Rusiyanın Kazan, Nijni Novqorod, Saratov və Tambov şəhərlərindəki hava limanları uçuşların təhlükəsizliyini təmin etmək üçün müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir.
Bu barədə “Report” Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
"Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Kazan, Nijni Novqorod (Strigino), Saratov (Qaqarin), Tambov (Donskoye) hava limanlarında onların qəbulu və buraxılışına müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Hava limanları müvəqqəti olaraq uçuşları qəbul etmir və göndərmir", - məlumatda deyilir.