Bakıdan Kiyevə uzadılan kömək əli .....                     5 ölkə üçün yeni təhlükə: Siyahıda Azərbaycan da var .....                     Adil Vəliyev şəhid ailəsinə qarşı... .....                     “FSB”nin Bakıda kəsilən “qolu” .....                     `Bolluq`dan körpə balalarımıza BOLHABOL TƏHLÜKƏ... .....                     Nizami rayonunda MÖCÜZƏ: Bizim başçı əsl sehrbazdır... .....                     "Sertifikasiyadan kəsilən müəllimlərin statusu ilə bağlı qərar verilməlidir" .....                     "Arif Səlimovdan başqa heç bir müğənni onun məzarını tanımır" .....                     AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir .....                     Həmkarlar İttifaqında nə baş verir? .....                     10 manatlıq şirkətin 4.7 mily manatdan çox vergi borcu üzə çıxıb .....                     Bakı platforması: “Əgər danışıqlar uğurlu alınsa...” .....                     Partiya sədri Rusiyada yaşayan azərbaycanlıları ETİRAZA səslədi .....                     ƏT BAZARINDA MÖHTƏKİRLİK... .....                     “Əzbərlə, keç”: Dəyişiklik xatirinə dəyişdirilən dərsliklər .....                     Regionla bağlı qorxunc ssenari .....                     "Heç bir ölkə bu missiyanı öz üzərinə götürə biləcək imkanlara sahib deyil" .....                     Həm baha, həm keyfiyyətsiz: Dərman bazarında nə baş verir? .....                     “Little Stars” uşaq bağçası, YOXSA... .....                     “Kale Seramik” mağazasının qarşısında ÖZBAŞINALIQ .....                     Mingəçevirdə iş çevirən MÜƏMMALI ŞİRKƏT .....                     Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib .....                     Bu məşhur istirahət məkanı zibillik içərisindədir - .....                     Dünyanın yükünü daşıyan ADY-ni bataqlığa kim sürükləyir?! .....                     Gömrük sistemində rütbə ədalətsizliyi .....                     Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfəri .....                     ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib .....                     Çimərliyə maşınla girənlərə sərt sözlər: .....                     Paşinyan belçikalı həmkarı ilə sülh prosesini müzakirə etdi .....                     Nazirlik texnikasını yeniləyir: 3 milyonluq satınalma yekunlaşdı .....                     Təmir-tikinti materialları bazarı “od tutub yanır” .....                     Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub .....                     Dəfn müavinəti də hamıya veriləcək: .....                     Rusiyanın miqrasiya siyasətində sərt dəyişikliklər: .....                     “Trampın növbəti şousu” .....                     AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun vəsatəti təmin olunmadı .....                     Moskvadan Bakıya qarşı yeni plan: ruslar soydaşlarımıza qətl əmrini necə verib? .....                     Hərbi prokurora müavin təyin olunub .....                     Paşinyan 6 dəfə çağırdı, Makron niyə qəbul etmir? .....                     Mümkün müharibə təkcə Yaxın Şərq üçün yox, .....                 

Ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcı - İsrafil Kərimovun yazısı
Tarix: 24-06-2025, 16:58 | Çap et

2025-ci il iyunun 24-də Azərbaycanın enerji sektorunda mühüm və əhəmiyyətli hadisə baş vermişdir. Həmin gün Prezident İlham Əliyevin və bir sıra xarici şirkət rəhbərlərinin iştirakı ilə Mingəçevir şəhərində “8 Noyabr” Elektrik Stansiyasının açılışı keçirilib.
Ümumi gücü 1880 MVt olan bu stansiya Azərbaycanın müstəqillik dövründə inşa edilən ən iri elektrik enerjisi istehsal müəssisəsi kimi ölkənin enerji tarixində xüsusi yer tutur. Bu layihənin strateji əhəmiyyəti ondan ibarətdir ki, bu stansiya təkcə ölkənin daxili enerji tələbatının ödənilməsində deyil, həm də ixrac potensialının artırılmasında mühüm rol oynayacaq.
Mingəçevir şəhəri İkinci dünya müharibəsindən sonra yaradılan gənc sənaye şəhəridir. 1945-ci ildə Mingəçevirdə, Kür çayı üzərində Su Elektrik Stansiyasının inşası başlanılır və bu stansiya 1954-cü ildə işə salınır. Sonradan burada su tutumu 16 milyard 300 milyon kubmetr olan Mingəçevir su anbarı istifadəyə verilir. Bundan başqa Mingəçevirdə Cənibi Qafqazın ən böyük istilik elektrik stansiyası fəaliyyət göstərir. 8 bloklu bu Stansiyanın ümumi gücü 2400 meqavatdır. Beləliklə, “Nur şəhəri” adlandırılan Mingəçevir ölkənin əsas enerji mərkəzinə çevrilir.
İyunun 24-də Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyası istifadəyə verildi. Prezident İlham Əliyevin 2022-ci ildə imzaladığı Sərəncama əsasən inşasına başlanan bu layihə rekord sayılacaq müddətdə - cəmi iki il ərzində uğurla başa çatdırılıb. Layihənin hazırlanması və icrasında Azərbaycanın mühəndisləri əsas rol oynayıb və texniki həllər dünya təcrübəsi ilə uzlaşdırılaraq, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə həyata keçirilib.
“8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev deyib ki, “8 Noyabr” Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək. Dövlətimizin başçısı qeyd edib: “Ümumilikdə bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. Bu gün 8 Noyabr elektrik stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır”.
Bu stansiyada tətbiq olunan ən son texnoloji həllər və dünyanın aparıcı enerji istehsalı avadanlıqları sayəsində yanacaq sərfiyyatı əhəmiyyətli dərəcədə azaldılıb, faydalı iş əmsalı artırılıb və ətraf mühitə təsir minimuma endirilib. Bu baxımdan “8 Noyabr” Elektrik Stansiyası həm ekoloji, həm də iqtisadi səmərəliliyi ilə seçilən nümunəvi enerji layihəsi hesab olunur və ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcını simvolizə edir.
Bildirilib ki, “8 Noyabr” elektrik stansiyası ölkənin enerji potensialını təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirəcək. Hazırda Mingəçevirdə elektrik enerjimizin 40 faizdən çoxunun istehsal olunduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib ki, görülmüş bütün bu işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir.
Stansiyanın tikintisində İtaliyanın “Ansaldo Energia” və Çinin “Dongfang” şirkətləri ilə yanaşı, yerli ixtisaslaşmış BCC Group da iştirak edib ki, bu da Azərbaycanın enerji sektorunda milli kadr potensialının və sənaye imkanlarının sürətlə inkişaf etdiyini təsdiqləyən əhəmiyyətli göstəricidir. Mərasimdəki çıxışında ölkə başçısı həm İtaliya, həm də Çinin Azərbaycanın strateji tərəfdaşları olduğunu bildirib. İtaliya və Çinlə strateji tərəfdaşlıq haqqında bəyannamələrin imzalandığını deyən dövlətimizin başçısı vurğulayıb ki, onun həmin ölkələrə çoxsaylı səfərləri nəticəsində bir çox istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilmişdir. İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu söyləyən Prezident İlham Əliyev Çinin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdə olduğunu diqqətə çatdırıb.
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş və pan-Avropa qaz təchizatçısı adlandırır. Hazırda Azərbaycan qazının kəmərlər vasitəsilə 12 ölkəyə ixrac edildiyini diqqətə çatdıran dövlətimizin başçısı bildirib: “Məhz bu göstəriciyə, qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir. Əlbəttə ki, bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir”.
Bu gün Azərbaycan enerji siyasətində yeni mərhələyə qədəm qoyur. Bərpaolunan enerji layihələri ilə yanaşı, “8 Noyabr” kimi müasir və səmərəli stansiyalar enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, enerji ixrac imkanlarının genişləndirilməsinə, ətraf mühitin mühafizəsinə və regionda iqtisadi əməkdaşlığın güclənməsinə xidmət edir. Beləliklə, ölkəmizin enerji siyasəti təkcə iqtisadi inkişaf deyil, həm də qlobal enerji keçidinə və regional sabitliyə töhfə verən strateji model kimi nümunə göstərilir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

"DİA-AZ"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıdan Kiyevə uzadılan kömək əli - yeni tərəfdaşlıq nə vəd edir?
Bu gün, 08:35
5 ölkə üçün yeni təhlükə: Siyahıda Azərbaycan da var – DETALLAR
Bu gün, 08:34
Adil Vəliyev şəhid ailəsinə qarşı... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:29
“FSB”nin Bakıda kəsilən “qolu” - hibrid savaşçılarının baş hədəfi
Bu gün, 08:25
`Bolluq`dan körpə balalarımıza BOLHABOL TƏHLÜKƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 08:19
Nizami rayonunda MÖCÜZƏ: Bizim başçı əsl sehrbazdır... - FOTOFAKT
Bu gün, 06:52
"Sertifikasiyadan kəsilən müəllimlərin statusu ilə bağlı qərar verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 06:47
"Arif Səlimovdan başqa heç bir müğənni onun məzarını tanımır"
Bu gün, 06:45
AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir
Bu gün, 06:38
Həmkarlar İttifaqında nə baş verir? – Yaxın qohumu Sahib Məmmədovu tərk etdi
Bu gün, 06:34
10 manatlıq şirkətin 4.7 mily manatdan çox vergi borcu üzə çıxıb - DETALLAR
Bu gün, 06:28
Bakı platforması: “Əgər danışıqlar uğurlu alınsa...” - AKTUAL
Bu gün, 06:26
Partiya sədri Rusiyada yaşayan azərbaycanlıları ETİRAZA səslədi - "Birləşin, təşkilatlanın, etiraz edin..."
Bu gün, 06:23
ƏT BAZARINDA MÖHTƏKİRLİK... - kimlərsə məqsədli şəkildə...
Bu gün, 06:20
“Əzbərlə, keç”: Dəyişiklik xatirinə dəyişdirilən dərsliklər - AXI NİYƏ?..
Bu gün, 06:17
Regionla bağlı qorxunc ssenari – Gizli bomba 49 ildən sonra “partlaya bilər”
Bu gün, 06:15
"Heç bir ölkə bu missiyanı öz üzərinə götürə biləcək imkanlara sahib deyil" - deputat
Bu gün, 06:13
Həm baha, həm keyfiyyətsiz: Dərman bazarında nə baş verir? - ARAŞDIRMA
Bu gün, 06:06
“Little Stars” uşaq bağçası, YOXSA... TƏHLÜKƏ MƏNBƏYİ?
Bu gün, 06:05
“Kale Seramik” mağazasının qarşısında ÖZBAŞINALIQ - piyada yolu zəbt edildi
Bu gün, 06:00
Mingəçevirdə iş çevirən MÜƏMMALI ŞİRKƏT - Küçə ticarəti, NARAZI SAKİNLƏR.....
Bu gün, 05:57
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
Bu gün, 02:57
Bu məşhur istirahət məkanı zibillik içərisindədir - - FOTO
Bu gün, 02:55
Dünyanın yükünü daşıyan ADY-ni bataqlığa kim sürükləyir?! - GÖRÜNƏNİ ODUR Kİ...
Dünən, 18:07
Gömrük sistemində rütbə ədalətsizliyi - NARAZILIQ VAR...
Dünən, 18:06
Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfəri TƏKLİF OLUNDU
Dünən, 17:58
ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib - Səfir
Dünən, 17:44
Çimərliyə maşınla girənlərə sərt sözlər: - “Əllərinə bir az pul keçib, görməmişlər…”
Dünən, 17:42
Paşinyan belçikalı həmkarı ilə sülh prosesini müzakirə etdi
Dünən, 17:35
Nazirlik texnikasını yeniləyir: 3 milyonluq satınalma yekunlaşdı - QALİBLƏR
Dünən, 17:28
Təmir-tikinti materialları bazarı “od tutub yanır” – Qiymətlər kəllə çarxa çıxdı!
Dünən, 17:25
Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub
Dünən, 17:21
Dəfn müavinəti də hamıya veriləcək: - “Yaxın zamanda...”
Dünən, 17:08
Rusiyanın miqrasiya siyasətində sərt dəyişikliklər: - Çinlilər artır, Qafqazlılar sıxışdırılır
Dünən, 17:02
“Trampın növbəti şousu” - Sky News
Dünən, 17:00
AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun vəsatəti təmin olunmadı - TƏFƏRRÜAT
Dünən, 16:53
Moskvadan Bakıya qarşı yeni plan: ruslar soydaşlarımıza qətl əmrini necə verib? – ŞOK detallar
Dünən, 16:50
Hərbi prokurora müavin təyin olunub - ƏMR
Dünən, 16:47
Paşinyan 6 dəfə çağırdı, Makron niyə qəbul etmir? - GƏLİŞMƏ
Dünən, 16:04
Mümkün müharibə təkcə Yaxın Şərq üçün yox, ABŞ üçün də ciddi təhlükə mənbəyidir
Dünən, 16:03
Zelenski Yuliya Sviridenkoya Ukraynanın Baş naziri postunu təklif edib - KİV
Dünən, 15:59
Milli Məclisdə məmurlara etiraz: - “Hamıya oğru kimi baxırlar”
Dünən, 15:58
Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - TƏFƏRRÜAT
Dünən, 15:53
Azərbaycanlı blogerə Rusiyada cinayət işi açıldı - BAŞLARI QAÇIB...
Dünən, 15:46
Cənubi Qafqazda dönüş nöqtəsi: Aİ Ermənistan–Azərbaycan sülhünü dəstəkləyir - NƏ BAŞ VERİR?
Dünən, 15:44
"Dənizkənarı Bulvar İdarəsi”nin sabiq sədrinin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Dünən, 15:31
PKK silahı atdı... QƏLƏMİ TUTDU... - DAHA TƏHLÜKƏLİ...
Dünən, 14:35
"AccessBank"ın səhmdar kapitalı azalıb, borcu artıb - HESABAT
Dünən, 14:26
“PAŞA Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 13:03
“Beynəlxalq Bankı”ın mənfəəti azaldı - DETALLAR
Dünən, 13:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru