Vergi Xidməti ƏDV ilə bağlı məsələyə aydınlıq gətirdi .....                     Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? .....                     Rəna Soltanovanın daha bir qurbanı danışdı... .....                     Naxçıvanda qanunsuz hərbi forma geyinən şəxs cərimələndi .....                     Binəqədidə başçının satmadığı YER QALMAYIB .....                     Ermənilərlə görüşən deputat: Dedilər biz belə sülh istəmirik .....                     Qazaxıstan şirkəti Azərbaycan bazarından geidir .....                     Vüqar Gülməmmədova ağır itki .....                     Mask yenidən Trampı dəstəklədi .....                     Bakıda 15 ildən sonra ortaya çıxan təhlükə .....                     ABŞ-də SSR-in bayrağı qaldırıldı .....                     Naxçıvanda “Kassap Döner”də KÜTLƏVİ XƏHƏRLƏNMƏ... .....                     Paşinyanın korteji qəzaya uğramayıb... .....                     Gəncə səhiyyəsi ACINACAQLI DURUMDA... .....                     ABŞ-ın Rusiyaya “vahiməli” sanksiya paketi: içində nələr var? .....                     Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... .....                     İcra başçısının iyun ayı üzrə ilk səyyar görüşü Orta Salahlı kəndində baş tutdu .....                     Vaqif Bayatlı Odərin kitabları təqdim olunacaq .....                     Azərbaycan dövlətçiliyinin xilas günü .....                     Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası .....                     Şəkidə Qarabağ qazisini SAYA SALAN YOXDUR... .....                     İcra başçısı HƏBS OLUNDU .....                     Paşinyanın yerinə sürpriz isim .....                     Rusiyanın bir sıra hava limanları fəaliyyətlərini dayandırıb .....                     Bu şəxslərə ildə 1440 manat verilir: Bir şərtlə .....                     'Bolt'dan taksi sifariş etdik və... .....                     Müəllim dövlət qulluqçusu deyil AXI... .....                     Paşinyanın bayram təbrikinin PƏRDƏARXASI .....                     Rusiyaya gedərkən yüz ölçüb bir biçin... .....                     Vətəndaş 'Şirvanşah'ın umrunda da deyil .....                     "Abituriyentlər artıq imtahanlara yox, öz güclərinə yox, DİM-in səhv etməyəcəyinə dua edirlər" .....                     Ələtdə şəhid ruhuna SAYĞISIZLIQ .....                     "Sonra ərə getdim... .....                     “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin 24 milyon manatdan çox vergi borcu... .....                     Tramp ABŞ -a nəzarəti itirib? .....                     Daha bir saxta diplomlu həkim... .....                     Putin Ermənistana “daha ağır top”la girir .....                     İlon Mask - Tramp qarşıdurması dünyaya ciddi təlatümlər gətirəcək .....                     Paşinyan Laçınla qonşu şəhərə gəldi... .....                     "İnsanlar burada həqiqətən yavaş yaşamağı bilirlər" .....                 

İcra başçısının iyun ayı üzrə ilk səyyar görüşü Orta Salahlı kəndində baş tutdu - FOTO
Tarix: Bu gün, 08:47 | Çap et

Ölkə Prezidenti İlham Əliyevin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr ölkəmizdə vətəndaş amilinin dövlət siyasətinin əsasını təşkil etməsindən xəbər verir.

Dövlət başçısının ölkəmizdə insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaşların qayğılarına həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da olduğu kimi icra edilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə keçirilən səyyar qəbulları da bu məqsədi daşıyır.

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2025-ci ilin iyun ayı üzrə vətəndaşlarla nəzərdə tutulan ilk səyyar görüşü Orta Salahlı kəndində olub.

İyunun 5-də rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə sakinləri narahat edən məsələlər dinlənilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək sakinləri salamlayıb, qarşıdan gələn Qurban bayramı münasibətilə səmimi ürək sözlərini çatdırıb. Görüşün məqsəd və əhəmiyyətindən söz açan icra başçısı sakinlərlə keçirilən səyyar görüşlərin təməlində vətəndaş məmnunluğunun dayandığını qeyd edib. Bugünkü səyyar görüşün əsas məqsədinin kənddəki mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq olduğunu bildirib.

İcra başçısı bütün kəndlərimiz kimi, Orta Salahlı kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu qeyd edib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 2 nəfər, 44 günlük Vətən müharibəsində 1 nəfər şəhid verdiyini bildirib. 3 nəfər Birinci Qarabağ müharibəsi, 5 nəfər Vətən müharibəsi əlilinin olduğunu qeyd edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində Orta Salahlı kəndindən 55 nəfərin iştirak etdiyini, onlardan 24 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. İcra başçısı istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını, əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.

İcra başçısı bildirib ki, son illər Qazaxda daim diqqət ayrılan sahələrdən biri uşaqlara göstərilən qayğıdır. Həmin qayğının bariz nümunəsi bu gün rayonda mövcud olan 26 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 20-si kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyədə olmasıdır. İcra başçısı qeyd edib ki, bu gün rayonda 14 kənddə bağça yoxdur ki, həmin kəndlərdən biri də məhz Orta Salahlı kəndidir. İcra başçısı bu məsələnin daim gündəmdə olduğunu diqqətə çatdırıb. Məktəb binasının inşasının Dövlət Proqramında nəzərdə tutulduğunu, bağçanın açılması və digər məsələlərlə bağlı aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırıldığını qeyd edib.

İcra başçısı Qazaxda aparılan abadlıq işlərinin bu il də uğurla davam etdirildiyini, şəhərdə və rayonun kəndlərində nəqliyyat vasitələrinin hərəkətinin yaxşılaşdırılması, vətəndaşların rahatlığını təmin etmək məqsədilə təqdirəlayiq işlər görüldüyünü diqqətə çatdırıb. Şəhərin Nəsrəddin Tusi, şəhid Yunis Kazımov (Bakı küçəsindən M.Ə.Rəsulzadə küçəsinin kəsişməsinə kimi), Ağköynək kəndində Çərkəz İsmayılov və Cabir Hüseynov (Mehdi Hüseyn küçəsinin kəsişməsindən magistral yola kimi) küçələrinə yeni asfalt örtüyünün döşəndiyini, şəhərin Nəriman Nərimanov yaşayış massivində, Qazax şəhəri Azadlıq küçəsində yerləşən 206A saylı binanın fasadında təmir işlərinin aparıldığını, Əliağa Şıxlinski küçəsində asfalt döşənməsindən əvvəl yol kənarında yerləşən obyekt və hasarlarda abadlıq işlərinin həyata keçirildiyini, Aslan Kəmərli küçəsində yeni səkilərin salındığını, şəhərin Heydər Əliyev prospektində müasir işıqlandırma sisteminin quraşdırıldığını, səkilərin kənarına məhəcərlərin vurulduğunu bildirib.

Rayon rəhbəri sakinlərlə keçirilən görüşdə narkomaniyanın törətdiyi fəsadlardan da danışıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq ali təhsil ocaqlarında, rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Narkomaniyanın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində təkcə hüquq-mühafizə orqanlarının deyil, valideynlərin, müəllimlərin, hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin, həmçinin, ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın narkomaniyaya qarşı mübarizədə barışmaz mövqedə olduğunu bildirib.

İcra başçısı sakinlərlə təşkil edilmiş görüşdə erkən nikahın törətdiyi fəsadlardan da söz açıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq ali təhsil ocaqlarında, rayonun ümumtəhsil məktəblərində sözügedən mövzuya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində də valideynlərlə, müəllimlərlə yanaşı, hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib. Rayon rəhbəri ailə dəyərlərinin təbliği, valideyn məsuliyyətinin artırılması, qızların təhsildən yayındırılması hallarına qarşı mübarizədə, erkən nikahın fəsadları ilə bağlı mübarizədə hər bir vətəndaşın səfərbər olmalı olduğunu vurğulayıb. Hər kəsin, xüsusilə də ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın erkən nikaha qarşı mübarizədə barışmaz mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb.

İcra başçısı Respublika Prezidentinin 29 aprel 2019-cu il tarixli, 1143 nömrəli Sərəncamına əsasən təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.3-cü bəndində qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı əhali arasında təşviqat və maarifləndirmə işlərinin aparılması,10.12.4-cü bəndindəsağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin həyata keçirilməsinin əksini tapdığını qeyd edərək mövzu ilə bağlı fikirlərini bölüşüb. İcra başçısı Dövlət Proqramında əksini tapan bəndlərdə qeyd edilən qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması, sağlam və rasional qidalanma istiqamətində maarifləndirmə və təbliğat-təşviqat işləri çərçivəsində konservləşdirilmiş qidalar, o cümlədən qida məhsullarının etiketlərində yer almalı olan məlumatlar, etiket üzərində simvol və işarələrin izahı, bakteriya mənşəli qida zəhərlənmələrinin təsviri, qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin qarşısının alınmasının vacibliyini diqqətə çatdırıb. Rayon rəhbəri ilk növbədə qida maddələrinin itkisinin minimuma endirilməsi və məhsulun dad-tam keyfiyyətinin maksimum qorunub saxlanılması üçün uyğun konservləşdirmə üsulunun seçilməli, istifadə olunan əsas və yardımçı xammalın keyfiyyəti qüvvədə olan normativ-texniki sənədlərin tələbinə cavab verməli olduğunu bildirib. Xüsusilə istifadə edilən ərzaqların, məshulların istifadə müddətinə, saxlanma şəraitinə diqqət yetirilməli olduğunu vurğulayıb. Rayon rəhbəri son illər Qazaxda qida təhlükəsizliyinin təmin olunması ilə bağlı görülmüş işlərdən söz açaraq aidiyyəti şəxslərlə birlikdə rayonda fəaliyyət göstərən çörək sexlərində, marketlərdə, restoran və kafelərdə keçirilmiş reydlər barədə də məlumat verib. Eyni zamanda, rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin bufetlərində şagirdlərə təklif olunan qida məhsullarının keyfiyyəti, istifadə müddəti, saxlanma şəraitinə nəzarət məqsədilə Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun, Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz Regional bölməsinin əməkdaşlarının iştirakı ilə reydlər həyata keçirildiyini, qeyd edilən məsələlərin nəzarətdə saxlanıldığını diqqətə çatdırıb.

İcra başçı Respublika Prezidentinin 28 avqust 2023-cü il tarixli 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın icrasından, bu sahədə hazırlanmış Tədbirlər Planının 8.4.3-cü yarımbəndində - Əhalinin sosial xidmətlərlə təmin edilməsində ünvanlılığın artırılması məqsədilə mövcud sosial xidmətlər haqqında əhali arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsi istiqamətində görülmüş işlərdən də söz açıb. Rayon rəhbəri çətin həyat şəraitində yaşayan şəxsin (ailənin) sosial problemlərinin aradan qaldırılması və ictimai həyatda digər insanlarla bərabər iştirak imkanlarının yaradılması istiqamətində həyata keçirilən kompleks tədbirləri özündə əks etdirən Sosial xidmət barədə məlumat verib. Bildirib ki, Sosial xidmətin məqsədi vətəndaşların həyat səviyyəsini ağırlaşdıran, sosial-psixoloji vəziyyətini çətinləşdirən, cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısını almaqdan, çətin həyat şəraitinin əmələ gəldiyi hallarda ehtiyacı olan şəxslərə sosial xidmətin göstərilməsini təmin etməkdən ibarətdir. Rayon rəhbəri Sosial xidmətlərin fəaliyyət istiqamətlərini mənzil, avtomobil təminatı, sanatoriya-kurort yollayışları, övladlığagötürmə, himayədar ailə, evdə (səyyar) sosial-məişət xidməti, sosial xidmət müəssisələri, mənzil satışı portalı, sosial sifarişlər, Sosial Xidmət Mərkəzləri, Daimi Günərzi Qayğı Mərkəzlərinin təşkil etdiyini bildirib. Vətəndaşların xidmətlərdən yararlanmaq üçün Dost mərkəzlərinə, 142 çağırı mərkəzinə və Sosial Xidmətlər Agentliyinin yerli bölmələrinə müraciət etməli olduqlarını söyləyib.

Rayon rəhbəri görüşdə qarşıdan gələn "Son zəng" tədbirlərinin yüksək səviyyədə qeyd edilməsi, həmin tədbirlərin məktəb daxilində keçirilməsi, bu tədbirlərin keçirilməsində təhlükəsizliyin təmin edilməsi və digər məsələlərlə bağlı məktəb direktorlarına, məktəblərə təhkim olunmuş məsul şəxslərə, eləcə də kənd və şəhər üzrə sahə rəislərinə tapşırıq və tövsiyələr veriləcəyini, ciddi nəzarət olunacağını bildirib. Məktəb-müəllim-valideyn-şagird münasibətlərinin düzgün qurulmasının əhəmiyyətini qeyd edən icra başçısı bu işdə hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü dilə gətirib. Məktəbdə təhsil alan, çətin tərbiyə olunan, risk qrupunda olan (dərsə davamiyyəti zəif olan, dərs zamanı tədrisə mane olaraq müəllim və şagirdlərin fikrini yayındırmağa çalışan, sosial şəbəkələrdə qeyri-etik mövzularda paylaşımlar edən və s.) şagirdlərin valideynlərinə xəbərdarlıq olunacağını söyləyib. Onlara növbəti tədris ilində övladlarının məktəbdə nizam-intizam qaydalarına riayət etməli olduqları, dərsə davamiyyətlərini yüksək səviyyədə davam etdirmələri ilə bağlı xəbərdarlıq ediləcəyini, əks təqdirdə lazımi addımların atılacağını diqqətə çatdırıb.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Orta Salahlı kəndində də elektrik dayaqlarının yenilənməsinə, SİP kabelləşmə işinin davam etdirilməsinə ehtiyac olduğunu vurğulayaraq bu sahədə işlərin nəzərdə tutulduğunu bildirib.

Sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Sakinlərdən Nəbi Babacanov və başqaları onlarla görüşə gəldiyinə, ilk gündən göstərilən qayğının bu gün də davam etdirilməsinə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Son illər rayonda, o cümlədən də Orta Salahlı kəndində görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğun onlar yaşayan kənddən də yan keçmədiyini bildirib. Ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha dərin minnətdarlığını bildirib.

Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin kənddə 270 şagird yerlik Orta Salahlı kənd tam orta məktəb üçün yeni binanın tikintisi ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri səslənən məsələyə həssaslıqla yanaşılacağını bildirib. Məktəb binasının inşasının Dövlət Proqramında nəzərdə tutulduğunu və aidiyyəti qurum qarşısında məsələ qaldırıldığını qeyd edib.

"DİA-AZ"












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vergi Xidməti ƏDV ilə bağlı məsələyə aydınlıq gətirdi - AÇIQLAMA
Bu gün, 11:08
Təhsil Nazirliyi müəllimlərin əmək haqqına vurulan əlavə pulu necə mənimsəyir? - ŞOK FAKTLAR
Bu gün, 10:49
Rəna Soltanovanın daha bir qurbanı danışdı... - "İşimdən oldum, külli miqdarda pul itirdim"
Bu gün, 10:39
Naxçıvanda qanunsuz hərbi forma geyinən şəxs cərimələndi
Bu gün, 10:30
Binəqədidə başçının satmadığı YER QALMAYIB - daha bir QANUNSUZLUQ
Bu gün, 10:24
Ermənilərlə görüşən deputat: Dedilər biz belə sülh istəmirik - MÜSAHİBƏ
Bu gün, 10:17
Qazaxıstan şirkəti Azərbaycan bazarından geidir
Bu gün, 10:12
Vüqar Gülməmmədova ağır itki
Bu gün, 10:00
Mask yenidən Trampı dəstəklədi
Bu gün, 09:56
Bakıda 15 ildən sonra ortaya çıxan təhlükə – “Hər kəs ehtiyatlı olsun!”
Bu gün, 09:36
ABŞ-də SSR-in bayrağı qaldırıldı
Bu gün, 09:34
Naxçıvanda “Kassap Döner”də KÜTLƏVİ XƏHƏRLƏNMƏ... - 17 nəfər...
Bu gün, 09:31
Paşinyanın korteji qəzaya uğramayıb... -Ermənistan DİN və mətbuat katibindən təkzib
Bu gün, 09:27
Gəncə səhiyyəsi ACINACAQLI DURUMDA... - NARAZILIQ VAR...
Bu gün, 09:24
ABŞ-ın Rusiyaya “vahiməli” sanksiya paketi: içində nələr var? - TƏFƏRRÜAT
Bu gün, 09:12
Səhiyyədən uzaq və Səhiyyə Nazirliyindən xəbərsiz `TİBB OCAĞI`... - İTTİHAM VAR...
Bu gün, 09:03
İcra başçısının iyun ayı üzrə ilk səyyar görüşü Orta Salahlı kəndində baş tutdu - FOTO
Bu gün, 08:47
Vaqif Bayatlı Odərin kitabları təqdim olunacaq - FOTO
Bu gün, 08:42
Azərbaycan dövlətçiliyinin xilas günü - MƏQALƏ
Bu gün, 08:37
Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası - İsrafil Kərimovun yazısı
Bu gün, 08:35
Şəkidə Qarabağ qazisini SAYA SALAN YOXDUR... - Prezidentə MÜRACİƏT
Bu gün, 07:48
İcra başçısı HƏBS OLUNDU - Rusiyada...
Bu gün, 07:41
Paşinyanın yerinə sürpriz isim – Qarabağ qatili hakimiyyətə gətirilir?
Bu gün, 07:37
Rusiyanın bir sıra hava limanları fəaliyyətlərini dayandırıb - SİYAHI
Bu gün, 06:34
Bu şəxslərə ildə 1440 manat verilir: Bir şərtlə - TƏFƏRRÜAT
Bu gün, 06:31
'Bolt'dan taksi sifariş etdik və... - GİLEY
Bu gün, 06:26
Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
Bu gün, 06:17
Paşinyanın bayram təbrikinin PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 06:14
Rusiyaya gedərkən yüz ölçüb bir biçin... - deputat ŞƏRH EDİR
Bu gün, 06:12
Vətəndaş 'Şirvanşah'ın umrunda da deyil - BU NƏDİ BELƏ?
Bu gün, 05:50
"Abituriyentlər artıq imtahanlara yox, öz güclərinə yox, DİM-in səhv etməyəcəyinə dua edirlər" - DƏLİXANADIR, VALLAH...
Bu gün, 05:38
Ələtdə şəhid ruhuna SAYĞISIZLIQ - AXI NİYƏ?..
Bu gün, 05:33
"Sonra ərə getdim... - İnsanlar mənim üstümə gəlirdi"
Bu gün, 05:19
“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin 24 milyon manatdan çox vergi borcu... VAR İMİŞ...
Bu gün, 05:13
Tramp ABŞ -a nəzarəti itirib? - AKTUAL
Bu gün, 05:07
Daha bir saxta diplomlu həkim... - ağzımızın içi qədər yaxın...
Bu gün, 05:04
Putin Ermənistana “daha ağır top”la girir - GƏLİŞMƏ
Bu gün, 04:55
İlon Mask - Tramp qarşıdurması dünyaya ciddi təlatümlər gətirəcək - İNCƏLƏMƏ
Bu gün, 04:53
Paşinyan Laçınla qonşu şəhərə gəldi... - FOTO
Bu gün, 04:46
"İnsanlar burada həqiqətən yavaş yaşamağı bilirlər"
Bu gün, 04:42
Bakıda falçı 74 min manatı necə alıb? - “7 yumurtaya 200 manat verdim”
Dünən, 23:51
"Onunla bir ömür yaşayaram, amma evlənmərəm"
Dünən, 23:47
Azərbaycanda qırıcıların sayı Ermənistandan 10 dəfə çoxdur - Forbes
Dünən, 23:45
Dolların kursu dəyişəcək? - ekspert açıqladı
Dünən, 23:41
Kilsəni xalqımıza qaytarmalıyıq - Paşinyan
Dünən, 23:38
Rus ordusu Zaryanı ələ keçirdi
Dünən, 13:00
Qızını görmək istəyən Aytac parkda bıçaqlanmışdı: Cəza ağırlaşdırıldı - TƏFƏRRÜAT
Dünən, 12:58
Tehranın Zəngəzur XOFU - FAKT BUDUR!
Dünən, 12:32
Muzdlular ölkəni tərk edirlər, amma... - Mali Rusiyadan hərbi yardım almağa davam edəcək
Dünən, 12:31
Paşinyanın arvadı və qızları şərab toqquşdurur - FOTO
Dünən, 12:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru