Sülh sazişi 2026-cı ildən sonraya qalır? .....                     Məntiqə əsaslanan doğru qərar: Prezident Moskvaya mesaj verdi .....                     Kəlbəcərdə 120,6 milyon manatlıq böyük tikinti layihəsi bu şirkətə .....                     “27 ildə ilk dəfədir mükafat alıram” .....                     Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur .....                     Simonyan Köçəryanı və Sarksiyanı “yıxıb-sürüdü” .....                     “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı? .....                     "Göygöl Şərab Zavodu" ASC-nin səhmdarlarının .....                     “O siyahıda qərəz yoxdur, tam demokratik hazırlanıb” .....                     Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI .....                     Vaşinqton-Moskva münasibətlərində gərginlik: .....                     Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş .....                     Həbsdə olan sayt rəhbərinə hökm oxunub .....                     Ermənistanın sülhdən yayınması gələcəyi üçün təhlükə yaradır .....                     AYNA indi də marketlərin qabağında BƏND alıb... .....                     Paşinyan Moskvaya gedib .....                     Azərbaycanda hansı siyasi partiyalara maliyyə ayrılır? .....                     Bakıda sevgilisini daşla vurub öldürən oğlanın .....                     “Malibo” MTK vətəndaşı belə incidir... .....                     Ermənistan Təhlükəsizlik Şurasının katibi Hindistana gedəcək .....                     Hindistan mediasından Azərbaycana qarşı TƏXRİBAT .....                     Həbsdən çıxan narkoman arvadının da cibindən narkotik tapdı, onu öldürdü .....                     Balakəndə kanat yolunun tikintisinə .....                     Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək .....                     Bir sıra mədəniyyət və elm xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək .....                     Şuşada yaşayış binaları ilə bağlı .....                     Azərbaycan əsgəri bizi kəklik kimi ovlayacaq .....                     Lerikin icra başçısının müavini bu dövlət qurumundan GİLEYLƏNDİ... .....                     Çin və Rusiya liderləri iqtisadiyyat, siyasət və təhlükəsizlik məsələlərini müzakirə ediblər .....                     Dövlət Xidməti "Sovetski"dəki tarixi binanın taleyi ilə bağlı qərar verib .....                     `Şərurlu` gedir... `Kristal Abşeronlu` qalır axı... .....                     Ukrayna Ali Radası ABŞ-la faydalı qazıntılara dair sazişi .....                     Toğrul Məmmədov “Pro Leasing” şirkətinin Baş direktoru təyin olundu .....                     “AFB Bank”da yüksək posta TƏYİNAT .....                     Hindistan Azərbaycandan idxala qadağa qoyub, bu, çox yanlış qərardır .....                     “Sülh müqaviləsi ilə bağlı irəliləyiş yoxdur” .....                     Ermənilər pakistanlıların deportasiyasını tələb edir .....                     "Şərurlu İsfəndiyar"ın ölkədən çıxışına qadağa qoyulması və məhkəməyə məcburi gətirilməsi üçün vəsatət verilib .....                     "Evdə yeməyə heç nəyim yoxdur..." .....                     “Köçəryan və Sərkisyan bizə kömək edəcək” .....                 

Amma niyə indi: Astanadan Moskvaya “şillə” - İLGİNC...
Tarix: Dünən, 15:42 | Çap et
Amma niyə indi: Astanadan Moskvaya “şillə”
Qazaxıstan hakimiyyəti Rusiya Dövlət Dumasının hazırkı dörd deputatının və bir keçmiş deputatının ölkəyə girişinə qadağa qoyub. Bu barədə Almaniyanın “Deutsche Welle” dərgisi Qazaxıstan hökumətindəki mənbəyə istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, buna səbəb həmin şəxslərin Qazaxıstana və onun rəhbərliyinə qarşı təhqiramiz və düşmənçilik xarakterli bəyanatlar yayması olub. “Qara siyahı”ya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy, Dumanın beynəlxalq məsələlər üzrə komitəsi sədrinin birinci müavini Vyaçeslav Nikonov, “Vahid Rusiya”nın deputatları Yevgeni Fyodorov və Konstantin Zatulin, həmçinin “Rossotrudniçestvo”nun rəhbəri və Dövlət Dumasının keçmiş deputatı Yevgeni Primakovun adı daxil edilib.

Tolstoy əvvəllər bəyan etmişdi ki, Ukraynadan sonra Qazaxıstan Rusiya üçün “növbəti problemə” çevrilə bilər. O, həmçinin Almatını “rusların tikdiyi Vernı şəhəri” adlandırıb və Qazaxıstanı Rusiyadan uzaqlaşdırmaq üçün “öz tarixini uydurmağa” cəhd etməkdə ittiham edib.

Federal televiziya ilə çıxış edən Nikonov “Qazaxıstan sadəcə olaraq yox idi” deyərək, müasir Qazaxıstan ərazisini “Rusiya və SSRİ-nin hədiyyəsi” kimi xarakterizə edib.

Fyodrov da Nikonovun bəyanatlarını dəstəkləyib və bildirib ki, guya Rusiyanın Qazaxıstandan əraziləri geri qaytarmasını tələb etmək hüququ var. Bundan əlavə, onun fikrincə, Qazaxıstan “beynəlxalq hüquq normalarına uyğun olaraq SSRİ-ni tərk etməyib”, bu da onun dövlətçiliyinin “tamamilə qanuni deyil” olması deməkdir.

2022-ci ildə Konstantin Zatulin Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin mövqeyini kəskin tənqid edib. Tokayev özünü "DXR" və "LXR" elan edən separatçı qurumları tanımaqdan imtina etmişdi. Deputat ərazi iddialarına eyham vuraraq bildirib ki, tam hüquqlu tərəfdaşlıq olmadığı halda, “Ukraynada olduğu kimi hər şey mümkündür”.

Primakov Qazaxıstan hakimiyyətini "millətçilərin rus dilinə qarşı addımları" ilə bağlı hərəkətsizlikdə ittiham edib. Daha sonra o, Qazaxıstanın informasiya naziri Əsgər Umarovla işləməkdən açıq şəkildə imtina edib, guya rusofob bəyanatlarına görə onu “rusofob pislik” adlandırıb.

“Deutsche Welle”nin qeyd etdiyi kimi, persona non-qrata şəxslər siyahısına deputatlarla yanaşı, təbliğatçılar Tina Kandelaki və Tiqran Keosayan, politoloq Nikita Mendkoviç, “Rus dünyası”nın ideoloqu Aleksandr Duqin və rusiyalı tarixçi Andrey Qrozin də daxil olub. Sonuncunun bu yaxınlarda heç bir izahat verilmədən Qazaxıstana girişinə icazə verilməyib.

MDB İnstitutunun Qazaxıstan və Mərkəzi Asiya şöbəsinə rəhbərlik edən Qrozin iki tədbirdə iştirak etmək niyyətində idi: aprelin 28-də Rusiya-Qazaxıstan münasibətlərindəki problemlərə dair müzakirədə və aprelin 29-da iki ölkə arasında təhlükəsizlik və humanitar əməkdaşlığa həsr olunmuş “dəyirmi masa”da. Lakin aprelin 27-də Astana hava limanında pasport nəzarətindən keçərkən, o, ölkəyə buraxılmayıb.

İnstitutdan bildirilib ki, imtinanın səbəblərini öyrənmək mümkün olmayıb. Onlar həmçinin xatırladıblar ki, oxşar hadisə 2023-cü ildə, İnstitutun direktoru, deputat Zatulin Baykonurdan kosmik gəminin buraxılışında iştirak etmək üçün bir neçə saat ərzində "onun Qazaxıstana girməsinə mane olmağa çalışarkən" baş verib. Sonra vəziyyət düzəlib.

Beləliklə, təxminən eyni istiqamətdə bir sıra hadisələr baş verir. Təbii ki, yuxarıda adları çəkilən subyektlərin hamısının bəyanatlarında nəyi rəhbər tutduqları şübhə doğurmur. Onların demək olar ki, hamısı Rusiyanın digər postsovet ölkələri ilə münasibətlərində də oxşar “izlər” buraxa biliblər.

Maraqlıdır, niyə Astana indi bu cür bəyanatlarda diqqət çəkən ən iyrənc rus siyasətçilərinin ölkəyə girişinə qadağa qoyulması ilə bağlı açıqlama vermək qərarına gəlib? Bu, Moskvaya bir növ siqnaldırmı ki, Qazaxıstan öz suverenliyinə və ərazi bütövlüyünə heç bir iddia ilə yanaşmayacaq? Yoxsa başqa səbəblər var?

AYNA.AZ-ın suallarını tanınmış qazaxıstanlı ekspertlər cavablandırıblar.

Siyasi müşahidəçi Qaziz Abişov:

“Məsələ ondadır ki, Rusiya belə siyahıları bizdən əvvəl formalaşdırmağa başlayıb. Belə “qara siyahı”lara salınan bir sıra qazaxıstanlı siyasətçi və ictimai xadim barədə də məlumdur. Bir neçə il əvvəl Moskvadan Avropaya tranzitlə uçan, Məclisdə çoxluq partiyasından olan deputat Aydos Sarım Rusiya siyahısında olduğu üçün növbəti reysinə çıxa bilməyib. Yəni bunu ilk dəfə kütləvi şəkildə tətbiq edən ruslar olub.

Qazaxıstan öz siyahısına bəyanatları Kremlin və Rusiya Xarici İşlər Nazirliyinin Qazaxıstanla bağlı mövqeyini rəsmi şəkildə əks etdirməyən və ikitərəfli münasibətlərə xələl gətirən şəxsləri daxil edib. Güzgü prinsipi, reaksiya prinsipi və dolayı təsir prinsipi.

Və təbii ki, Qazaxıstan gündəmin ölkəni döyülmək üçün “səssiz armuda” çevirmək istiqamətində olan cəhdlərə, sürünən ideoloji hücuma qarşı indidən işləməyə başlayır”.

Analitik Aydar Amrebayev:

“Həqiqətən də, Qazaxıstan üçün əsas dəyər dövlətin suverenliyi və ərazi bütövlüyüdür. Və əgər kimsə bu və ya digər səbəbdən beynəlxalq hüquqda təsbit olunmuş bu reallığı anlamır və qəbul etmirsə, deməli, belə adamlar ölkəmizdə arzuolunmazdır. Ona görə də Qazaxıstan rəhbərliyinin bu qərarı tamamilə təbii və məntiqlidir.

O ki qaldı bu qərarın açıqlandığı vaxta, mən hesab edirəm ki, burada xüsusi fon axtarmağa ehtiyac yoxdur. Çox güman ki, bu, adi prosedurdur, baxmayaraq ki, təbii ki, bu, müasir beynəlxalq münasibətlərin kifayət qədər gərgin dövründə, hansı paytaxtda olmasından asılı olmayaraq, siyasətçilərin hər bir sözünün və hərəkətinin bütün qərar qəbuletmə mərkəzlərində əks-səda doğurduğu bir dövrdə həyata keçirilir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sülh sazişi 2026-cı ildən sonraya qalır? - GÖRÜNƏNİ BUDUR
Bu gün, 19:02
Məntiqə əsaslanan doğru qərar: Prezident Moskvaya mesaj verdi - AKTUAL
Bu gün, 19:00
Kəlbəcərdə 120,6 milyon manatlıq böyük tikinti layihəsi bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 18:58
“27 ildə ilk dəfədir mükafat alıram”
Bu gün, 18:02
Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur
Bu gün, 18:00
Simonyan Köçəryanı və Sarksiyanı “yıxıb-sürüdü”
Bu gün, 17:54
“TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı? - NƏ BAŞ VERİR?
Bu gün, 17:50
"Göygöl Şərab Zavodu" ASC-nin səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 17:47
“O siyahıda qərəz yoxdur, tam demokratik hazırlanıb” - “Şərəf” ordeni alan plastik cərrahla MÜSAHİBƏ
Bu gün, 17:42
Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
Bu gün, 17:39
Vaşinqton-Moskva münasibətlərində gərginlik: - Rusiya yenidən Çinə ehtiyac duymağa başlayır
Bu gün, 17:36
Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 17:35
Həbsdə olan sayt rəhbərinə hökm oxunub
Bu gün, 17:32
Ermənistanın sülhdən yayınması gələcəyi üçün təhlükə yaradır - ONA GÖRƏ DƏ...
Bu gün, 17:06
AYNA indi də marketlərin qabağında BƏND alıb... - İstədiklərini edirlər...
Bu gün, 17:02
Paşinyan Moskvaya gedib - "Sputnik Armenia"
Bu gün, 16:54
Azərbaycanda hansı siyasi partiyalara maliyyə ayrılır? - Nazirlikdən CAVAB
Bu gün, 16:52
Bakıda sevgilisini daşla vurub öldürən oğlanın MƏHKƏMƏDƏN VİDEOSU
Bu gün, 16:45
“Malibo” MTK vətəndaşı belə incidir... - NARAZILIQ VAR...
Bu gün, 16:40
Ermənistan Təhlükəsizlik Şurasının katibi Hindistana gedəcək - Ermənistan mətbuatı
Bu gün, 16:37
Hindistan mediasından Azərbaycana qarşı TƏXRİBAT - Düşmən olduqlarını İNDİMİ BİLİRLƏR?
Bu gün, 16:35
Həbsdən çıxan narkoman arvadının da cibindən narkotik tapdı, onu öldürdü – 7 uşaq isə...
Bu gün, 16:34
Balakəndə kanat yolunun tikintisinə 5 milyon manat ayrılıb
Bu gün, 16:32
Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - SƏRƏNCAM
Bu gün, 16:31
Bir sıra mədəniyyət və elm xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək - SİYAHI
Bu gün, 16:30
Şuşada yaşayış binaları ilə bağlı 17 milyon manatlıq LAYİHƏ
Bu gün, 16:21
Azərbaycan əsgəri bizi kəklik kimi ovlayacaq – Ekspert
Bu gün, 16:01
Lerikin icra başçısının müavini bu dövlət qurumundan GİLEYLƏNDİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 15:59
Çin və Rusiya liderləri iqtisadiyyat, siyasət və təhlükəsizlik məsələlərini müzakirə ediblər
Bu gün, 15:52
Dövlət Xidməti "Sovetski"dəki tarixi binanın taleyi ilə bağlı qərar verib - FOTO
Bu gün, 15:49
`Şərurlu` gedir... `Kristal Abşeronlu` qalır axı... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:47
Ukrayna Ali Radası ABŞ-la faydalı qazıntılara dair sazişi ratifikasiya edib
Bu gün, 15:37
Toğrul Məmmədov “Pro Leasing” şirkətinin Baş direktoru təyin olundu - ƏMR
Bu gün, 15:34
“AFB Bank”da yüksək posta TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 15:30
Hindistan Azərbaycandan idxala qadağa qoyub, bu, çox yanlış qərardır - Pakistan səfiri
Bu gün, 15:25
“Sülh müqaviləsi ilə bağlı irəliləyiş yoxdur” – Armen Qriqoryan
Bu gün, 15:23
Ermənilər pakistanlıların deportasiyasını tələb edir - KİV
Bu gün, 15:17
"Şərurlu İsfəndiyar"ın ölkədən çıxışına qadağa qoyulması və məhkəməyə məcburi gətirilməsi üçün vəsatət verilib - TƏFƏRRÜAT
Bu gün, 15:13
"Evdə yeməyə heç nəyim yoxdur..." - Neft ölkəsində neftçi FƏRYAD EDİR...
Bu gün, 15:11
“Köçəryan və Sərkisyan bizə kömək edəcək” - KİV
Bu gün, 14:53
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış edib - FOTO
Bu gün, 14:50
Dünya fəlakətin bir addımlığında: müharibədə kim maraqlıdır? - Görünəni odur ki...
Bu gün, 14:00
“Moskviçtexxidmət” ASC səhmdarlarına - DİVİDİEND ÖDƏYƏCƏK
Bu gün, 13:58
AZAL-ın Bakı-Moskva reysləri təxirə salınıb - DİQQƏT
Bu gün, 13:22
“Xalq Həyat”ın İdarə Heyətində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 13:00
Hindlilər Azərbaycan əleyhinə boykot çağırışı etdilər - FOTO
Bu gün, 12:55
Məhkəmə “Azərsu”nun şadlıq sarayına yazdığı əsassız borcu sildi
Bu gün, 12:48
Həkimlərin “limit”i niyə tez bitir? – Şikayətlər çoxalır
Bu gün, 12:45
“Kontakt Home” vətəndaşa qüsurlu notbuk satdı, indi də... - 380 manatlıq “xidmət haqqı” yazır
Bu gün, 12:36
Naxçıvan Ali Məclisinin sədri nazir təyin edə bilməyəcək? - AKTUAL
Bu gün, 12:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru