İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTS) toplu SMS xidmətinin satın alınması ilə bağlı tender müsabiqəsi elan edib.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin şərtlərinə görə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 1 300 000 ədəd SMS alacaq.
Qeyd edək ki, müsabiqənin ehtimal olunan qiyməti 48 min 832 manat 33 qəpik təşkil edir.
Açıqlanan məlumatlardan da görünüdyü kimi Agentlik 1 ədəd SMS üçün 3,7 qəpik ödəməyi nəzərdə tutur.
Onu da bildirək ki, daha əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 500 min ədəd toplu SMS xidmətinin satın alınması ilə bağlı 19 min 391 manat 33 qəpik dəyərində (bir SMS 3,8 qəpik) tender müsabiqəsi elan etsə də, həmin müsabiqə ləğv olunub.