13 gündür oğlu kanalda boğulan ata fəryad ETDİ .....                     Alı müəllim dara düşdü TROL ORDUSU YIĞDI VƏ... .....                     “O, Heydər Əliyevə demişdi ki, .....                     Putin yeni nəqliyyat naziri təyin edib .....                     Boş qalan istirahət MƏKANLARI: Soyuq hava turizmi də “VURDU” .....                     Tehran-Bakı münasibətlərini pozmağa çalışırlar .....                     Trampın qərarı dolları bahalaşdırdı: Manatı nələr gözləyir? .....                     Müharibə vaxtı qonşu ölkələrin İsraillə hərbi əməkdaşlığı təsdiqlənməyib .....                     Məhkəmə Fazil Mustafaya sui-qəsd işində təqsirləndirilən şəxslərlə bağlı .....                     Sülh müqaviləsi və Zəngəzur dəhlizi üçün “yaşıl işıq” .....                     3 tender ləğv oldu, 1,3 milyon manatlıq gözlənti yarımçıq qaldı .....                     PKK üç gün sonra silahlarını təhvil verməyə başlayacaq .....                     İrəvanda bitməyən “deputat ovu”: Paşinyan onları yolundan kənarlaşdırır .....                     Bu şirkət dövlət qurumuna proqram satdı 700 minə yaxın .....                     Müxalifət onu ümumi lider səviyyəsinə qaldırmaqdan çəkinir .....                     İcra Hakimiyyəti 1,4 milyonluq texnikaları bu şirkətdən aldı .....                     Kredit faizləri artır .....                     Rəsmi Tehran Trampın dediklərini təkzib etdi .....                     Ermənilər təşvişdə: Tezliklə Zəngəzura nəzarət itə bilər .....                     Məsud Pezeşkian Azərbaycan əleyhinə iddiaları təsdiqləməyib .....                     Mingəçevirdə usta İcra Hakimiyyəti binasının damından yıxılıb öldü .....                     Qaqik Tsarukyan Antikorrupsiya Komitəsinə çağırılıb .....                     Qaqik Tsarukyan Antikorrupsiya Komitəsinə çağırılıb .....                     Azərbaycanın hava məkanında məhdudiyyətlərin tətbiqi qaydası müəyyənləşib .....                     Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq .....                     Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb .....                     Bakıda 3 nəfəri öldürən dəstə başçısının MƏHKƏMƏSİ .....                     Əkrəm İmamoğlunun diplom saxtakarlığı ilə bağlı məhkəməsinin vaxtı məlum olub .....                     Unibankın İdarə Heyəti sədri dəyişdirilib .....                     Azərbaycan və Səudiyyə Ərəbistanı Baş qərargah rəisləri görüşüb .....                     Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub .....                     İrəvan Rusiyanı rədd edir, Bakı ilə birgə... .....                     "8-ci kilometr bazarı" ilə üzbəüz parkı çayxanalar zəbt edib: Sakinlər narazıdır... .....                     DTX əməliyyat keçirib, xaricdən ofis və mənzillərdə videomüşahidə kameralarına müdaxilənin qarşısı alınıb .....                     Mülayim qərb küləyi əsəcək .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat olub .....                     Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri və digərlərinin məhkəməsi başlayır .....                     “Azəriqaz” yenə də itkiyə yol verir... .....                     “Azercell” digər mobil operatorlara problem yaradır .....                     Bakıya qarşı “cəbhədə” gərginlik .....                 

Sabir Rüstəmxanlı Xameneiyə müraciət etdi - MƏTN
Tarix: 24-06-2025, 15:39 | Çap et

Əgər bu rəhbərlik ölkəni xilas edə bilmirsə, əksinə, onu qarışıqlığa, müharibəyə və iqtisadi böhrana sürükləyirsə, o zaman bu mövqedə qalmaq nə dini, nə də əxlaqi baxımdan əsaslandırıla bilər.

“Yeni Sabah” xəbər verir ki, bu fikirlər Dünya Azərbaycanlıları Konqresinin sədri, xalq şairi Sabir Rüstəmxanlının İran İslam Respublikasının ali rəhbəri Seyid Əli Xameneiyə müraciətində yer alıb.

Həmin müraciəti təqdim edirik:

Cənab Xamenei!

Bu müraciəti sizə Azərbaycan Respublikasının vətəndaşı və bir qələm sahibi olaraq, qonşu İran İslam Respublikasının dinc və əməksevər xalqına böyük sevgi və hörmət bəsləyən, özünü müsəlman olmağı ilə qürurlu sayan və uzun illər müxtəlif vəzifələrdə çalışmış, dünyanı az-çox bilən bir şəxs olaraq, dərin narahatlıq və mənəvi məsuliyyət hissi ilə yazıram.

Tutduğum vəzifə mənə 1990-cı illərin əvvəllərində Sizinlə üç dəfə görüşmək, Sizi dinləmək və özəlliklə sənət, ədəbiyyat haqqında fikirlərinizlə tanış olmaq fürsəti verib. Bu söhbətlərdə Siz mənə humanist təbiətli bir el ağsaqqalı təsiri bağılamışdınız. Hətta “Hünər” adlı bir kitabınızı Azərbaycan türkcəsinə çevirib Bakıda nəşr etmişdik. Sonralar İranda gedən prosesləri, Azərbaycan türklərinə qarşı aparılan islama və insanlığa sığmayan assimilyasiya siyasətini görüb Sizə bir açıq məktub da yazmışdım. Məktubda bildirmişdim ki, dinin siyasətə alət edilməsi doğru deyil; fars-şiə şovinizmi İranı bütün islam dünyasına qarşı qoyur və ölkənin gələcəyi üçün böyük təhlükədir.

Kimlərəsə özündənrazılıq kimi görünə bilər, lakin deməliyəm ki, o məktub, beynəlxalq hüquqla və dövlətçilik prinsipləri, dinin cəmiyyətdəki yeri ilə bağlı bəzi məqamları nəzərə alınsa, İranın bu cür hədəfə çevrilməsinin qarşısı alına bilərdi. Bunu düşünməkdənsə, İranda mənə aşağı səviyyəli, təhqiramiz yazılarla cavab verdilər.

Mən bütün xalqların gələcəyini yalnız sülh, ədalət və insani dəyərlər üzərində qurulmuş bir dünyada görən şair və siyasətçiyəm. Siz uzun illərdir İran İslam Respublikasının dini və mənəvi lideri kimi ölkəyə rəhbərlik edir, bu sahədə böyük zəhmət çəkirsiniz. Şübhəsiz, Sizə də məlumdur ki, bu gün İran xalqları öz tarixlərinin ən ağır və ağrılı dönəmlərdən birini yaşayırlar.

İsrail ilə davam edən açıq hərbi münaqişə təkcə İran üçün deyil, bütün bölgə və dünya üçün də ciddi təhlükələr doğurmuşdur. Minlərlə günahsız insan həyatını itirib, ölkə iqtisadiyyatı çökmək üzrədir, milyonlarla insan yaşayış imkanlarından məhrum olub, gənclər ölkəni tərk edir, xalq isə qorxu, aclıq və ümidsizlik içində yaşamaqdadır.

Mövcud vəziyyətin davam etməsi İranın:

- beynəlxalq aləmdən tam təcrid olunmasına,

- Qərbin Səlib müharibəsi yolunu davam etdirən böyük gücləri ilə qarşıdurma riskinin artmasına və xalqın həyat səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə gətirib çıxarır.

Hörmətli cənab Xamenei!

Bir mənəvi liderin vəzifəsi təkcə ideoloji və dini şüarlarla deyil, həm də xalqının rifahı, təhlükəsizliyi və mənəvi rahatlığı ilə ölçülür. Əgər bu rəhbərlik ölkəni xilas edə bilmirsə, əksinə onu qarışıqlığa, müharibəyə və iqtisadi böhrana sürükləyirsə, o zaman bu mövqedə qalmaq nə dini, nə də əxlaqi baxımdan əsaslandırıla bilər.

Bu səbəbdən tarixi və mənəvi məsuliyyət tələb edən bir qərar vermək Sizin vicdan və vətəndaş borcunuzdur.

Mövcud vəzifənizdən könüllü olaraq istefa verib, idarəçiliyi xalqın iradəsini ifadə edən, beynəlxalq ictimaiyyət tərəfindən qəbul oluna biləcək, ədalətli və şəffaf bir rəhbərliyə həvalə edin.

Bu addım müharibənin dayandırılması üçün diplomatik yolları aça bilər, İran xalqını beynəlxalq təcriddən azad edə və ölkəni sülh və rifaha aparan yola çıxara bilər.

Bu, nə zəiflik, nə də təslim olmaqdır. Əksinə, bu cəsarətli və mənəviyyata əsaslanan liderliyin müdriklik nümunəsidir. Tarix bu qərarı, xalq isə bu mərhəməti əsla unutmaz. Tanrı İran xalqlarına yar olsun!

Hörmətlə,

Sabir Rüstəmxanlı, Azərbaycan Respublikasının xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
13 gündür oğlu kanalda boğulan ata fəryad ETDİ – “Nəşini tapmaq üçün bir günlük kanalı qurudun!”
Bu gün, 18:20
Alı müəllim dara düşdü TROL ORDUSU YIĞDI VƏ... - FOTO
Bu gün, 18:15
“O, Heydər Əliyevə demişdi ki, 102-ci baza Azərbaycana yox, Türkiyəyə qarşıdır...”
Bu gün, 18:03
Putin yeni nəqliyyat naziri təyin edib
Bu gün, 18:01
Boş qalan istirahət MƏKANLARI: Soyuq hava turizmi də “VURDU” - GƏLİŞMƏ
Bu gün, 18:00
Tehran-Bakı münasibətlərini pozmağa çalışırlar - Sərdar Cəlaloğlu
Bu gün, 17:51
Trampın qərarı dolları bahalaşdırdı: Manatı nələr gözləyir? - AKTUAL
Bu gün, 17:48
Müharibə vaxtı qonşu ölkələrin İsraillə hərbi əməkdaşlığı təsdiqlənməyib - Pezeşkian
Bu gün, 17:45
Məhkəmə Fazil Mustafaya sui-qəsd işində təqsirləndirilən şəxslərlə bağlı qərar verib
Bu gün, 17:17
Sülh müqaviləsi və Zəngəzur dəhlizi üçün “yaşıl işıq” - ŞƏRH
Bu gün, 17:16
3 tender ləğv oldu, 1,3 milyon manatlıq gözlənti yarımçıq qaldı - TƏFƏRRÜAT
Bu gün, 17:14
PKK üç gün sonra silahlarını təhvil verməyə başlayacaq
Bu gün, 17:13
İrəvanda bitməyən “deputat ovu”: Paşinyan onları yolundan kənarlaşdırır - İNCƏLƏMƏ
Bu gün, 17:10
Bu şirkət dövlət qurumuna proqram satdı 700 minə yaxın - PUL QAZANDI
Bu gün, 17:06
Müxalifət onu ümumi lider səviyyəsinə qaldırmaqdan çəkinir - ÇÜNKİ...
Bu gün, 17:04
İcra Hakimiyyəti 1,4 milyonluq texnikaları bu şirkətdən aldı - SİYAHI
Bu gün, 17:00
Kredit faizləri artır - Səbəb və nəticələr
Bu gün, 16:57
Rəsmi Tehran Trampın dediklərini təkzib etdi
Bu gün, 16:54
Ermənilər təşvişdə: Tezliklə Zəngəzura nəzarət itə bilər - TƏFƏRRÜAT
Bu gün, 16:50
Məsud Pezeşkian Azərbaycan əleyhinə iddiaları təsdiqləməyib - “Donya-e-eqtesad”
Bu gün, 16:47
Mingəçevirdə usta İcra Hakimiyyəti binasının damından yıxılıb öldü
Bu gün, 15:56
Qaqik Tsarukyan Antikorrupsiya Komitəsinə çağırılıb
Bu gün, 15:54
Qaqik Tsarukyan Antikorrupsiya Komitəsinə çağırılıb
Bu gün, 15:51
Azərbaycanın hava məkanında məhdudiyyətlərin tətbiqi qaydası müəyyənləşib
Bu gün, 15:34
Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan
Bu gün, 15:30
Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ
Bu gün, 15:25
Bakıda 3 nəfəri öldürən dəstə başçısının MƏHKƏMƏSİ - "Əl-qolunu bağlayıb işgəncə verdik"
Bu gün, 15:13
Əkrəm İmamoğlunun diplom saxtakarlığı ilə bağlı məhkəməsinin vaxtı məlum olub
Bu gün, 15:09
Unibankın İdarə Heyəti sədri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 15:06
Azərbaycan və Səudiyyə Ərəbistanı Baş qərargah rəisləri görüşüb
Bu gün, 13:01
Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub - ƏMR
Bu gün, 12:59
İrəvan Rusiyanı rədd edir, Bakı ilə birgə... - Tarasov
Bu gün, 12:57
"8-ci kilometr bazarı" ilə üzbəüz parkı çayxanalar zəbt edib: Sakinlər narazıdır... - "...söyüş söyülür”
Bu gün, 12:51
DTX əməliyyat keçirib, xaricdən ofis və mənzillərdə videomüşahidə kameralarına müdaxilənin qarşısı alınıb - TƏFƏRRÜAT
Bu gün, 12:47
Mülayim qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:42
“Bakı Metropoliteni”ndə yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:40
Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri və digərlərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:29
“Azəriqaz” yenə də itkiyə yol verir... - NHMT sədri SUAL EDİR Kİ...
Bu gün, 12:26
“Azercell” digər mobil operatorlara problem yaradır - NARAZILIQ VAR...
Bu gün, 12:14
Bakıya qarşı “cəbhədə” gərginlik – Dehli ilə bağlı qərar dəyişir?
Bu gün, 12:07
Arif Mehdiyev “Kapital Bank”ın Hüquq departamentinin direktoru - TƏYİN EDİLİB
Bu gün, 12:01
Ermənistan İstintaq Komitəsi eyni vaxtda 51 ünvanda axtarış aparır
Bu gün, 11:50
Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqləyib
Bu gün, 11:36
Rusiya Cənubi Qafqazda nüfuzunu itirir - “Euronews”
Bu gün, 11:34
Neftin qiyməti hansı həddə qədər ucuzlaşacaq? - AKTUAL
Bu gün, 11:31
Ermənistanda naməlum şəxslər parlamentdə deputatlara hücum ediblər
Bu gün, 11:08
"Ailəmizin üzünə baxa bilmirik: Respublikanın rəhbərliyi hara baxır?" - Naxçıvanda TOTAL NARAZILIQ...
Bu gün, 11:07
“İnternational” BOKT-nin yarım mln. manata yaxın vergi borcu yaranıb
Bu gün, 11:02
Dövlətin də payı olduğu aqrar şirkətin direktoru dəyişdi - BUNDAN SONRA...
Bu gün, 10:59
Bakı öz milli duruşunu heç vaxt güzəştə getməyəcək - İNCƏLƏMƏ
Bu gün, 10:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru