AzVision.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski “ABC News” telekanalına müsahibəsində belə deyib.
“Prezident Trampa bütün hörmətimlə bərabər, mən hesab edirəm ki, Rusiyanın sülhə hazır olması haqqında düşüncəsi sadəcə onun şəxsi fikridir. İnanın ki, biz rusları, rusların mentalitetini amerikalıların rusları başa düşməsindən qat-qat yaxşı anlayırıq. Rusiya döyüşləri dayandırmağa hazır deyil”, - Zelenski vurğulayıb.
Xatırladaq ki, iyunun 4-də Vladimir Putin Donald Trampla telefon danışığında Rusiya-Ukrayna münaqişəsini, həmçinin İstanbuldakı son danışıqları müzakirə edib. Kiyevi danışıqlar prosesini pozmağa çalışmaqda günahlandıran Putin hazırkı Ukrayna hakimiyyətinin “sülhə ehtiyacı olmadığına” əminliyini bildirib.
Tramp, öz növbəsində, Putinə zəng etdiyini və iki lider arasındakı söhbətin müsbət məcrada keçdiyini, lakin bunun “dərhal sülhə gətirib çıxaracaq danışşıq olmadığını” deyib.
Kiyev rəsmiləri Rusiya lideri Vladimir Putini amerikalılardan və Ağ Evin hazırkı prezidenti Donald Trampdan daha yaxşı başa düşür.