Pakistanlı iş adamı Bakı hava limanında həbs edildi .....                     Özünü “peyğəmbər” kimi təqdim edən şəxsin ƏSL NİYYƏTİ üzə çıxdı .....                     Xətaidə konsert proqramı təşkil olundu .....                     Azərbaycan dilində şeir oxuyan Pezeşkian .....                     İki yeniyetmə erməni azaraq Azərbaycan ərazisinə KEÇDİ .....                     DİM-in şagird və müəllimləri üz-üzə qoyan SUALLARI .....                     İndi əsas oyunlar Ermənistanda gedir .....                     “Zəngilanda öz hesabıma balıq konservi zavodu yaradaram” .....                     Kilsə vasitəsilə çevriliş cəhdi və Paşinyanın əks-həmlələri: .....                     18 yaşlı arvadının başını kəsən şəxsə ağır cəza... .....                     İki naxçıvanlı deputatın Əshabi-Kəhf mübahisəsi .....                     Mülayim şərq küləyi əsəcək .....                     “Səhiyyəmizdə kifayət qədər problemlərimiz var” .....                     "Heç birinizdən qorxmuram, sizi Allaha tapşırmışam" .....                     Başçı kefqom olanda RAYON BU GÜNƏ QALIR... .....                     Naxçıvan Konstitusiyası dəyişir .....                     Bu əraziləri qanunsuz özəlləşdirən məmurlara sərt cəza .....                     56 yaşlı kişi evində sevgilisi ilə yeyib-içdi, ona şiddət göstərdi .....                     Naxçıvanda icra hakimiyyəti NƏ İŞƏ YARAYIR Kİ... .....                     ADNSU-da yeni enerji laboratoriyası qurulur .....                     Rusiyada uşaqlara təcavüz edib .....                     Tramp Mask ilə qarşıdurma fonunda bir günə 1,1 milyard dollardan çox vəsait itirib .....                     Paşinyan katolikosa qarşı: seçkidən öncə son döyüş .....                     "Bu tip oğurluqları məndən başqasına da edirlər yəqin..." .....                     “Manaf sözlərinə görə layiqli cavabını alacaq” .....                     Paşinyan Fransanı “ürəyindən vurdu”, İlham Əliyevin dediklərini təsdiqlədi .....                     Bakıda restoranın qarşısında kütləvi dava: Xəsarət alanlar və həbs olunan var .....                     Naxçıvanda Əməkdar artist vəfat etdi .....                     "Diaspor və Rusiyadakı erməni icmaları kilsəyə daha çox etibar edir" .....                     Sosial yardımı da pulu olana verirlər... .....                     Hindistanın Bakını “güllə atmadan yıxmaq” yuxusu .....                     “Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib .....                     Azərbaycan məhkəmələri `GÜL VURUR`... .....                     "Bu, biz döyüşçülərə qarşı təxribatdır" .....                     Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı .....                     “907-ci düzəliş” Trampın masasında .....                     Təzəpir məscidində bayram namazı qılınıb .....                     Töhfə Bayramovadan SƏHİYYƏMİZƏ TÖHFƏ .....                     Ankaranın dediyini Bakı etdi .....                     UNEC 650 min manatlıq mühafizə xidməti alacaq .....                 

Rusiyada azərbaycanlılara qarşı aşağılayıcı söz: “Oğlu…” - NƏ BAŞ VERİR?
Tarix: Dünən, 07:03 | Çap et

Mayın sonunda Xantı-Mansi Muxtar Dairəsi Dumasının Kommunist Partiyasından olan deputatı, azərbaycanlı Xalid Tağızadə iclas zamanı “təhlükəli dərəcədə sərbəst” danışdı – o xatırlatdı ki, Yuqra və Tümen vilayətinin bir hissəsi bir vaxtlar özbək Şeybanilər sülaləsindən olan Kuçum xanın idarə etdiyi Sibir xanlığı olub. Yəni onun məntiqinə görə, bəzi miqrantlar “tarixi vətənlərinə qayıdırlar”.

Bu tezis Rusiyada elmi yox, əsəbi reaksiya doğurdu. Tarixi faktı xatırlatmaq cəhdi dərhal tənqidlə üzləşdi. Tağızadənin üzr istəməsinə baxmayaraq, onu vəzifəsindən kənarlaşdırdılar. Rəsmi səbəb isə Dumanın “nüfuzuna zərər yetirmək” kimi qeyd olunub.

Təxminən eyni vaxtda Vahid Rusiya Partiyasından olan Vorkuta şəhər dumasına namizəd Cəlil Rəfiyevin videosu internetdə viral oldu. O, rusca ləhcə ilə danışaraq, seçicilərinə həyatından bəhs edirdi: 90-cı illərdə Rusiyaya köçüb, işləyərək bir neçə mağaza açmağa nail olub. Bu, post-sovet məkanına xas tipik həyat hekayəsidir. Rusiya mediasının reaksiyası da özünə xas idi: istehzalar, miqrantlar barədə təhqiredici ifadələr. Rusiyalı deputat Mixail Matveyev isə həmkarı Valuyev və azərbaycanofob Zatulinin ənənəsinə uyğun olaraq, Rəfiyev haqqındakı rəylərə öz düşüncəsini əlavə etdi: “Hansısa Azərbaycan aulunda doğulub, 8 sinif bitirmiş adam indi deputatlığa namizədliyini irəli sürür”. Halbuki Azərbaycanda “aul” adlı yaşayış məntəqəsi növü yoxdur.

Bu iki azərbaycanlının mövzuları fərqlidir, amma Rusiyanın media maşını onları dərhal eyni alçaldıcı ifadə altında birləşdirdi: “Oğlu”. Şovinist çevrələrdə azərbaycanlıları məhz belə ümumiləşdirirlər. Elə Matveyev də bunu “OĞLU” deputatlığının benefisi” adlandırdı. Bunu kinayə ilə və heç bir məsuliyyət hiss etmədən etdi, halbuki Dövlət Dumasının nüfuzuna zərbə vuran Tağızadə yox, elə özü idi.

Bəs bu “ikili standartlar” nədir və azərbaycanlılara kim bu ayamaları yapışdırır?

Bu kampaniya təsadüfi deyil və uzun müddətdir ki, şovinist ritorikaya uyğun hərəkət edən bəzi media resursları tərəfindən planlı şəkildə qızışdırılır. Onlardan biri də Teleqram məkanında fəaliyyət göstərən “Rıbar” kanalıdır. Bu şovinist platforma iki gün əvvəl guya miqrant adı altında gizlənmiş “Azərbaycan mafiyası” haqqında yeni material dərc etmişdi. “Rıbar” Rusiyada 500 min azərbaycanlının yaşadığını yazaraq bu rəqəmi “istila” kimi qələmə verdi. Halbuki söhbət əsasən Rusiya vətəndaşlarından gedirdi, onların da çoxu Dərbənd, Həştərxan və ya Moskvada doğulublar. Üstəlik, son 20 ildə Rusiyada yaşayan azərbaycanlıların sayı 150 min nəfər azalıb. Amma sifarişçilərə “düşmən” obrazı yaratmaq lazım idi, ona görə də rəqəmləri heç kim dəqiqləşdirmədi.

Həmin yazıda “Rıbar” həm də oxucularına sual edir: Heydər Əliyevin abidələri Rusiyada nə üçün lazımdır? Fikir verin, sual tarix deyil, sırf təxribat yönümlüdür. Axı Heydər Əliyev SSRİ-də yüksək vəzifələrdə çalışıb, Nazirlər Sovetinin sədrinin birinci müavini olub, BAM-ın tikintisində, sənaye və kadr siyasətində onun rolu misilsizdir. Məsələ ondadır ki, milli zəmində növbəti informasiya hücumu üçün fürsət varsa, bu detallar təbii ki, yada salınmamalıdır.

Bu cür resurslar – həm daxildə, həm də xaricdə olan maraqlı qüvvələrin təsiri ilə – bu gün elə bir informasiya fonu yaradır ki, orada bir azərbaycanlı subyekt olaraq deyil, ümumiləşdirilmiş “oğlu” ləqəbi ilə istehza və rəddedilmə obyektinə çevrilir.

Halbuki məhz bu “oğlu”lar/oğullar vaxtilə həmin “yerlilər” üçün vətənini qurublar:

- Kərim Kərimov sovet kosmonavtikasının dahisi idi. Məhz onun rəhbərliyi ilə Qaqarin kosmosa uçmuşdu. Onun adı gizli saxlanılırdı, amma kosmosa çıxış onunsuz mümkün olmazdı.

- Tahir Salahov – rəssam, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti. Sosialist Əməyi Qəhrəmanı, SSRİ və RF xalq rəssamı. Onun əsərləri Tretyakov qalereyasında sərgilənir.

- Həzi Aslanov – general-mayor, iki dəfə Sovet İttifaqı Qəhrəmanı.

- Fərman Salmanov – Sibir və Tümen neftini kəşf və istismar edən azərbaycanlı, elə həmən Xanti-Mansi və Yamalo-Nenets Muxtar dairələrinin, Surqut şəhərinin fəxri vətəndaşı. Sosialist Əməyi Qəhrəmanı, Lenin ordeni, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni, Lenin mükafatı və s. Surqut hava limanı onun adınadır.

Həddən artıq çox “OĞLU” yaza bilərik ki, Rusiyanın inkişafında əvəzsiz rol oynayıblar.

İndi də Rusiyanın “xüsusi əməliyyat zonası” adlandırdığı müharibədə Rusiya vətəndaşı olan “OĞLU”lar vuruşur, bu “OĞLU”lar Rusiya və onun ambisiyaları üşün canını fəda edir.

Bəli, onlar əslən azərbaycanlı olan Rusiya Federasiyası vətəndaşlarıdır. “OĞLU”lar səngərdə Rusiya üçün ölümə getdikləri kimi, deputat seçilməyə də tam haqları var.


Müəllif: Fatimə Zülfüqar

Axar.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pakistanlı iş adamı Bakı hava limanında həbs edildi
Bu gün, 13:00
Özünü “peyğəmbər” kimi təqdim edən şəxsin ƏSL NİYYƏTİ üzə çıxdı – Buna görə?!
Bu gün, 12:56
Xətaidə konsert proqramı təşkil olundu
Bu gün, 12:54
Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək?
Bu gün, 12:44
İki yeniyetmə erməni azaraq Azərbaycan ərazisinə KEÇDİ - KİV
Bu gün, 12:34
DİM-in şagird və müəllimləri üz-üzə qoyan SUALLARI - İLGİNC
Bu gün, 12:32
İndi əsas oyunlar Ermənistanda gedir - ŞƏRH
Bu gün, 12:26
“Zəngilanda öz hesabıma balıq konservi zavodu yaradaram” - Hafiz Hacıyev
Bu gün, 12:24
Kilsə vasitəsilə çevriliş cəhdi və Paşinyanın əks-həmlələri: - İrəvanda gərginlik
Bu gün, 12:17
18 yaşlı arvadının başını kəsən şəxsə ağır cəza...
Bu gün, 12:16
İki naxçıvanlı deputatın Əshabi-Kəhf mübahisəsi - DETALLAR
Bu gün, 12:06
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:03
“Səhiyyəmizdə kifayət qədər problemlərimiz var” - deputat
Bu gün, 11:59
"Heç birinizdən qorxmuram, sizi Allaha tapşırmışam"
Bu gün, 11:49
Başçı kefqom olanda RAYON BU GÜNƏ QALIR... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:46
Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq
Bu gün, 11:37
Bu əraziləri qanunsuz özəlləşdirən məmurlara sərt cəza – Xəbərdarlıq edildi
Bu gün, 11:34
56 yaşlı kişi evində sevgilisi ilə yeyib-içdi, ona şiddət göstərdi - TƏFƏRRÜAT
Bu gün, 11:30
Naxçıvanda icra hakimiyyəti NƏ İŞƏ YARAYIR Kİ... - NARAZILIQ VAR...
Bu gün, 11:26
ADNSU-da yeni enerji laboratoriyası qurulur - 580 MİNLİK TENDER NƏTİCƏSİ
Bu gün, 11:13
Rusiyada uşaqlara təcavüz edib Azərbaycanda gizləndi
Bu gün, 11:08
Tramp Mask ilə qarşıdurma fonunda bir günə 1,1 milyard dollardan çox vəsait itirib - TASS
Bu gün, 11:03
Paşinyan katolikosa qarşı: seçkidən öncə son döyüş - Görünəni odur ki...
Bu gün, 10:37
"Bu tip oğurluqları məndən başqasına da edirlər yəqin..." - ETİRAZ VAR...
Bu gün, 10:30
“Manaf sözlərinə görə layiqli cavabını alacaq” - Sahib İbrahimov
Bu gün, 10:22
Paşinyan Fransanı “ürəyindən vurdu”, İlham Əliyevin dediklərini təsdiqlədi - “3 avroya sayt açıb...”
Bu gün, 10:16
Bakıda restoranın qarşısında kütləvi dava: Xəsarət alanlar və həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 10:06
Naxçıvanda Əməkdar artist vəfat etdi - FOTO
Bu gün, 10:03
"Diaspor və Rusiyadakı erməni icmaları kilsəyə daha çox etibar edir" - deputat
Bu gün, 09:41
Sosial yardımı da pulu olana verirlər... - NARAZILIQ VAR...
Bu gün, 09:37
Hindistanın Bakını “güllə atmadan yıxmaq” yuxusu - NƏ BAŞ VERİR?
Bu gün, 09:28
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - TƏFƏRRÜAT
Bu gün, 09:27
Azərbaycan məhkəmələri `GÜL VURUR`... - Hakimin biri "ölüb" dedi, digəri sağ olduğunu təsdiq etdi...
Bu gün, 09:22
"Bu, biz döyüşçülərə qarşı təxribatdır" - Qarabağ döyüşçüsü veteran statusu verilməməsinə etiraz edir
Bu gün, 09:20
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:15
“907-ci düzəliş” Trampın masasında - AKTUAL
Bu gün, 09:11
Təzəpir məscidində bayram namazı qılınıb
Bu gün, 09:01
Töhfə Bayramovadan SƏHİYYƏMİZƏ TÖHFƏ - BU NƏDİ BELƏ?
Bu gün, 06:37
Ankaranın dediyini Bakı etdi - Ərdoğandan İsraillə bağlı təəccübləndirən qərar
Bu gün, 06:23
UNEC 650 min manatlıq mühafizə xidməti alacaq - DETALLAR
Bu gün, 02:27
Müasir dövrdə sovet QAYDALARI – JEK-lərin aqibəti NECƏ OLACAQ?
Bu gün, 02:25
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 02:20
Ali təhsil sisteminin BSU BATAQLIĞI - İTTİHAM VAR...
Bu gün, 02:12
FHN-nin tabeliyindəki qurum ləğv olunan tenderi yenidən reallaşdırmaq istəyir - 136 min manatlıq avtomobil üçün
Bu gün, 01:57
“SpaceX” Trampın bəyanatları səbəbindən “Dragon” gəmilərini istismardan çıxaracaq
Bu gün, 01:54
Pezeşkianın Bakı səfəri: Hər şey bitdimi? - GƏLİŞMƏ
Bu gün, 01:51
Məleykə Abbaszadədən 106 min manatlıq təmizlik əməliyyatı - TƏFƏRRÜAT
Bu gün, 01:47
Qiymətlər daşıb... AZERCELL OLDU! - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 01:43
Çinin iqtisadi hegemonluğu: - kapital Qərb dünyasından Asiyaya “axır”
Bu gün, 01:36
Rusiya-İran əlaqələri Əsəd rejiminin devrilməsiylə süquta uğradı - Sabiq səfir
Bu gün, 01:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru