“Nazirlər Kabinetinin 18 mart 2025-ci il tarixli, 84 nömrəli qərarına əsasən xüsusi karantin rejiminin müddəti 1 iyul 2025-ci il saat 06:00-dək uzadılıb. Bu, hökumətin rəsmi sənədində öz əksini tapıb”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov səsləndirib:“Son günlər ictimaiyyətdə karantin rejiminin iyun ayında başa çatdığına dair fikirlər səsləndirilsə də, bu məlumatlar həqiqəti əks etdirmir. Görünür, bəzi vətəndaşlar iyun və iyul aylarını səhv salıblar”.
V. Əlibəyov qeyd edir ki, qərara əsasən, hazırda qüvvədə olan məhdudiyyətlər, o cümlədən Azərbaycanla digər ölkələr arasındakı quru sərhədlərin bağlı qalması qaydası qüvvədədir.
“Bu səbəbdən sərhədlərin yaxın günlərdə açılması və ya karantinlə bağlı başqa yumşaldıcı addımların atılması gözlənilmir”.
Qeyd edək ki, xüsusi karantin rejimi COVID-19 pandemiyası dövründə tətbiq olunmağa başlayıb və indiyədək bir neçə dəfə uzadılıb.