Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan müxalifət partiyalarının iştirakı ilə "Qarabağ müzakirəsi" keçirilib.
Teleqraf xəbər verir ki, Azərbaycan tərəfindən görüşdə Müsavat Partiyasının Məclis sədri Arif Hacılı və Milli Cəbhə partiyasının sədri Razi Nurulayev iştirak edib.
Ermənistanı isə "İşıqlı Ermənistan" partiyasının sədri Edmon Marukyan və hakim "Vətəndaş Müqaviləsi" partiyasının üzvü, Ermənistan parlamentinin deputatı Arusya Culhakyan təmsil edib.Görüşü Avstriya Milli Müdafiə Akademiyasında "International Center for European Union Research"ün (Avropa İttifaqı Beynəlxalq Araşdırmalar Mərkəzi) təşkilatçılığı ilə keçirilib.