II Qaregin istefa verməlidir! .....                     Putinlə Tramp arasında münasibətlər işgüzardır .....                     Rusiya Ukraynanın hərbi aerodromuna zərbə endirib .....                     Müxalifətin Qarabağ məsələsini müzakirə etməyə haqqı yoxdur .....                     Paşinyandan Bakının xeyrinə gediş .....                     Türkiyədə bıçaqlanan Araz Musayev: Azərbaycandakı istintaqda onun da adını verəcəyəm .....                     Tikinti şirkətləri üçün böyük fürsət .....                     Akademik Abel Məhərrəmovun heyrətləndirən sərvəti, şok maaşı .....                     “Haqqımda söz demək sənin başın üçün deyil” .....                     Fransa konsulluğu Rusiyanın planın pozulması deməkdir .....                     "Azəri Med" və Bakı Sağlamlıq Mərkəzi arasında 10 milyonluq alqı-satqı: 5 ayda 22 tender müqaviləsi .....                     “Paşinyanın təbriki acizlik kimi qəbul ediləcək” .....                     Kiçik balıqların okean istəyi: .....                     II Qaregin subaylıq əhdini pozub, övladı da var .....                     "Konstitusiya Məhkəməsinin bu qərarı Əmək Məcəlləsinə uyğun deyil" .....                     “Mən Putini Trampdan daha yaxşı anlayıram” .....                     Naxçıvanın yarıtmaz idarəçiliyi: HƏR HƏFTƏ... HƏR BAYRAM BAKIYA QAÇIRLAR... .....                     Zəngəzur üzərindəki diplomatik savaş: Moskva qəzəbli, İrəvan narahat .....                     II Qaregin BƏƏ-yə getdi: Tərəfdarlarını bir araya toplayacaq .....                     Paşinyan sirri açdı və yeni müharibəyə çağırdı .....                     "Nə xoş mənə ki, adım artıq onlarla birlikdə çəkilmir" .....                     Bulvarda Aygün Kazımova izdihamı .....                     Vergi Xidməti ƏDV ilə bağlı məsələyə aydınlıq gətirdi .....                     Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? .....                     Rəna Soltanovanın daha bir qurbanı danışdı... .....                     Naxçıvanda qanunsuz hərbi forma geyinən şəxs cərimələndi .....                     Binəqədidə başçının satmadığı YER QALMAYIB .....                     Ermənilərlə görüşən deputat: Dedilər biz belə sülh istəmirik .....                     Qazaxıstan şirkəti Azərbaycan bazarından geidir .....                     Vüqar Gülməmmədova ağır itki .....                     Mask yenidən Trampı dəstəklədi .....                     Bakıda 15 ildən sonra ortaya çıxan təhlükə .....                     ABŞ-də SSR-in bayrağı qaldırıldı .....                     Naxçıvanda “Kassap Döner”də KÜTLƏVİ XƏHƏRLƏNMƏ... .....                     Paşinyanın korteji qəzaya uğramayıb... .....                     Gəncə səhiyyəsi ACINACAQLI DURUMDA... .....                     ABŞ-ın Rusiyaya “vahiməli” sanksiya paketi: içində nələr var? .....                     Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... .....                     İcra başçısının iyun ayı üzrə ilk səyyar görüşü Orta Salahlı kəndində baş tutdu .....                     Vaqif Bayatlı Odərin kitabları təqdim olunacaq .....                 

Zəngəzur üzərindəki diplomatik savaş: Moskva qəzəbli, İrəvan narahat - NƏ BAŞ VERİR?
Tarix: Bu gün, 11:29 | Çap et

Ötən həftə Ermənistanın Sünik rayonunun (Zəngəzur) Gorus şəhərində Fransanın fəxri konsulluğunun açılışı olub. Erməni mediasının məlumatına görə, fəxri konsul vəzifəsinə Gorusdakı Frankofoniya mərkəzinin direktoru Karmen Apunts təyin edilib. Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovannisyan deyib ki, sabit sülhün təminatı həm də iqtisadi qarşılıqlı əlaqə və regional əməkdaşlıqdır ki, bu da regionda qarşılıqlı etimad mühitinin formalaşmasına töhfə verəcək.

“Sünik regional əməkdaşlığın strateji qalasına çevrilə bilər, burada infrastruktur, nəqliyyat və enerji sektorlarında birgə layihələr təkcə Ermənistanın deyil, bütün regionun, eləcə də daha geniş regionun maraqlarına xidmət edəcək. Bizim məqsədimiz sülh və təhlükəsiz regiondur. Burada münaqişələr əvəzinə əməkdaşlıq hökm sürür, sərhədlər - qapılar və təhdidlər əvəzinə biz qarşılıqlı hörmət əsasında münasibətləri necə inkişaf etdirmək barədə düşünürük”, - nazir müavini qeyd edib.

Fransanın Ermənistandakı səfiri Olivye Dekotini isə bildirib ki, Gorus Ermənistanın geosiyasətinin mərkəzində yerləşən və ilk nöqtə kimi Qarabağdan gələn əhalini qəbul edən şəhərdir: “Bu, regionda sülhü bərqərar edən şəhərdir”. Diplomat Gorusun həmişə yol ayrıcında olduğunu və fəaliyyətinin sülhün bərqərar olmasına yönəldiyini qeyd edib.

Beləliklə, Ermənistan Zəngəzur dəhlizinin keçdiyi ərazini Fransanın nəzarətinə vermiş sayılır. Bu, əlbəttə, ilk növbədə Rusiyaya zərbədir. Çünki dəhlizə nəzarət 2020-ci il 10 noyabr Üçtərəfli Birgə Bəyanata əsasən Rusiya sərhədçilərinə verilməli idi. Eyni zamanda, Rusiya uzun müddət idi ki, Zəngəzurda diplomatik missiya yerləşdirməyə çalışırdı, amma rəsmi İrəvan buna “yox” deyir. Artıq konsulluğun açılması məsələsinə olmasa da, həmin gün Rusiyanın müdafiə naziri Andrey Belousovun “Ermənistanın Sünik bölgəsi ətrafında gərginlik davam edir” bəyanatı ilə çıxış etməsi bir mesaj sayıla bilər.

Məlumdur ki, Fransa bu sərhəd bölgəsində hansısa diplomatik missiya adı altında yerləşməyə çalışırdı. Fransanın Ermənistanın cənub bölgəsi olan Zəngəzurda konsulluq açması regionda yeni geosiyasi proseslərin başlandığını göstərir. Ekspertlərin fikrincə, bu addım, Zəngəzur dəhlizinə gələcəkdə nəzarət etmək planının tərkib hissəsidir və Ermənistanın Rusiyanın bölgədəki təsirini zəiflətmək məqsədi güdür.

Siyasi icmalçı Asif Nərimanlı mövzu ilə bağlı AYNA.AZ-a müsahiobəsində xatırladıb ki, Qərbi Zəngəzurda davam edən konsulluq yarışında Fransa İrandan sonra nəticə əldə edən ikinci ölkədir:

- Əsas sual isə budur: Fransanın konsulluğu hansı fəaliyyəti göstərəcək? Konsulluq missiyasının təmsil etdiyi ölkənin vətəndaşları ilə işləmək olduğu və Zəngəzur bölgəsində Fransa vətəndaşlarının yaşamadığı faktı fonunda da bu sual daha da aktuallaşır. Ona görə də, hesab edirəm ki, Gorusda açılan Fransa konsulluğunun iki mümkün missiyası var. Birincisi, konsulluq Fransanın kəşfiyyat mərkəzi kimi fəaliyyət göstərə bilər. Zəngəzur bölgəsində mövqelənən rəsmi Parisin Azərbaycana, o cümlədən, İrana və Rusiyaya qarşı bu cür fəaliyyətləri istisna edilməməlidir. O da istisna deyil ki, konsulluq bu missiyanı Avropa İttifaqının bölgədəki müşahidə missiyası ilə koordinasiyalı şəkildə həyata keçirəcək. İkincisi, həm də ən əsası konsulluğun açılması Fransanın Zəngəzur üzərindən bölgədəki mövqelərini, xüsusilə regional kommunikasiyalarda iştirak imkanlarını gücləndirmək məqsədi daşıyır. Ermənistan və Fransa rəsmilərinin bəyanatlarında da buna işarələr var. Qərbi Zəngəzur Cənubi Qafqazda kommunikasiyanın açılmasında strateji bölgədir. Bunun bütövlükdə Avrasiyanın nəqliyyat şəbəkəsinin bir hissəsi olduğu amili nəzərə alınmalıdır. Bu kontekstdə konsulluğun açılışında iştirak edən Fransanın İrəvandakı səfiri Olivye Dekotinin “Gorus Ermənistanın geosiyasətinin mərkəzindədir və həmişə mühüm yol ayırıcı rolunu oynayıb, bundan sonra da belə olacaq” sözləri diqqət çəkir. Səfirin Gorusun yenidən “yol ayırıcı mərkəzə” çevrilməsini irəli sürməsi belə oxuna bilər: bölgədə konsulluq açan Fransa regional komminikasiyanın bərpasında İrəvanın “sülhün kəsişməsi” layihəsinin qəbul edilməsi və Avropa İttifaqının Mərkəzi Asiya ölkələrindən başlayan Transxəzər dəhlizinin Ermənistan vektorlu reallaşması istiqamətində səylərini sürətləndirəcək.

- Belə qiymətləndirmə var ki, Fransa konsulluğunun açılmasına İrəvandan icazə əslindəı Rusiyaya zərbədir. O mənada ki, Rusiya uzun müddətdir Zəngəzurda diplomatik missiya yaratmaq istəyir, amma Ermənistan buna imkan vermir...

- Əlbəttə, bu, Rusiyaya zərbədir, həm də ağır zərbə. Rusiyadan verilən bəyanatlar da bu kontekstdə nəzərdən qaçmamalıdır. Rusiya müdafiə naziri həmin günlər bəyanatında bildirdi ki, Qərbi Zəngəzur ətrafında gərginlik var və davam edir. Bunu iki cür oxumaq mümkündür. Birincisi, regiondan kənar ölkələrin bölgəyə Ermənistan üzərindən, məhz Zəngəzurdan müdaxiləsi ilə bağlıdır. Avropa İttifaqının müşahidə missiyasının fəaliyyət göstərdiyi və faktiki olaraq, Rusiya sərhədçilərinin yerini tutduğu Zəngəzurda Fransa konsulluq açır. Və bu, Ermənistanın bölgədə konsulluq açmaq istəyən Rusiyaya imkan verməməsi fonunda baş verdi. Bölgədə ilk konsulluğu İranın açması rəsmi İrəvan üçün regional müttəfiqin Tehran, ikinci konsulluğu Fransanın açması isə regiondan kənar müttəfiqinin Paris olduğu deməkdir. Belousovun sözləri Ermənistanda mövqelərini bərpa etmək istiqamətində aktivləşən Rusiyanın xəbərdarlığı kimi qəbul edilə bilər. Hesab edirəm ki, Moskva bununla ən azı Zəngəzurda konsulluğunun açılmasına nail olmağa çalışır.

- Bəs ikin ci məqam hansıdır?

- Azərbaycan-Ermənistan münasibətləri çərçivəsində Moskvanın İrəvana “yardım təklifi”ndən qaynaqlanan məqam var ki, bu, istisna edilməməlidir. Belousov bildirir ki, “Ermənistan-Azərbaycan münasibətlərinin qeyri-sabit vəziyyətindən narahatdırlar, Sünik rayonu ətrafında gərginlik qalmaqdadır. Moskva İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasında maraqlıdır və hər cür kömək etməyə hazırdır”. Zəngəzura fokuslanan bu açıqlama Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri zamanı “Biz Ermənistanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi üçün hər cür yardım etməyə hazırıq” sözləri fonunda diqqət çəkir. Sual yaranır: Ermənistanın ərazi bütövlüyü pozulubmu? Rəsmi İrəvan iddia edir ki, 2022-ci ilin sentyabr döyüşləri zamanı Azərbaycan ordusunun strateji yüksəkliklərə nəzarəti bərpa etməsi “Ermənistanın ərazi bütövlüyünün pozulması” ilə nəticələnib. Halbuki Azərbaycan ordusu əsasən işğal dövründə Ermənistan tərəfindən qanunsuz şəkildə irəli çəkilən dövlət sərhədini bərpa edib. Bununla yanaşı, delimitasiya prosesi aparılmadığı üçün Azərbaycan-Ermənistan sərhədinin konkret xətləri bəlli deyil. Ermənistan bu iddiaya əsaslanaraq, anti-Rusiya siyasətini körüklədi və Qərb qüvvələrini Avropa İttifaqı müşahidə missiyası adı altında bölgəyə gətirdi. Lavrov “Ermənistanın ərazi bütövlüyünün təmin edilməsinə dəstək” dedikdə Moskvanın İrəvana yardım edə biləcəyinə diqqət çəkirdi. İstisna deyil ki, Lavrovun İrəvan səfəri zamanı qapalı müzakirələrdə bu yardım müzakirə olunub. Lakin Moskva diplomatik kanallarla buna nail ola bilmədiyi üçün hərbi rəhbərliyin dili ilə yenidən çağırış edir. Yaxud Lavrovun İrəvandan istədiklərini Belousov vasitəsilə daha da gücləndirir. Ermənistan-Azərbaycan münasibətlərinin qeyri-sabit vəziyyətindən danışan Belousovun diqqəti Zəngəzur bölgəsində gərginliyin davam etməsinə çəkməsi buna hesablanmış kimi görünür.

- Yəni ki, Rusiya Ermənistana yardım təklifi ilə bölgəyə qayıtmağa çalışır...

- Əlbəttə, Rusiya mümkün qədər itirilmiş mövqelərini bərpa etmək niyyətindədir. Regiona qayıtmağa çalışan Rusiya bununla Ermənistana “Azərbaycan qarşısında müdafiə olunmaq” təklifi irəli sürür və bu, dörd istəkdən ibarət ola bilər. Birincisi, Azərbaycan-Ermənistan sərhədinin delimitasiya prosesində iştirak etmək, ikincisi KTMT müşahidə missiyasını Azərbaycanla sərhədə daxil etmək, üçüncüsü, Rusiya sərhədçilərinin bölgədə fəaliyyətini yenidən genişləndirmək və nəhayət, Zəngəzurda konsulluğunu qısa zamanda açmaq. Bunlardan ilk üçü ilə müqayisədə dördüncüsü daha real görünür. Hərçənd Rusiyanın istəyini Ermənistana qəbul etdirmək imkanları – ritorik xəbərdarlığını arqumentləşdirmək üçün praktiki müstəvidə hansı addımlar ata biləcəyi açıq olaraq qalır. Moskvanın klassik taktikası özünə bağlı erməni hərbçiləri hərəkətə keçirmək, Azərbaycanla sərhəddə təxribatlar törətmək idi. Lakin Ermənistan ordusunda əvvəlki təsirlərinin qalmadığını nəzərə alsaq, bu taktikanın mövcud vəziyyətdə reallığı sual altına düşür. Rusiyanın nə edəcəyi sualı açıq qalsa da, Zəngəzurda güclənmək cəhdlərinin davam edəcəyi aydın görünür.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
II Qaregin istefa verməlidir! - Paşinyan katalikosa ÇAĞIRIŞ ETDİ
Bu gün, 15:22
Putinlə Tramp arasında münasibətlər işgüzardır - Lavrov
Bu gün, 15:19
Rusiya Ukraynanın hərbi aerodromuna zərbə endirib
Bu gün, 15:16
Müxalifətin Qarabağ məsələsini müzakirə etməyə haqqı yoxdur - YAP-çı deputat
Bu gün, 13:12
Paşinyandan Bakının xeyrinə gediş – İki nəfəri belə ifşa etdi
Bu gün, 13:08
Türkiyədə bıçaqlanan Araz Musayev: Azərbaycandakı istintaqda onun da adını verəcəyəm - MÜSAHİBƏ
Bu gün, 13:06
Tikinti şirkətləri üçün böyük fürsət - 18,5 MİLYON MANATLIQ TENDER
Bu gün, 13:01
Akademik Abel Məhərrəmovun heyrətləndirən sərvəti, şok maaşı - sabiq deputatın yazısı
Bu gün, 12:33
“Haqqımda söz demək sənin başın üçün deyil” - Manaf Ağayev HƏDƏLƏDİ
Bu gün, 12:29
Fransa konsulluğu Rusiyanın planın pozulması deməkdir - Ermənistanın "strateji xəyanəti"
Bu gün, 12:22
"Azəri Med" və Bakı Sağlamlıq Mərkəzi arasında 10 milyonluq alqı-satqı: 5 ayda 22 tender müqaviləsi - İcazə verin şübhələnək...
Bu gün, 12:21
“Paşinyanın təbriki acizlik kimi qəbul ediləcək”
Bu gün, 12:16
Kiçik balıqların okean istəyi: -SSRİ-nin bərpası real deyil
Bu gün, 12:04
II Qaregin subaylıq əhdini pozub, övladı da var - Nikol Paşinyan
Bu gün, 11:58
"Konstitusiya Məhkəməsinin bu qərarı Əmək Məcəlləsinə uyğun deyil" - Ekspert danışır
Bu gün, 11:55
“Mən Putini Trampdan daha yaxşı anlayıram” - Zelenski
Bu gün, 11:36
Naxçıvanın yarıtmaz idarəçiliyi: HƏR HƏFTƏ... HƏR BAYRAM BAKIYA QAÇIRLAR... - AXI NİYƏ?
Bu gün, 11:35
Zəngəzur üzərindəki diplomatik savaş: Moskva qəzəbli, İrəvan narahat - NƏ BAŞ VERİR?
Bu gün, 11:29
II Qaregin BƏƏ-yə getdi: Tərəfdarlarını bir araya toplayacaq - GƏLİŞMƏ
Bu gün, 11:27
Paşinyan sirri açdı və yeni müharibəyə çağırdı - KİV
Bu gün, 11:23
"Nə xoş mənə ki, adım artıq onlarla birlikdə çəkilmir"
Bu gün, 11:20
Bulvarda Aygün Kazımova izdihamı - VİDEO
Bu gün, 11:12
Vergi Xidməti ƏDV ilə bağlı məsələyə aydınlıq gətirdi - AÇIQLAMA
Bu gün, 11:08
Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR
Bu gün, 10:49
Rəna Soltanovanın daha bir qurbanı danışdı... - "İşimdən oldum, külli miqdarda pul itirdim"
Bu gün, 10:39
Naxçıvanda qanunsuz hərbi forma geyinən şəxs cərimələndi
Bu gün, 10:30
Binəqədidə başçının satmadığı YER QALMAYIB - daha bir QANUNSUZLUQ
Bu gün, 10:24
Ermənilərlə görüşən deputat: Dedilər biz belə sülh istəmirik - MÜSAHİBƏ
Bu gün, 10:17
Qazaxıstan şirkəti Azərbaycan bazarından geidir
Bu gün, 10:12
Vüqar Gülməmmədova ağır itki
Bu gün, 10:00
Mask yenidən Trampı dəstəklədi
Bu gün, 09:56
Bakıda 15 ildən sonra ortaya çıxan təhlükə – “Hər kəs ehtiyatlı olsun!”
Bu gün, 09:36
ABŞ-də SSR-in bayrağı qaldırıldı
Bu gün, 09:34
Naxçıvanda “Kassap Döner”də KÜTLƏVİ XƏHƏRLƏNMƏ... - 17 nəfər...
Bu gün, 09:31
Paşinyanın korteji qəzaya uğramayıb... -Ermənistan DİN və mətbuat katibindən təkzib
Bu gün, 09:27
Gəncə səhiyyəsi ACINACAQLI DURUMDA... - NARAZILIQ VAR...
Bu gün, 09:24
ABŞ-ın Rusiyaya “vahiməli” sanksiya paketi: içində nələr var? - TƏFƏRRÜAT
Bu gün, 09:12
Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
Bu gün, 09:03
İcra başçısının iyun ayı üzrə ilk səyyar görüşü Orta Salahlı kəndində baş tutdu - FOTO
Bu gün, 08:47
Vaqif Bayatlı Odərin kitabları təqdim olunacaq - FOTO
Bu gün, 08:42
Azərbaycan dövlətçiliyinin xilas günü - MƏQALƏ
Bu gün, 08:37
Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası - İsrafil Kərimovun yazısı
Bu gün, 08:35
Şəkidə Qarabağ qazisini SAYA SALAN YOXDUR... - Prezidentə MÜRACİƏT
Bu gün, 07:48
İcra başçısı HƏBS OLUNDU - Rusiyada...
Bu gün, 07:41
Paşinyanın yerinə sürpriz isim – Qarabağ qatili hakimiyyətə gətirilir?
Bu gün, 07:37
Rusiyanın bir sıra hava limanları fəaliyyətlərini dayandırıb - SİYAHI
Bu gün, 06:34
Bu şəxslərə ildə 1440 manat verilir: Bir şərtlə - TƏFƏRRÜAT
Bu gün, 06:31
'Bolt'dan taksi sifariş etdik və... - GİLEY
Bu gün, 06:26
Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
Bu gün, 06:17
Paşinyanın bayram təbrikinin PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 06:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru