İyunun 14-də Beynəlxalq Muğam mərkəzində görkəmli şair Vaqif Bayatlı Odərin kitablarının təqdimat mərasimi keçiriləcək.
"DİA-AZ" xəbər verir ki, tədbirdə onun "Türkün şərəfli oğlu", "Göyüzünə yazılanlar", "Göyüzüylə söhbətlər" kitabları təqdim olunacaq.
Təqdimatdan sonra görkəmli söz ustadına həsr olunmuş "Ölənədək sevmək azdır" adlı konsert proqramı baş tutacaq.