaşları kimi separatizmə pərdələnmiş status istəyi artıq tarixə gömülüb. Ermənipərəst konqresmenlərin Trampa bu məktubu isə revanşizmin son nəfəsidir", - o bildirib.

Onun sözlərinə görə, bu kampaniyanın arxasında yenə də ABŞ-də güclü və yaxşı maliyyələşdirilən erməni diasporası dayanır.

"Bu diaspora təkcə maliyyə dəstəyi ilə kifayətlənmir, o, illərdir ki, Ermənistana siyasi təsir göstərərək onu kompromislərdən uzaqlaşdırır, regionda real dövlət olmaq imkanlarını zəiflədir. Bu gün Ermənistanın yaşadığı böhranlı vəziyyətin əsas səbəblərindən biri də məhz bu diasporun təsiridir. Ermənistan ictimaiyyətində artıq bu asılılıqdan qurtulmaq çağırışları güclənir. Ancaq ABŞ Konqresindəki bəzi siyasətçilər hələ də köhnə sxemlər üzrə hərəkət edir: diaspor pulları, səs bazası və siyasi lobbi mexanizmləri hələ də onlar üçün üstünlük təşkil edir - istər sülh pozulsun, istərsə də regionda sabitlik", - o bildirib.

A.Qarayev qeyd edib ki, konqresmenlərin məktubunun vacib aspektlərindən biri onun ünvanının - Donald Tramp olmasıdır.

"Bu təsadüfi deyil. Onun ilk prezidentliyi dövründə Ağ Ev Ermənistan-Azərbaycan münaqişəsində neytrallığını qoruyub, İkinci Qarabağ müharibəsinin gedişinə müdaxilə etməməyi seçdi. Hətta Tramp administrasiyası faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək hüququnu tanıdı. Bu yanaşma ABŞ-dakı erməni strukturlarının sərt tənqidinə səbəb oldu. Onlara sülh lazım deyil, çünki onların ideologiyası məğlub olub. Onlara xaos lazımdır ki, yenidən tələblər irəli sürsünlər, beynəlxalq arenada "zərərçəkmiş" rolunu oynasınlar və ABŞ daxilində seçki və maliyyə vasitəsilə nüfuzlarını saxlasınlar. Buna görə də bu günkü təşəbbüs yalnız Azərbaycana zərbə deyil, həm də Trampa hücumdur. Trampın 2024-cü ilin sonunda yenidən prezident seçilməsi onlar üçün təkcə xarici siyasət baxımından deyil, şəxsi səviyyədə də təhdid oldu: korrupsiya əlaqələri, kölgə sxemləri, lobbiçilik sazişləri, bunların hamısı araşdırmaların mövzusu ola bilər. Belə ki, bu konqresmenlərin bəziləri korrupsiya qalmaqallarının mərkəzindədir. Ən bariz nümunə - senator Robert Menendesdir. O, rüşvət alma, çirkli pulların yuyulması və xidməti vəzifədən sui-istifadə maddələri ilə istintaqa cəlb olunub. İttihamlar sırasında onun xarici diasporlardan, o cümlədən erməni strukturlarından gizli şəkildə maliyyə dəstəyi aldığı da yer alır. Adam Şiff də bu kontekstdə diqqət çəkir. Tramp onu açıq şəkildə “oğru və dələduz” adlandırmış, hətta həbs olunmalı olduğunu bildirmişdi. Menendesin həbsindən sonra başqa konqresmenlərə də yönəlik istintaqlar gözlənilir. Bu səbəbdən, Tramp hakimiyyəti onları təşvişə salır, çünki “batmış sistemin” ifşası reallığa çevrilmək üzrədir", - o bildirib.

Politoloq vurğulayıb ki, regionda gedən real sülh prosesi Bakı ilə İrəvan arasında birbaşa danışıqlar, nəqliyyat kommunikasiyalarının açılması, etimad mühitinin formalaşdırılması Vaşinqtondakı ermənipərəst konqresmenlərin əslində artıq funksional olmadığını göstərir.

"Onların "müdafiəçi" obrazı, "Ermənistanın dostu" imici artıq keçmişdə qalıb. Bu gün sülh reallıqdır. Qarabağda münaqişə dövrü bitib. Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq ərazilərini azad edib. Sülh istəyənlər masa arxasına əyləşir, revanşistlər isə ABŞ Konqresində "məktub diplomatiyası" ilə regionu yenidən gərginliyə çəkməyə çalışırlar. Bu siyasətçilər üçün Bakı və Yerevan arasındakı sülh prosesi təhdiddir. O, onların mənasız rolunu ifşa edir, onların bəyanatlarını və "dostluq qruplarını" lazımsız edir. Ən əsası isə uzun illər boyu iddia edilən "zülm görən tərəfi" dəstəkləmək adı altında pul, siyasi bonuslar və diasporanın seçki dəstəyini qazandıran sistemi mənasızlaşdırır", - o bildirib.

A.Qarayev qeyd edib ki, sülh onların gündəliyini məhv edir.

"Buna görə də, onlar bu prosesi dayandırmaq üçün əlindən gələni edirlər. "İnsan hüquqları" şüarları altında bölgənin yenidən destabilizasiyasına aparan ideyaları irəli sürür, "demokratiyanın dəstəyi" bəhanəsi ilə digər dövlətlərin daxili işlərinə müdaxilə edirlər. Amma əslində sadə bir faktdan qorxurlar: Azərbaycan və Ermənistan sülh sazişi imzalaya bilərlər və bununla da onların siyasi rolu bitəcək.

Nəticə olaraq, 87 konqresmenin məktubu Amerikanın səsi deyil. Bu, sabitliyi öz maraqlarının fövqünə qoyan kiçik, lakin aqressiv bir qrupun səsidir. Regionda sülhün bərqərar olunmasına yönəlmiş real səylər, məsələn, Əbu-Dabidə keçirilmiş son görüş fonunda separatçı ritorikaya qayıdış təkcə köhnəlmiş deyil, həm də təhlükəli görünür.

ABŞ daim özünü beynəlxalq hüququn tərəfdarı kimi təqdim edib. Lakin məsələ Cənubi Qafqaza gəldikdə, Amerika siyasi elitasının bir hissəsi ikili standartlarla hərəkət edir. Tramp davamlı nizamlanmanı dəstəkləməyə hazır olduğunu nümayiş etdirdiyi bir vaxtda, Konqresdəki rəqibləri qarşıdurma yolunu və “yaxşı ermənilər, pis azərbaycanlılar” oyununun köhnə ssenarisini seçirlər. Bunun sonu, təbii ki, onların məğlub olması ilə yekunlaşacaq", - politoloq əlavə edib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Hamı öndə olmaq, daha yaxşısını etmək istəyir"
Dünən, 22:01
Ermənistanın ticarət dövriyyəsi kəskin şəkildə azaldı
Dünən, 21:59
İsgəndər Xəlilovdan xəbər var: Rusiya kanallarının hədəfə aldığı iş adamı ailəsi ilə bu ölkədədir - TƏFƏRRÜAT
Dünən, 21:57
Dmitri Peskov bu reallıqları çox yaxşı anlayır - AMMA...
Dünən, 18:00
Tur şirkətlərinin FIRILDAĞI - Onları necə seçək, nələrə fikir verək?
Dünən, 17:02
Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb
Dünən, 16:57
Bakı Kremlə bu jesti də etdi – Sərhədimizə ordu yığan Rusiyanın 3 hədəfi, sonra isə...
Dünən, 16:55
"Çalışırıq ki, İlyas İsmayılovun siyasi xəttini davam etdirək" - Partiya sədri
Dünən, 16:53
Şahin İsmayılov Bakının mərkəzində kafe şəbəkəsini genişləndirir - Deputatın “dadlı biznesi”
Dünən, 16:49
Azərbaycanlıların "tac"landırdığı "qanuni oğru" HAKİM QARŞISINDA
Dünən, 16:43
Kremlin İrəvandakı emissarları iş başında: - “Naxçıvan dəhlizi” yaradılsın”
Dünən, 16:36
Bakı və İrəvan bir “cəbhədə” birləşir: 4 ölkə razılaşdı – İranı qorxuya salan plan
Dünən, 16:30
Ağ Evə qədər uzanan Zəngəzur dəhlizi - GƏLİŞMƏ...
Dünən, 16:28
Diana Qasparyan barəsində cinayət işi açıldı - KİV
Dünən, 16:26
"Mixail Qusmanı tək qoymayacağıq" - Ekspert
Dünən, 16:23
Ermənipərəst konqresmenlərin Trampa məktubu - NƏ ETMƏLİ?
Dünən, 16:15
350 manat nizamnamə kapitalı var, 12 milyonluq layihəsi...
Dünən, 15:16
Məşhur jurnalist işdən ÇIXARILDI - Yeni TƏYİNAT
Dünən, 15:11
Bir neçə gün əvvəl həbsdən çıxan Fuad Cam vəfat etdi - SƏN DEMƏ...
Dünən, 13:02
Rusiya Ermənistana ordu yığır: - Paşinyanı devirmək və Azərbaycana qarşı yeni hərbi ssenarini hazırlanır?
Dünən, 13:01
Zərərçəkən jurnalist xanım prokuror tərəfindən təhdid edilir - TƏFƏRRÜAT
Dünən, 12:53
Russayağı DİSKRİMİNASİYA – Kremlin Azərbaycan azarının SƏBƏBİ NƏDİR?
Dünən, 12:50
Elçibəyin Zəngəzur planı üzə çıxdı: 1993-ci ildə Ankaradakı görüşdə… – Gizlinlər açılır
Dünən, 12:47
Azərbaycanlı iş adamları Rusiyanı təcili tərk edir – Səbəb
Dünən, 12:40
Azərbaycanda autizmli uşaqların sayı niyə artır? - BELƏ HARA GEDİRİK?
Dünən, 12:22
İran səfirindən erməni kimi açıqlama və hədə: - “Sünik – qırmızı xətdir, Ermənistanın mövqeyini dəstəkləyirik”
Dünən, 12:14
"Rusiya Azərbaycanı öz arxasınca süründürmək istəyir, ancaq bu, qeyri-mümkündür" - deputat
Dünən, 12:11
Allahverdi Yolçuyev işlə təmin olunmadığını dedi - Məlumatı təkzib etdi
Dünən, 12:10
Rusiyada çalışan azərbaycanlı alim fotosintez tədqiqatlarında dünya lideri kimi tanındı… - FOTO
Dünən, 12:03
Naxçıvanda ŞÜBHƏLİ “Elta Development” QSC SEVGİSİ... - Əlli milyona yaxın vəsait ayrıldı
Dünən, 12:00
“Ədalət”i səngərdə çıxarmışam - 35 illik QƏZET
Dünən, 11:52
Mənzil bazarında yeni fırıldaqçılar – ev alarkən diqqətli olun
Dünən, 11:49
Rəsmi: İşğaldan azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb - TƏDQİQAT DAVAM EDİR
Dünən, 11:45
Cənubi Azərbaycanda SEPAH-ın bazasına hücum oldu: - Ölən və yaralanan var
Dünən, 11:36
Gümrü bazasında daha bir İNTİHAR: - əsgər özünü DOĞRADI
Dünən, 11:34
İflic duruma salınan Azərbaycan səhiyyəsi... - KİMDİR GÜNAHKAR?
Dünən, 11:30
Qiyas cehizə görə intihar edib? - Anası danışdı+Video
Dünən, 11:23
Paşinyan Rusiyanın baş nazirini aldada bildi - İNCƏLƏMƏ
Dünən, 11:15
Bakı səkilərinin "işğal"ı davam edir, piyada yeriməyə yol axtarır... - "Ya cərimə yoxdur, ya da tətbiq edən"
Dünən, 11:08
Peskovun Zəngəzur açıqlaması - Rusiya plan dəyişir, yoxsa geri çəkilir?
Dünən, 11:04
Rusiya Ermənistandakı bazasına çox sayda hərbi texnika və sursat daşıyır... - "Hraparak”
Dünən, 11:00
"Bütün aktyorlar 65 yaşından sonra işdən çıxarılmırlar"
Dünən, 10:58
Təqaüd alan şəxslərin sayı MƏLUM OLDU - “Əməkdar” və “Xalq” fəxri adları
Dünən, 10:39
Ermənistanın Rusiyanın yanında olmaqdan başqa alternativi yoxdur - Rusiya ermənilərinin rəhbəri
Dünən, 10:37
"Vasif müəllimin gedişi Naxçıvanı diziüstə çökdürüb..." - MÜRACİƏT...
Dünən, 10:31
Gəncədə icra hakimiyyətinin işçilərini DÖYDÜLƏR - TƏFƏRRÜAT
Dünən, 10:20
Rusiya Gürcüstanı itirib, Ermənistanı itirir, Azərbaycanı itirmək üzrədir - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:17
Lənkəranda dəmiryolu körpüsündə piyadalar üçün təhlükəli vəziyyət yaranıb - FOTO
Dünən, 10:13
Kilsəyə qarşı mübarizədə yeni üsul: Hücuma saatlar qalıb - GƏLİŞMƏ
Dünən, 10:11
Erməni diasporu “sağ qalmaq” üçün sülhü sabotaj edir - GÖRÜNƏNİ BUDUR...
Dünən, 09:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru