Dərman bazarında SÜNİ BAHALAŞMA .....                     TRIPP layihəsinin icrasına dair ABŞ-la Ermənistan arasında bəyanat qəbul olunub .....                     "Əgər bu zəruri addım atılmazsa..." .....                     'Azəriqaz'ın vətəndaşdan oğurladığı pullar .....                     Müştəri ABB-yə niyə etibar etsin ki? .....                     İranda hər şey bitib: Sırada kənar hərbi müdaxilədir .....                     "Bizə cənubumuzda ikinci Əfqanıstan lazım deyil..." .....                     Trampın zəfəranlı İranı .....                     Hökumətin yalançı SU HESABATLARI .....                     "Starlink" İranda interneti pulsuz edib .....                     Rayona gəlməyə avtobus tapmayan KƏNDLİLƏR .....                     Faiq Ələkbərlinin “Azərbaycan Türk mütəfəkkirləri” kitabı Türkiyədə nəşr olunub .....                     ABŞ SEPAH-ın hərbi məntəqələrinə raket zərbələri endirəcək .....                     İşdən qovulan icra başçısı ilə bağlı ŞOK DETAL .....                     Kino Agentliyində yeni təyinatlar olub .....                     Ermənistanın müdafiə naziri ordunun növbəti 5 illik inkişafına dair mövqeyini açıqlayıb .....                     Ermənistan Qaragöl ətrafındakı postu Azərbaycana verir? .....                     45 ildən sonra Bakıda mühüm dəyişiklik olacaq .....                     “Avant Group”la bağlı daha bir qalmaqal .....                     Molla rejimi də bunu qəbul etməli olacaq .....                     İcra başçısının müavininə məxsus torpaq sahəsi hərraca çıxarılır .....                     Azərbaycan İranla ticarəti dayandıracaq? .....                     "Qanuni oğru"nun adını əlindən aldılar .....                     “Çeçenistanda varislik modeli üzərində hazırlıq gedir” .....                     Nazir generalı təqaüdə göndərdi .....                     Çindən Azərbaycana gətirilən süni saqqallar kəskin azalıb .....                     Ukraynanın müdafiə naziri vəzifəsindən azad edilib .....                     “Rufo Gəncinski” saxlanıldı .....                     Baxçalı İran rejimini müdafiə etdi .....                     Bakının İranla bağlı planı nədir: birləşmə müzakirə olunur? .....                     Azərbaycan benzininin idxalı Ermənistandakı uzunmüddətli monopoliyalara son qoyacaq .....                     “Birmarket”in (Umico) rəhbəri dəyişdi .....                     “Premiumnetaz” MMC-nin internet provayderi kimi uçotu ləğv edilib .....                     Dövlət borcu üzrə bəzi audit tələbləri icra olunmayıb .....                     Bakıda restoranda İNSİDENT: Əvvəl qıza sataşdı, sonra sahibkarı bıçaqladı .....                     Yıxılan “Rus ev”ləri .....                     "HAZIR OLUN" mesajına Bakıdan REAKSİYA .....                     Nazirliyin 5 milyon ödədiyi minlərlə mal-qara "yoxa çıxıb" .....                     “Neməti meydanda ən çox qoruyan məhz Elçibəy olub” .....                     Prokurorluq orqanlarında yeni kadr təyinatı .....                 

Bakıya qarşı məkrli plan: çirkin kampaniya hansı "emalatxana"da hazırlanmışdı? - AKTUAL
Tarix: 24-06-2025, 10:20 | Çap et

"46 ildir ki, başlayan, zaman-zaman da real müharibə təhlükəsi yaradan İran-İsrail qarşıdurması tam yeni bir mərhələyə keçdi. Bir çoxları bunu raket müharibəsi, bəziləri münaqişənin alovlanması və digərləri də başqa adla adlandırsa da, reallıq odur ki, İranda hazırki rejimin hakimiyyətə gəlməsindən sonra Israil və onun müttəfiqləri ilə İran arasında baş verən hadisələrin rəngi heç vaxt bu qədər tünd olmamışdı".

Bunu Muaavat.com-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov deyib.

O bildirib ki, dünya miqyaslı yeni müharibənin və ya müharibələrin hesabına da olsa, dünyanı yenidən bölüşdürmək və yeni nizamı dizayn etmək istəyənlərin israrları göz önündədir:

"Dünyanın idarəetmə sükanının aid olduğu “Yaxın Şərq” regionu qaynayır və temperatur o dərəcədə qalxıb ki, onun istiliyi ətraf regionlarda da açıq şəkildə hiss olunmaqdadır. Bu regionlardan biri də Cənubi Qafqazdır ki, ordan da baş verənləri hər mənada görmək, duymaq və hiss etmək mümkündür.

Cənubi Qafqazla bağlı məkrli planlarının beş il öncə pozulduğunu görüb yeni yollar axtaranlar da sevinclərini və aktivliklərini gizlətmirlər. Çünki, birbaşa bizim regionda olmasa da, qonşuluğumuzda sular bulanıb, necə deyərlər ara qarışıb və məzhəb itib, at izi iti izinə qarışıb və bunu Azərbaycana qarşı yeni hücum üçün əsl məqam hesab edənlər üçün də yeni imkanlar yaranıb.

Həmin o bulanma prosesinin bizim ərazilərimizə və həm də ümumilikdə regionumuza keçməməsi üçün bir neçə il öncədən özünün sərhəd bəndlərini möhkəmlədən Azərbaycana qarşı da, paralel olaraq yeni proses başladıldı. İsraillə İranın qarşılıqlı raket və digər hava hücumları ilə eyni zamanda bəzi qüvvələrin Azərbaycana qarşı çirkin informasiya müharibəsi də yeni mərhələyə keçdi. Bəziləri Azərbaycanı İrana hücum etmək üçün İsrailə öz ərazilərindən istifadə imkanları yaratmaqda, digərləri azərbaycanəsilli kəşfiyyatçıları İrana yerləşdirməkdə, bir çoxları da, nə qədər gülünc olsa belə quru sərhədlərimizi bağlamaq kimi suveren hüququmuzu həyata keçirməkdə bizi ittiham etməyə başladı".

Politoloq bildirib ki, İranla İsrail bir-birilərini raket və dron yağışına tutarkən antiazərbaycan qüvvələr də Azərbaycanı yalan və dezinformasiya yağışına tutmaqda idilər:

"Bəs reallıq nədən ibarətdir və baş verənlərin Azərbaycana hansı təsirləri var. İlk öncə qonşusunda yanğının və alovun çıxmasını istəmək ən ağılsız və ən səhv yanaşmadır, çünki, alov və yanğın nə qonşu tanıyır, nə də ki, sərhəd. Digər tərəfdən də, müharibə olmasın deyə 30 il təmkin nümayiş etdirən, ən son çıxış yolu kimi müharibə etmək məcburiyyətində qalsa belə aylarla və illərlə davam edə biləcək müharibəni cəmi 44 günə sığışdıran, müharibədən dərhal sonra bir daha qarşıdurma olmasın deyə 3+3 formatı da daxil olmaqla, Zəngəzur dəhlizi, bütün nəqliyyat və iqtisadi kommunikasiyalar, geniş quruculuq bərpa işləri və çoxsaylı digər işləri görən Azərbaycanın bu beş illik əziyyətini yeni bir müharibə ilə təhlükə altına düşməsini necə istəyə bilər?!

Digər tərəfdən də, necə oldu ki, keçən bu 12 günlük qarşıdurma zamanı İranın müvafiq qurumları tərəfindən ifşa edilən kəşfiyyatçılardan birinin yadına düşmədi desin onu Azərbaycan “emalatxanası”nda hazırlayıblar? Və yaxud hücumlar zamanı bir-birilərinin ərazilərindən uçan quşları belə saymaq üçün texniki imkanların mövcud olduğu hazırki dövrdə Azərbaycandan bir dronun və digər vasitənin uçduğunu göstərmək niyə kiminsə ağlına gəlmədi?!

O ki qaldı sərhədlərin bağlanmasına, bu addımını və onun üçün mövcud olan əsasları Azərbaycan heç gizlətmir də, digər tərəfdən isə bunun çox böyük təxribatların qarşısını aldığını hər birimiz də görməkdəyik. Bir çox dövlətlərdən fərqli olaraq, bağladığımız sərhədlərin humanitar məqsədlər üçün həmişə açıq olduğunu da artıq dəfələrlə nümayiş etdirdik.

Cənub qonşumuzun bütün Qərblə yarım əsrlik qarşıdurmada olması ilə yanaşı, şimal qonşumuzun da, uzun illərdir ki, Ukrayna mövzusunda həmin Qərblə müharibə aparması faktoru Azərbaycanın əsas dövləti hesab olunduğu Cənubi Qafqaz kimi kiçik bir regionu Panama və Süveyş kanalları və ya Bosfor və Dardanel, Cəbəllütariq və ya Hörmüz boğazı qədər əhəmiyyətini artırdığını görməmək mümkün deyil. Bütün dünya üzrə siyasi, iqtisadi və enerji proseslərinin ən böyüklərinin baş verdiyi və ən çoxunun mübadiləsinin getdiyi iki regionun, Asiya ilə Avropanın, Şərqlə Qərbin ən təhlükəsiz və ən qısa birləşmə yolu olan Cənubi Qafqaz üçün bundan əhəmiyyətli nə ola bilər ki?! Təbii ki, heç nə! Müharibə isə bu vəziyyətlə daban daban zidd bir hadisədir!

Kim nə deyirsə desin, 2020-ci ilin 44 günlük müharibəsindən və 2023-cü ildə keçirilən qısa müddətli antiterror tədbirlərindən başlayaraq 2025-ci ilin 13 iyun tarixinə qədərki dövr həm Cənubi Qafqaz, həm də onun əsas dövləti olan Azərbaycan üçün ən əlverişli dövrdür. Şərq-Qərb dəhlizinin üzərində yerləşməsi və sabitlik və təhlükəsizlik zolağı olması bütün dünyanın iqtisadi, enerji və nəqliyyat maraqlarının bir çoxunu bizim regionumuza yönləndirmələri həm xalqımız üçün, həm də dövlətimiz üçün ən önəmli məqamdır".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dərman bazarında SÜNİ BAHALAŞMA - AXI NİYƏ?..
Bu gün, 04:21
TRIPP layihəsinin icrasına dair ABŞ-la Ermənistan arasında bəyanat qəbul olunub - MƏTN
Bu gün, 04:01
"Əgər bu zəruri addım atılmazsa..." - MÜRACİƏT
Bu gün, 03:59
'Azəriqaz'ın vətəndaşdan oğurladığı pullar BƏS NƏ OLACAQ?
Bu gün, 03:43
Müştəri ABB-yə niyə etibar etsin ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:34
İranda hər şey bitib: Sırada kənar hərbi müdaxilədir - Pezeşkian da bacarmadı...
Bu gün, 03:19
"Bizə cənubumuzda ikinci Əfqanıstan lazım deyil..." - ETİRAZ
Bu gün, 03:13
Trampın zəfəranlı İranı - Az qaldı…
Bu gün, 03:09
Hökumətin yalançı SU HESABATLARI - REAKSİYA
Bu gün, 02:53
"Starlink" İranda interneti pulsuz edib - “Bloomberg”
Bu gün, 02:39
Rayona gəlməyə avtobus tapmayan KƏNDLİLƏR - NƏ ETMƏLİ?
Bu gün, 02:35
Faiq Ələkbərlinin “Azərbaycan Türk mütəfəkkirləri” kitabı Türkiyədə nəşr olunub - FOTO
Dünən, 22:09
ABŞ SEPAH-ın hərbi məntəqələrinə raket zərbələri endirəcək - şok ssenari
Dünən, 22:05
İşdən qovulan icra başçısı ilə bağlı ŞOK DETAL - Prezidentə şikayəti kim EDİBMİŞ?
Dünən, 22:01
Kino Agentliyində yeni təyinatlar olub
Dünən, 21:36
Ermənistanın müdafiə naziri ordunun növbəti 5 illik inkişafına dair mövqeyini açıqlayıb
Dünən, 17:08
Ermənistan Qaragöl ətrafındakı postu Azərbaycana verir? - AÇIQLAMA
Dünən, 17:08
45 ildən sonra Bakıda mühüm dəyişiklik olacaq – Prezident anons verdi
Dünən, 16:55
“Avant Group”la bağlı daha bir qalmaqal - Dövlət Xidməti Baş Prokurorluğa müraciət edəcək
Dünən, 16:49
Molla rejimi də bunu qəbul etməli olacaq - Merz
Dünən, 16:36
İcra başçısının müavininə məxsus torpaq sahəsi hərraca çıxarılır - DETALLAR
Dünən, 16:31
Azərbaycan İranla ticarəti dayandıracaq? - AKTUAL
Dünən, 16:23
"Qanuni oğru"nun adını əlindən aldılar - SƏBƏB
Dünən, 16:19
“Çeçenistanda varislik modeli üzərində hazırlıq gedir” - ŞƏRH
Dünən, 16:09
Nazir generalı təqaüdə göndərdi - ƏMR
Dünən, 16:03
Çindən Azərbaycana gətirilən süni saqqallar kəskin azalıb
Dünən, 16:01
Ukraynanın müdafiə naziri vəzifəsindən azad edilib - "Unian"
Dünən, 15:54
“Rufo Gəncinski” saxlanıldı - Dubayda
Dünən, 15:52
Baxçalı İran rejimini müdafiə etdi - “Kəşfiyyatın əli var”
Dünən, 15:50
Bakının İranla bağlı planı nədir: birləşmə müzakirə olunur? – İsrailli politoloq kartları açdı
Dünən, 15:42
Azərbaycan benzininin idxalı Ermənistandakı uzunmüddətli monopoliyalara son qoyacaq - Paşinyan
Dünən, 15:40
“Birmarket”in (Umico) rəhbəri dəyişdi - BUNDAN SONRA...
Dünən, 15:36
“Premiumnetaz” MMC-nin internet provayderi kimi uçotu ləğv edilib
Dünən, 15:30
Dövlət borcu üzrə bəzi audit tələbləri icra olunmayıb - Hesablama Palatası
Dünən, 15:28
Bakıda restoranda İNSİDENT: Əvvəl qıza sataşdı, sonra sahibkarı bıçaqladı - TƏFƏRRÜAT
Dünən, 15:23
Yıxılan “Rus ev”ləri – Trampın “çəkməsini” geymək olar, amma...
Dünən, 15:16
"HAZIR OLUN" mesajına Bakıdan REAKSİYA - "Kimin nə mesaj verməsindən asılı olmayaraq, Azərbaycan hər şeyə hazırdır"
Dünən, 15:14
Nazirliyin 5 milyon ödədiyi minlərlə mal-qara "yoxa çıxıb" - TƏFƏRRÜAT
Dünən, 15:11
“Neməti meydanda ən çox qoruyan məhz Elçibəy olub” - Sabir Rüstəmxanlı
Dünən, 15:08
Prokurorluq orqanlarında yeni kadr təyinatı - ƏMR
Dünən, 15:04
Lahıcda həkimlərdən pul topladığı deyilən mərkəz müdiri DANIŞDI: - “Boş-boş danışmasınlar, ordan heç “spiçka” da götürmürəm, Allah cənab İlham Əliyevə cansağlığı versin”
Dünən, 15:00
AQTİ əvvəlcə at və dəvələri “birkalayacaq”, sonra isə…
Dünən, 14:57
İran Rusiyaya ballistik raketlər və dronlar SATIB
Dünən, 14:49
İranla ticarət edən ölkələr Trampın hədəfindədir - Azərbaycan üçün risk varmı?
Dünən, 14:47
İranda hakimiyyətə Səfəvilərin nümayəndəsi gələ bilər? – Azərbaycanlılarla bağlı PLAN
Dünən, 14:45
Bu, İran İslam Respublikasının sonu deməkdir - MI6-nın keçmiş rəhbəri
Dünən, 14:42
ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi - ÇÜNKİ
Dünən, 14:40
Şərur regional Tibb Mərkəzində TAM DƏRƏBƏYLİKDİR... - Direktor müavini isə...
Dünən, 14:28
Ermənistanda bu il hərbi təlimlər keçirilməyəcək
Dünən, 14:18
ARDNF FİASKOSU: Kağız üzərində milyonlar, kassada 4 min manat - NƏ BAŞ VERİR?
Dünən, 14:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru