"Krokus" terror aktının icraçıları ömürlük həbs cəzasına məhkum edilib .....                     “Gədəbəy kartofu” adı ilə satılsa da, bu ölkələrdən gətirilir... .....                     Paşinyanın müxaliflərinin yolu .....                     Rusiya Azərbaycan vasitəsilə İrana yardım göndərir .....                     Zənginlər müharibədən qaçmaq üçün .....                     Avropadan ilginc Naxçıvan mesajı: Əliyevə Bakıda elan edildi .....                     Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası çıxarılacaq .....                     Pekinlə Dehli 6 illik ƏDAVƏTƏ SON QOYUR... .....                     Paşinyanın Azərbaycanla sülh müqaviləsinin imzalanacağına şübhəsi yoxdur .....                     Azərbaycan dialoq və əməkdaşlıq mərkəzinə çevrilib .....                     Fərid Qayıbov onu özünə yenidən müşavir təyin etdi .....                     XIII Qlobal Bakı Forumunda müzakirə edilən məsələlər dünyada sülhün təşviqinə töhfə verəcək .....                     BƏRDƏDƏ MİLYON YARIMLIQ YEYİNTİ... .....                     İki azərbaycanlının adı 90 milyardlıq beynəlxaq qalmaqalda çəkilir .....                     “Lap dünya gözəli də olsa…” .....                     Ölkənin ən YARITMAZ agentliyi .....                     Sabiq bələdiyyə sədri ilə bağlı qərar elan edildi .....                     Yaxın Şərqdəki müharibədən qazanan Rusiya: .....                     “Bu boyda Masazırın bir dənə parkı vardı, gəlib aləmi qatdılar, bir-birinə” .....                     İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində yeni təyinat .....                     60 manatlıq şirkətə 3 milyonluq tenderin qalibi oldu .....                     Rusiya İrana belə kömək edir: .....                     Bakıda yarıçılpaq gəzən qız xəstəxanaya yerləşdirildi .....                     “Heç Anqolada belə məhkəmə praktikası yoxdur” .....                     "Zal dolu idi, əksəriyyəti də Sumqayıt sakinləri..." .....                     "Dövlət qurumudursa, niyə qiymətlər bu qədər yüksəkdir?" .....                     Məleykə Abbaszadə ilə Emin Əmirullayevin gəncliyə ZƏRBƏSİ .....                     Xalq artisti ayrıldığı aktyor həyat yoldaşından danışdı: .....                     Məhkəmə daş karxanasının rəhbəri ilə bağlı .....                     Mehdiyevlə bağlı daha bir QADAĞA .....                     Gəncədə oğlu tərəfindən öldürülən şəxs direktor müavini olub .....                     “Yapı Kredi Bank Azərbaycan”da təyinat olub .....                     BMT sənədlərinə görə İran haqlıdır .....                     ADSEA bu şirkətlə 3 milyonluq müqavilə bağlayıb .....                     “İmişli-Avtonəqliyyat”da yığıncaq keçiriləcək .....                     Bakıda TIR-larla yolu bağlayan şirkət rəhbəri ilə bağlı QƏRAR .....                     Qida Təhlükəsizliyi İnstitutu 200 min manata yaxın texniki qaz alır .....                     Moldova MDB-dən çıxır .....                     Azərbaycan Prezidentini dinləmək çox maraqlıdır .....                     Bakı və Ankaranı savaşa çəkmək İran üçün intihardır! .....                 

Dövlətə xəyanətdə təqsirləndirilən şəxs: - Martin öz elədiyi əməlləri ört-basdır edir
Tarix: 24-06-2025, 11:41 | Çap et

Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Martin Ryanın vəkili Nizami Əliyev bildirib ki, müdafiə etdiyi şəxs əlavə ifadə vermək istəyir: "Martin Ryan digər təqsirləndirilən Azad Məmmədlinin ötən iclasda onun barəsində səsləndirdiyi ittihamlara münasibət bildirmək istəyir, yeni faktlar açıqlamaq niyyətindədir".
Məhkəmə bunun üçün şərait yaradıb.

Martin Ryan deyib ki, Azad Məmmədlinin onun barəsində səsləndirdiyi ittihamlar doğru deyil:

"Azadın guya ki, bəzi Azərbaycan vətəndaşlarını Fransa kəşfiyyatının nümayəndələri ilə tanış etməyim barədə dedikləri həqiqət deyil. Mən iş görmək üçün, biznes fəaliyyətimi inkişaf etdirmək üçün iş görə biləcək şəxslərin axtarışlarını aparmışam. Bununla bağlı bir sıra şəxslərlə tanış olmuşam. Onlardan biri də Z.M-dir. O, da Fransa səfirliyində işləyib. Mən həmin şəxslərin ad və soyadlarını istintaq zamanı demişəm. Onların hər biri sorğu-sual edilib".

Martin Ryan qeyd edib ki, işdə adı keçən Ü.Ə. var: "Mən bu şəxslə Fransada təhsil alan tələbələrlə görüş zamanı tanış olmuşam. Mən onu Frederik Devos ilə tanış etmişəm. Etiraf edirəm ki, Ü.Ə-ni Frederik Devos ilə mən görüşdürmüşəm. Sonradan öyrəndim ki, Frederik Devos Fransa kəşfiyyatının adamıdır, onlarla əlaqəsi var, təhlükəli adamdır. Bunu biləndən sonra Ü.Ə-yə dedim ki, Frederik Devos Fransa kəşfiyyatına xidmət edir. Sonralar Ü.Ə. mənə dedi ki, Frederik Devosdan sonra gələn digər fransız kəşfiyyatçısı Loran Qrard ona əməkdaşlıq təklif edib. O isə bundan imtina edib".

Digər təqsirləndirilən Azad Məmmədli qeyd edib ki, Martin Ryan yalan danışır və bu cinayət işi üzrə əsas məqsədləri gizlədir:

"Martin öz elədiyi əməlləri ört-basdır edir. O əsasən neft-qaz işləri bağlı müqavilələrin və işbirliklərinin kəşfiyyatını aparıb. Əsasən Britaniya şirkətlərinin fəaliyyətini öyrənmək istəyib və o şirkətlərdə çalışan aparıcı və rəhbər şəxslərlə tanış olaraq məxfi məlumatları öyrənmək istəyib. O, bəzi Azərbaycan vətəndaşları və bir xarici vətəndaşı Fransa kəşfiyyatının nümayəndələri ilə tanış edib. Həmin xarici vətəndaş xanım idi və neft-qaz şirkətinin aparıcı işçisi olub. Martin Ryan fransız dilinin tədrisi və şahmat dərsləri adı altında bir sıra vətəndaşlarımızın məlumatlarını onlardan toplayıb Fransa xüsusi xidmət orqanlarına verib. R.M. adlı şəxs də fransız dilli olub. O da çox nüfuzlu yerli şirkətin aparıcı işçisi olub. Onu da Fransa kəşfiyyat nümayəndələri ilə tanış edib".

Daha sonra məhkəmədə Martin Ryanın istintaqa verdiyi ifadə elan edilib.

Fransız istintaqda deyib ki, tələbə olan vaxtı bir neçə azərbaycanlı ilə birlikdə oxuyub və əlaqələri yaranıb:

"E.S. adlı şəxslə internetdə tanış olmuşam, münasibət yaratmışam. Onun dəvəti ilə ilk dəfə 2015-ci ildə Azərbaycana gəlmişəm. 9-10 gün qaldıqdan sonra Fransaya qayıtdım. Daha sonra 2016-cı ildə tələbə yoldaşım olmuş R.M-in dəvəti ilə iki dəfə Azərbaycana gəlmişəm. Daha sonra qayıdıb getdim. 2020-ci ildə Azərbaycana gəldim, burada xırda biznes yaratdım. Həmin vaxtı tanışım Serj adlı fransız evində olan qonaqlığa mənə dəvət etdi. Ziyafət zamanı Frederik Devosla tanış oldum. O, Fransa səfirliyində çalışdığını dedi. 3 ay sonra Devos mənimlə görüşdü. Devos özünü fransızların təhlükəsizliyinə cavabdeh olan şəxs kimi təqdim etdi. O mənə rusların və iranlıların fransızlar üçün təhlükə olduğunu dedi. Devos iranlı şirkətlərlə əlaqələrimin olub-olmaması ilə bağlı suallar verdi. O mənə dedi ki, iranlı və Rusiya iş adamları haqda məlumatı toplayıb ona ötürüm. Fransa səfirliyində ikinci katib vəzifəsi adı altında çalışsa da, Fransa kəşfiyyatının işçisi olduğunu bildim".

Martin Ryan istintaqda qeyd edib ki, 2020-ci ildə müharibə vaxtı dəfələrlə Frederik Devosla görüşüb:

"Görüşlərdə Azərbaycanın silahlarının bu müharibəyə çatıb-çatmayacağını, Türkiyə Azərbaycan əlaqələrini soruşub. Mən bildiyim məlumatları onunla bölüşmüşəm. Müharibədən sonra əlaqələr olmuşdu. Ondan sonrakı görüşlərdə Devos mənə tapşırıqlar verirdi. O, iranlı iş adamları ilə bağlı, sonra Azərbaycanda fransız dilini bilən, Fransada oxuyan şəxslərin siyahısını istəyib. Devos hətta mənə İrana getməyi təklif etdi. Dedi ki, get zəfəran ticarəti elə. Z.M-i, Azad Məmmədlini, Ü.Ə-ni və digər azərbaycanlıları Devosla tanış etmişəm. Devos Azad Məmmədlinin Rusiyada təhsil aldığını bildikdən sonra onunla çox maraqlandı. Bir müddət sonra Devosu Loran Lödi adlı şəxs əvəz etdi. Loran da Devos kimi tapşırıqlar verirdi. Loran da, sonra gələn Jerom Qassarino da Fransa kəşfiyyatının əməkdaşları idi. Onlar Fransa səfirliyində müxtəlif adlar altında Azərbaycanda kəşfiyyat işləri aparırdı. Gərək onlarla bağlı vaxtında Azərbaycanın dövlət orqanlarına məlumat verərdim. Sadəcə o vaxt Fransa hökumətindən qorxdum".

Hakim bildirib ki, Martin Ryanın istintaqa verdiyi ifadə 40 səhifədən çoxdur və məhkəmənin icraatında başqa cinayət işləri var. Bu səbəbdən Martin Ryanın ifadəsinin qalanı növbəti prosesdə elan ediləcək.

Proses iyulun 21-də davam edəcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunublar. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb.
İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.
Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədlinin “dövlətə xəyanət” ittihamı ilə mühakimə olunacağı bəlli olub.
Məlum olduğu kimi, geniş casus şəbəkəsinin ifşasından və xidməti uğursuzluqlardan sonra 2023-cü il dekabr ayının 20-də Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye həmin vəzifəsindən azad edilib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Krokus" terror aktının icraçıları ömürlük həbs cəzasına məhkum edilib
Bu gün, 12:59
“Gədəbəy kartofu” adı ilə satılsa da, bu ölkələrdən gətirilir... – DETALLAR
Bu gün, 12:54
Paşinyanın müxaliflərinin yolu BAĞLANDI
Bu gün, 12:49
Rusiya Azərbaycan vasitəsilə İrana yardım göndərir - TASS
Bu gün, 12:45
Zənginlər müharibədən qaçmaq üçün SƏRVƏT XƏRCLƏYİR
Bu gün, 12:44
Avropadan ilginc Naxçıvan mesajı: Əliyevə Bakıda elan edildi - İNCƏLƏMƏ
Bu gün, 12:40
Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası çıxarılacaq - KİV
Bu gün, 12:37
Pekinlə Dehli 6 illik ƏDAVƏTƏ SON QOYUR... - GƏLİŞMƏ
Bu gün, 12:34
Paşinyanın Azərbaycanla sülh müqaviləsinin imzalanacağına şübhəsi yoxdur
Bu gün, 12:31
Azərbaycan dialoq və əməkdaşlıq mərkəzinə çevrilib - MƏQALƏ
Bu gün, 12:28
Fərid Qayıbov onu özünə yenidən müşavir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 12:25
XIII Qlobal Bakı Forumunda müzakirə edilən məsələlər dünyada sülhün təşviqinə töhfə verəcək - İsrafil Kərimovun yazısı
Bu gün, 12:17
BƏRDƏDƏ MİLYON YARIMLIQ YEYİNTİ... - Ortada kifayət qədər suallar var...
Bu gün, 12:09
İki azərbaycanlının adı 90 milyardlıq beynəlxaq qalmaqalda çəkilir - TƏFƏRRÜAT
Bu gün, 11:55
“Lap dünya gözəli də olsa…”
Bu gün, 11:49
Ölkənin ən YARITMAZ agentliyi - Zaur Mikayılovdan Mehriban Əliyevaya ŞİKAYƏT olundu
Bu gün, 11:38
Sabiq bələdiyyə sədri ilə bağlı qərar elan edildi
Bu gün, 11:30
Yaxın Şərqdəki müharibədən qazanan Rusiya: - “Kreml səssizcə pullarını sayır”
Bu gün, 11:28
“Bu boyda Masazırın bir dənə parkı vardı, gəlib aləmi qatdılar, bir-birinə” - GİLEY
Bu gün, 11:18
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində yeni təyinat - ƏMR
Bu gün, 11:14
60 manatlıq şirkətə 3 milyonluq tenderin qalibi oldu
Bu gün, 11:10
Rusiya İrana belə kömək edir: - Qərb kəşfiyyatı açıqladı
Bu gün, 11:07
Bakıda yarıçılpaq gəzən qız xəstəxanaya yerləşdirildi
Bu gün, 11:02
“Heç Anqolada belə məhkəmə praktikası yoxdur” – Allahşükürün qızının məhkəməsində QALMAQAL
Bu gün, 10:56
"Zal dolu idi, əksəriyyəti də Sumqayıt sakinləri..."
Bu gün, 10:54
"Dövlət qurumudursa, niyə qiymətlər bu qədər yüksəkdir?" - NARAZILIQ VAR!
Bu gün, 10:46
Məleykə Abbaszadə ilə Emin Əmirullayevin gəncliyə ZƏRBƏSİ – Bu cinayətdir
Bu gün, 10:42
Xalq artisti ayrıldığı aktyor həyat yoldaşından danışdı: - “Getməyi mənə pis təsir etdi, çox təkid etdim, amma..”
Bu gün, 10:40
Məhkəmə daş karxanasının rəhbəri ilə bağlı QƏRAR VERDİ
Bu gün, 10:36
Mehdiyevlə bağlı daha bir QADAĞA QOYULDU
Bu gün, 10:31
Gəncədə oğlu tərəfindən öldürülən şəxs direktor müavini olub - TƏFƏRRÜAT
Bu gün, 10:26
“Yapı Kredi Bank Azərbaycan”da təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:23
BMT sənədlərinə görə İran haqlıdır - Hüquqşünas
Bu gün, 10:18
ADSEA bu şirkətlə 3 milyonluq müqavilə bağlayıb
Bu gün, 10:17
“İmişli-Avtonəqliyyat”da yığıncaq keçiriləcək
Bu gün, 10:15
Bakıda TIR-larla yolu bağlayan şirkət rəhbəri ilə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 10:12
Qida Təhlükəsizliyi İnstitutu 200 min manata yaxın texniki qaz alır
Bu gün, 09:54
Moldova MDB-dən çıxır - hökumət o qərarı verdi
Bu gün, 09:51
Azərbaycan Prezidentini dinləmək çox maraqlıdır - Nino Burcanadze
Bu gün, 09:36
Bakı və Ankaranı savaşa çəkmək İran üçün intihardır! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:03
“Brent” neftinin qiyməti 100 dolları ötüb
Bu gün, 09:01
"Qalib elan etmək çətin deyil, amma..." - partiya sədri
Bu gün, 08:37
Ermənistanda Türkə nifrət NİYƏ azalmır? - Paşinyana EV TAPŞIRIĞI
Bu gün, 08:31
Od-alovun içində yeganə İSTİNAD ÜNVANI... - AKTUAL
Bu gün, 08:13
Müharibə genişlənir: bəzi məhsullar bahalaşacaq - SİYAHI
Bu gün, 08:08
Hizbullah və İran eyni anda İsrailə raket zərbələri endirir
Bu gün, 08:06
Tramp İranı enerji sistemini bir saat ərzində məhv etməklə hədələyib - KİV
Bu gün, 07:56
Keçmiş deputat hazırki deputatı BİABIR ETDİ - FOTOFAKT
Bu gün, 07:43
ABB vətəndaşın pulunu oğurlayıb, özünə də faiz yazır... - NARAZILIQ VAR...
Bu gün, 07:39
Bu qədər fəndən imtahan götürülmür: Bu istismardı.. - ETİRAZ
Bu gün, 07:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru