Nizami rayonunda MÖCÜZƏ: Bizim başçı əsl sehrbazdır... .....                     "Sertifikasiyadan kəsilən müəllimlərin statusu ilə bağlı qərar verilməlidir" .....                     "Arif Səlimovdan başqa heç bir müğənni onun məzarını tanımır" .....                     AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir .....                     Həmkarlar İttifaqında nə baş verir? .....                     10 manatlıq şirkətin 4.7 mily manatdan çox vergi borcu üzə çıxıb .....                     Bakı platforması: “Əgər danışıqlar uğurlu alınsa...” .....                     Partiya sədri Rusiyada yaşayan azərbaycanlıları ETİRAZA səslədi .....                     ƏT BAZARINDA MÖHTƏKİRLİK... .....                     “Əzbərlə, keç”: Dəyişiklik xatirinə dəyişdirilən dərsliklər .....                     Regionla bağlı qorxunc ssenari .....                     "Heç bir ölkə bu missiyanı öz üzərinə götürə biləcək imkanlara sahib deyil" .....                     Həm baha, həm keyfiyyətsiz: Dərman bazarında nə baş verir? .....                     “Little Stars” uşaq bağçası, YOXSA... .....                     “Kale Seramik” mağazasının qarşısında ÖZBAŞINALIQ .....                     Mingəçevirdə iş çevirən MÜƏMMALI ŞİRKƏT .....                     Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib .....                     Bu məşhur istirahət məkanı zibillik içərisindədir - .....                     Dünyanın yükünü daşıyan ADY-ni bataqlığa kim sürükləyir?! .....                     Gömrük sistemində rütbə ədalətsizliyi .....                     Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfəri .....                     ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib .....                     Çimərliyə maşınla girənlərə sərt sözlər: .....                     Paşinyan belçikalı həmkarı ilə sülh prosesini müzakirə etdi .....                     Nazirlik texnikasını yeniləyir: 3 milyonluq satınalma yekunlaşdı .....                     Təmir-tikinti materialları bazarı “od tutub yanır” .....                     Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub .....                     Dəfn müavinəti də hamıya veriləcək: .....                     Rusiyanın miqrasiya siyasətində sərt dəyişikliklər: .....                     “Trampın növbəti şousu” .....                     AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun vəsatəti təmin olunmadı .....                     Moskvadan Bakıya qarşı yeni plan: ruslar soydaşlarımıza qətl əmrini necə verib? .....                     Hərbi prokurora müavin təyin olunub .....                     Paşinyan 6 dəfə çağırdı, Makron niyə qəbul etmir? .....                     Mümkün müharibə təkcə Yaxın Şərq üçün yox, .....                     Zelenski Yuliya Sviridenkoya Ukraynanın Baş naziri postunu təklif edib .....                     Milli Məclisdə məmurlara etiraz: .....                     Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? .....                     Azərbaycanlı blogerə Rusiyada cinayət işi açıldı .....                     Cənubi Qafqazda dönüş nöqtəsi: Aİ Ermənistan–Azərbaycan sülhünü dəstəkləyir .....                 

“Elmi jurnalda məqalə yaz, özün ödə: bu sistemlə inkişaf mümkünmü?...” - GƏLİŞMƏ
Tarix: 24-06-2025, 17:24 | Çap et

2024-2025-ci tədris ili də başa çatdı- Müstəqillik dövrünün 35-ci tədris ili... Görəsən, bu bir qərinədən uzun bir müddətdə ölkəmizin ali təhsilində hansı nailiyyətlər qazanılıb, bəs hansı neqativ amillər üzə çıxıb?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında ADPU-nun dosenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, tanınmış təhsil eksperti İlham Əhmədov bunları söyləyib:
“Uzun bir müddət keçməsinə rəğmən ali təhsillə bağlı ölkədə hələ də ciddi dəyişiklik yoxdur. Azərbaycanda bu günə qədər tədqiqat universiteti statusunu daşıyan bir ali təhsil müəssisəsi mövcud deyil. Halbuki gələn ildən ölkədə iki tədqiqat universitetinin yaradılması planlaşdırılır. Lakin Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara uyğun olaraq, hələ də belə statusa layiq universitetlər mövcud deyil. Hazırkı universitetlər bu səviyyəyə çatmaqdan uzaqdır.
Son günlərdə bəzi təhsil rəsmiləri sevinclə Azərbaycanın bir neçə universitetinin "KES reytinqi" siyahısına düşməsi ilə fəxr edir. Lakin bu reytinq əsasən dayanıqlı inkişaf məqsədləri ilə bağlıdır və onun elm və təhsillə birbaşa əlaqəsi zəifdir. Elm və tədris baxımından əsas etibarlı mənbə "Times Higher Education" (THE) kimi beynəlxalq reytinq cədvəlləridir. Bu reytinqlərdə universitetlərin tədris keyfiyyəti, elmi tədqiqat fəaliyyəti, məqalələrin istinad səviyyəsi və innovasiya potensialı nəzərə alınır.
Təəssüf ki, Azərbaycanda universitetlərin bu göstəricilər üzrə vəziyyəti çox zəifdir. Hələ də ali məktəb müəllimləri öz universitetlərinin elmi jurnallarında məqalə dərc etdirmək üçün şəxsi vəsaitlərindən istifadə etməyə məcbur qalırlar. Xarici jurnallarda çap üçün isə tələb olunan ödənişlər çox yüksəkdir. Nazirlik isə bu məqalələrin çap olunmasını tələb etsə də, bu proseslərə maliyyə dəstəyi göstərmir.
Belə vəziyyətdə nazirlik öz məsuliyyətində olan sahələrdə heç bir təşəbbüs göstərmir, əvəzində müəllim və alimlərin üzərinə qeyri-real tələblər qoyur. Bu yolla universitetlərin reytinqdə yüksəlməsi gözlənilir, lakin heç bir real dəstək olmadan bu, yalnız formal göstəricilər səviyyəsində qalır. Əvvəlcə dövlət və nazirlik bu istiqamətdə ciddi maliyyə dəstəyi göstərməli, ictimaiyyətə nümayiş etdirməlidir ki, bu qurumlar doğrudan da təhsilin inkişafında maraqlıdır və bu sahəyə investisiya qoyurlar.
Əks halda, bu, saxta inkişaf təəssüratı yaradır. Reallıq isə budur ki, müəllimin maaşı azdır, elmi fəaliyyəti dəstəklənmir, amma ondan dünya səviyyəli nəticə gözlənilir. Əgər həqiqətən nailiyyət əldə etmək istəyiriksə, ali təhsil müəssisələrinin müəllimlərinə və tədqiqatçılarına real dəstək və stimullar yaradılmalıdır. Bu zaman inkişaf təbii şəkildə baş verəcək, nəticələr isə davamlı və səmərəli olacaq.
Əslində bu sahədə dərin monitorinq və təhlil prosesi aparılmalıdır. Nazirlik bu monitorinqdə özü maraqlı olmalı, qeyri-hökumət təşkilatları, peşəkar mütəxəssislər və təhsil ekspertləri cəlb olunaraq hər il və ya beşillik planlar əsasında təhsilin rəqəmsallaşması, universitetlərin rəqəmsal yetkinlik səviyyəsi, innovasiya fəaliyyəti və elmi nəticələr üzrə qiymətləndirmələr həyata keçirilməlidir.
Bununla yanaşı, elektron resursların keyfiyyətinin qiymətləndirilməsi, yeni tədqiqat istiqamətlərinin yaradılması və innovasiyaların təşviqi də prioritet olmalıdır. Bu istiqamətlər üzrə real monitorinqlər aparılmadan inkişafı düzgün qiymətləndirmək mümkün deyil.
Ali məktəblər üçün fənn proqramlarının və tədris planlarının hazırlanması da ciddi problemlərlə üzləşir. Təəssüf ki, bu sahədə əvvəlki illərdə yol verilmiş səhvlər təkrar edilir. Proqramlar yenə də ictimai əsaslarla, qeyri-peşəkar yanaşmalarla hazırlanır. Belə ciddi məsələlərin yalnız ictimai əsaslarla həyata keçirilməsi təkcə Azərbaycanda müşahidə olunur. Məsələn, 25 il əvvəl Rusiyada magistratura yenicə yaranarkən, bir ixtisas üzrə tədris planının, fənn proqramlarının və metodik təminatın hazırlanması üçün 1,5 milyon dollar vəsait ayrılmışdı. Azərbaycanda isə bu sahəyə bu illər ərzində bir manat belə ayrılmayıb.
Bu yanaşma ilə inkişaf mümkün deyil. Yenə də əvvəlki üsulla hazırlanan planlarla yeni bir nəticə əldə etmək mümkün deyil. Çünki bu planları hazırlayan şəxslərin bir çoxu özləri də müasir tələblərə cavab vermir, onların inkişafla marağı yoxdur. Bu geridə qalma bir-iki illik proses deyil, artıq 30 ildir davam edir. Bu səbəbdən də sistem faktiki olaraq dağılmış vəziyyətdədir.
İndi isə bu sistemi yenidən qurmaq üçün elmi əsaslanmış, sistemli yanaşma, yüksək peşəkarlıq, bilik və savad tələb olunur. Bütün bu proseslər planlı, dərin təhlil və obyektiv meyarlarla aparılmalıdır. Yalnız bu şəkildə ali təhsildə real və dayanıqlı inkişaf mümkün olacaq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nizami rayonunda MÖCÜZƏ: Bizim başçı əsl sehrbazdır... - FOTOFAKT
Bu gün, 06:52
"Sertifikasiyadan kəsilən müəllimlərin statusu ilə bağlı qərar verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 06:47
"Arif Səlimovdan başqa heç bir müğənni onun məzarını tanımır"
Bu gün, 06:45
AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir
Bu gün, 06:38
Həmkarlar İttifaqında nə baş verir? – Yaxın qohumu Sahib Məmmədovu tərk etdi
Bu gün, 06:34
10 manatlıq şirkətin 4.7 mily manatdan çox vergi borcu üzə çıxıb - DETALLAR
Bu gün, 06:28
Bakı platforması: “Əgər danışıqlar uğurlu alınsa...” - AKTUAL
Bu gün, 06:26
Partiya sədri Rusiyada yaşayan azərbaycanlıları ETİRAZA səslədi - "Birləşin, təşkilatlanın, etiraz edin..."
Bu gün, 06:23
ƏT BAZARINDA MÖHTƏKİRLİK... - kimlərsə məqsədli şəkildə...
Bu gün, 06:20
“Əzbərlə, keç”: Dəyişiklik xatirinə dəyişdirilən dərsliklər - AXI NİYƏ?..
Bu gün, 06:17
Regionla bağlı qorxunc ssenari – Gizli bomba 49 ildən sonra “partlaya bilər”
Bu gün, 06:15
"Heç bir ölkə bu missiyanı öz üzərinə götürə biləcək imkanlara sahib deyil" - deputat
Bu gün, 06:13
Həm baha, həm keyfiyyətsiz: Dərman bazarında nə baş verir? - ARAŞDIRMA
Bu gün, 06:06
“Little Stars” uşaq bağçası, YOXSA... TƏHLÜKƏ MƏNBƏYİ?
Bu gün, 06:05
“Kale Seramik” mağazasının qarşısında ÖZBAŞINALIQ - piyada yolu zəbt edildi
Bu gün, 06:00
Mingəçevirdə iş çevirən MÜƏMMALI ŞİRKƏT - Küçə ticarəti, NARAZI SAKİNLƏR.....
Bu gün, 05:57
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
Bu gün, 02:57
Bu məşhur istirahət məkanı zibillik içərisindədir - - FOTO
Bu gün, 02:55
Dünyanın yükünü daşıyan ADY-ni bataqlığa kim sürükləyir?! - GÖRÜNƏNİ ODUR Kİ...
Dünən, 18:07
Gömrük sistemində rütbə ədalətsizliyi - NARAZILIQ VAR...
Dünən, 18:06
Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfəri TƏKLİF OLUNDU
Dünən, 17:58
ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib - Səfir
Dünən, 17:44
Çimərliyə maşınla girənlərə sərt sözlər: - “Əllərinə bir az pul keçib, görməmişlər…”
Dünən, 17:42
Paşinyan belçikalı həmkarı ilə sülh prosesini müzakirə etdi
Dünən, 17:35
Nazirlik texnikasını yeniləyir: 3 milyonluq satınalma yekunlaşdı - QALİBLƏR
Dünən, 17:28
Təmir-tikinti materialları bazarı “od tutub yanır” – Qiymətlər kəllə çarxa çıxdı!
Dünən, 17:25
Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub
Dünən, 17:21
Dəfn müavinəti də hamıya veriləcək: - “Yaxın zamanda...”
Dünən, 17:08
Rusiyanın miqrasiya siyasətində sərt dəyişikliklər: - Çinlilər artır, Qafqazlılar sıxışdırılır
Dünən, 17:02
“Trampın növbəti şousu” - Sky News
Dünən, 17:00
AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun vəsatəti təmin olunmadı - TƏFƏRRÜAT
Dünən, 16:53
Moskvadan Bakıya qarşı yeni plan: ruslar soydaşlarımıza qətl əmrini necə verib? – ŞOK detallar
Dünən, 16:50
Hərbi prokurora müavin təyin olunub - ƏMR
Dünən, 16:47
Paşinyan 6 dəfə çağırdı, Makron niyə qəbul etmir? - GƏLİŞMƏ
Dünən, 16:04
Mümkün müharibə təkcə Yaxın Şərq üçün yox, ABŞ üçün də ciddi təhlükə mənbəyidir
Dünən, 16:03
Zelenski Yuliya Sviridenkoya Ukraynanın Baş naziri postunu təklif edib - KİV
Dünən, 15:59
Milli Məclisdə məmurlara etiraz: - “Hamıya oğru kimi baxırlar”
Dünən, 15:58
Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - TƏFƏRRÜAT
Dünən, 15:53
Azərbaycanlı blogerə Rusiyada cinayət işi açıldı - BAŞLARI QAÇIB...
Dünən, 15:46
Cənubi Qafqazda dönüş nöqtəsi: Aİ Ermənistan–Azərbaycan sülhünü dəstəkləyir - NƏ BAŞ VERİR?
Dünən, 15:44
"Dənizkənarı Bulvar İdarəsi”nin sabiq sədrinin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Dünən, 15:31
PKK silahı atdı... QƏLƏMİ TUTDU... - DAHA TƏHLÜKƏLİ...
Dünən, 14:35
"AccessBank"ın səhmdar kapitalı azalıb, borcu artıb - HESABAT
Dünən, 14:26
“PAŞA Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 13:03
“Beynəlxalq Bankı”ın mənfəəti azaldı - DETALLAR
Dünən, 13:01
Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib
Dünən, 12:58
"Analar, oğlunuza tərbiyə verin, qadın qul deyil" - ETİRAZ
Dünən, 12:57
Deputat Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istədiyini bildirib
Dünən, 12:48
"Paşinyanın başqa yolu qalmayıb, Ermənistan Rusiyadan uzaqlaşacaq" - ŞƏRH
Dünən, 12:39
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru