“Haqqımda söz demək sənin başın üçün deyil”
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev “Tarixin bir günü” verilişində deyib.
O, həmkarı Sahib İbrahimovun onun barəsində efirdə söylədiyi fikrə cavab olaraq qarşı tərəfi duelə çağırıb.
Qeyd edək ki, bir müddət öncə müğənni Sahib İbrahimova Manaf Ağayev, Tacir Şahmalıoğlu və Əflatun Qubadovla bağlı sual verilib. O isə “Tacir sənətkardır, Manafla Əflatunu oraya qatma” deyə cavab verib.
S. İbrahimovun bu sözləri Manaf Ağayevi özündən çıxarıb. O, efirdən həmkarına səslənib:
“Mənim haqqımda söz demək sənin başın üçün deyil. Mənim haqqımda Habil Əliyev, Arif Babayev, digər sənətkarlar söz deyə bilər. Sual verirəm sənə, sən özün kim olmusan?! Mənim mahnılarım dillər əzbəridir. Sənin nəyin var?! Bir dənə mahnı oxumusan, o da Bəturə Hüseynovaya görə sevilib. Danışanda, gör, kim haqqında danışırsan və bu söhbətin dalı nə olacaq?! Bunun dalı gəlsə, – yəqin ki, də gələcək – səninlə özümüz efirdə yox, başqa yerdə görüşəcəyik”.