
Moskva sakinlərinə mayın 9-da saat 9:00-dan 13:00-dək liftdən istifadə etməmək tövsiyə olunub.
APA-nın Rusiya bürosu xəbər verir ki, buna səbəb kimi rabitə əlaqəsinin bir neçə saatlıq tam kəsiləcəyi göstərilib.
Qeyd olunub ki, Moskvadakı çoxmərtəbəli binaların sakinləri bir neçə saat liftdə ilişib qala bilərlər, çünki nasazlıq barədə siqnal rabitə problemi səbəbindən lift xidmətlərinə çatmayacaq.
Xatırladaq ki, sabah 9 May Qələbə gününün 80-ci ildönümü ilə bağlı Moskvada xarici dövlət başçılarının iştirakı ilə tədbirlər keçiriləcək. Qırmızı Meydandakı Parad və Kremldə keçiriləcək tədbirlərlə bağlı Moskvada mobil rabitə və internetin müvəqqəti olaraq tam kəsiləcəyi bildirilib.